Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin qətlindən sonra yerli valyuta olan tümən ucuzlaşmağa davam edir. Hazırda 1 ABŞ dollarının dəyəri 63 min tümənə yaxınlaşır.
#tumen
#tumen
Tehran: Hava sağlamlıq üçün təhlükəyə çevrilib
Tehranda havanın keyfiyyəti sakinlərin həyat və sağlamlığını təhdid edən amillərdən birinə çevrilib. İran mediasının son məlumatına görə, 2024-cü il avqustun 5-də paytaxtda havanın keyfiyyəti kritik həddə çatıb və bu, həssas əhali üçün ciddi risklər yaradır.
Tehranda havanın çirklənməsi o həddə çatıb ki, çöldə qısa müddət qalmaq belə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Səlahiyyətlilər və ekoloqlar vətəndaşları evdə qalmağa və bütün mümkün ehtiyat tədbirlərini görməyə çağırırlar.
Sözügedən hadisə İranın paytaxtında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır.
#Tehran

İordaniya Xarici İşlər Naziri: Biz İsrail mesajlarını İrana və ya əksinə ötürməyəcəyik
“Mənim Tehrana səfərim iki ölkə arasındakı fikir ayrılıqlarını aydın və şəffaf şəkildə həll etmək məqsədilə edilib ki, bizim qarşılıqlı maraqlarımız təmin edilsin. Mən Tehrana İsraildən İrana və ya əksinə mesaj çatdırmaq üçün gəlməmişəm. İranlı həmkarım da İran rəsmisinin Tehrandan İsrailə mesajlar çatdıracağımıza dair sözlərini də təkzib etdi”, – İordaniyanın xarici işlər naziri Safadi iranlı həmkarı Baqeri Kani ilə görüşdə İslam Respublikasının Yəhudi Dövlətinə gözlənilən hücumu fonunda deyib.
Bu gün İordaniya Xarici İşlər Nazirliyinin rəhbəri Tehrana rəsmi səfər edib.
#İran #İsrail

❤1
NBC News-un İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, İran və Hizbullahın İsrailə koordinasiyalı hücumu çoxlu sayda raket və pilotsuz təyyarələrdən istifadə etməklə bir neçə gün davam edə bilər. Sonuncunun fikrincə, bu yolla İsrail ordusunun qüvvələrini “sadəcə yormağa çalışacaqlar”.
Bundan əvvəl “Axios” ABŞ və İsrail rəsmilərinə istinadən qeyd etmişdi ki, İran avqustun 5-də Yəhudi dövlətinə cavab zərbələri endirə bilər. Avqustun 3-də “The Jerusalem Post” Qərb kəşfiyyat mənbələrinə istinadən yazıb ki, İran yəhudi xalqının milli matəm günü olan 12-13 avqustda İsrailə hücum etməyi planlaşdırır.
#İsrail #İran #Hizbullah #ABS

👍1
Şoyqu İrana səfərə gəlib
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bazar ertəsi İrana planlaşdırılmış işgüzar səfərə gəlib.
Tehranda o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq.
Şoyqunu İran prezidenti Məsud Pezeşkian qəbul edəcək.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi - təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər müzakirə olunacaq, Rusiya Təhlükəsizlik Şurası bildirib.
#İran

SOHR: Hizbullah və SEPAH liderləri Suriyada görüşüblər
İranyönlü qrupların Amerika bazalarına yenidən hücumları fonunda Hizbullah və SEPAH liderləri Suriyanın cənub-şərqindəki Deyr əz-Zor əyalətində görüş keçiriblər. Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) məlumat yayıb. Qeyd olunur ki, tərəflər adıçəkilən əyalətdə pilotsuz təyyarələrin yığılması zavodunun fəaliyyətinin bərpası və hərbi post və mərkəzlərdə mobil telefonlardan istifadəni tamamilə qadağan edən sərt əmrlərin verilməsini müzakirə ediblər.
#Suriya #ABS #İran #Hizbullah

Tehrandan bütün sərnişin uçuşları təxirə salındı
Ötən gecə İranın paytaxtı Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün uçuşlar təxirə salınıb.
Bununla bağlı, “Açıq Mənbə Kəşfiyyat Monitoru” “X” hesabında paylaşım edib. Məlumata görə, uçuşların bu gün günortaya qədər həyata keçiriləcəyi ehtimal edilir.
Qeyd edək ki, bu cür uçuş gecikmələri və ləğvlər bölgədəki hava limanlarında son bir neçə gündür ki, davam edir.
Yaxın Şərqdə artan gərginlik, İran və onun proksi qüvvələrinin İsrailə hücum ehtimalı buna səbəb olub.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Doğaron sərhəd gömrükündə yanacaq çənlərində güclü yanğın başlayıb.
Yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər göndərilib, dəymiş ziyanın məbləği hələlik açıqlanmayıb

ABŞ dövlət katibi Blinken G7 üzrə həmkarlarına deyib ki, İran və Hizbullahın İsrailə hücumu bu gündən başlaya bilər. Bu barədə “Axios” mənbələrə istinadən xəbər verir.
#ABS #İsrail #Hizbullah
#ABS #İsrail #Hizbullah
Sürgün cəzası ilə bağlı Abbas Lisaniyə xəbərdarlıq edilib
Ərdəbil şəhərində yaşayan keçmiş siyasi məhbus və milli hərəkat fəalı Abbas Lisaniyə barəsində bundan əvvəl çıxarılmış Yəzd şəhərinə sürgün cəzasının icrası ilə bağlı xəbərdarlıq məktubu göndərilib. Bu barədə yerli mənbələr məlumat yayıb.
Bununla bağlı ona Ərdəbil əyalətinin Məhkəmə Xidmətləri İdarəsi çağırış məktubu göndərib.
Məktubda Abbas Lisanidən bu gün, avqustun 5-də adı çəkilən idarəyə getməsi istənilib.
"Əks təqdirdə sizin saxlanılmanız üçün tədbirlər görüləcəkdir", – deyə məhkəmənin çağırış məktubunda xəbərdarlıq edilib.
Qeyd edək ki, 2023-cü il fevralın 21-də Ərdəbildəki həbsxanada 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönüb.
Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
#GuneyAzerbaycan

