Ayətullah Xamenei
3.29K subscribers
2.2K photos
631 videos
87 files
2.19K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
TİBB BACISI - XƏSTƏ
ÜÇÜN RƏHMƏT MƏLƏYİDİR

Bu - həqiqi mənadadır və qətiyyən şişirtmə deyil. O, insanın həm bədəni, həm də ruhu ilə məşğul olur. Tibb bacısı həqiqətən kədəri aradan qaldırır, xəstəyə qulluq edir və ona rahatlıq bəxş edir.

© İmam Xamenei
🗓️ 20.12.2020.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Fasiq yetişdirən sistem

🔸Ağıllı, abid, mömin, azad, yanlış düşüncələrdən uzaq, Allah qarşısında kiçilən və təkəbbürlülər qarşısında təkəbbürlü insanlar yetişdirən bir sistem - bunun ən yaxşı nümunəsi Peyğəmbər (s) dövründə İslam idarə üsulu idi - dünyagir, nəfsə və ehtiraslara uyan, yaltaq, mənəviyyatsız, şəxsiyyətsiz, fasiq və azğın insanlar yetişdirən sistemə çevrildi. Təəssüf ki, bütün Əməvi və Abbasi xilafəti dövründə belə idi. Tarix kitablarında bu haqda bəzi məsələlərə toxunulmuşdur; onları söyləsək, çox çəkər. Bu, Müaviyənin dövründən başlandı...
Həmin sistemdə yetişənlər xəlifənin istəyinin əksinə olan heç bir sözü dillərinə gətirmirdilər. Bu necə cəmiyyətdir?! Bu necə insandır?! Fəsadları aradan qaldırmaq və ilahi cəmiyyət qurmaq istəyən insanlarda bunun harası ilahi və islami iradədir?! Məgər belə bir şey mümkündür?!


© İmam Xamenei
📚 "250 yaşlı insan
"

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Media is too big
VIEW IN TELEGRAM
Əhli-beytin (ə) Salman Farsiyə sevgisinin sirri

© İmam Xamenei


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Amerikaya birinci sillə

🔹“Düşmən Sərdar Süleymaninin şəhadətindən sonra da məğlubiyyətə uğradı. İran və İraqda milyonlarla insanın müşayiəti ilə Şəhid Süleymani və Şəhid Əbumehdi əl-Mühəndisinin dəfn edilməsi və bu iki şəhidə anım mərasimlərinin təşkil edilməsi imperializmin yumşaq müharibəsi generallarını heyrətləndirdi və bu, amerikalılara endirilmiş birinci sərt sillə idi”.


© İmam Xamenei
🗓️ 16.12.2020.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Düşmənlə həmişə sərt olmaq lazımdır

🔸 Bu qədər ayələri oxuyuruq, bir-birimizə xatırladırıq. Amma qəlbimizi təsirləndirməliyik. Ali-İmran surəsinin 103-cü ayəsində buyurulur ki, hamılıqla Allahın qırılmaz ipinə sarılın. Bu bir Quran təlimidir. Dəfələrlə təkrarlamışıq və bir-birimizə xatırlatmışıq. Amma bu ayə qəlbə oturmalı, həzm olmalıdır. O zaman vəhdət məsələsi bizim üçün əsas məsələ olar. O zaman şəxsi mənafelərə görə əzəmətli milli vəhdəti pozmarıq.

🔹 Əgər Quran ayəsi insanın qəlbinə cəzb olsa, kafirlərlə sərt, öz aramızda mehribançılıq çətin gəlməz. Düşmənlə sərt olmaq o mənada deyil ki, düşməni məhv etmək lazımdır. Şərait bir zaman düşmənin məhvini tələb edir, bir zaman yox. Amma düşmənlə həmişə sərt olmaq lazımdır.


© İmam Xamenei 🗓️ 2010
📚 "Düşmən nüfuzu"


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Yeni İslam sivilizasiyası 🌎

🔹"Bu gün artıq müsəlmanların növbəsidir ki, əzm və təpər nümayiş etdirərək yeni İslam sivilizasiyasının bünövrəsini qoysunlar".


© İmam Xamenei
🗓️ 29.12.2015.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İNFAQ ETMƏK NƏDİR

الَّذِینَ یُنفِقُونَ فِی السَّرَّاءِ وَالضَّرَّاءِ
O kəslər ki, gizlində və aşkarda infaq edərlər.


🔸 İnfaq yəni, xərcləmək. Ancaq, nəinki adi xərcləmək. Xeyir, infaq o xərcdir ki, boşluğu doldursun. Bəzən lazım olmayan yerdə infaq edirlər. Bəziləri milyonlar xərc edir, hətta baxırsan ki, xərc etdiyi iş zahirdə yaxşı bir işdir. Ancaq, Quranın təbiriylə desək (Kəhf sürəsi 103-104-cü ayə), onlar insanların ən bədbəxtidir. Çünki, onların işi xərcləməkdir, infaq etmək deyildir.

🔹 Cənab! Əgər beş manatı cibində yüz ədəd beş manat olan birisinə versən, bu infaq deyil. Ancaq, əgər o beş manatı gözü onda olan birisinə versən və o da, onunla çörək alıb qarnını doyursa, bu infaqdır. Deməli, infaq hər kəsin bacardığı bir iş deyildir. İnfaq, düşüncəli insanların işidir. Onlar, digərlərinin ehtiyacını dərk edirlər və onlar yerində və zamanında infaq etməyi bacarırlar.

© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü"


#müttəqilərin_xüsusiyyətləri

Teleqram: t.iss.one/AyetullahXamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Mehdinin (ə.f.) zühur edəcəyi dövrdəki yaşayış.

© İmam Xamenei


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
✊🏻 MÜQAVİMƏT RƏMZİ

🔸“Şəhid Süleymani digər tərəfdən də İslam ümmətinin qəhrəmanına çevrildi. Çünki o əzizin səyləri, ruhi və mənəvi dünyası İslam dünyasında oyanış və müqavimət səfərbərliyinin rəmzidir”.


© İmam Xamenei
🗓️ 16.12.2020.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İmam Həsən (ə) sülh etməsəydi nə olardı

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fatimeyi-Zəhranın (s.ə.) həyatının parlaq nöqtəsi

© İmam Xamenei


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
🔸"Amerikanın bu regiondakı fəsad törədən iştirakına birdəfəlik son qoyulmalıdır".

© İmam Xamenei
🗓️ 08.01.2020.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Düşmən səddi aşa bilməməlidir

🔸 Düşmənlə həmişə sərt olmaq lazımdır. Düşmən qarşısında sədd kövrək olmamalıdır. Düşmən səddi aşa bilməməlidir. Düşmən üçün sədd keçilməz olmalıdır. Bu düşmənə aid idi.

🔹 Bəs öz aramızda necə? Öz aramızda mehriban olmalıyıq. Bu Quranın ikinci bir göstərişidir. Nə üçün əməl etmirik? Problem nədədir? Problem elə əvvəl qeyd etdiyim problemdir. Əgər qəlbimiz ilahi rəhmət yağışına açıq olsa, qəlbimizi Qurana tapşırsaq deyiləni qəbul etmək asan olar. Bu zaman şəxsi məqsədlər, qərəzlər, maddi mənafelər, rəyasət istəyi, dostbazlıq Quran tövsiyəsini unutdurmaz.


© İmam Xamenei 🗓️ 2010
📚 "Düşmən nüfuzu"


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
🔸 "Dünyanın hər hansı nöqtəsində imperializmə qarşı müqavimət istəyi varsa, şifrəsi Şəhid Süleymanidir".

© İmam Xamenei
🗓️ 16.12.2020.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Müttəqilər qəzəblərini udarlar

وَالكاظمینَ الغَیظ
🔸
(Ali-İmran surəsi, 134-cü ayədən)
- yəni, müttəqi insanlar hislərinə qapılıb, hərəkət etmirlər və onların gördükləri bütün işlərə ağılları hakimdir. Yəni, qəzəblə davranmazlar. Əksinə, qəzəblənəndə, qəzəblərinin soyumasını gözləyərlər. İnsan, öz ağlı və dərrakəsi ilə, öz şəninə uyğun hərəkət etməyə qadir bir varlıqdır.

🔹 Əlbətdə, bəzi yerlərdə ağıl qəzəbli davranmağı hökm edir və bu, aqilanə qəzəbdir. Necə ki, Quranda gəlib:

أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَیْنَهُمْ​


Kafirlərə qarşı şiddətli, öz aralarında isə mehribandırlar. Yəni, təcavüzkar düşmənə qarşı mehriban olmaq olmaz.


© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü"


#müttəqilərin_xüsusiyyətləri

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Digər məzhəbləri təhqir etməyin acı nəticələri

🔸"Bəziləri elə düşünür ki, Şiəliyin isbatı Sünnilərin ehtiram bəslədiyi şəxslərə qarşı təhqiramiz sözlər deməkdir. Xeyr, bu metod Əhli-beytin (ə) metodunun əksinədir".


© İmam Xamenei

#ingilis_şiəsi

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
DUANIN MÖCÜZƏSİ

🔹“Bəlanı dəf etmək üçün dua, təvəssül və istiğfar möcüzəvi əhəmiyyətə malikdir. Bütün deyilənlər koronavirusun qarşısını almaq üçün bir vasitədir. Həmin vasitələrə ruh və can bəxş edən Allah-taaladır. Bu bəladan qurtarmaq üçün dua və yalvarışlarla Allahın lütf və diqqətini cəlb etmək lazımdır”.


© İmam Xamenei
🗓️ 24.10.2020.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İmam Həsən (ə) sülhü
məcburiyyətdən imzaladı


🔸 Unutmaq lazım deyil ki, sülh məcburiyyətdən yarandı, amma hər halda imzalandı. Əslində isə İmam Həsən (ə) bunu sevmirdi. O öz əməli ilə Müaviyənin hakimiyyətinin təməlini zəiflətdi. Bu sülhün özü və İmam Həsənin (ə) şəraiti ilahi bir hiylə idi:
"Onlar hiyləyə əl atdılar, Allah da onların hiyləsinə qarşılıq verdi".
(Ali-İmran 54-cü ayə)

© İmam Xamenei
📚 "250 yaşlı insan"


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei