💡Əkrəm Hacızadə 💡
1.41K subscribers
2.34K photos
1.59K videos
34 files
4.12K links
İmam Məhdiyə (əc) əsgər kimi yetişmək üçün elmi, fikri, mənəvi və əməli baxımdan hazırlaşaq, düşmənlərlə mübarizə aparaq və bu yolda bir-birimizin əlindən möhkəm tutaq

Əlaqə: @Akram_Hacizade
Download Telegram
İnşallah, sübh ( 15 dekabr) Bakı vaxtı ilə 6:30-da "Müsəlman Xalq" YouTube kanalımızda canlı yayım olacaq.
https://youtube.com/channel/UCMn3lcRRgUKDRvb-8H8Rq7g
Mövzu: Niyə Müaviyə göstəriş verdi ki, Əlini (ə) sevənləri sıxıntıya salın və evlərini başlarına uçurdun?

Orxan Məmmədov
Bax, budur şiənin qüdrəti!
93 üç yaşlı şiə aləminin dahilərindən biri, omba sümüyü bu yaxınlarda sınmış bir insan...
Amma bir qız uşağının qabağında necə ədəb və ehtiramla oturub.
Ayətullah Əli Sistani həzrətləri...

Biz bunlardan nə qədər dala qalmışıq?!
Forwarded from XəmsənaməSYH_14
🔹Bu sözünün səbəbini əvvəllər eşitmişdim. O deyirdi:
🥀"Seyidlər anasının qəbri olmadığı kimi, mən də qəbrimin olmasını istəmirəm".

📗 Kitabın adı: Salam olsun İbrahimə

t.iss.one/SYH_313
•┈┈••✦🍃🌸 💖🌸🍃✦••┈┈•
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💠 Həzrət Zeynəbin hərəminin Azərbaycanlı müdafiəçilərinə azadlıq.
💠مدافعان حرم حضرت زینب(س) محبوس در زندانهای رژیم صهیونیستی الهام علیف #حسینیون
#Hüseyniyyun
#Hüseynçilər
#Müqavimət
#Zühur_Ordusu
#LəbbəykəYaMəhdi
#LəbbəykəYaXamenei

https://t.iss.one/Huseyniyyun_Az
Sabah sübh Bakı vaxtı ilə saat 7:00-da canlı yayımda olarıq.

https://youtube.com/channel/UCMn3lcRRgUKDRvb-8H8Rq7g

Orxan Məmmədov
Sabah (20 dekabr) sübh canlı yayımda olarıq.

Mövzu: Əhli-Beytin (ə) məqamına çata bilərikmi? Mina xütbəsinin şərhi

Bakı vaxtı ilə 8:00
Moskva vaxtı ilə 7:00
Tehran vaxti ilə 7:30

https://youtube.com/channel/UCMn3lcRRgUKDRvb-8H8Rq7g

Orxan Məmmədov
Forwarded from Həqiqətləri bil
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dini oğurlamaq üçün, "din" cildinə girirlər!
LİVİYA: 10 İLLİK VƏTƏNDAŞ MÜHARİBƏSİ.
Liviya seçki öncəsi.

I hissə:


2011-ci ildə Müəmmar Qəzzafinin hökuməti devrildikdən sonra, Mustafa Məhəmməd Əbdül-Cəlilin başçılıq etdiyi "Milli Keçid Şurası" (MKŞ) ölkədəki demokratik seçkilərə kimi iqtidarda qalmağa qərar verdi. Çevrilişdən öncə Liviyada böyük nüfuza malik olan General-Mayor Əbdül-Fətah Yunis Qəzzafini "diktaturada" ittiham edərək inqilabçıların ordusuna başçılıq etdi. Qəzzafinin qətlindən sonra Əbdül-Fətah sürgündə olan Xəlifə Həftarı yanına çağıraraq inqilabçılar arasında orduda mühüm yeri ona həvalə edir. Əbdül-Fətah inqilabdan sonra Liviyada məskunlaşmış əl-Qaidə, İŞİD və s. terror təşkilatlarının kəskin şəkildə əleyhinə idi və bu səbəbdən çox keçmədən naməlum şəkildə qətlə yetirildi. Xəlifə Həftar MKŞ-da "Müsəlman Qardaşların"(MQ) nüfuzundən çəkinərək sürgün zamanı kəşfiyyat orqanları ilə yaxşı əlaqələr qurduğu ABŞ-a üz tutur. Daha sonra 14 fevral 2014-cü ildə Həftar özü Liviyada inqilab etməyə qərar verir və SSRİ vaxtında təhsil aldığı Rusiyadan, qonşu Misirdən özünə müttəfiq taparaq "Liviya Milli Ordusununa" (LMO) başçılığ edir. Beləliklə Liviyada bir neçə qüvvələr əmələ gəlir və Liviya terrorçuların yuvasına çevrilir. 2 əsas güc olan Tripoli höküməti (MKŞ) və Benqazi höküməti (LMO) arasında müharibə gedir.
"MKŞ" 2016-cı ildə Faiz Sərracı Baş Nazir təyin edir, lakin bu seçim Liviyada heç də xoş qarşılanmır. Əslən türk olan Sərrac Türkiyənin dəstəklədiyi "Müsəlman Qardaşları" vasitəsilə seçildiyinə dair ittihamlara məruz qalmışdı.
Uzun müddətdən sonra, "MKŞ"-nı dəstəkləyən *Türkiyə, Qətər, NATO ölkələrinin və "LMO"-nu dəstəkləyən Rusiya, Misir, BƏƏ-nin təşəbbüsü ilə MKŞ və LMO arasında 23 oktyabr 2020 ildə atəşkəs imzalanır.

