İRS • Azərbaycan
2.78K subscribers
1.41K photos
206 videos
45 files
429 links
Download Telegram
Bərdə şəhərində axan #Tərtər çayın ortasında 7-ci əsrdə tikilmiş əski körpü yerləşir. Maraqlısı odur ki, körpü başqa tərəfə gedir, bu Tərtər çayının yönünü dəyişməsi ilə bağlıdır. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüşdür. Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdur. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb.

Körpünün tək mənfi tərəfi üstündə gələn-gedən insanlar tərəfindən qoyulan yazılardır.

@irs_azerbaijan
28💩6👍3
Qarşınızdakı 1320-ci ildə venesiyalı Marino Sanuto tərəfindən çəkilən dünya xəritəsidir. Üzərində Bolqarçay yaxınlığında latınca belə bir yazı var: «planities Mogan, in qua tartari hyemant», yəni «tatarların [türklərin] qışladığı Muğan düzü».

@irs_azerbaijan
42👍20🤣7🔥6💩1
İraqda “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) və İraqın Telafər Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə İraqın Telafər şəhərində “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və ərəb dillərində hazırlanmış kitab İraq türkmanlarının tarixini, onların demoqrafik, mədəni və etnoqrafik vəziyyətini, eləcə də Azərbaycan xalqı ilə ortaq mədəni irsini, ölkələrimiz arasındakı tarixi əlaqələri əks etdirən məqalələr toplusundan ibarətdir. Kitaba 12 tanınmış iraqlı türkman və eyni sayda azərbaycanlı tədqiqatçı tərəfindən hazırlanmış 12 tədqiqat məqaləsi daxil edilib.

Tədbirin açılış mərasimində ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov və Telafər şəhərinin meri Nəşad Əl-Qasab çıxış edərək Azərbaycan xalqının tarix boyu türkmanlara doğma münasibətlərindən bəhs ediblər.

@irs_azerbaijan
39👍15👏2🤣2💩1
Forwarded from Azerbaijan DNA
Сегодня нашему каналу исполняется ровно год! За это время мы опубликовали сотни результатов и проконсультировали огромное количество людей. Полученные результаты внесли большой вклад в изучение генофонда азербайджанского народа и помогли лучше изучить нашу историю. За этот год мы собрали 155 образцов Y-хромосомы у азербайджанцев и представляем вам их:

J1 — 16
G2a — 9
J2 — 32
N — 17
G1 — 1
R1a — 11
R1b — 21
I2 — 2
L — 4
O — 5
H — 5
E — 11
C — 4
Q — 5
I1 — 2
T — 7
D — 1
B — 1
R2 — 1

———

Bu gün bizim kanalımızın bir yaşı olur! Bu il ərzində yüzlərcə nəticə paylaşıb, bir çox insana test verməyə kömək etdik. Topladığımız nəticələr Azərbaycan xalqının genofondunun araşdırmasına böyük töhfə vermiş, tariximizin daha yaxşı öyrənilməsinə kömək etmişdir. Bu il ərzində biz azərbaycanlılardan 155 Y-xromosom nümunəsi toplayıb sizə təqdim edirik:

J1 — 16
G2a — 9
J2 — 32
N — 17
G1 — 1
R1a — 11
R1b — 21
I2 — 2
L — 4
O — 5
H — 5
E — 11
C — 4
Q — 5
I1 — 2
T — 7
D — 1
B — 1
R2 — 1

Azerbaijan DNA
👍2910😐2👎1👏1💩1🕊1
Bu yaxınlarda Qərbi Azərbaycanın qondarma Baş naziri Nikol Paşinyan Zəngibasar mahalının Cəfərabad kəndində yerləşən, 1413-cü ildə tikilən Pir Hüseyn Qaraqoyunlunun türbəsini rəsmi şəkildə Azərbaycan mədəniyyətinin bir hissəsi kimi təmsil edəcəyini söyləyib. Qeyd edək ki, 2012-ci ildə türbə Türkmənistana verilmişdi.

Bu sözlərdən sonra Qərbi Azərbaycanın Türkmənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan açıqlama verməsi tələb olunub. Bu məsələ ilə bağlı Türkmənistan Elmlər Akademiyasından Qərbi Azərbaycan Elmlər Akademiyasına, Etnoqrafiya və Arxeologiya İnstitutuna da zənglər və rəsmi məktublar daxil olub, burada mütəxəssislər şok vəziyyətindədir və türkmən həmkarlarına Baş nazirlə əlaqə saxlamağı məsləhət görürlər.

@irs_azerbaijan
👍44😁5💩53
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çillə gecəniz qutlu olsun!

@irs_azerbaijan
63👍6🤣5💩3🥰2
Hər şey o gün başladı…

Həmrəylik günümüz qutlu olsun!

@irs_azerbaijan
111👍15💔6💩5👏2🤣2🥱1🫡1
Bu gün Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın şəhid olmasından 220 il keçir!

Məkanı cənnət olsun!

@irs_azerbaijan
👍94❤‍🔥40🙏2111🫡2
Forwarded from Köçəbə
Qızılbaş şahlarının təxəllüsləri

Şərq hökmdarları adətən şeir yazmağa meyl göstərirdi, və Azərbaycan və Şirvan və Əcəm və İraq və s. mülklərinə sahib olan padşahlar da bu qayənin dışında qalmırdı: həm Səfəvi, həm Qacar şahların arasında şairlər var idi. Gəlsəniz bir onların ədəbi təxəllüslərinə baxağın:

• İsmayıl Şah Xətai (1501-1524), əbcədlə yazılanda (خطائی) iki məna verə biləcəyinə yol açırdı: 1) Xitayi, yəni Xitaylı, Çinli 2) Xətai, yəni xətalı, yanlış.

• Təhmasib Şah Adil (1524-1576), ədalətli deməkdir.

• İsmayıl Şah Ali (1576-1577)

• Sultan Məhəmməd Xudabəndə Şah Fəhmi (1578-1588), anlayan, qavrayan deməkdir. Xudabəndə isə, bəllidir ki, Allah bəndəsi deməkdir.

• Abbas Şah Kəbir (1588-1629), böyük, ulu deməkdir.

• Abbas Şah Sani (1642-1666), ikinci deməkdir.

• Fəthəli Şah Xaqan (1797-1834), qədim türk mənşəli bir rütbədir.

• Nəsirəddin Şah Nasir (1848-1896), köməkçi deməkdir.

@kocebe #ədəbiyyat
30👍17😁1
Forwarded from Əks-işıq Exishig
Azərbaycan, Qusar, 2024

Polaroid impulse af
600 color film
#polaroid
👍175🔥1
Ədmminin yeŋi laihəsi. Azərbaycan fotoşəkilləri. Qoşulub dəstək ola bilərsiŋiz.

https://t.iss.one/ex_ishiq
14