💡Əkrəm Hacızadə 💡
1.44K subscribers
2.33K photos
1.59K videos
34 files
4.12K links
İmam Məhdiyə (əc) əsgər kimi yetişmək üçün elmi, fikri, mənəvi və əməli baxımdan hazırlaşaq, düşmənlərlə mübarizə aparaq və bu yolda bir-birimizin əlindən möhkəm tutaq

ĆŹlaqÉ™: @Akram_Hacizade
Download Telegram
#Seçmələr / 44

🔰 Bəziləri ən sadə məsələləri belə anlamırlar!

🔹Fikrimcə, insan #siyasi_düşüncə-yə sahib olmazsa, növündən asılı olmayaraq heç bir işdə həqiqətə varmayacaq və anlamayacaqdır.

🔸Siyasətin özünəməxsus rəngi və iyi var. Təsəvvür edin ki, gülü iybilmə hissinə sahib olmayan birinə təqdim edirsiniz. Bu şəxs gül barədə hər şeyi biləcək, bir şeydən başqa..

🔹İybilmə hissinə sahib olmayanların bəziləri, ömürlərinin sonunadək bu məsələdən xəbərsiz olurlar. Bir şeyi görüb -"nə gözəl qoxusu var" desələr də, əslində məsələni düzgün anlamırlar.

🔴Siyasət də bunun kimidir. Bir hadisədə baş verən bir həqiqətdir ki, onu yalnız siyasi baxışa sahib olan şəxs görə bilir. Ümumiyyətlə, onu siyasi baxışa sahib olmayan birinə göstərmək mümkün deyil.

‼Möhtərəm şəxslərdən biri ilə müzakirə etdiyim zaman, ona dediyim ən primitiv və sadə məsələləri də anlamadığını hiss edirdim. O, mənim bu sözləri deməyimə, mən isə onun bu sözləri anlamamasına təəccüblənirdim.

Ä°mam Xamenei

đź“Ś21.05.1993
▶️ https://t.iss.one/AyatullahXamenei
#Siyasət
#Təhlil
#Təhlil

Yersiz zaman və şəraitdə hücuma keçmək, məğlubiyyət üçün yetərlidir!

Hacı Qasimin intiqamı məsələsi ilə bağlı incə və mühüm bir məsələni diqqətinizə çatdırmaq istəyirik. Ola bilər ki, yaxın günlərdə və hətta, bu gecə hansısa addımlar atılsın. Amma, neçə gündür israil və qərb mediası, sanki müxtəlif xəbərlərlə müsəlmanlar arasında süni həyəcan yaratmağa can atırlar. Bir çox İslam dünyası mediaları da, sanki bilmədən bu həyəcana bir az da doza qatırlar. Bəli, bütün azadə insanlar bu yenilməz sərkərdələrin intiqamını səbirsizliklə gözləyir. Amma, belə həssas addım üçün münasib zaman və münasib şəraitə ehtiyac duyulur.
Düşünmürsünüzmü ki, israil və qərb mediaları sanki, İran İR bu gecə intiqam alacaqmış kimi təsəvvürlər yaratmaqla, sonradan heç bir hadisə baş vermədikdə, müsəlmanları ruh düşkünlüyünə salmaq məqsədi güdür? Bəlkə, bu düşmənin növbəti tələsidir? Bəlkə, İranı oyuna çəkməklə, Trampın prizdentlik səlahiyyətinin müddətini uzatmağa çalışırlar? Bəlkə düşmənlər öz xeyirlərini müsəlmanların əli ilə həyata keçirmək istəyir? Yersiz zaman və şəraitdə hücuma keçmək, məğlubiyyət üçün yetərlidir.

"İslam Dünyası Xəbərləri"
📲 https://t.iss.one/iswnews_az
#Təhlil

Əminəm ki, bugün kitab nazil olsaydı, Tramp gələcək nəsillərə ibrət kimi xatırladılacaqdı!!!

Bir il əvvəl bütün dünyaya meydan oxuyan Tramp, hal-hazırda dünyanın gülüş hədəfinə çevrilib. Şəhid Qasim Süleymaninin qanı, Trampı rüsvay elədi. Ən sadə bir nümunə kimi qeyd edək ki, sosial şəbəkə sahibləri, Trampı öz saytlarından qovur. Amerika daxilindəki rəsmilər Trampa qarşı birləşib. Kimisi onu dəli adlandırır, kimisi onu qovur, kimisi də boykot etməyə çağırır. İş o yerə çatıb ki, Corc Buş kimi müsəlman düşməni və qaniçən birisi, Tramp barədə istehzalı açıqlamalar verir. Dünyada toxunulmaz sahə kimi tanınan Konqres binası, amerikalıların İnstagram üçün poz vermə məkanına çevrildi. Bir sözlə, həm Trampın, həm də Amerikanın nüfuzu lazımsız əsgi parçası kimi tapdalanır. İraqda hər gün Amerika hərbi karvanlarına hücumlar edilir. Əsgərləri öldürülür, texnikası məhv edilir. Bütün bunlar azmış kimi, İraqda Amerika səfirliyinə raketlər atılır. Bəli, Allah dostlarını şəhid edənləri, elə Allah Özü bucür cəzalandırır. Onlar üçün nüfuzdan düşmək kimi, ikinci ağır cəza ola bilməzdi. Kərbəla hadisəsindən sonra Yezidin aqibətini xatırlayın! Firon və Nəmrudun hekayəsi bizə ibrətdir. Allah Qurani Kərimdə, tarix boyu yaşamış zalımların hekayələrini danışaraq, bizi ibrət almağa səsləyir. Əminəm ki, bugün kitab nazil olsaydı, Tramp gələcək nəsillər üçün ibrət kimi xatırladılacaqdı!!!

