PolitRUS
9.55K subscribers
1.75K photos
945 videos
5 files
4.69K links
Download Telegram
✔️ Rəsmi Bakı Avropa strukturlarının vaxtaşırı ona qarşı hücumları səbəbindən kifayət qədər uzun müddət təmkinli davranıb. Lakin Vaşinqtonun son hücumları bardağı daşıran son damla oldu. #Qarabağ tamamilə öz nəzarətinə qayıdandan sonra #Azərbaycan sərt cavab verə bilər.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq Vitali ARKOV deyib:

«Üstəlik, biz Qərb qüvvələrinin Cənubi Qafqaza basqısını, onu öz standartlarına və məqsədlərinə uyğun formalaşdırmaq üçün davamlı cəhdlərini görürük. #Fransa Ermənistana hərbi texnika verir. İlin əvvəlində AB «monitorinq» adlı mülki missiyasını burada yerləşdirdi, Moskva və Bakı birbaşa bildirdilər ki, bu missiya məlumat toplama prosesini gizlədir. Yəni regionda sülhün bərqərar olması deyil, qonşuları bir-birinə qarşı qaldırmaq, sabitliyi pozmaq cəhdləri var».
Please open Telegram to view this post
VIEW IN TELEGRAM