24 dekabr seçkiləri:

Dekabrın 16-dan cümə axşamına keçən gecə Salah Bədinin nəzarətində olan “Əs-Sumud” qruplaşması Liviya Milli Birlik Hökumətinin (MBH) rəhbəri və Baş Naziri Əbdül Həmid əl-Dəbibin (15 mart 2015 ildə İsveçrədə Liviyaya Baş Nazir təyin olundu və Türkiyə ilə iş birliyində ittiham olunur) qərargahına və Tripolidə Müdafiə Nazirliyinin binasına hücüm etdi.
Liviyada 24 dekabr seçkiləri ərəfəsində yenidən ara qarışdı. Bəzi mənbələr artıq seçkilərin keçirilməyəcəyinə dair məlumat yayıb.

Salah
Bədiyəyə gəldikdə isə o hələ Qəzzafi höküməti vaxtında Qəzzafiyə qarşı çıxdığı üçün 25 il azadlıqdan məhrum və edam cəzasına məhkum edilmiş, lakin uğurla Liviyadan qaça bilmişdi. Sonradan Seyfül-İslam (Qəzzafinin oğlu) tərəfindən əfv edilmişdi. Həmçinin Salah Bədi 2012-2014-cü illərdə Ümumi Milli Konqresin üzvü olub. Liviyanın "Şəfəq Əməliyyatından" sonra Haftarla barışmaqdan imtina edərək Türkiyəyə uçub və bir neçə il orada yaşayıb. 2018-ci ildə Türkiyədəki "Müsəlman Qardaşları" və onların Liviyadakı bölmələrinin rəhbəri Xalid əl-Mişrinin dəstəyi ilə Liviyaya qayıdıb.

Buradan görünür ki, 16 dekabr hadisələrinin pərdə arxasında da Türkiyə və "Müsəlman Qardaşları" dayanır. İlk görüşdə elə başa düşülür ki, MQ Tripoli hökümətində çox sayda nüfuza malikdir. Önəmli olan da məhz budur ki, Türkiyə və MQ hakimiyyəti bütövlükdə ələ keçirmək niyyətindədir. Lakin bu cəhdlər hər dəfə uğursuzluqla nəticələnir. Suriyada vəziyyəti günü gündən bərbad olan Türkiyənin terrorçu yuvasına çevirdiyi Liviya hökümətini bütovlükdə ələ almağa çox ehtiyacı var. Burada əsas məqsəd Liviyadan terrorçular üçün alternativ məskən kimi istifadə etmək və ölkədəki vəziyyəti qeyri-stabil saxlamaqdır. Görünən odur ki, çevriliş baş verməsə də Türkiyənin bu hadisədə udub ya uduzmağı hələ məlum məsələ deyil. (Türkiyənin artıq Liviyaya yeni partiya silah göndərdiyi barədə məlumat verilir) Bir tərəfdən də çevrilişin baş tutmasına baxmayaraq seçkilər ən azından ləğv oluna bilər ki, bu heç də Türkiyə və MQ üçün pis nəticə deyil. Lakin bir şeyi də unutmamaq lazımdır ki, Həftar və tərəfdarları bununla əsla razılaşmayacaqlar. Yəqin, yenidən Rusiyaya aid "Wanger" silahlı birləşmələrinin (Rusiyaya aid olan qeyri-rəsmi silahlı birləşmə. Liviyada 7 min döyüşçüləri mövcuddur) əməliyyatlarını, yaxud Misir Hərbi Hava Qüvvələrinin terrorçular yuvasına endirilən zərbələrini müşahidə edəcəyik...
II hissə

•Liviya: Qlobal oyunçular və oyuncaqları

1.Tripoli Cəbhəsi:

A) İtaliya, Fransa və Qərb:
Bir vaxtlar Liviyanın öz Kralı Birinci İdrisin vasitəsilə Liviyanı soyan Qərb, birdən-birə Liviyada Müəmmər Qəzzafi ilə üz-üzə dayanmalı olduğunu anladı. Qəzzafi öz hakimiyyətini Liviyada möhkəmləndirdikdən sonra qitədə bəzi təbliğatlar aparmağa başladı. Qəzzafini indiki Ərdoğan ilə müqayisə etsək heç yanılmarıq. Qəzzafi ərəb ölkələrini panərəbizmə, Afrika ölkələrini isə qitəni vahid bir ölkə, yəni "Afrika Birləşmiş Ştatları" adı altında birləşdirməyə çağırırdı. O, həmçinin İslam faktorundan da istifadə edərək İran, Türkiyə və Pakistan kimi ölkələr ilə yaxşı münasibətlər qurmağa çalışırdı. Qəzzafinin iqtisadi cəhətdən də ölkəsinin qitədə möhkəmləndirilməsində əhəmiyyətli rolu var idi.
Bir çox məqamlarda Qərb artıq Qəzzafinin çox irəli getdiyini görürdü. Qeyd edək ki Liviya həm də yanacaq cəhətindən çox zəngin bir ölkə idi, bu da Qərbi maraqlandırmaya bilməzdi. Qərb yanacaq və Afrika miqrant böhranlarını həll etməsi üçün Qəzzafi ilə iş birliyinə başlamağa qərar verdi. Fransa və İtaliya bildiyiniz kimi Afrika ölkələrini öz müstəmləkəsi kimi qəbul edirdi və Qəzzafinin bu stereotipləri Liviyada dağıtması xüsusilə İtaliyanı narahat etməyə bilməzdi.
Beləliklə də Qərb Qəzzafini "insan haqlarını" pozmaqda ittiham edərək qətlə yetirdi. Qərbə ölkələrə müdaxilə etmək üçün heç vaxt hansısa məntiqli bir icazə lazım olmur. Çünki dünyanı idarə edən əsas resurslardan biri də mediadır və əlbəttə Qərb Liviyaya da "demokratiya gətiririk" adı ilə müdaxilə edərək bir ölkəni daha dünyanın gözü qarşısında məhv etdi. Beləliklə "Müsəlman Qardaşları" (Liviya qolu) və bir neçə italiyapərəst, Qərb yönümlü qüvvələr ilə Tripoli hökumətini özünə tabe edə bildi. Liviya xalqının bəsirətsizliyi isə ölkəni paramparça etdi.

B) Türkiyə: R.T.Ərdoğanın Liviya siyasətini çoxları haçansa bu torpaqların Osmanlıya məxsus olması və türk hakimiyyətinin guya Liviyanın müsəlman xalqına "ürəyi yanması" ilə əlaqələndirir. Təbii ki, bu cəfəngiyyatdan və nağıldan başqa bir şey deyil. Ən önəmlisi burada London Kraliçasının istəyi və Ərdoğanın əli ilə "Müsəlman Qardaşları"nın (qeyd edək ki, hər bir ölkədə bu hərakatının siyasəti, mövqeyi və Qərb imperializminə baxışı fərqlidir) mövqeyini və hakimiyyətini gücləndirməkdir. Bunun müqabilində Ərdoğana Aralıq dənizində Liviya xalqının haqqı olan qazlı şelfi hədiyyə etdilər desək yanılmarıq. Digər tərəfdən də Tripolidəki hökümətə milyonlarla dollarlıq silah satıldı və İdlibdəki terrorçular üçün yeni bir yuva quruldu.

C) Qətər: Bir münaqişədə Türkiyə olsun, Qətər yox, demək olar ki, mümkünsüzdür. İslam dünyasında "Müsəlman Qardaşları"nın(Türkiyənin idarə etdiyi qollar) nüfuz və ideologiyasının bütün xərclərini öz üzərinə götürən əsas ölkələrindən biri də demək olar ki, Qətərdir. Yəni Qətərdən maddi resurs kimi istifadə olunur. Qətər öz timsalında bir pul “çamodanı” və demək olar ki MQ-nin sponsorudur. Yəni Qətərin rolu Liviyada terrorçulara maddi dəstək vermək və Tripoli hökumətini siyasi arenada qorumaqdan ibarətdir.

2.Benqazi Cəbhəsi:

A) Rusiya:
Moskvanın mövqeyinə gəldikdə isə əslində hər şeyin ortada olduğu görünür. Rusiya istər Liviya ilə istər X.Həftar ilə çoxdan tanışdır. Hələ SSRİ vaxtında, Liviya ilə SSRİ-nin çox yaxşı rabitələri mövcud olub və bu əlaqələr Qəzzafi vaxtında da davam edib. Rusiyanın əslində Liviyada demək olar ki, bütün qüvvələr ilə rabitəsi var, istər Tripoli istər Benqazi və hətda ayrı-ayrı qəbilələr ilə belə... Türkiyənin dəstəklədiyi Sərracın vaxtında Moskvada Faiz Sərrac və Həftarın keçirdiyi görüş Rusiyanın bu ölkədəki nüfuzunu bir daha göstərmiş oldu. Əlbəttə Rusiyanın burada öz maraqlarının olmadığını desək yanılmış olarıq. İlk növbədə bu Rusiya üçün qlobal terrorizmlə mübarizədə iştirak etmək deməkdir. Yəni Rusiya həm Suriyada, həm də Liviyada varlığını göstərir və bununla da dünya siyasətində böyük rəğbət qazanır. Burada Qərbin mövcudluğunu da nəzərə alsaq, Putin Qərbi biyabır etmək üçün belə bir fürsəti əldən verə bilməzdi...