Ayətullah Xamenei
3.29K subscribers
2.2K photos
631 videos
87 files
2.19K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
İNFAQ ETMƏK NƏDİR

الَّذِینَ یُنفِقُونَ فِی السَّرَّاءِ وَالضَّرَّاءِ
O kəslər ki, gizlində və aşkarda infaq edərlər.


🔸 İnfaq yəni, xərcləmək. Ancaq, nəinki adi xərcləmək. Xeyir, infaq o xərcdir ki, boşluğu doldursun. Bəzən lazım olmayan yerdə infaq edirlər. Bəziləri milyonlar xərc edir, hətta baxırsan ki, xərc etdiyi iş zahirdə yaxşı bir işdir. Ancaq, Quranın təbiriylə desək (Kəhf sürəsi 103-104-cü ayə), onlar insanların ən bədbəxtidir. Çünki, onların işi xərcləməkdir, infaq etmək deyildir.

🔹 Cənab! Əgər beş manatı cibində yüz ədəd beş manat olan birisinə versən, bu infaq deyil. Ancaq, əgər o beş manatı gözü onda olan birisinə versən və o da, onunla çörək alıb qarnını doyursa, bu infaqdır. Deməli, infaq hər kəsin bacardığı bir iş deyildir. İnfaq, düşüncəli insanların işidir. Onlar, digərlərinin ehtiyacını dərk edirlər və onlar yerində və zamanında infaq etməyi bacarırlar.

© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü"


#müttəqilərin_xüsusiyyətləri

Teleqram: t.iss.one/AyetullahXamenei
Müttəqilər qəzəblərini udarlar

وَالكاظمینَ الغَیظ
🔸
(Ali-İmran surəsi, 134-cü ayədən)
- yəni, müttəqi insanlar hislərinə qapılıb, hərəkət etmirlər və onların gördükləri bütün işlərə ağılları hakimdir. Yəni, qəzəblə davranmazlar. Əksinə, qəzəblənəndə, qəzəblərinin soyumasını gözləyərlər. İnsan, öz ağlı və dərrakəsi ilə, öz şəninə uyğun hərəkət etməyə qadir bir varlıqdır.

🔹 Əlbətdə, bəzi yerlərdə ağıl qəzəbli davranmağı hökm edir və bu, aqilanə qəzəbdir. Necə ki, Quranda gəlib:

أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَیْنَهُمْ​


Kafirlərə qarşı şiddətli, öz aralarında isə mehribandırlar. Yəni, təcavüzkar düşmənə qarşı mehriban olmaq olmaz.


© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü"


#müttəqilərin_xüsusiyyətləri

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei