💡Əkrəm Hacızadə 💡
1.37K subscribers
2.34K photos
1.6K videos
35 files
4.15K links
İmam Məhdiyə (əc) əsgər kimi yetişmək üçün elmi, fikri, mənəvi və əməli baxımdan hazırlaşaq, düşmənlərlə mübarizə aparaq və bu yolda bir-birimizin əlindən möhkəm tutaq

Əlaqə: @Akram_Hacizade
Download Telegram
💡Əkrəm Hacızadə 💡
Yenilənmiş köhnə mövzu: Uğrunda ölən varsa, dolma var — Dolmanın azadlığı Zəngəzurdan keçir. Sarı gəlin, dolma, qarmon, nə bilim, xiyar turşusu, əcəbsandal, sümüyün içindəki ilik bizimdir, yoxsa ermənilərin? Bilmirəm kimindir, amma dəqiq bildiyim iki məsələ…
Media is too big
VIEW IN TELEGRAM
ChatGPT şarlatanlıqla türk dünyasının qəlbini ələ alır. Kim iliyin türklər tərəfindən kəşf olunduğunu sübut etmək istəyirsə, buyursun 😂

Hələ bu ilikdiraaa… Dolmaya qalsa, ilk dəfə Asena xalanın bükdüyünü də isbat edər 😁

Əsl türklərin canına yağ kimi yayılan bu yazışmanı oxumadan keçməyin.


t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁54👍2🤯2
"Azərbaycan İslam Modeli" budur. "Hüseyn" və "Yezid" bu model islamda barışdırılır, məzlumlar qapazaltı olur, yaltaqlar qabağa keçir.
Avropada bəzən "Free Palestine" deyən həmcinsbazlarda olan şərəf bunlarda yoxdur.

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
45👍11🤬3🤯2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran İR-ın Prezidentinin Ustad Şəhriyardan oxuduğu bu beyt çox manalı idi. Tutanlara...

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍32🤔1
Azərbaycan TV kanallarından birinin efirinə dəvət olunan təhlilçi, Pezeşkiyanın ölkəmizə səfərindən sonra Azərbaycan-İran münasibətlərində müsbət istiqamətdə dəyişikliklərin baş verib-verməyəcəyi ilə bağlı aparıcının sualını canlı yayımda təxminən belə cavabladı: "Hələlik dəqiq bir söz demək çətindir. Hər şey Netanyahunun Azərbaycana səfərindən sonra aydınlaşacaq."

Bu cavab mənim üçün İran Prezidentinin Azərbaycana səfəsinə dair oxuduğum və dinlədiyim bütün təhlillərdən daha səmimi və daha dəqiq idi.

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍483
👽 soydaşımız Marsdan enərək Azərbaycan barədə "əsl həqiqətləri" danışdı - Nə verir baş?

Dostlar, siyasi-ictimai məsələlərdə günəşi görüb danmaq və ya bir ömür mağarada yaşayıb sonra günəşdən danışmağın bir adı var - Xəyanət!

İndi İran daxilində Azərbaycan xalqı əleyhinə olan xəyanətlərin bir nümunəsinə toxunacağam:

Məhəmməd Əsğəri adlı bu şəxs sosial şəbəkədə mövcud olan kanalların birində "mədəniyyət sahəsində təhlilçi" adı altında Azərbaycan barədə etdiyi iddialarının xülasəsi: "Suriyada filaniyyun (məqsədi Hüseyniyyundur) adlı bir dəstə olmayıb. Azərbaycanda vəhhabi yoxdur və araşdıranda görürsən ki, yazıq sünnilərə vəhhabi damğası vurulur. Azərbaycanda sionistlər mövcud deyil və Hüseyniyyun mediasının İranda yaydığı bu məlumatlar yalandır. Digər region ölkələrinin, o cümlədən BƏƏ-nin İsraillə əlaqəsi daha çox olduğu halda niyə Azərbaycan qabardılır?".
👉 Bu şəxsin absurd iddialarına siz cavab yazın.

İndi isə yaxın əyləşin

Deməli dostlar İrandakı bu cərəyan 30 ildir ki, müctəhidlərin dəftərindən, xarici işlər nazirliyindən, hərbi-təhlükəsizlik orqanlarından tutmuş bütün əlaqədar dairələrdən Azərbaycan şiələrinin başına açılan oyunları gizlətməyə və Əhli-Beyt (ə.s) ardıcıllarına olan zülmlərin mediada işıqlandırılmasının qarşısını almağa çalışıblar. Bu şarlatanlar əllərinin çatdığı hər yerdə Azərbaycanda dindarlara qarşı heç bir problemin olmadığını, vəhhabilik və sionizmin ölkəmizdəki nüfuzu kimi, İran əleyhinə olan təhlükələri gizlətməyə və bu xəbərlərin dezinformasiya olduğunu iddia edirlər. Habelə fəal ruhanilərin İran-Azərbaycan münasibətilərinə xələl gətirdiklərini təbliğ edirlər. Bunların içərisində ölkəmizdə işləmiş səfirlər, nümayəndələr və İrandakı Azərbaycanla əlaqədar bölmələrin bəzi müftəxorları da var. Bu alverçi cərəyan "İlhamın xətrinə dəyməmək" bəhanəsilə İran daxilindən Azərbaycan şiələrinə qarşı olan dəstəyin hər vəchlə qarşısını almağa və dəstək səsini boğmağa çalışırlar.
Sübhdən axşamadək Azərbaycanın KİV-lərində İran təhqir olunmasına və həyasızcasına İrana qarşı ərazi iddiaları edilməsinə, xalqımıza İranın "düşmən" kimi təbliğ olunmasına baxmayaraq bu vəziyyəti görməməzlikdən gəlirlər. Bu azmış kimi "Heydər Əliyev" adlı sənədli filmin yayımlanmasının qarşısı alınır və hətta sadə bloggerə belə təzyiqlər olunur. Belə olan halda isə onsuz da "həsənsoxdu" dəyirmanı olan Azərbaycan mövzusunda belə məxluqlar üçün fürsət yaranır.

Bu yadplanetli soydaşımıza gəlincə isə, Əliyev rejiminin İrana qarşı olan məkrli planlarını İran xalqından gizlətməyə çalışan bu qaqaş ya əslində hər şeyi bilir....(?!) ya da danışdığı mövzu ilə bağlı hırla-zırı qanmır. Amma adamı düşündürən bir sual var: "sionistlərin Bakını İsrail rejimi ilə əlaqələrdə digər müsəlman ölkələrinə örnək kimi göstərdiyi, Təkcə Suriyaya Azərbaycandan 3 mindən çox təkfirçi vəhhabinin döyüşməyə getdiyi halda bu gədə niyə Azərbaycan üzərindən İran əleyhinə planlaşdırılmış təhlükələri gizlətməyə çalışır? Başqa sözlə desək, bu qaqaşı narahat edənin adı nədir görəsən?

Əziz Azərbaycan Əhli-Beyt (ə.s) sevərləri,  təsəvvür edirsinizmi ki, bu və bu kimi şəxslər illər sonra "Azərbaycan və Qafqaz üzrə ekspert" adı altında yuxarı dairələrə guya Azərbaycan haqqında hesabatlar verəcəklər. Hətta bəlkə böyük vəzifələrdə də çalışacaqlar.

Bunların Azərbaycanla bağlı acı həqiqətləri və İrana qarşı olan təhlükələri gizlətməklərinin səbəbi yalnız "Azərbaycanda 30 il ərzində neynəmisiniz?" sualına cavablarının olmadığına görə deyil... Allah bilər...

İndi bildinizmi ki, niyə Azərbaycan xalqının harayına İrandan tutarlı cavab gəlmir? Bildinizmi ki, niyə Əhli-Beyt (ə.s) ardıcıllarına qarşı bu qədər zülm olunmasına baxmayaraq müctəhidlərdən səs eşidilmir?

Canın yanmasın ay Mehriban xala!

P.s. "yansın" desəm, "xalqı prezidentin xanımına qarşı terrora səsləyərək iki ölkə arasını vurmaq və beləliklə israilə casusluq etmək"  ittihamı ilə barəmdə Əliyevin irandakı qulbeçələri tərəfindən məhkəməyə şikayət oluna bilər.

P.S. Bu dediklərim sadəcə dənizdən bir damla idi. Ardı olacaq...

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍37👏74🤔1
💡Əkrəm Hacızadə 💡
Video
Bu gədə qurbanlıq seçilmişdi, bəxtsizliyindən ən "iti bıçağın" altına girib... Abimi İranda və Azərbaycanda məşhur edəcəm. 😊

Dostlardan biri yazıb ki, bu sözlər konkret olaraq kimlərə aiddir.
Cavab: Burada yazdığım hər bir kəlmə, İranda və Azərbaycanda bu deyilənləri özünə götürən bütün şarlatanlara aiddir. Bu hələ başlanğıcdır. Vəsslam.

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38👍14😁6
Azərbaycan, Netanyahunun 7 oktyabr müharibəsindən sonra səfər edəcəyi ilk müsəlman ölkəsidir.
Cəzasını vermək hər bir insana vacib olan bu qaniçənin ölkəmizə səfəri, xalqımız üçün tarixi rüsvayçılıqdır. Düşünürəm ki, ən böyük rüsvayçılıq isə bu haramzadənin gəlişini sükut içərisində seyr etməkdir. Bu vəziyyət əslində sükut deyil, süqutdur.

Vallah hər birimiz Allah və tarix qarşısında məsuliyyət daşıyırıq.

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬44👍3
💡Əkrəm Hacızadə 💡
Video
Dostlar məni daha çox maraqlandıran əsas məsələ bu şəxsin nə danışdığı yox, niyə danışdığıdır. Çünki hamımız bilirik ki, onun danışdıqları tamamilə ağ yalandır və zərrə qədər həqiqətə uyğun gəlmir. Haradasa əminik ki, yalan danışdığını özü də çox gözəl bilir. Bu zaman ortaya sual çıxır: Bu şəxsin yalan danışmaqda məqsədi nədir? Onu hansı səbəblər və ya kimlər danışdırır? Əsas məsələ budur.
Bu şəxs iranlıdır və Azərbaycan onun üçün xarici ölkə hesab edilir. Özü iranlı olduğu halda Azərbaycan barədə məlumatları hardan alır?
Bu mövzuda iki ehtimal vermək olar:

1. Bu şəxs azərbaycanlılarla ünsiyyətdədir, medianı oxuyur və danışdıqlarının mənbəyi buradan aldığı məlumatlardır.

2. Bu şəxs İran daxilində müəyyən qüvvələr tərəfindən bilərəkdən danışdırılır və onun danışdıqları həmin qüvvələrə sərf edir.

Allah üçüncü ehtimaldan saxlasın...

Əvvəlcə birinci ehtimalı analiz edək: Hər bir ekspert bir mövzu barədə danışarkən əvvəlcə həmin mövzuda dərin araşdırma aparır. Əgər bu şəxs desə ki, azərbaycanlılar öz ölkələri barədə mənə məlumat verib, bu iddianın yalan olduğunu isbat etməyə ehtiyac yoxdur. Çünki hər bir azərbaycanlı bilir ki, sionist rejim Azərbaycanda söz sahibidir, səhiyyədən tutmuş təhlükəsizliyə qədər onların nəzarətindədir və İsrail əleyhinə ən sadə tənqid bildirən şəxs həbs olunur. Eyni zamanda Azərbaycanda vahabilər sərbəst şəkildə əqidələrini təbliğ edir, uzun illərdir xüsusilə şimal zonasında hərbi təlimlər keçir, şiələr vəhhabilər tərəfindən "rafizi" adlandırılaraq təhdid olunur.
Birinci ehtimal aktuallığını itirdiyindən, üçüncü ehtimalı səsləndirmədiyimizdən, biz ikinci ehtimala fokuslanmağa məcburuq. Yəni, İran İR prezidenti Pezeşkianın Azərbaycana səfərindən əvvəl bu cür çıxışların edilməsi işin digər maraqlı tərəfidir. Bəlkə də Hüseyniyyun təşkilatının İran daxilində apardığı təbliğatın tam əksini təbliğ etmək məqsədli şəkildə həyata keçirilir. Bu üsulla İlham Əliyevi razı salmaq və İran-Azərbaycan iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi heç də uzaq ehtimal deyil.

İki ölkə arasındakı hərtərəfli əlaqələri istəməyən yalnız İsraildir. İranın səylərinə baxmayaraq onsuz da İranla Azərbaycanın əlaqələrinin həddini müəyyən edən də yəhudilərdir. İlhamın və Azərbaycan mediasının İrana qarşı davranışı onlara gələn əmrdən asılıdır.
İranlılara da ürək sözüm budur ki, İlhamı, Mehribanı razı salmaq istəyirsinizsə Allahşükürə yazılan kitab kimi bir dənə ilhamın bir dənə də Mehribanın "həyat yolu" barədə kitab yazın, mədh edin, tərifləyin. Hansı alveri edirsiniz edin, öpüşün-görüşün, neynirsiz edin, amma Azərbaycan dindarlarının qanı üzərində alver etməyə haqqınız yoxdur. Bir məhbus övladının ayağının tozu, İranda oturub sionizmin Azərbaycandakı nüfuzunu və şiələrə olunan zülmləri gizlədən şarlatanlardan daha üstündür.

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36👍15👏6
Netanyahu Azərbaycana niyə gəlmədi?

İsrail iqtisadiyyatını ayaqda saxlamaq üçün dəridən-qabıqdan çıxan, bu rejimin Azərbaycan və digər ölkələrlə silah ticarəti üçün hava məkanını açan və Azərbaycan neftini uşaq qatillərinə ötürən "Ərdoğan beynəlxalq qınaq səbəbi ilə hava yolunu Netanyahunun üzünə bağlamışdır" xəbəri sadəcə "bişmiş toyuğun da gülə biləcəyi" bir lətifədir.
Mossad çox yaxşı bilir ki, İran səması kimi odlar yurdunun da səması tutqundur və hər an, hər yerdə Netanyahunun təyyarəsi "bulud topası" və ya özü "yağışa" tuş gələ bilər.
Yəhudilər Əli (ə) şiəsinin kəramətlərini tarix boyu sinədən-sinəyə ötürüblər.
Nə də olsa azərbaycanlı soydaşlarının kəramətinə bələddirlər...

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍576👏4😁2
Netanyahu nə zaman gələcək?

- Əli şiələrindən heç bir təhlükə hiss etmədikdə, bulud topalarının öz fikirindən daşındığını bildikdə.

Əslində, Netanyahunun səfərinin təxirə düşməsi xəbəri oyun da ola bilər. Kneset rəhbərinin Qazaxıstana səfəri kimi. Bir də gördün xəbərsiz- ətəsiz Netanyahunun Bakıdan qulaqları çıxdı.

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍48😢21🔥1🤬1
❗️❗️❗️ İran - İsrail müharibəsi ilə bağlı ən isti xəbərləri 👉Ar-Rad İnfo kanalından izləyin
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50👍4
Əvvəllər İŞİD terror təşkilatının komandirlərindən, sonra isə Ən-nusrə terror təşkilatının rəhbəri olmuş, əli yüzminlərlə məzlumun qanına batmış, Suriyada hakimiyyəti silahla ələ keçirdən vəhhabi terrorçu Əhməd əş-Şara (Colani)  bu gün Bakıya "işgüzar səfər" edib.

Guya Qarabağı alan kimi, şiələrin vəziyyəti düzələcək, ruhanilər azad olacaq, hətta 3 aya İlham Əliyev devriləcəkdi...
Hay-küy saldılar ki, İranda oturub "yəhudilər ölkəni ələ alıb, Azərbaycana vəhhabiləri doldururlar" deyənlər İranla Azərbaycanın arasını vurmaq istəyənlərdir. İlham da, vəhhabilər gəldi-gedərdi falan....
Biz deyəndə ki, "Qarabağ bəhanədir, əsas hədəf ölkəni oda çəkməkdir, şiə kimliyini aradan aparmaq istəyirlər" ən biyabırçı təhqirlər, iftiralarla üzləşdik. Dedilər ki, indi bu sözlərin vaxtı deyil, əsas torpağı almaqdır.
İndi buyurun!

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬32👍9😢8
Colani adlı bu vəhabi gədəçəsi və yəhudi oyuncağı olan İlham Əliyev şiələrin qanını, malını, namusunu özünə halal bilir. Bunların birləşməsi birbaşa ölkəmizin qan gölünə dönməsi deməkdir.
Allah tala xalqa xəyanət edənləri bağışlamasın!

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍35😢52🤬2
Biri üzdəniraq, biri vəhhabi

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍33🔥7🤬1
Hacı Qasimin İmam Xameneiyə olan nisbəti, Həzrət Əbəlfəzlin İmam Hüseynə (ə) olan nisbəti kimi idi...

Ondan sonra düşmən ordusu Xeyməyə hücum etməyə cürət tapdı. Bu qədər sadə...

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍32😢195
"Qafqaz üzrə ekspert" adı altında, Azərbaycanda İsrailin nüfuzunu və təkfirçi vəhhabilərin artımını danan, İran daxilində İlham Əliyevə "züy" tutan çobanların 12 günlük İran-İsrail müharibəsindən sonra nədənsə səsi çıxmır. Təbii ki, bu hiyləgər sükut müvəqqətidir və ilk fürsətdə göbələk kimi bir gecədə cücərəcəklər.

Dostlar, biləsiniz ki, İran daxilində saqqallı, əqiq üzüklü, başı əmmaməli, bir sözlə, müxtəlif geyimlərdə və simalarda 30 ildir ki, şiələrin acınacaqlı vəziyyətini və sionist qüvvələrin Azərbaycanı işğal etməsini İranın yuxarı dairələrindən gizlədən ünsürlər mövcuddur. Onların bəziləri işdən uzaqlaşdırılsa da, bəziləri uzun illər Azərbaycan hakimiyyəti adı altında, əslində isə cuhudlara casusluq etdikləri bilinsə də, bu ünsürlərin qalıqları hələ də iş başındadır.

Bu xəyanəti edənlər bir neçə dəstədir:

1. Bu bəzilərinin missiyasıdır...
2. Bəziləri isə uzun illər müftəxorluq ediblər, həqiqətlər bilinsə üzlərinə tüpürcək yağışı gələcək.
3. Bir az ədəblə desək iki uzunqulağın arpasını bölə bilməyənlərin əlinə mikrofon verilib....

Biz isə Azərbaycanın acınacaqlı vəziyyətini farsdilli medialarda işıqlandırdığımız və İsrailin Azərbaycan üzərindən İran əleyhinə planlarını ifşa etdiyimiz üçün bu ticarət mafiyası tərəfindən çoxsaylı təhdidlərə və töhmətlərə məruz qalmışıq. Amma, gün keçdikcə həqiqətlər bir-bir üzə çıxır...

Çox keçməz ki, İlham Əliyevin həqiqi simasını kor gözlər belə tam çılpaqlığı ilə görəcək. O gün biz, bu şəxsiyyətsizlərin və onların arxasında duranların əb-əcdadını İran-Azərbaycan sərhədinə düzərək, himayə etdikləri sionistlərin və vəhhabilərin qarşısına çıxmağa çağıracağıq!

Şəhid Çəmranın gözəl bir sözü var:
"Savaş çağırışı səslənəndə, mərd ilə namərd bir-birindən seçilər!"
Az qalıb...

P.S. Onlara ürək sözlərinizi yaza bilərsiniz, əmin olun ki, gəlib oxuyacaqlar.😊

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍329🤯3
Colaninin "Mursi taktikası" - Təkrar girilən bataqlıq

Colani hakimiyyəti yalnız silah gücü ələ keçirərkən bəziləri böyük ümidlə onu köhnə sistemə ən ideal alternativ, bəziləri isə mühafizəkarların modernizasiyası kimi görürdü. Lakin hadisələr göstərdi ki, bu ümidlər daha çox kənar güclərin planı ilə uyğunlaşırdı, xalqın ehtiyacları ilə yox. Colani hakimiyyətə gələn kimi daxili elitaya qarşı təmizləmə başladı, müxalif səsə sıfır tolerantlıq göstərildi. Bu, Colaninin xalqla deyil, güc balansı ilə hərəkət etdiyini göstərirdi. Bunu bütün xalq anladı.

Digər tərəfdən Colani hakimiyyətə gələn gündən cuhudların könlünü almağa, münasibətləri normallaşdırmağa, onlarla heç bir probleminin olmadığını göstərməyə can atdı. Adını Colanidən Şaraaya dəyişən və qalstuk taxaraq qərblilərin gözündə mədəni görsənməyə çalışan bu təcrübəsiz vəhhabi, guya bu taktika ilə regionda sabitliyi qoruyacaq, beynəlxalq aləmdə dəstəklər qazanacaq və iqtidarda qalmaq imkanını artıracaqdı. Lakin bu strategiyanın yanlış hesablanması və reallıqlara uyğun planlaşdırılmaması fəlakətli nəticələr verdi. Çünki real siyasət romantizmi sevmir.

