Ayətullah Xamenei
3.29K subscribers
2.2K photos
631 videos
87 files
2.19K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Din siyasətin özüdür

🔹"Düşmən o dindən qorxur ki, onun dövləti var, qüdrəti var, ordusu var, iqtisadiyyatı var, maliyyə sistemi var, müxtəlif idarə təşkilatları var... Belə bir dindən qorxur. Amma camaatın işi təkcə məsciddə ibadət olan dindən yox. Lap yüz il ibadət etsinlər..."

© İmam Xamenei

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
ƏLƏVİ HÖKUMƏTİNİN NİZAMNAMƏSİ(1).pdf
1.3 MB
📚 ƏLƏVİ HÖKUMƏTİNİN Nizamnaməsi - Nəhcül-bəlağə (Yeddi xütbənin şərhi)

© İmam Seyid Əli Xamenei

#Rəhbərin_kitabları
#kitab
Əmirəlmöminin Əlinin (ə) nəzərində cahiliyyət dövründəki cəmiyyətin xüsusiyyətləri

1️⃣-ci xüsusiyyət:
🔸 Ümmətlərin qəflət yuxusunda olması

#cahil_cəmiyyətin_xüsusiyyətləri

#1
👇🏻👇🏻👇🏻
Əmirəlmöminin Əlinin (ə) nəzərində besətdən öncəki cəmiyyətin xüsusiyyətləri

1️⃣-ci xüsusiyyət:
🔸 Ümmətlərin qəflət yuxusunda olması:

وَ طُولِ هَجْعةٍَ مِنَ الْأُمَمِ
"Peyğəmbəri (s) ümmətlər dərin yuxuya getdiyi bir vaxtda göndərdi”.

Peyğəmbərlər gəlib əllərindəki agahlıq qırmancı ilə ümmətlərin anesteziya olunmuş və yuxuya getmiş bədənlərinə vururdular. Peyğəmbərlərin gəlişində müəyyən fasilələr yaranırdı. Ümmətlər dərin qəflət yuxusuna gedirdilər. Ümmətlərin dərin yuxusu nədən ibarət idi? Ümmətlərin dərin yuxusu maddi və texnoloji sivilzasiyadan uzaq düşməsində deyildi. Rum (Bizans) imperiyası bu altı yüz il müddətdə tərəqqi və inkişafın pik nöqtəsi və zirvəsində idi. Tarixi vərəqləyin, baxın. Ərəbistanın bu altı yüz il ərzində iki qonşu ölkəsinin ərazisi o qədər böyük, zəmanəsinə uyğun maddi, hərbi və siyasi inkişaf səviyyəsi o qədər yüksək və parlaq idi ki, dünyanın iki supergücü bir an belə bir-birindən qafil olmurdu. Özlərini azad, güclü və aram gördükdə, rəqibinə hücum etmək fikrinə düşürdü. Onların arasında daim müharibə gedirdi. Peyğəmbəri Əkrəmin (s) besəti və İslamın zühurunun başlanğıcında İranın fəthi və qələbəsi, Rum imperiyasının isə məğlubiyyəti ilə nəticələnən bir müharibə baş verdi:

غُلِبتِ الرُّومُ. فِي أَدْنَى الْأَرَْضِ
“Rumlular (iranlılara) məğlub
oldular. (Ərəbistana) ən yaxın bir yerdə...”

Onlar arasında həmişə müharibə gedirdi; çox ağır hərbi və siyasi müharibələr, ardıcıl hücumlar, silahlanma və iqtisadi sahədə müsabiqələr o günün mütərəqqi və mədəni cəmiyyət və xalqlarının əlaməti idi. Maddi mədəniyyətə doğru dördatlı çaparaq yürüyən bu ümmətləri dövrün ilk agah insanı – Əli ibn Əbitalib (ə) belə tanıtdırır:

وَ طُولِ هَجْعةٍَ مِنَ الْأُمَمِ
“Ümmətlər dərin yuxuya getmişdilərə”.

