Alioglu_News🇦🇿
14.1K subscribers
75.1K photos
43.9K videos
56 files
20.7K links
🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə

📊 Günlük analitika: nə baş verir və NİYƏ

🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri

⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv

📝 Reklam: @Pretorian2021
Download Telegram
🇦🇿🇦🇲 XİN Paşinyanın etirafları barədə:

Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və post-münaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3👍1
🗣 Rusiya XİN Sergey Lavrov:

• Avropa ölkələri və ABŞ münaqişənin həllində Ermənistan və Azərbaycana kömək etmək niyyətində deyil.

• Təəssüf ki, ABŞ-ın indi və Avropa İttifaqının gördüyü işlərdə biz artıq danışıqlara kömək etmək arzusunu yox, regiona nüfuz etmək, Rusiyanın "qanuni" maraqlarına təzyiq göstərmək, həlledici rol oynayacaq qüvvə kimi özünü göstərmək istəyini görürük.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬2🥴2👍1
🔱Müdafiə Nazirliyinin məlumatı

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍41
Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar.

Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.

Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬12😱3👎21👍1😢1😨1
🆘 İyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.

8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Azərbaycanda 55 yaşlı qadını ildırım vurub

Daşkəsən rayonunda yaylaq ərazisinə ildırım düşüb.

“Report”un məlumatına görə, Daşkəsən rayon Qaraqullar kənd sakini, 1968-ci il təvəllüdlü A.Qəmbərova ildırım düşən əraziyə yaxın olduğu üçün xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
WhatsApp naməlum nömrədən gələn mesajlar üçün yeni funksiyalar əlavə edir

“WhatsApp” istifadəçilərə naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verən yeni təhlükəsizlik funksiyaları əlavə edib.
Bu barədə mesencerin bloqunda deyilir.

“WhatsApp” nümayəndələri izah ediblər ki, zəngləri və yazışmaları qorumaq üçün əsas tədbir kimi “başdan-sona” (“end-to-end”) şifrələmə xidməti qalır, lakin ekspertlər istifadəçilərin ünsiyyətini qorumaq üçün daha bir funksiya əlavə ediblər.

Beləliklə, bu funksiyalara naməlum nömrələr üçün səsi söndürmək və məxfilik yoxlaması daxildir.

Birinci funksiya avtomatik olaraq spamları, həmçinin fırıldaqçılardan və yad adamlardan gələn zəngləri filtrasiyadan keçirəcək. Səsin söndürülməsinə baxmayaraq, “Zənglər” bölməsində onların arasında vaciblərin olub-olmadığını görmək mümkündür.

İkincisi, istifadəçilərə mesencerdə özlərini necə qorumaq barədə məlumat vermək üçün məxfilik yoxlanışı əlavə edilib. Onun köməyi ilə tədricən bütün məxfilik parametrlərini öyrənmək, beləliklə də mesajlar, zənglər və şəxsi məlumatlar üçün müvafiq qoruma səviyyəsini seçmək mümkündür

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
16
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏2
Media is too big
VIEW IN TELEGRAM
Neyroşəbəkə Harri Potter barədə filmlərin italyan mafiyası barəsində çəkiləcəyi təqdirdə, necə ola biləcəyini hazırlayıb

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6🤓1
🇦🇿🇬🇧 Azərbaycan və Böyük Britaniya XİN-ləri təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
🇦🇲 Ermənistanın son üç ildə Azərbaycanla sərhəd yaxınlığında qaldırdığı xarici ölkə bayraqları

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👻8🥴1
🟥 Bakıda çayxanada kütləvi dava düşüb, iki nəfər bıçaqlanıb

Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Hadisə metronun "Memar Əcəmi" stansiyası yaxınlığında baş verib.

Belə ki, çayxanada müştərilər arasında dava düşüb.
Hadisə zamanı 1993-cü il təvəllüdlü Quliyev Cavid Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayev Kamil İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇰🇿 Qazaxıstanın baş naziri Əlixan Smailov bu gün Azərbaycana səfər edəcək.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏10👍2
🟥 “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun ötən gün vəfat edən atası Qurban Mənsimovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq.

Bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat yayıb.

O bildirib ki, əvvəlcə, Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbirstanlığa aparılacaq:

"Dəfn mərasimi bu gün saat 18:00-da Bakıda Keşlə qəbirstanlığında olacaq.

Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək".

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢64👍2🙏1
Yüksək səviyyədə tezislər yayılır ki, bir az da gözləyin, onda hər şey yaxşı olacaq. Ruslar deyiblər ki, il yarım səbr edin, hər şey yaxşı olacaq. Deyirlər ki, gözləyin, Ukraynada vəziyyət dəyişəndə, burada da (Xankəndidə - red.) dəyişəcək, tezliklə rus pasportları veriləcək, hər şey yaxşı olacaq.

Bunu Qarbağdakı separatçı dəstənin keçmiş “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan deyib.

“Bu, tam fəaliyyətsizlik kampaniyası, cəmiyyəti sakitləşdirmə prosesidir. Təsəvvür edin ki, uçuruma yuvarlanan avtomobilin sərnişinlərini inandırmağa çalışırlar ki, uçurumun kənarında böyük bir daş var, maşın onu dəyib dayanacaq. Əslində isə onlar uçuruma atılan maşının sürətini ancaq artırır. Biz geosiyasi yetim rolunda olmaqdan, boynunu büküb bu və ya digər tərəfə baxmaqdan, kimdənsə nəsə tələb etməkdən əl çəkməliyik”, - o bildirib.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🟥 Gədəbəyin Söyüdlü kəndində sakinlərlə polislər arasında yaşanmış insidentin yeni görüntüləri yayılıb.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4😢2