İsrail, Colaninin "neytrallıq siyasəti"ndən istifadə edərək Suriyanın hava qüvvələrini bütövlükdə və donanmasının bir hissəsini sıradan çıxardı. Üstəlik, ürəyi istədikcə helikopterlərlə xüsusi təyinatlı qüvvələr Dəməşqdəki raket bazalarına girib, sənədləri toplayıb, bazaları sıradan çıxarırdı. Əlavə olaraq sərhədi keçərək əraziləri işğal etdilər və çox keçmədən artıq Dəməşqin cəmi 11 kilometrliyinə çatdılar. Druz separatçılarını açıq şəkildə dəstəkləyir, ölkənin Müdafiə Nazirliyi və bir çox rəsmi binalarını bombalayırdılar. Vəziyyət o həddə çatdı ki, Colani artıq iki gün öncə Dəməşqi tərk etməyə məcbur qaldı.

Colani hakimiyyəti ələ keçirəndən bəri İsrailin Suriyaya vurduğu zərbələrin sayı-hesabı yoxdur. Amma o, bütün bunlara sadəcə susdu.

Colani və ətrafı Hafiz Əsədi İsraillə müharibədə 14 kəndi itirməkdə ittiham edirdi, amma bu gün özləri bütöv bir vilayəti yəhudilərə və druzilərə təhvil verdilər. Çünki İsrailə sadiqlik nümayiş etdirməklə hakimiyyətdə daha uzun qalacağına inanırdı.

Əslində bu, cəmi 1 il Misirin prezidenti olmuş Məhəmməd Mursinin də fiyaskoya uğramış taktikası idi. Mursi administrasiyası da guya özlərini cuhudlara "təhlükəsiz" göstərərək həm hakimiyyətdə qalmaq, həm də yarananda Fələstinə yardım etmək istəmişdi. Amma bu illüziya tez bir zamanda dağıldı. Nəticədə nə Mursi iqtidarda qaldı, nə də Fələstin məsələsinə real dəstək verə bildi.

Colani isə ən yaxşı halda bu səhvi təkrarladı, amma daha betər hala gətirərək öz silahını, müxtəlif din və məzhəblərdən olan vətəndaşlarına tuşladı. Bu, sadəcə siyasi yox, həm də strateji iflas idi. Nəticədə xalqın böyük bir hissəsinin ona olan ümidi sındı və etibarı aradan getdi.

Və gözlənilən oldu: yenə də cuhud xisləti özünü göstərdi – bu dəfə tam təslimçilik tələbi ilə paytaxta yaxınlaşaraq son zərbəni vurmaq üzrədir.

Colaninin hakimiyyətdən getməsi artıq an məsələsidir. Suriya ərazi bütövlüyü ilə yanaşı, milli birliyini də itirmək təhlükəsi ilə üz-üzədir. Suriya torpaqları indi parçalanma təhlükəsi ilə qarşı-qarşıyadır.

Tarixi reallıq

Cuhudlar dinindən və məzhəbindən asılı olmayaraq digərlərini özünə qul və heyvan hesab edir. Onların tələbi sadədir: Ölkənin bütün mənafeyi onlara təslim olunmalıdır. Əgər bu baş verərsə, təbii ki, dayanmazlar. Əksinə, təslim olan xalqı daha da alçaldar, təhqir edərlər. İstər sünni ol, istər şiə, fərq etməz.
İşğalçı güclər qarşısında təslimçilik, qısa müddətli sabitlik gətirsə də, uzunmüddətli fəlakətlərə yol açır. Tarix dəfələrlə sübut edib ki, təslim olmaq yox, dirəniş göstərmək daha uzunömürlü və şərəfli nəticələr verir.

İmam Xamenei nə gözəl deyib:

"Təslim olmağın xərci, müqavimətin xərcindən daha çoxdur."


Bu reallıq qarşısında tək bir çarə qalır:
İslam ümməti birləşməlidir - fərqli fikirləri, məzhəbləri, hətta siyasi fərqlilikləri bir kənara qoyaraq, "İsrail" adlı yaranı bu regiondan kəsib atmalıdır.

Sonda seçim yenə də ümmətindir: ya alçaldılmaq, ya da ayağa qalxmaq!

t.iss.one/ekremhacizade
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍339🥰1