👍5🤬2
İranın yeniyetmə voleybolçuları Asiyanın vitse-çempionu olub
İranın yeniyetmə voleybolçulardan ibarət milli komandası əvvəlki dövrdə olduğu kimi, 18 yaşadək voleybolçulardan ibarət Asiya turnirinin final oyununda da ikinci yeri tutub.

ABŞ müttəfiqlərinin və tərəfdaşlarının qüvvələrini İranın mümkün hücumuna qarşı İsraili kollektiv şəkildə müdafiə etmək üçün səfərbər edəcək. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Fayner CNN telekanalına müsahibəsində bildirib. “Biz bu hücumu dəf etmək üçün aprelin 14-də İranın İsrailə hücumuna hazırlaşdığımız kimi, hər fürsətə hazırlaşırıq”, – deyə o vurğulayıb.
#ABS #İran #İsrail
#ABS #İran #İsrail
Güneyli məhkuma görə onlarla təşkilat birgə bəyanat yaydı
31 insan haqları təşkilatı Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan, edama məhkum edilmiş güneyli işçi hərəkatı fəalı Şərifə Məhəmmədi ilə bağlı bəyanat yayıb. Bu barədə insan haqları təşkilatlarının media hesablarında məlumat verilib.
İran və başqa bir neçə ölkədən olan insan haqları qurumlar Şərifə Məhəmmədi barədə irəli sürülən ittihamların əsassız olduğunu yazıb, onun edam hökmünün ləğv edilməsini və sərbəst buraxılmasını tələb ediblər.
Bəyanat müəllifləri, məhkəmənin işçi hərəkatı fəalına qarşı ədalətsiz qərarını Tehran hökumətinin hüquqlarını tələb edən qadınlara qadınlara qarşı münasibətinin nümunəsi kimi dəyərləndirib, qadınların hüquqlarının pozulmasına son qoymağı istəyiblər.
Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi "xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq" ittihamına görə edama məhkum edilib.

Savalan dağının zirvəsində gözəl mənzərəli göl
Savalan gölü Güney Azərbaycanın Ərdəbil əyalətindəki Savalan vulkanik dağında yerləşir. Bu göl İranın yeganə krater gölüdür və 4784 metr hündürlüyü ilə İranın və dünyanın ən hündür göllərindən biridir.
Bu gölün sahəsi 1,0 hektardır, dərinliyi 15 metrə qədərdir və həcmi 80 min kubmetrə qədərdir.

❤13👍2
Evin həbsxanasında həbsdə olan vəkil Tahir Nəqvi fiziki vəziyyətinin pis olmasına baxmayaraq, lazımi müalicədən məhrum edilib.
O, prostat xəstəliyindən əziyyət çəkir və xüsusi müalicəyə ehtiyacı var. Lakin həbsxana rəhbərliyi onun həbsxanadan kənar tibb məntəqələrinə göndərilməsinin qarşısını alır. Bu da həmin vəkilin ailəsinin və yaxınlarının narahatlığının artmasına səbəb olub.

😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azaranjomanın “Türklər İrandan kimi tanıyır?” reportajında İstanbulda yaşayan türklər ən çox azərbaycanəsilli məşhur şairləri, futbolçuları, alimləri və prezidentlərin adlarını söyləyiblər.
#GuneyAzerbaycan
#GuneyAzerbaycan
❤1
Kərəcdə 16 məhkum edam ediləcək
İranın Buşehr və Xurrəmabad şəhərlərinin həbsxanalarında 2 məhkum edam edilib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bununla yanaşı, Kərəc şəhərinin Qızılhasar həbsxanasında 16 məhkum edam ediləcək.
İnsan haqları təşkilatlarının məlumatlarına görə, həmin məhkumlar edam qabağı hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər.
Qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində İran həbsxanalarında 338 məhkum edam edilib.

🤬3👎1
SEPAH rəsmisi: Pezeşkian sistemin təyin etdiyi çərçivədə hərəkət edəcək
Pezeşkian ancaq sistem çərçivəsində hərəkət etmək istəyir və İslam Respublikası sistemi çərçivəsində müxtəlif təmayüllü kadrlardan ibarət hökumət quracaq. Bu sözləri SEPAH-nin kəşfiyyat bölməsinin keçmiş rəhbəri Hüseyn Taib deyib.
O, bunu yeni Prezidentin əsas prioriteti olduğunu söyləyib.
Qeyd edək ki, Taibin dediyi sistem konstitusiyanın icrasından daha çox ölkə rəhbərinin təlimatlarına əsaslanır.
Məsud Pezeşkian isə seçildikdən sonra dəfələrlə Əli Xameneinin təlimatlarına sadiqliyi barədə bəyanatlar səsləndirib.
Bu, ölkədə dəyişiklik ümidi ilə ona səs verənlərin bir qisminin məyusluq və narazılıqlarına səbəb olub.

💩10🥱5❤4👍2😁1🤬1