Dalğa
4.25K subscribers
16.5K photos
12K videos
262 files
15.4K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇
🆔 @payam_ziabot
Download Telegram
Ayətullah Təhriri cənablarının Səfər ayının daxil olması münasibəti ilə bəzi sifarişləri :

▪️Səfər ayı Əhli Beytin (əleyhiməssəlam) hüzn, əhəmiyyətli və şərifli aylardandır. Bu səbəbdən də "Məfatihul cinan" kitabında bütün ay üçün ümumi əməllər və bəzi günlər üçün xüsusi əməllər qeyd olunmuşdur :

1️⃣ - Səfər ayının girişi ilə ayın birinci günü namaz qılmaq;

2️⃣- "Məfatihul cinan"da olan "Ya şədidəl quva..." duasını gün ərzində 10 dəfə oxumaq;

👉 t.iss.one/az_ziaossalehin_ir/7044

3️⃣- Bu ayın 3-cü günü xüsusi bir namazı vardır : İki rəkətdir. Birinci rəkətdə Həmd və Fəth surəsi, ikinci rəkətdə Həmd və İxlas surəsi oxunur. Namaz bitdikdən sonra 100 dəfə salavat zikr edib, 100 dəfə bu duanı oxuyursan : Allahuməl'ən alə Əbi Sufyan (İlahi, Əbu Sufyan ailəsinə lənət et!).Sonra isə 100 dəfə istiğfar edirsən;

4️⃣- Səfər ayının 20-si (#Ərbəin günü) İmam Hüseynin (əleyhissəlam) xüsusi ziyarətnaməsi oxunur;

5️⃣- Ay boyu #sədəqə də vermək bəyənilən əməllərdəndir.

#səfər_ayı #sədəqə
#az_ziaossalehin_ir
#Ayətullah_Təhtiri
#ərbəin #dua #namaz
#Sədəqə

Sədəqənin üzdə görünən tərəfi budur ki, insanın maddi vəsaitindən bir şey əskik olur, azalır və ehtiyacı olan başqa bir şəxsin ixtiyarına keçir. Amma həqiqətdə, sədəqə (onun verən şəxsin) Allahın yanında qoyduğu və şahidə ehtiyacı olmayan bir sərmayəsidir.

Hərçənd sədəqə verilən zaman zahirdə nə isə azalır, amma diqqət etməliyik ki, əslində itirdiyimiz bir şey yoxdur.

İnsanın kasıba və fəqirə verdiyi müstəhəb, ya da vacib sədəqə (zəkat, kəffarə və xüms) zahirdə bir şəxsin əmlakından çıxıb, başqa bir şəxsin əmlakına keçir. (Hər ikisi zahirdə və formal olaraq, həmin şeyin sahibi sayılırlar.) Amma hər bir şeyin həqiqi sahibi yalnız Allahdır. Ona görə də, əslində bu sədəqə, Allahın mülkündən xaric olmur. Onun mülkündə, sədəqəni verən şəxs üçün sərmayə (depozit) olaraq qalır.

©️ Ustad Ayətullah Təhriri