Dalğa
4.24K subscribers
16.7K photos
12.3K videos
264 files
16.1K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇
🆔 @payam_ziabot
Download Telegram
▪️Bir gün gələcək

Açmaram sirrimi bir kimsəyə pünhan elərəm.
Gedərəm gizlicə öz dərdimə dərman elərəm.

Qoymaram ağlımı vursun yerə nəfsin biləyi,
Bir ömür ağlımı öz nəfsimə düşman elərəm.

Neynirəm mən axı bu fani olan dünyanı?
Axirət eşqi ilə hər şeyi qurban elərəm.

Aşiqəm mən elə bir yarə onun bənzəri yox,
Kim onun bənzəri vardır desə üsyan elərəm.

Adil, əlbəttə ki bir gün gələcək Qaim olan,
Nəyi əmr etsə o gün Sahibi Dövran elərəm.

#imamzaman
#zuhur
#az_ziaossalehin_ir
İmam Sadiq (ə) buyurub:

مَن سَرَّهُ أن يَكونَ مِن أصحابِ القائِمِ فَليَنتَظِر وَليَعمَل بِالوَرَعِ ومَحاسِنِ الأَخلاقِ وهُوَ مُنتَظِرٌ، فَإِن ماتَ وقامَ القائِمُ بَعدَهُ كانَ لَهُ مِنَ الأَجرِ مِثلُ أجرِ مَن أدرَكَهُ، فَجُدّوا وَانتَظِروا هَنيئًا لَكُم أيَّتُهَا العِصابَةُ المَرحومَةُ.

"Qaimin tərəfdarlarından olmaq istəyən intizar çəkməli, əməllərində təqvalı və əxlaqı gözəl olmalıdır. O, intizar çəkdiyi halda dünyadan gedərsə və ondan sonra Qaim qiyam edərsə, Qaimə qoşulanın savabı ona da verilər. Belə isə çalışın (təqvalı olun, yaxşı əməllərə bağlanın) və intizar çəkin. Ey lütf və mərhəmət əhli, afərin sizə!”

📚 “Əl-qeybət”, Nömani, səh.200, hədis 16.

#hədis #imamzaman #zuhur
#az_ziaossalehin_ir
#imam_sadiq #imamsadiq
أَیْنَ الْمُعَدُّ لِقَطْعِ دابِرِ الظَّلَمَهِ؛

👌 (Ey) Zalımları məhv etməyə hazır olan hardasan?! və ey məzlumların imdadına yeten hardasan?!

#imamzaman #zuhur #az_ziaossalehin_ir #cümə #cümənizmübarək
▪️Seyyid İmadüddin Nəsimi(r):

"Bahâr oldu, gəl ey dilbər, tamâşa qıl bu gülzârə,
Buraxdı qonçalar pərdə, bişârət bülbül-i zârə.
Şəqâyıq pərdədən çıxdı, boyandı bâğ ilə bostan,
İrişdi gülşən-i hüsnün, boyandı rəng-i əzhârə.
Məni mən' etmə ey zâhid, güvənmə zikrə ey sufi,
Ki sən məğrursan zikrə, mənəm müştâq didârə.
Ki hər "Bəl hüm əzəll" bilməz nə dir kim eşqin əhvâlı,
İrişməz qâsırın əqli bu müğləq sırr-ı əsrârə.
Əbir-ü müşk-ü ənbər tək riyahından çəmən doldu,
Şəhərdə t'ən edər sâçın nəim-i müşk-i tâtârə.
Ki çıxdı qonçadan sünbül, gəriban çâk edər mən tək,
Dəlindi qüssədən bağrım, sən etmə ürəyim yârə.
Çəmənlər müxtəlif oldu hezâr əlvan çiçəklərdən,
Açıldı lâlə-vü nəşrin, şikufə gəldi əşcârə,
Açıldı nərgis-ü lâlə, dutubdur yâsəmən çâdır,
Döyüşlər, ərğəvan titrər, qəmişlər bitdi ənhârə.
Bənövşə, gül tâmâşâsı qənimət bil ki beş gün dir,
Satar m'əşuqə gül hüsnün, xəridâr ol bu bâzârə.
Yaxıldı canıma canı, dəmi İsâ Nəsiminin,
Vüsâlı dərdinə dərman, irişdi cânı bimârə."

#imamzaman #zuhur #Nəsimi #ədəbiyyat #şeir
🌸 İmam Cavad (ə) buyurur:
Dostlarımızın ən üstün əməli İmam Zamanın (ə.f) zühurunun intizarını çəkməkdir.

🤲 Allah bizi Zühurdan qabaq ona hazır olanlardan qərar versin. Cüməmiz və Şəban ayımız mübarək!

#İmamZaman
#ŞəbanAyı
🌸 İmam Zaman (ə.f)
Mövludu münasibəti ilə
Hər biriniz təbrik edirik!

#İmamZaman
#VədEdilmişXilaskar
#امام_زمان_منجی_جهان
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə məktəblilər "Salam Fərmandeh" nəğməsini birlikdə səsləndiriblər.

#imamzaman
#salamfərmandeh
#rəhbər
#təbriz
#iran🇮🇷
#azərbaycan
🆔 @az_ziaossalehin_ir