Dalğa
4.24K subscribers
16.7K photos
12.3K videos
264 files
16.1K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇
🆔 @payam_ziabot
Download Telegram
▪️Seyyid İmadüddin Nəsimi(r):

"Bahâr oldu, gəl ey dilbər, tamâşa qıl bu gülzârə,
Buraxdı qonçalar pərdə, bişârət bülbül-i zârə.
Şəqâyıq pərdədən çıxdı, boyandı bâğ ilə bostan,
İrişdi gülşən-i hüsnün, boyandı rəng-i əzhârə.
Məni mən' etmə ey zâhid, güvənmə zikrə ey sufi,
Ki sən məğrursan zikrə, mənəm müştâq didârə.
Ki hər "Bəl hüm əzəll" bilməz nə dir kim eşqin əhvâlı,
İrişməz qâsırın əqli bu müğləq sırr-ı əsrârə.
Əbir-ü müşk-ü ənbər tək riyahından çəmən doldu,
Şəhərdə t'ən edər sâçın nəim-i müşk-i tâtârə.
Ki çıxdı qonçadan sünbül, gəriban çâk edər mən tək,
Dəlindi qüssədən bağrım, sən etmə ürəyim yârə.
Çəmənlər müxtəlif oldu hezâr əlvan çiçəklərdən,
Açıldı lâlə-vü nəşrin, şikufə gəldi əşcârə,
Açıldı nərgis-ü lâlə, dutubdur yâsəmən çâdır,
Döyüşlər, ərğəvan titrər, qəmişlər bitdi ənhârə.
Bənövşə, gül tâmâşâsı qənimət bil ki beş gün dir,
Satar m'əşuqə gül hüsnün, xəridâr ol bu bâzârə.
Yaxıldı canıma canı, dəmi İsâ Nəsiminin,
Vüsâlı dərdinə dərman, irişdi cânı bimârə."

#imamzaman #zuhur #Nəsimi #ədəbiyyat #şeir