#Liviya🇱🇾 #Türkiyə

Liviya və Türkiyə Xarici İşlər Nazirləri Tripolidə təşkil etdiyi mətbuat konfransında iki ölkə arasında əməkdaşlığın davam etməsini və Liviyanın ərazi bütövlüyünün qorunmasını vurğuladılar.

Yüksək səviyyəli bir Türk hökumət heyəti, son hadisələr barədə Livanın yüksək vəzifəli şəxsləri ilə məsləhətləşmək üçün Bazar ertəsi günü Liviyaya gəldi.

Xəbər mənbələrinə görə, Liviya Xarici İşlər Naziri Nəclə Əl-Manquş, bazar ertəsi axşam Liviyanın paytaxtı Tripolidə türk həmkarı Mövlüd Çavuşoğlu ilə bir mətbuat konfransı təşkil edərək, Türkiyənin Liviyadakı atəşkəsdəki rolunun vacibliyini vurğuladı.

"İslam Dünyası Xəbərləri"
Liviyanın cənubunda İŞİD kamikadze hücumu edib

Sabha şəhərində bir İŞİD kamikadzenin intihar hücumu nəticəsində üçdən çox Milli Ordunun üzvü öldü və yaralandı.

Bomba günortadan sonra Liviyanın cənubundakı Sabha şəhərinin girişindəki bir polis nəzarət məntəqəsinin qarşısında baş verib, nəticədə ən az üç nəfər öldü, bir neçəsi yaralandı.
Öldürülənlər arasında Sabha Şəhər Cinayət Axtarış İdarəsinin rəisi və yüksək səviyyəli rəsmisi də var.

#Liviya🇱🇾

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/5135
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir il əvvəl Türkiyənin Liviyaya döyüşmək üçün göndərdiyi Suriyalılardan ibarət vəhhabi terrorçular 5-6 aydır maaşlarını ala bilmədikləri üçün etirazlar etməyə başlayıblar.

#Liviya🇱🇾

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/6569
Liviya Milli Ordusunun komandiri Xəlifə Həftərın biznes təyyarəsinin bu gün eniş etdiyi Tel-Əvivdən maraqlı xəbərlər gəlir.

Liviyada əllərinin türk əsgərlərinin qanına batan, Türkiyə hakimiyyətinin və demək olar ki, Türkiyə xalqının gözündə düşmən kimi görünən Həftər İsrail ilə aralarını normallaşdırmaq üçün İsrailə səfər edib.

#Liviya🇱🇾
#Türkiyə🇹🇷
#İşğalçı_İsrail_Rejimi🇮🇱

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8194?single
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin prezidentliyə namizədliyi irəli sürülüb.

#Liviya🇱🇾

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8487
Liviya prezident seçkilərində xəlifə Həftər namizədliyini elan edib

Reuters-in məlumatına görə, Liviyanın şərqində fəal olan nüfuzlu komandir Xəlifə Həftər çərşənbə axşamı prezidentliyə namizədliyini açıqlayıb. O, qərarı televiziyada çıxışı zamanı açıqlayıb.

Həftərin bir neçə saatdan sonra Benqazi seçki məntəqəsinə gedərək qərarını rəsmiləşdirməsi gözlənilir. Gələn ay Liviyada prezident seçkiləri keçiriləcək.

“Seçkilər ölkəmizin boğulduğu ağır böhrandan yeganə çıxış yoludur”, - Həftər televiziyaya açıqlamasında deyib.

Xəlifə Həftərin namizədliyi Tripoli və Qərb ölkələrində böyük qəzəbə səbəb ola bilər. O, Tripolini ələ keçirmək üçün uğursuz cəhdi zamanı hərbi cinayətlər törətməkdə ittiham olunur; lakin o özü bu məsələni təkzib edir.

#Liviya🇱🇾

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8525
Seyf Əl-İslam Qəddafi Liviya prezident seçkilərindən kənarlaşdırıldı

Liviyanın Ali Seçki Komitəsi keçmiş prezidentin oğlu Seyf Əl-İslam Qəddafinin ölkədəki seçkilərdə iştirak etmək üçün namizədliyini rədd edib.

#Liviya🇱🇾

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8808
Seyf əl-İslam Qəddafi yenidən seçkiyə qayıtdı

Apellyasiya Məhkəməsi Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin etirazını onun xeyrinə təmin edib və Qəddafi Liviya prezident seçkilərində namizəd olub.

#Liviya 🇱🇾

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/9014
İslam Dünyası Xəbərləri
Photo
Afrika qitəsindən xəbərlər var

Liviya, Nigeriya, Mali və Efiopiyadan son xəbərlər

1- Liviya:
- Dekabrın 15-də Sabha şəhərində general Həftərin komandanlığı altında Liviya Milli qoşunları ilə Məsud Əl-Cadinin rəhbərlik etdiyi 166-cı batalyon arasında toqquşma nəticəsində hər iki tərəfdən çoxlu silahlı öldürülüb və yaralanıb.
- Dekabrın 16-da BMT baş katibinin Liviya üzrə xüsusi müşaviri Misrata şəhərində silahlı qrupların liderləri ilə görüşüb.
- Dekabrın 17-də Sirt şəhərində BMT baş katibinin Liviya üzrə xüsusi müşavirinin iştirakı ilə Liviyanın 5+5 Birgə Hərbi Komitəsinin iclası keçirilib.

2- Mali:
- Fransa ordusu ölkədə səkkiz illik hərbi mövcudluqdan sonra Timbuktu şəhərindəki bazasını tərk etməyə hazırlaşır.
- Emmanuel Makronun Malidəki Fransa hərbi bazasına səfəri Malidəki fransız ordusuna tətbiq edilən Covid-19 məhdudiyyətlər səbəbindən ləğv edilib.

3- Efiopiya:
- Wanger qüvvələri sözçüsü Efiopiya ordusunun Alamata şəhərində bazarı bombalaması nəticəsində 28 nəfərin öldüyünü, 78 nəfərin yaralandığını bildirib.
- Efiopiya Xarici İşlər Nazirliyi Wanger qüvvələri münaqişəsi ilə bağlı BMT-nin faktaraşdırıcı komitəsi ilə əməkdaşlığa qarşı olduğunu açıqlayıb. Nazirlik bəyanatında Birləşmiş Millətlər Təşkilatını ölkədəki mövcud vəziyyətdən siyasi sui-istifadə etməkdə ittiham edib.

4- Nigeriya:
- Dekabrın 23-də Adamava şəhərinin Sabun Qari qəsəbəsində İŞİD-in Nigeriya ordusunun mövqelərinə hücumu nəticəsində 10 nigeriyalı əsgər həlak olub və yaralanıb.
- Dekabrın 14-də Brno şəhərinin Debro qəsəbəsində İŞİD silahlıları Nigeriya ordusunun bir üzvünə sui-qəsd edib.
- Dekabrın 16-da İŞİD silahlıları Brno şəhərinin Kumşi-Banki yolunda Nigeriya ordusunun patrul avtomobilini hədəfə alıblar. İŞİD hücumda 7 nəfərin öldüyünü iddia edir.

#Liviya🇱🇾
#Mali🇲🇱
#Efiopiya🇪🇹
#Nigeriya🇳🇬

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/9488
Liviya, Nigeriya, Somali, Efiopiya, Mali və Konqodan ən son xəbərlər

1- Nigeriya:


-Borno əyalətinin Dikova və Marte şəhərləri arasında Nigeriya hərbi karvanına yol kənarına qoyulmuş 3 bombanın partlaması nəticəsində 15 nigeriyalı əsgər ölüb və yaralanıb.

-İŞİD silahlılarının Borno şəhərindəki Tokur Buratay Hərbi Universitetinə hücumu nəticəsində 10 Nigeriya əsgəri həlak olub. Hücum zamanı İŞİD beş hərbi maşını yandırıb. (Yuxarıdakı şəkillər bu xəbərlə bağlıdır.)

-Platon əyalətinin İriqo bölgəsində naməlum silahlı şəxslərin hücumu nəticəsində ən azı 18 nəfər ölüb, 6 nəfər yaralanıb.

-İŞİD yaraqlıları Nigeriya ordusunun Borno əyalətinin Bama şəhərindəki bazasını üç minaatandan atəşə tutub. İŞİD hücumda 8 nəfərin öldüyünü və yaralandığını iddia edir.

