Alioglu_News🇦🇿
14.1K subscribers
75.1K photos
43.9K videos
56 files
20.7K links
🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə

📊 Günlük analitika: nə baş verir və NİYƏ

🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri

⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv

📝 Reklam: @Pretorian2021
Download Telegram
🇮🇱💥 İsraildə hərbi zavodda güclü partlayış baş verib.

İsrail mediasının yaydığı məlumata görə, Beyt-Şemeş şəhərində yerləşən hərbi zavodda əvvəlcə partlayış, daha sonra isə iri yanğın qeydə alınıb.

Bildirilir ki, müəssisə ağır və yüngül raket mühərriklərinin istehsalı ilə məşğul olan “Tomer” şirkətinə məxsusdur. Şirkət “Hetz-2” və “Hetz-3” raketlərinin sürətləndirici mühərriklərini, “Ankor Silver” hədəf raketinin mühərrikini, “Ofek” peykləri üçün mühərrikləri, eləcə də “Barak-8” və “Barak MX” raket sistemləri üçün mühərriklər istehsal edir.

İsrail mediasının bir hissəsi zavodda “nəzarətli partlayış” həyata keçirildiyini yazır. Digər KİV-lər isə bu versiyanı təkzib edir. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Bununla yanaşı, İsrail Ordusu (SAXAL) və müdafiə nazirliyi bölgədə hər hansı sınaq və ya partlayış barədə əhaliyə əvvəlcədən məlumat verməyib.

“Nəzarətli partlayış” adətən təhlükəli obyektlərin, qəzalı konstruksiyaların və ya istifadəyə yararsız məhsulların xüsusi hesablanmış üsulla məhv edilməsi üçün tətbiq olunur.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇧🇬 Bolqarıstan tarixdə ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin qalibi olub.

Müsabiqədə ikinci yeri İsrail, üçüncü yeri isə Rumıniya tutub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎤 Vyanada keçirilən “Eurovision-2026” finalında İsrailin çıxışı zamanı arenada Fələstin bayrağı açılıb.

Arena binasının qarşısında isə yüzlərlə insan İsrailin müsabiqədə iştirakına etiraz edib.
🇺🇦🇷🇺 Ukrayna Moskvanı kütləvi dron hücumuna məruz qoyub.

Rusiya paytaxtının meri Sergey Sobyaninin sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatlarının Moskvaya hücumu nəticəsində 12 nəfər xəsarət alıb.

O bildirib ki, son sutka ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən 120-dən çox dron vurulub.

Ukrayna mənbələrinin yaydığı məlumata əsasən, Moskva və Rusiyanın digər bölgələrinə ümumilikdə təxminən 600 zərbə dronu ilə hücum edilib. Bir sıra strateji obyektlərdə partlayış və yanğınların baş verdiyi bildirilir.

📌 Hücuma məruz qaldığı deyilən əsas obyektlər:

◾️ Zelenoqraddakı “Angstrem” müəssisəsi - burada mikroelektronika, yarımkeçiricilər və mikroprosessorlar istehsal olunur.

◾️ Rusiyanın ən böyük neft nəqli şirkəti olan “Transneft”in obyekti.

◾️ Moskva yaxınlığındakı “Solneçnoqorskaya” stansiyası - neft məhsullarının saxlanılması və daşınması üçün istifadə olunur.

◾️ Dubnada yerləşən “Raduga” Maşınqayırma Konstruktor Bürosu - burada qanadlı raketlər və digər raket silahları hazırlanır.

◾️ Şeremetyevo hava limanı, həmçinin işğal altındakı Krımdakı Belbek aviabazasında güclü yanğın qeydə alınıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️WUF13-də iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycana rəsmi səfərlər başlayıb:

● Albaniya Respublikası Baş nazirinin müavini Albana Koçiu

● Esvatini Krallığının Kralı Əlahəzrət III Msvati

● Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) baş katibi Kayrat Sarıbay

● Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov

● Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇳 Çin beşinci nəsil J-20 qırıcılarının istehsal gücünü iki dəfə artırıb.

Pekin hava üstünlüyü uğrunda ABŞ-la rəqabət aparmaq niyyətindədir.

Bu məqsədlə J-20 üçün ən vacib komponentləri istehsal edən müasir və qeyri-adi “Dark Factory” zavodu istifadəyə verilib.

Diqqətçəkən məqam odur ki, bu müəssisə işıqsız fəaliyyət göstərir. Zavod tam avtomatlaşdırılıb və bu model təyyarələr üçün əsas ehtiyat hissələrinin istehsal səmərəliliyini iki dəfə artırıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇵🇸🇪🇸 İspaniyanın Baş naziri Pedro Sançes Yamalın Fələstin bayrağı ilə meydana çıxmasına dəstək verib.

Sançes bu addımı nifrət deyil, fələstinlilərlə həmrəylik rəmzi adlandırıb.
Britaniya Yaxın Şərqdə İranın dron ovuna çıxır

Britaniyanın Müdafiə Nazirliyi Yaxın Şərqdə İran istehsalı dronlara qarşı mübarizə məqsədilə yeni, daha ucuz anti-dron silah sisteminin yerləşdirildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus “Typhoon” qırıcıları lazer hədəfləmə texnologiyası ilə işləyən və idarə olunmayan raketləri yüksək dəqiqlikli silaha çevirən Qabaqcıl Dəqiq Öldürmə Silah Sistemi (APKWS) ilə təchiz olunacaq.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, sistem sınaq mərhələsindən real yerləşdirməyə cəmi bir neçə ay ərzində çatdırılıb və bu, müdafiə sənayesi ilə sürətli əməkdaşlıq nəticəsində mümkün olub. (Independent Persian)
👍1
🇮🇷 İran Hörmüz boğazından keçən gəmilər üçün “Hormuz Safe” adlı sığorta saytı istifadəyə verib.

İranda Hörmüz boğazından keçən dəniz yüklərinin sığortalanması üçün nəzərdə tutulan xüsusi “Hormuz Safe” platforması işə salınıb.

Elektron platformanın qaydalarına əsasən, müştərilərə sığorta polislərinin operativ rəsmiləşdirilməsi və kriptoqrafik təsdiq imkanı təklif olunur.

Qeyd olunur ki, bu mexanizm Fars körfəzi, Hörmüz boğazı və ona bitişik su yolları ilə daşınan yüklərə şamil edilir.

Xüsusilə vurğulanır ki, platforma çərçivəsində bütün sığorta ödənişləri rəqəmsal valyutada həyata keçiriləcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM