Dalğa
4.25K subscribers
16.5K photos
12K videos
262 files
15.4K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇
🆔 @payam_ziabot
Download Telegram
🔸Məhərrəm ayının və əzadarlıq etməyinin əsasının nə olduğuna diqqət etməliyik. Bəzən bu aya aid şüarları ifrat şəkildə bərpa edir və canlandırırlar. Məsələn Qədir Xum günündən başlayaraq qara geyinməklə.

🔸Əzadarlığın hədəfləri unudulmamalıdır. Bu işlərdən məqsəd budur ki, biz öz həyatımızda Hüseyni rəng alaq.

🔸Bəzi insanlar öz ticarətlərində və alış-verişlərində başqalarına zülm edir, sonra isə hüseyniyyələrə kömək göstərib, əzadarlara yemək ehsan edirlər. Bir halda ki, bu şəxslərin cəzası daha ağırdır (günahı daha böyükdür). Kim deyib ki, müsəlmanların "boğazından kəsib", İmam Hüseyn (ə) üçün xərcləyək ?!

🔸(Bütün hallarda) vaciblərə əməl etmək və haramlardan uzaq olmaq məsələsi haqqında qəflət edilməməlidir. İmam Hüseynə (ə) əzadarlığın harasında var ki, bəzən dəstələrdə olan təbil vuranların və s. sayı, sinə vuranların sayından çox olmalıdır ?!

🔸Bizim vəzifəmiz var. Odur ki, bəzən əleyhimizə danışıldığının heç bir əhəmiyyəti yoxdur. Bizim İmam Hüseynin (ə) razılığını qazanmaq və Əhli Beytin (ə) maarifini bəyan etməkdən savayı mənfəətimiz yoxdur. Ruhanilər bu məsələləri hər yerdə deməlidirlər.

🔸Əzadarlıq dəstələrinin əzəməti var. Bu dəstələrə İmam Zaman (ə) qoşulub.

🔸Zilhiccə ayının sonuncu gününün duası və Məhərrəm ayının ilk gününün duasını da oxuyaq. Bu duaları oxuyaq ki, bizi günahdan uzaqlaşmağa, itaət və bəndəçilik sorağına getməyə hazırlayır. İmam Hüseyn (ə) elə bunlara görə gəlib...

@az_ziaossalehin_ir

#məhərrəm
#Ayətullah_Təhtiri
▪️ #Məhərrəm ayının gəlişi ilə əlaqədar ayətullah Təhririnin bəyanatı (1)

🔸Məhərrəm ayı gəlməkdədir. İmam Hüseynin (ə) müqəddəs vücuduna məhəbbət və əlaqə göstərməkdən əlavə, Hüseyn mədəniyyətinin öyrənilib yayılması ilə də məşğul olmalıyıq. Gündəlik ehtiyac duyulan məsələlərdən də qafil olmamalıyıq.

🔸Şiələr və yaxud şiə və qeyri şiə arasında təhrikedici əməllər yaymaqla ixtilaf yaratmaq istəyənlər həmişə olmuşdur. Misal olaraq qəmə vurmağı, özünü vurmağı, bihuş olmağı və s...qeyd etmək olar ki, yuxarıda qeyd olunan məsələdən (ixtilaf salmaq istəyindən) qaynaqlanır. Bəzi əzadarlıq məclislərində müşahidə olunan bu hallara nə ehtiyac var ?!.

🔸Belə hallarla üzləşdikdə diqqət etmək lazımdır ki, bu işlərin əksəriyyəti heç də həqiqi eşq və məhəbbətdən qaynaqlanan rəftarlar deyil. Əksinə qondarmadırlar. Eşq və məhəbbətin yüksək həddi vəzifənin tərk olunması deyil (heç bir halda şəri vəzifə tərk olunmamalıdır)...Bütün bu işlər Hüseyn mədəniyyətinin düzgün öyrədilməməsi və düzgün çatdırılmaması üzündəndir. Təəssüflər olsun bəzi ruhanilərin əsl məsələlərə diqqət edib, başqalarını da yönləndirmək əvəzinə müxtəlif şəkildə bu rəftarlara bulaşdığının şahidi oluruq. Bəzən isə bilərəkdən bu işləri edirlər.

🔸Əslində əzadarlıq məclisləri ruhi çevriliş və tövbə məkanları olmalıdır. Məna əhlindən əksəriyyəti belə məclislərdə başqalarının diqqətini cəlb etmədən, səs-küy salmadan, İmamların (ə) ruhu ilə əlaqə yaradıb, Onlara bağlanırlar....

@az_ziaossalehin_ir

#məhərrəm
#Ayətullah_Təhtiri
İmam Hüseyn (ə) buyurur : İnsanlar dünyanın bəndələridir (dünyaya çox bağlıdırlar) və din dillərinin ucundadır (yalnız dildə dindarlar)

İnsan ilahi dini başa düşüb qəbul etmək yolunda müxtəlif cür imtahan olunur. Həm fikri, həm etiqadi və həm də əməli şəkildə imtahan olunur. Bunlardan hər biri insanın vücudunda xüsusi təsir qoyur.

İmam (ə) bu yolda və buyurduğu bu kəlamda daim Allahın həqiqi dinini və həqiqi dindarları, Allahın dinini şeytani və qeyri ilahi hədəflər üçün vasitə qərar verən şəxsləri insanlara tanıtdırmaq üçün cəhd edirdi.

@az_ziaossalehin_ir

#məhərrəm
#Ayətullah_Təhtiri
Əgər Hüseyn (əleyhissəlam) kimi yaşamaq istəyiriksə mütləq Hüseyn məntiqinə yiyiələnməliyik. İmam Hüseynin (əleyhissəlam) məntiqi yalnız dünyavi həyatın idarəsi və zahiri dünyəvi asayişə nail olmaq deyil. Hədəf, insanın Allah təalaya diqqət yetirmədən normal və adil həyata və kamala çatmaq da deyil. Həzrət İmam Hüseyn (əleyhissəlam) çətin vaxtlarında belə, dəvəti üçün imamət məqamına çatdığı tohidi diqqətlərdən əl çəkmirdi.

@az_ziaossalehin_ir

#məhərrəm
#Ayətullah_Təhtiri
Düşmənlər bizi İmam Hüseyn (ə) maarifindən uzaqlaşdırmaq üçün çalışırlar. Biz gərək oyaq olaq. Düşmənin fitnələrini tanımalı, bizi həqiqi Hüseyn (ə) yolundan - Hüseyn (ə) maarifinə yiyələnmək, o həzrətin əmrlərini icra etmək, onun sahib olduğu xüsusiyyətlərə sahib olmaq, ilahi dinin hakimiyyətin bərpa olması - uzaqlaşdıran işləri etməkdən çəkinməliyik.

O həzrətin və fəqihin vilayətinin nuru altında bizi həqiqi Hüseyn (ə) yolundan ayıran işləri etməməliyik.

@az_ziaossalehin_ir

#məhərrəm
#Ayətullah_Təhtiri
▪️ Haqq və batili tanımaq

İnsanın fitrətinə aid olan məsələlərdən biri, haqqa tərəf meyl göstərməsidir (yəni, insan fitri baxımdan haqqa tərəf meyl göstərir).

(Fitri baxımdan) batili istəyən (və sevən) bir insan yoxdur. Çünki, haqqı dərk edən (ağıl kimi) vasitələr insanda mövcuddur. Amma insanda özünə məhəbbət və özünü sevmək kimi meyllər də olduğu üçün, adətən hər məsələdə haqqı batildən ayırd etmək onun üçün gizlin qalır (və asanlıqla haqqı batildən seçə bilmir).

Odur ki, insanın özünün və aləmin həqiqətinin kamilləşməsi, öz vücudunun həqiqi nəticəsinə çatması (özünü düzgün şəkildə tanıya bilməsi) üçün, idrak (və dərketmə) qüvvələrinin düzgün istifadəsinə diqqət edilməlidir ki, haqq batildən düzgün şəkildə müəyyən edisin.

Çünki, haqqı müəyyən etmək, insana cəmiyyətdə də haqq və həqiqət əhlini tanımağa və batil əhlindən uzaqlaşmağa imkan yaradır.

@az_ziaossalehin_ir

#məhərrəm
#Ayətullah_Təhtiri
İmamların müqəddəs məzarını ziyarət etməyə gedə bilməyən şəxs, qəlbin ruhani və mənəvi ziyarətindən qafil olmamalıdır. Baxmayaraq ki, mənəvi və ruhi ziyarət daha çətin və maneəsi daha çoxdur (asanlıqla qazanılmır). Əslində, zahiri ziyarət (və səfər) batini seyr (ruhi ziyarət) üçün müqəddimədir.

@az_ziaossalehin_ir

#məhərrəm
#Ayətullah_Təhtiri
Təvazökar alim Şeyx Murtəza Zahidin mənəvi hallarının şərhində yazmışlar ki : Əhli Beytə (əleyhiməssəlam) çox güclü məhəbbəti var imiş. İmam Hüseyn (əleyhissəlam) üçün rozə oxumağı özü üçün bir fəxr bilirmiş. Bir gün şəhidlərin ağasına (əleyhissəlam) təvəssül etdikdən sonra yuxuda özünü Kərbəlada İmam Hüseynin (əleyhissəlam) müsibətə düçar olmuş xeymələri arasında görür. Həmin vaxt bu sözlər ona təlqin olunur : "Bu, sənin əzandır, ya Hüseyn. Ruhum sənə fədadır, ya Hüseyn".

Bu sözləri təkrar etməklə yanaşı onda qəribə bir ürək yanğısı da baş verir. Həmin yuxudan sonra hər dəfə Aşura və Tasua günləri bu nohəni başlasaydı, camaatın ahu naləsi ucalardı.

📚 Unvan Bəsri hədisinin şərhi kitabından, Ayətullah Təhriri

@az_ziaossalehin_ir

#məhərrəm
#Ayətullah_Təhtiri
#Şeyx_Murtəza_Zahid
✍️ İmam Hüseyn (ə) buyurur :
İnsanlar dünyanın bəndələridir (dünyaya çox bağlıdırlar) və din dillərinin ucundadır (yalnız dildə dindarlar)

İnsan ilahi dini başa düşüb qəbul etmək yolunda müxtəlif cür imtahan olunur. Həm fikri, həm etiqadi və həm də əməli şəkildə imtahan olunur. Bunlardan hər biri insanın vücudunda xüsusi təsir qoyur.

İmam (ə) bu yolda və buyurduğu bu kəlamda daim Allahın həqiqi dinini və həqiqi dindarları, Allahın dinini şeytani və qeyri ilahi hədəflər üçün vasitə qərar verən şəxsləri insanlara tanıtdırmaq üçün cəhd edirdi.

#məhərrəm
#İmam_Hüseyn
#İmamhüseyn
#Ayətullah_Təhtiri
#məhərrəm
#Kərbəla
#Kerbela
#Aşura
#Şiə
Ayətullah Təhriri cənablarının Səfər ayının daxil olması münasibəti ilə bəzi sifarişləri :

▪️Səfər ayı Əhli Beytin (əleyhiməssəlam) hüzn, əhəmiyyətli və şərifli aylardandır. Bu səbəbdən də "Məfatihul cinan" kitabında bütün ay üçün ümumi əməllər və bəzi günlər üçün xüsusi əməllər qeyd olunmuşdur :

1️⃣ - Səfər ayının girişi ilə ayın birinci günü namaz qılmaq;

2️⃣- "Məfatihul cinan"da olan "Ya şədidəl quva..." duasını gün ərzində 10 dəfə oxumaq;

👉 t.iss.one/az_ziaossalehin_ir/7044

3️⃣- Bu ayın 3-cü günü xüsusi bir namazı vardır : İki rəkətdir. Birinci rəkətdə Həmd və Fəth surəsi, ikinci rəkətdə Həmd və İxlas surəsi oxunur. Namaz bitdikdən sonra 100 dəfə salavat zikr edib, 100 dəfə bu duanı oxuyursan : Allahuməl'ən alə Əbi Sufyan (İlahi, Əbu Sufyan ailəsinə lənət et!).Sonra isə 100 dəfə istiğfar edirsən;

4️⃣- Səfər ayının 20-si (#Ərbəin günü) İmam Hüseynin (əleyhissəlam) xüsusi ziyarətnaməsi oxunur;

5️⃣- Ay boyu #sədəqə də vermək bəyənilən əməllərdəndir.

#səfər_ayı #sədəqə
#az_ziaossalehin_ir
#Ayətullah_Təhtiri
#ərbəin #dua #namaz