-İŞİD-in Yubi əyalətinin Muktum şəhərindəki Nigeriya hərbi bazasına hücumu zamanı iki İŞİD yaraqlısı öldürülüb.

2- Liviya:

-Əlcəzair səkkiz illik fasilədən sonra Liviyanın paytaxtı Tripolidəki konsulluğunu yenidən açıb. Əlcəzair konsulluğu 2014-cü ilin mayında terrorçu qrupların Tripolidəki səfirliyə hücum etməyi planlaşdırdığına dair xəbərlərdən sonra bağlanmışdı.

3- Mali:

-Mali Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, yanvarın 12-də ordunun Malinin mərkəzi və cənub bölgələrində keçirdiyi əməliyyat zamanı 31 terrorçu (Nüsrət əl-İslam və əl-Muslimin, İŞİD və s.) məhv edilib.

-Malinin hava hücumu zamanı həmçinin Sofara şəhərinin şimal-şərqindəki Sama bölgəsində terrorçuların bazası məhv edilib və 26 terrorçu məhv edilib.

-Yerli mənbələr Bandiaqaranın kənarında rus əsgərinin cəsədinin tapılması barədə məlumat yayıb. Bu, Malidə rus hərbçilərinin ilk ölümüdür.

4- Somali:

- Yanvarın 12-də Moqadişu şəhərində “Əş-Şəbab” terror qruplaşmasının üzvünün kamikadze hücumu nəticəsində 18-dən çox insan həlak olub və yaralanıb.

-Somali ordusu ölkənin mərkəzi hissəsində hərbi əməliyyat elan edib. Əməliyyat zamanı “Əş-Şəbab” yaraqlılarının planı pozulub və qruplaşmanın 21 üzvü öldürülüb.

5- Efiopiya:

-BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin sözçüsü Liz Trussell, "Bu ilin əvvəlindən Efiopiyanın hava hücumları nəticəsində ən azı 108 mülki şəxs həlak olub, 75 nəfər yaralanıb".

6- Konqo:

-Bani şəhərində Milad şənliyi zamanı törədilən intiharçı hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

#Nigeriya🇳🇬
#Liviya🇱🇾
#Mali🇲🇱
#Somali🇸🇴
#Efiopiya🇪🇹
#Konqo🇨🇬

"İslam Dünyası Xəbərləri"

https://t.iss.one/iswnews_az/10345
Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla əlaqəli olan özəl Dassault Falcon-900 təyyarəsi İşğal olunmuş torpaqlarda enib.

#Liviya🇱🇾
#İşğalçı_İsrail_Rejimi🇮🇱

"İslam Dünyası Xəbərləri"

https://t.iss.one/iswnews_az/10376
Afrikada baş verən son hadisələr, 11 Fevral 2022

#Mali
#Nigeriya
#Efiopiya
#Konqo
#Niger
#Liviya

Daha ətraflı⤵️
https://aze.iswnews.com/1114

@iswnews_az
Türkiyə tərəfindən Liviyaya muzdluların göndərilməsi davam edir

Suriya İnsan Haqları Müşahidə Qrupu Türkiyənin Liviyaya silah və yaraqlıların təhvil verilməsini qadağan edən beynəlxalq müqavilələri pozmaqda davam etdiyini açıqlayıb və əlavə edib ki, 250-yə yaxın suriyalı muzdlu Liviyaya keçmək üçün Türkiyəyə daxil olub.
Suriya İnsan Haqlarını Müşahidə Qrupu izah edib ki, muzdlular son üç ayda maaşlarını ala bilməyən və şəraitdən narazı olan Ceyş əl-Vətani terror qruplaşmasının müxtəlif qruplaşmalarına aiddir.

#Türkiyə
#Liviya

"İslam Dünyası Xəbərləri"
https://t.me/iswnews_az
General Haftar Liviyanın şərqində raket təlimi keçirdi!

#Liviya

Daha ətraflı⤵️
https://aze.iswnews.com/2744

@iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Liviyalı etirazçılar Tobrukda parlamentə hücum ediblər

Liviyada bir qrup nümayişçi cümə günü gecə saatlarında çətin həyat şəraitinə etiraz olaraq parlamentin Tobruk şəhərindəki qərargahına hücum edib.

#Liviya

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/16130