Yağlı Xəbər
4.71K subscribers
1.9K photos
3.89K videos
11 files
5.29K links
Azərbaycan mediasında göstərilməyəcək və səsləndirilməyəcək xəbərlər və sənədli filmlər.
Download Telegram
Forwarded from Aim-TV
Ramazan - Hicab Ayı

Azərbaycanda rəsmi sənədlərdə hicabın qanunsuz qadağasının ləğv olunması tələbi ilə bir qrup azərbaycanlı ruhani, mübarək ramazan ayını HİCAB AYI elan ediblər.
Bununla bağlı ruhanilər tərəfindən verilən bəyanatı sizə təqdim edirik:


Bismillahir-Rəhmanir-Rəhim

وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

"İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış şəxslərdir". (Ali İmran/104)

Əziz müsəlman bacı və qardaşlar! Bildiyiniz kimi Əhli-Beyti (əleyhimussalam) sevən müsəlmanların yaşadığı Azərbaycanda möminə ana-bacılarımızın rəsmi sənədlərdə hicabla şəkil çəkdirilmələri qadağandır. Belə bir şəraitdə, biz bir qrup azərbaycanlı ruhanilər qanunsuz hicab qadağasının tamamilə aradan qaldırılması istiqamətində lazım olan addımların atılması üçün mübarək Ramazan ayını “Hicab ayı” elan edirik.
Əziz, qeyrətli müsəlman bacı və qardaşlar! Sizdən bu mübarək ayda Azərbaycanda qanunsuz hicab qadağasının aradan qaldırılması məqsədilə sosial şəbəkələrdə, həmçinin mümkün olan hər yerdə lazımi addımların atılmasını xahiş edirik.
Bu sahədə görə biləcəyiniz işlər barəsində praktiki təkliflərinizi gözləyirik.
Vəssələmu ələykum və rahmətullahi və barakətuh


09.04.2021

#Ramazan_hicab_ayı
#RəsmiSənədlərdəHicabaAzadlıq

Hicaba dəstək kanalına üzv olmağı unutmayın 🔽

Telegram kanalı:
🌹https://t.iss.one/Hicab_az

🌹Facebook səhifəsi:
https://www.facebook.com/hicab.az313

🌹YouTube kanalı:
https://www.youtube.com/channel/UCysDQEwLNf3Ygk74OJR5oNg

WhatApp Əlaqə nömrəsi:
+79268191117

#Paylaş