Dalğa
4.64K subscribers
16.6K photos
12.1K videos
267 files
15.5K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nardaranda şəhidin dəfni (2)
İmam Hüseyn (ə) meydanı

#Ləbbeykə_ya_Hüseyn şüarından təşvişə düşən dəyyuslar.

#Nardaran
Dalğa
⚡️🇦🇿 Hökumət Nardaran hadisəsi zamanı saxlanılan 8 nəfərə təzminat ödəyəcək 🔻🔻🔻🔻🔻
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 3 yekun qərardadını elan edib. Qərardadların 2-si tərəflərin dostca anlaşmalarına, digəri isə hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən çıxarılıb. Bu işlərdə əsasən, işgəncəyə, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilmişdi. Bir işdə Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu iddia olunurdu.

Bu məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs edilmiş, daha sonra müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunmuşdular. Ərizəçilərin hamısı saxlanılan və həbsdə tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət etmişdilər. Onlar AİHM qarşısında iddia edirdilər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub.

Kommunikasiya zamanı hökumət ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib. Hökumət ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyi və ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını təklif edib. Ərizəçilər bu təklifi qəbul etməyiblər, bildiriblər ki, hökumət onların hüquqlarının pozulduğunu etiraf etsə də, Konvensiyanın öhdəliklərinə necə əməl edəcəyini və pozulmuş hüquqların nəticələrinin aradan qaldırlması üçün hansı tədbirləri görəcəyini aydın ifadə edə bilməyib. Ərizəçilər həmçinin, hökumətin təklif etdiyi mənəvi zərər əvəzinin məbləğinin çox az olduğunu ifadə ediblər.

Bununla belə AİHM işin araşdırılmasının davam etdirilməsi üçün əsaslar görməyib, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro ödəməlidir. Ərizəçiləri AİHM qarşısında vəkil və hüquqşunaslar Elçin Sadıqov, Nemət Kərimli, Yalçın İmanov və Şəhla Hümbətova təmsil edib.

#Nardaran
📌 Giperssilka

🆔 @az_ziaossalehin_ir
9🔥1
#Təcili

Dindar məhbuslara qarşı həbsxanada ciddi təzyiqlər olunur.

Əldə etdiyimiz məlumata görə, Məhərrəmlik ayı ərəfəsində rabitə qülləsinə İmam Hüseyn (ə) bayrağı asdığı üçün şərlənərək həbs olunan Samid Hüseynov adlı inanclıya qarşı polislər həbsxanada müxtəlif növ təzyiqlər edərək "evində qumbara saxladığını" onun boynuna qoymağa çalışırlar. Müstəntiq tərəfindən ona bildirilib ki, əgər evində qanunsuz silah saxladığına dair ittihama imza çəkməyib azadlığa çıxacağı təqdirdə, başqa bir ittihamla yenidən həbs edilərək 5 il həbs cəzası alacaq.

Qeyd edək ki, Samid Hüseynov 28.07.2023-cü il tarixində rabitə qülləsinə İmam Hüseyn (ə) bayrağını asdığı üçün həbs edilmişdir.

#آزادی_زندانیان
#الحرية_للسجناء
#freedom_for_prisoners
#свобода_политзаключённых
#məhbuslar
#Azerbaijan
#öldürməazadet
#dindarlariazadet
#mehbuslara_azadlıq
#əliyev_rejiminə_son
#məhbus_məktubu
#nardaran
#hacıtale

https://t.iss.one/dalgaa
🤬17👍1
Nardaran hadisələrinin 8-ci il dönümü

Bu gün qanla yaddaşlarda qalan
Nardaran hadisələrindən 8 il ötür. 2015 ci il 26 noyabr zalım rejimin sionizmə xidməti nəticəsində, bir qrup inanclı insanların namaz üstündə, silahlı hücuma məruz qalaraq bəzilərinin şəhid edilməsi və bəzilərinin də həbs olunması ilə nəticələnən bu hadisə, illər keçsədə inancliların yaddaşlarında qisas günü kimi qalıb.

Nardaran şəhidləri:
Rəfail Bünyatov
Fərail Bünyatov
Əkbər Babayev
Sərvan Səfərov.

Allah şəhidlərimizin qisasını almağı bizlərə nəsib etsin.



#آزادی_زندانیان
#الحرية_للسجناء
#freedom_for_prisoners
#свобода_политзаключённых
#məhbuslar
#Azerbaijan
#öldürməazadet
#dindarlariazadet
#mehbuslara_azadlıq
#əliyev_rejiminə_son
#məhbus_məktubu
#nardaran
#hacıtale

https://t.iss.one/dalgaa
😢13💔4👍1
https://youtu.be/ioKFDZQxR1c?si=3Kh-qMpQBLg6su5O

📌 Ya Allah
🔸 Salam əleykum əziz müsəlman Azərbaycan xalqı.
🔺 Bu çıxışı diqqətlə sona qədər dinləyin, rəy bildirin, bəyənin👍 və paylaşın hər kəs görsün.

🔸 Bu çıxışda bir neçə əsas və lazımlı məsələlər, o cümlədən Şeyx Sərdarın karsa salınması, Yunis səfərovun mövcud durumu, Tədiyyə qalxanı, mühacirlərin cihad vəzifəsi və iqtisadi səngər haqqında müzakirə olunub.
🔺 Azərbaycanın sərhədlərindən kənarda mühacirətdə olan möminlər bu videonu mütləq dinləsinlər.
10
Media is too big
VIEW IN TELEGRAM
🔰Mərhum Hacı Əlikram Rəhbərin xalqımıza tapşırığı barədə danışır

#hacı_əlikram #nardaran #rəhbər

https://t.iss.one/dalgaa
😢103
https://youtu.be/-o5Dp6oVvK0?si=gaLAJLpSUabJzzQH

Diqqətlə dinləyin və paylaşın hər kəs görsün
👍7