Əllamə Misbah Yəzdi
754 subscribers
21 photos
8 videos
277 links
Bu kanlda Əllamə Misbah Yəzdinin əsərlərindən qısa çıxarışlar, fikr və düşüncələri tərcümə olunaraq paylaşılacaq inşəAllah.
Download Telegram
┄═❁❈[﷽]❈❁═┄

“Biz ruhumuzu azğınlığa və əxlaqi və mənəvi sapmalara sürükləyən günahlar çirkabından təmizləmək üçün daima Allahın rəhmət mehini udmağa ehtiyacımız var”.

🌐 t.iss.one/misbah_yazdi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
┄═❁❈[﷽]❈❁═┄

“Allah rəhbərin kölgəsini üzərimizdən əksik eləməsin. Onun qədrini bilməyimiz aqibətimizin xeyir olmasının zəmanətidir. Əgər rəhbərin qədrini bilsək, Allah-Təala nemətlərini bizim üçün artıracaq...”

Əllamə Misbah Yəzdi

t.iss.one/misbah_yazdi
Əllamə Misbah Yəzdi
Video
┄═❁❈[﷽]❈❁═┄

Biz düşünməməliyik ki, İmam Zamana (ə.c) olan mərifətimiz kifayət qədərdir və yetər. (Ona görədə) biz gərək çox çalışaq ki, İmam Zamana mərifətimiz artsın və kamilləşsin!

💠 Kamil mərifət ümidi ilə İmam Zamanın (ə) imamət məqamına yetişməsi ilə əlaqədar bütün intizar əhlini təbrik edirik.

#kamil_mərifət #kamilmərifət

t.iss.one/misbah_yazdi
Dünyaya bağlılıq, həqiqətləri dərk etməyə mane olur.

🔸️Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) müxtəlif üsullarla dünyanın və dünyapərəstliyin eyib və nöqsanlarını xatırladır və bunun qarşılığında zahidlik və dünyaya qarşı laqeydliyin üstünlüklərini vurğulayırdı. Peyğəmbərin müxtəlif yollar və fərqli üsullarla tərbiyəvi mövzuları müəyyən bir sahədə izah etməsi, hər kəsin anlaya biləcəyi şəkildə çatdırması möcüzəyə bənzəyən bir işdir. Həzrətin seçdiyi üsullardan biri zahidliyi tərifləmək, insanları ona təşviq etmək və dünyaya bağlı olmamağın qiymətli nəticələrini sadalamaqdır:

"Ey Əbu Zər! Bəndə dünyaya nisbətdə zahid olarsa, Allah onun qəlbində hikmət yerləşdirər, nitqini gözəl və möhkəm edər, -eyni zamanda- O, dünyadakı nöqsanları, dərdləri və onların çarələrini göstərər və onu (imtahanlarla dolu ) dünyadan sağ-salamat Əmin-amanlıq evinə (cənnətə) aparar"

🔸️Bu hissədə Həzrət vurğulayır ki, zahidlik və dünyaya qarşı laqeydlik insan qəlbini hikmət əldə etmək üçün hazır edir və həqiqətləri dərk etməkdə münbit şərait yaradır. Dünyaya bağlı insanlar isə onun həqiqətlərini dərk edə bilməzlər. Necə ki, "Bir şeyi sevmək, insanı kor və kar edir." (Əvali əl-Ləali, 149/290/1). Dünyaya olan sevgi insanı qəflətdə saxlayır. Əksinə, dünyaya bağlı olmayanlar onun həqiqətlərini yaxşı dərk edirlər. Çünki dünyaya nəzarət edirlər və onu axirətlə müqayisə edərək ən yaxşı olanı seçirlər.

📚 Rəh Toşe, Cild 1, səhifə 215-216

#Əxlaqiməlumatlar

t.iss.one/misbah_yazdi
Ümmətin (cəmiyyətin) rahatlıq və dincliyi seçməsi, haqqın (imamın və haqq əhlinin) qəriblik və tənhalıq amildir.

🔶 Ayətullah Misbah Yəzdi Fatimeyi-Zəhra (s.ə)-nın Fədək xütbəsində rahatlıqla bağlı keçən ifadəyə əsaslanaraq buyurur ki, #Fatimeyi_Zəhra (s.ə) #ümmətə_höccəti #tamamlamışdır. O, haqqın məzlum qalmasının səbəblərindən biri kimi "rahatlığa meyillilik" anlayışını zikr edir.

Ümmətin (cəmiyyətin) rahatlıq və dincliyi seçməsi, haqqın (imamın və haqq əhlinin) qəriblik və tənhalığ(ına səbəb olacaq olduqca mühüm) amildir.

t.iss.one/misbah_yazdi
İslam məktəbində elə dəyərlər var ki, vətənpərvərliyin müqabilində qaranlığa nisbətən işıq kimidir.
Vətəni qorumaq yolunda canından keçmək Allaha aid olan sonsuz dəyərlər müqabilində olduqca kiçik bir şeydir. İnsan nə qədər tənəzzülə uğramalıdır ki, Allah və ilahi dəyərlər yerinə millətçiliyi əsas dəyərə çevirsin...
Təəssüf ki, bu gün vətənpərvərlik məsələləri İslam cəmiyyətində olanlar tərəfindən gündəmə gətirilir və demək lazımdır ki, kimsə İslami dəyərləri irəli sürmək əvəzinə bu cür məsələlər qaldırırsa, o, şəhidlərin qanına xəyanət etmiş olur. Su və torpağın o qədər dəyəri yoxdur ki, insan öz canını onlar yolunda fəda etsin. Vətənpərvərlik cahiliyyə dövrünün şüarıdır. Bütün kainatın bütövlükdə bir mömin qədər dəyəri yoxdur, çünki möminin dəyəri Kəbə qədərdir və əslində dəyərli olan iman və Allahla əlaqədir. Əgər meyar vətəndirsə, dünyada müharibələr nəticəsində həlak olanların hamısı şəhiddir, amma belə deyil.
Şəhidlərimiz İSLAMA AİD OLAN VƏTƏNİNİN və ilahi dəyərlərin müdafiəsi üçün canlarını fəda ediblər. Əgər biz şəhidlərin hədəflərini alt-üst edərək İslam dəyərləri əvəzinə milliyyəti, suyu, torpağı önə çəksək, şəhidlər bizi lənətləyər. Əslində bu addım şəhidlərin hədəflərni təhrif etməkdir. Bəzi cahilərin İlahi dəyərlər və şüarları cəhalət və Allahsız dəyərlərə çevirməsinə imkan verilməməlidir.

Ayətullah Misbah Yəzdi

t.iss.one/misbah_yazdi
Fikir ustadı

Mərhum #Misbah (Allah rəhmət eləsin) bir #fikir və düşüncə ustadı idi. Onun yazdığı kitablar, istər #elmi əsərlər, istər #əxlaq#mənəviyyata aid olan, istərsə də ümumi istifadəyə uyğun olanlar heç bir halda unudulmamalıdır. Əlhəmdülillah, onun əsərləri hər baxımdan çox dəyərlidir.

26.04.2022
26.12.2022

🌐 t.iss.one/misbah_yazdi
Ən azı ayda üç gün oruc tut!

İnsan, ən azından ayda üç gün oruc tutsun ki, Allahın Rəsuluna (s) iqtida etmiş olsun. (Təbii olaraq ) İnsan birini sevirsə, özündə ona aid (onu xatırladacaq) bir əlamətin olmasını istəyir. Bizki bu qədər Peyğəmbər və Əhli-beytinə məhəbbətimizin olduğunu (iddia) təzahür edirik.
Ona görə də mütləq bizim həyatımızda onlara aid bir nişan və yaxud bir əlamət olmalıdır.

Ps: Yəni o ilahi şəxsiyyətlərin həyat tərzlərindən bir nümunə də olsa, yaşayışımızda tətbiq edərək onların ardıcılları olduğumuzu isbat etməliyik. Peyğəmbər və Əhli-beyt çox vaxt oruc olarmış. Əllamə də bu məqama işarə edər ayda ən azından üç gün oruc olmaqla Peyğəmbər və Əhli-beytinə tabe olduğumuzu göstərməyimizi istəyir.

t.iss.one/misbah_yazdi
🔰 Besət (peyğəmbərliyə seçilmə) və bizim bu günkü risalətimiz!

🔹️ Bu hədisi müxtəlif sənədlərlə çox nəql ediblər: «إنَّمَا بُعِثْت لِأُتَمِّمَ مَکَارِمَ الأَخْلاق؛ "Mən yalnız gözəl əxlaqın kamilləşdirilməsi üçün göndərilmişəm."

🔸️ [Belə olduğu halda] biz belə bir mühüm məsələ ilə sadə və diqqətsiz şəkildə davranmamalıyıq ki, Allah eləməmiş, cəmiyyətin həkimi olmalı olan bir təbəqə, özü cəmiyyətdə xəstəliklərin yayılması üçün vasitəyə çevrilmiş olsun.

🔹️ Əxlaq məsələsinin əhəmiyyəti səbəbilə düşünürük ki, yaxın gələcəkdə – inşallah – elə şəxslər yetişsin ki, əxlaq məsələlərinin zəruri həddini (çərçivələrini) izah edə bilsinlər və əxlaq və nəfsin tərbiyəsi sahələrində öz rollarını ifa etsinlər.

🗓 1395/10/13

#Məbəs bayramınız mübarək!
#İslamPeyğəmbəri

t.iss.one/misbah_yazdi
Ayətullah Məsbah Yezdi (rəhmətullah əleyh) buyurur: Mübarək Ramazan ayında, hansı ki, dua və münacatın baharıdır, adətən "Dua İftitah" və ya "Əbu Həmzə" duasını oxuyuruq. Bu sadəcə olaraq, əlimiz boş qalmasın, bir savab qazanaq deyə olur.

Amma insanın həqiqətən istəkli olması, oturub Allahla dərdləşmək, Onunla xüsusi söhbət etmək arzusu bu hal həmişə yaranmır. (Ona görədə çalışmalıyıq, özümüzdə Allahla munacat və razi niyaz istəyin icad edək. Bu daha çox dəyərli və qiymətlidir)

t.iss.one/misbah_yazdi
Həqiqi mömin kimdir?

Mütəal Allah Peyğəmbərə xitabən buyurub:
“Ey Əhməd! Belə deyil ki, dildə məni sevdiyini deyən hər kəs həqiqətən məni sevir. Məni sevən o şəxsdir ki, bu xüsusiyyətlər onda olsun:

Mömin o kəsdir ki, zəruri ehtiyacı qədər yeyər, sadə libas geyinər, fəxrlə geyinilən libasların arxasınca getməz. O qədər səcdə edər ki, (bəzən) səcdə halında yuxuya gedər. Namaza durduqda, namazını uzun və diqqətli şəkildə qılar. Daim sükut halında olar, az danışar və mənə təvəkkül edər. Çox ağlayar, az gülər. Ürəyinin istədiyi (nəfsi arzular və bəzən hətta halal olan) şeylərə qarşı çıxar.

Onun evi məsciddir. Necə ki, insanlar yorulanda evlərinə çəkilib dincəlirlər, mömin də elə ki, işi bitər, mənəvi rahatlıq tapmaq üçün məscidə gedər. (İtaət və ibadət vasitəsilə mənəvi asayiş əldə etmək üçün.)

Onun dostu elmdir. Alimlərlə dostluq edər, fəqirlərlə oturub-durar, onlarla ünsiyyət qurmaqdan çəkinməz. Günahkarlardan uzaq gəzər, onlarla oturub-durmaz. Daim Allahı zikr edər və hədislərdə gələn təsbihləri söyləyər.

Möminin xüsusiyyətlərindən biri də budur ki, əhdinə sadiq, vədinə vəfalıdır. Əgər kimsə ilə əhd bağlayarsa, sədaqətlə rəftar edər. Kimsəyə vədə verərsə, onu mütləq yerinə yetirər. Qəlbi pakdır, heç kimin haqqında kin saxlamaz. Namazlarını layiqincə yerinə yetirməyə çalışar, vacibləri düzgün icra edər. Bunlar həqiqi möminin nişanələrindəndir. Əgər bir kəs Allahı sevdiyini iddia edirsə, baxın görün, bu əlamətlər onda varmı, ya yox.”

P.S.: Allah bizləri həqiqi möminlərdən olmaq üçün səmimi səy və təlaş göstərənlərdən qərar versin. Allah oruc və namazlarınızı ali dərəcədə qəbul etsin, inşəAllah.

Əxlaq dərsi – Ayətullah Misbah Yəzdi

t.iss.one/misbah_yazdi
Qurani-Kərim Maarifi | Heç vaxt dəyişməyən qanun!

«أَفَرَأَیْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَى عِلْمٍ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً فَمَنْ یَهْدِیهِ مِنْ بَعْدِ اللَّهِ أَفَلا تَذَكَّرُون»


Ayə: "Məgər nəfsinin istəklərini özünə ilah edən və Allahın (onu doğru yola layiq bilmədiyi üçün) bildiyi halda azdırdığı, qulağına və qəlbinə möhür vurduğu, gözlərinə pərdə çəkdiyi şəxsi gördünmü? Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər ibrət almırsınız?"
(Casiyə, 23-cü ayə)

Qeyd: Qurani-Kərim qəsdən itaətsizlik edib doğru yoldan sapmış insanların təhlükəli və acınacaqlı aqibətinə diqqət çəkir. Allahın qanunlarına qarşı çıxan və nəfsinə uyan bu şəxslər, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, inadkarlıqla azğınlığa davam etdikləri üçün Allah onların qəlblərinə və ruhlarına möhür vurur, onları haqqı dərk etməkdən məhrum edir. Artıq bu mərhələdən sonra nə özləri, nə də başqaları onları doğru yola qaytara bilməz.

