Dalğa
4.24K subscribers
16.7K photos
12.4K videos
264 files
16.1K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇
🆔 @payam_ziabot
Download Telegram
Türbətinə qurban Ya Hüseyn...

Həzrəti-Ayətullahul-üzma Ərakinin həyat yoldaşı
vəfat etmişdi. Alimlərdən bir neçəsi yazıçı da olmaqla
yanaşı, Ayətullahul-Üzma Bəhaüddini ilə birlikdə
Ayətullah Ərakiyə baş sağlığı vermək üçün onun
xidmətinə getdik. Bu böyük alim müsibət görməsinə
baxmayaraq, çox şad və xüsusi bir mənəvi halda idi.
Ağlamaq halında İmam Hüseyndən(ə) hadisə və
məsələlər bəyan edirdi. O cümlədən: Bir dəfə atam
Hüseynin(ə) qəbrini ziyarət etməyə getdi. Atam orada
olanda İmamın qəbrini torpağından götürüb özü ilə
gətirmişdi. Çünki müxtəlif rəvayətlərdə gəlmişdir ki,
bu torpaq hər dərdə şəfa verəndir. Atam bu torpağı
saxlayırdı. Hər kəsin bir xəstəliyi olanda ona müraciət
edirdi. O, bir mərci miqdarında torpaqdan ona verirdi.
Torpağı istifadə etdikdən sonra şəfa tapırdılar.

#məhərrəm
#Kərbəla
#Aşura
#türbət
#ayətullah_əraki