"İslam dünyası xəbərləri"
📲https://t.iss.one/iswnews_az
#Təhlil

Tramp hələ də İranla müharibə barədə fikirləşir?

İran quru ərazidə, 2000 km məsafədə düşməni nəzarətdə saxlaya biləcək hava hücumundan müdafiə silahları və bu məsafədə olan düşmən hərbi bazalarını məhv edə biləcək gücə malikdir. İranın yüz faiz yerli istehsalı olan 3 Xordad, Bavər 373 hava hücumundan müdafiə silahları, ölkə səmasını etibarlı şəkildə qoruyur. Nümunə olaraq Amerikanın Global Hawk pilotsuzunun məhv edilməsini göstərmək olar. Bu məsələ çoxlarınıza aydın olduğu üçün, detallı şəkildə yazmadıq. Həmçinin İran quru ərazisində düşmənə ağır zərbələr vura biləcək raketlər də istehsal etdi ki, bunun da nümunəsini Eynul Əsəd məsələsində gördük. Bir sözlə, İranın quru ərazisində demək olar problemi yoxdur. Bu dəfəki təlimlərdə isə, dəniz ərazisinə daha çox üstünlük verildi. Bildiyiniz kimi son günlərdə, Amerika USS Nimitz aviadaşıyıcısını Fars körfəzinə göndərmişdi. Bundan əlavə İsrail də sualtı gəmisini Fars körfəzinə göndərərək, İrana güc nümayiş etdirirdi. Bir neçə gün əvvəl İranın keçirdiyi təlimlər zamanı bütün dünya başa düşdü ki, İran 1800-2000 km uzaqlıqda və eyni zamanda hərəkətdə olan dəniz hədəflərini çox asanlıqla məhv edə bilər. Hind Okeanın şimalında yerləşən və hərəkətdə olan hədəflər uğurla məhv edildi. Bundan əlavə puaların təlimi zamanı müşahidə etdik ki, son zamanlar İranda pualar da raketlər qədər mənzilə sahibdir və atış dəqiqliyi olduqca yüksəkdir. Bu o deməkdir ki, İran 2000 km məsafədə həm qurudan, həm havadan, həm də dənizdən çox etibarlı şəkildə müdafiə olunur və hər hansı bir düşmən hücumuna çox rahatlıqla cavab verəcək.
💡Əkrəm Hacızadə 💡
Video
#Təhlil

Göründüyü kimi Amerika bölgədə çətin vəziyyətdədir. İran raketlərinin hədəfindən uzaq olmaq üçün bazalarını uzağa çəkmək istəyirlər. Onların fikrincə 2000 km radiusdan kənara çıxsalar, İranı zəif vəziyyətə salacaqlar. Lakin, İran öz raketlərini təkcə ölkə ərazisindən yox, Livandan (Hizbullah vasitəsilə), Yəməndən (Ənsarullah vasitəsilə), İraqdan (müqavimət qrupları vasitəsilə), Suriyadan (İsrail sərhədindəki öz bazalarından) ata bilər. Bu o deməkdir ki, İran 2000 km məsafəli raketləri istehsal eləməklə, əslində bütün regionda təhlükəsizliyini təmin edib. Yəni, 2000 km məsafəni təkcə İran ərazisindən yox, eyni zamanda Livan, Yəmən, İraq və Suriya ərazisindən hesablamaq lazımdır. Belə olduqda 2000 km yox, 4000 və yaxud 6000 km radiusda olan region İran nəzarətində olur. Odur ki, düşmənlərin qaçacaq yeri yoxdur. Region müqavimətin nəzarətindədir.

"İslam dünyası xəbərləri"
📲https://t.iss.one/iswnews_az
#Hüseyniyyun İslam Müqavimət Hərəkatının #Azərbaycan_Araşdırma_Mərkəzi rəsmən təsis edildi.
Tezliklə mərkəzin neçə illik fəaliyyəti və hədəfləri barəsində əziz Müsəlman xalqa məlumat veriləcək.

#Təbyin_Cihadı
#Siyasi_Bəsirət
#Təhlil_Qüdrəti
#Ä°mam_Xamenei
#Müqavimət
#HĂĽseyniyyun
#İslam_Hakimiyyəti
#ZĂĽhur_Ordusu
#Zühura_Hazırlıq
#Kərimə_Dövləti

đź‘Ťhttps://t.iss.one/Huseyniyyun_Az