🔸 Bu, Allahın dəyişməz qanunudur. Çünki Allahın qanununa görə, insan yanlışlığa yol verdikdə və təhlükə ilə üzləşdikdə, tərbiyəçilərin nəsihətlərinə qulaq asıb, öz hərəkətini nizamlayaraq daha ehtiyatlı davransa, təhlükədən xilas ola bilər. Bu, maddi və mənəvi həyatın bütün sahələrində keçərlidir.

🔸 Lakin bəzi insanlar qəsdən və ya bilməyərəkdən bu təhlükəli yola düşür, öz sürətlərini artırır, xəbərdarlıqlara məhəl qoymadan hüdudsuz şəkildə azğınlığa davam edirlər. Bu zaman nəzarət tamamilə əllərindən çıxır və ona görədə nə özləri, nə də başqaları onları xilas edə bilir. Nəticədə, uçuruma yuvarlanaraq məhv olurlar. Bu qanun, fiziki hərəkətlərdə olduğu kimi, fikri və mənəvi proseslərdə də dəyişməzdir və heç vaxt pozulmaz.

🔸 Xüsusilə, bilərəkdən nəfsinin arzularına uyub Allahın dininə və müqəddəs dəyərlərinə düşmən kəsilən, onları məsxərəyə qoyan insanlar üçün bu ilahi qanun daha sərt şəkildə tətbiq olunur. Onlar, haqqı bildikləri halda inadla azğınlığa davam etdikləri üçün Allahın qəzəbinə düçar olurlar və əbədi zəlalətə yuvarlanırlar.

t.iss.one/misbah_yazdi
«Əgər insan, onu yaxşı işlərdən saxlayan istəklərini məğlub edər və ya pisliklərdən çəkinər və doğru olan qərarı həyata keçirərsə, bu zaman qarşılaşdığı çətinlik və göstərdiyi müqavimət onun səbrinin bir təzahürüdür; bu, Allahın əmrlərinə itaət etmək və ya günahdan çəkinmək baxımından səbrin özüdür.»

Əllamə Misbah Yəzdi; Fədkiyyə xütbəsinin izahı...

t.iss.one/misbah_yazdi
Əllamə Misbah Yəzdi
Photo
“Qocalmayınca dərk etməyəcəksən!”

🔸️Gənclik dövrü əxlaqi qüsurları aradan qaldırmaq üçün çox dəyərli bir fürsətdir. Halbuki, bu iş qocalıq dövründə olduqca çətindir. Təəssüf ki, insan hiss etmədən və təcrübə qazanmadan (adətən) heç nəyi həqiqətən qəbul etmir. Yəni qocalmayınca qocalığın əzabını və çətinliyini başa düşmür və bu dövrün məşəqqətləri nə qədər ona danışılarsa da, onların həqiqiliyini və təsirini yetərincə qəbul etmir.

🔸️Böyük alimlərdən bəzilərini gördük ki, çox yüksək kamal və fəzilətlərə sahib idilər, lakin onların gənclik dövründən qalmış iki əsas mənfi xüsusiyyəti var idi: ya bu qüsurları tanımamışdılar, ya da onları aradan qaldırmaq üçün heç bir cəhd göstərməmişdilər.

Nəticədə, həmin qüsurlar köhnə və xroniki bir xəstəlik kimi, sağalmaz hala çevrilmişdi.

Rəh Tuşə, c.1, s.40

t.iss.one/misbah_yazdi
Nəfsi tərbiyə etmək bəsirət üçün zəruridir.

Bəsirət əldə etmək üçün yalnızca düşüncə qabiliyyətini gücləndirmək kifayət deyil; nəfsimizi də tərbiyə etməliyik. Niyyətlərimizi islah etməli, həqiqəti tanımağa çalışmalıyıq – öz arzularımıza uyğun nəticələr əldə etmək və ya dostumuz, partiyadaşımız və ya qrup yoldaşımızla üst-üstə düşən nəticələri əsaslandırmaq üçün yol axtarmamalıyıq.


#Bəsirət
#Nəfsin_Tərbiyəsi
#Əxlaqi_Maarif

t.iss.one/misbah_yazdi