Gündüz yuxusuna deyil, dərin yuxuya “həcə” (هَجْعةَ) deyirlər. İnsan gündüzlər dərin yuxuya gedə bilmir. Gecələr ölü kimi yatmış insanın yuxusuna “həcə” deyirlər. Həzrət buyurur ki, ümmətlər ölü kimi yuxuya getmişdilər, heç nəyə diqqət yetirmir, heç nə anlamırdılar. Onları bir ümməti xoşbəxt edən məsələlər – ayıqlıq və düşüncə maraqlandırmırdı. Tarixə nəzər saldıqda, bu iki böyük qüdrət sahibinin mədəni məsələlərdə vəziyyətinin sıfırdan da aşağı olmasını görərik. Keçmiş millətlərə nisbət verilən mədəniyyət və sivilizasiya əfsanədən başqa, bir şey deyildi. Əgər onlarda mədəniyyət olmuşsa da, mənəvi və insanlıq sahəsinə deyil, maddi sahəyə aid olmuşdur. Bir xalqın ideoloji baxımdan mürgüləməsinin əlaməti nədir? Bu əlamət həyatın sonu və həqiqi taleyə bağlı olmamaqdır. Məsələləri düzgün dəyərləndirməyən, öz ətrafını tanımayan, düşmən hücumlarını görməyən, həmlələr müqabilində münasib reaksiya verə bilməyən, düşməndən qafil olan və onun təcavüzündən öncə qabaqlayıcı tədbirlər görə bilməyən insana “mürgüləyən” insan deyirlər. Ağıllı və ayıq insan bunları anlayır, əksinə, anlamayan, öz düşmənini tanımayaraq onu özünə dost, dostunu isə düşmən bilən xalq yuxudadır. İslamdan əvvəlki ümmətlər belə idi. İslamdan əvvəlki ümmətlərin maddi baxımdan tərəqqisinə fikir verməyin. Bu, onların ayıqlığını göstərmir, əksinə onlar böyük qüdrətlərə əsir olan kölələr idilər. Bu qüdrətlər öz xeyir və mənafelərinə uyğun zəruri şeyləri onlara verir və onlardan lazımi xidmət tələb edirdilər. Tarixi sivilizasiyaların tərəqqi əlaməti memarlıq idi. Memarlıq da saraylara, qılınc döyüşlərinə məxsus idi. Onların mədəniyyət əlaməti ev və əl işlərində özünü göstərən bekarçılıqlardan ibarət idi. Axı, nə üçün insan bir saxsı kuzə düzəltmək üçün saatlar, günlər və həftələr sərf etməlidir? İnsan öz hünərini, öz zövqünü və məharətini hansısa bir əl sənətinə, hansısa bir faydasız işə, bir səhəngə, bir qəndqabına, bir tabloya həsr etməlidir? Görəsən, buna səbəb nədir? Səbəb yolunun bağlı olmasını, ondan böyük işlər görə və cəmiyyətin xeyrinə addımlar ata bilməyəcəyini bilməyindir. Çünki cəmiyyətin geniş əhatə dairəsi və üfüqündə bu zövqdən, bu məharətdən və bu incəsənətdən istifadə edə bilməyəcəksən. Buna görə də özünə qapanırsan. Bu, bir xalqın ayıqlığı deyil, yuxuda olması deməkdir. 👇🏻
وَ طُولِ هَجْعةٍَ مِنَ الْأُمَمِ

“Ümmətlər dərin yuxuya getmişdilər”.

Ümmətlər qış yuxusundan ayıla bilmir, başlarına gələnləri anlamırdılar. Onları məcbur edən hər kəsə qul, kölə olurdular. Bu gecə onlara Rum imperatoru ağalıq edirdisə, sabahkı gün imperatorun qardaşı imperatorun boynunu vurub özü imperator olurdu, nəticədə yenə hamı köləlik edirdi. Xarici düşmənlər onlara hakim olduqda da vəziyyət eynilə belə idi. İran xalqı qüdrət sahiblərinin hakimiyyəti altında inləyirdi. Makedoniyalı İskəndər gəldi. Qüdrət sahiblərini aradan qaldırdı və özü çılğın qüdrətin sahibi oldu. Hamı onun ətrafında köləyə çevrildi. Rum cəmiyyəti də belə idi. Misir, Hind və digər yaxın və uzaq cəmiyyətlərdə də bu (acınacaqlı) vəziyyət hökm sürürdü. Bunun adı isə anlamazlıq, nadanlıq, qanmazlıq, öz vəziyyət və mövqeyindən xəbərsizlikdir. Bu uzun əsrlər boyunca bəşərin gözünə sevinc bəxş edə bilən bir insani mədəniyyət nümunəsi görünmədi.

© İmam Xamenei
📚 "ƏLƏVİ HÖKUMƏTİNİN NİZAMNAMƏSİ"

#cahil_cəmiyyətin_xüsusiyyətləri
#1

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İnsan haqları adı altında düşmən nüfuzu

🔸 Bu gün dünyanın böyük gücləri zorla da olsa öz mədəniyyətini başqa xalqlara qəbul etdirmək istəyir. Amerikalılar dünyanın müxtəlif ölkələrinə qoşun yeridib öz adət-ənənələrini zorla qəbul etdirirlər. Biganə mədəniyyətlər buralara da gəlib çatır. Bura insan haqları adı altında yol axtarırlar.

🔹 Amerikalılardan soruşan yoxdur ki, dünyanın harasında qaradərililərlə sizin kimi vəhşi rəftar edirlər? Dünyanın harasında yüzlərlə qadın və uşağı, kişini bir binaya yığıb od vurublar?! Əgər dünyanın bir yerində belə hadisələr baş veribsə, onda insan haqlarının pozulmasından danışın. Bu hadisələr Amerikada baş verib. Amerikadan başqa haradasa belə vəhşiliklər görməmişik.

🔻 Sionistlər də dünyanın ən qəddar cəmiyyətidir. Amerikanın himayəsi altında hərəkət edirlər.

© İmam Xamenei 🗓️ 1994
📚 "Düşmən nüfuzu"

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vüsal günü

İmam Xamenei, Şəhid Qasim Süleymani haqqında:
"O öz arzusuna çatdı.."

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ayətullah Misbah Yəzdi, İmam Xamenei haqqında:
"Rəhbərin necə bir nemət olduğunu bilmirsiniz.."

Bəsirətli alim, filosof, Ayətullah, Əllamə Misbah Yəzdi Allahın rəhmətinə qovuşdu. Allah məqamını uca etsin.

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İmam Seyid Əli Xamenei, Ayətullah Misbah Yəzdiyə cənazə namazı qılıb.

Allah rəhmət eləsin.

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Həzrət Ayətullah Xamenei Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verdi.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Böyük təəssüf və kədər hissi ilə Allah adamı olan alim, fəqih, mücahid filosof Ayətullah Hacı Şeyx Məhəmmədtəqi Misbah Yəzdinin vəfat xəbərini aldım. Bu, İslam maarifi və elmi hövzəsi üçün bir itgidir. O, üstün bir mütəfəkkir, layiqli müdir, haqqı çəkinmədən deyən, düz yolda möhkəm və qətiyyətlə dayanan bir adam idi.

Dini düşüncənin istehsalı, bələdçi kitabların yazılışı, üstün və nüfuzlu tələbələrin yetişdirilməsi, iştirakına ehtiyac duyulan bütün inqilab meydanlarındakı iştirakı baxımından, həqiqətən və insafən, nadir adam idi. Dindarlıq və təqva gənclik dövründən ömrünün sonuna qədər onun daimi xüsusiyyəti oldu. Allahtanıma yolunda addımlaması Allahın bu uzunmüddətli səylərinə görə ona verdiyi böyük bir hədiyyədir. 👇🏻
Bu qədim və əziz qardaşımın vəfatı mənim özüm üçün matəmdir. Onun möhtərəm ailəsi, alim, saleh övladları və digər yaxınlarına, habelə bu böyük müəllimin tələbələri və sevdiklərinə, elmi-dini hövzəyə başsağlığı verir, Allahdan ona yüksək dərəcələr, bağışlanma və rəhmət diləyirəm.

Seyid Əli Xamenei
02 yanvar 2021

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Ali Rəhbər, Ayətullah Misbah Yəzdi haqqında

🔸 "O, dini düşüncənin ərsəyə gəlməsində, dəyərli kitabların təlifində, seçkin və nüfuzlu şagirdlərin yetişdirilməsində, varlığına ehtiyac duyulduğu bütün sahələrdə inqilabçı iştirakı ilə, həqiqətən də nadir insanlardan idi".

© İmam Xamenei
🗓️ 02.01.2021.

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Müttəqilər insanların xətalarından keçərlər

والعَافِینَ عَنِ النّاس
İnsanların xətalarından keçərlər. (Ali-İmran surəsi 134-cü ayədən)

İnsanların nöqsanlarına, onların xətalarına, günah və büdrəmələrinə göz yummaq lazımdır. Çünki, bu kimi qüsurlar insanların hamısında mövcuddur.

Ancaq, inad və qəsdlə edilən zidd əmələ göz yummağın heç bir mənası yoxdur.

© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü"

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Xamenei, Şeyx Nimrin şəhid edilməsi barədə

Bu gün Şeyx Nimrin, zalım Səud rejimi tərəfindən şəhid edilməsinin 5-ci ildönümüdür. Allah məqamını uca eləsin.

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Ali Rəhbərin, Şəhid Qasim Süleymaninin şəhadətiylə bağlı müraciətindən:

🔸"O, İslamın və İmam Xomeyni məktəbinin yetişdirdiyi ən görkəmli nümunələrdən idi. O, bütün ömrünü Allah yolunda cihada həsr etdi. Şəhadət onun bütün bu illər ərzində dayanmadan göstərdiyi səylərin mükafatı idi. O getdikdən sonra Allahın yardımı ilə onun gördüyü iş dayanmayacaq və yolu davam etdiriləcək. Lakin ötən gecə çirkin əllərini onun və digər şəhidlərin qanına bulamış cinayətkarları çox ağır intiqam gözləyir".

© İmam Xamenei
🗓️ 03.01.2020.

Bu gün İslamın böyük Şəhidi, Sərdar Qasim Süleymaninin şəhadət ildönümüdür. Allah məqamını uca eləsin.

#HERO

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İmam Həsən (ə) əsl İslamı qorudu

🔰 "İmam Müctəba (ə) Müaviyə ilə döyüşü davam etdirsəydi və bu, Peyğəmbər (s) ailəsinin şəhadəti ilə nəticələnsəydi, İmam Hüseyn (ə) də bu hadisədə öldürülərdi, dəyərli səhabələr də, Hücrlər də. Hamı məhv edilərdi, fürsətlərdən istifadə edib İslamı özünün dəyər formasında qoruyacaq heç kim qalmazdı. Əsl İslamın yaşamasında İmam Müctəbanın (ə) böyük əməyi olmuşdur".

© İmam Xamenei
📚 "250 yaşlı insan"

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Media is too big
VIEW IN TELEGRAM
GÜCLÜ OLMALIYIQ ✊🏻

"Biz zəif yox güclü olmalıyıq. Qüdrət yalnız silah və pul deyil, qüdrətin əsas qaynağı Allaha imandır, müqavimətdir..."