Dalğa
4.24K subscribers
16.7K photos
12.3K videos
264 files
16.1K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇
🆔 @payam_ziabot
Download Telegram
▪️İMAM HƏSƏNİN (Ə) ŞƏHADƏTİ

🔻Müaviyənin öz hakimiyyəti dövründə törətdiyi dəhşətli cinayətlərdən biri də Rəsulullahın (s) məhəbbət bəslədiyi imam Həsəni (ə) şəhadətə yetirməsi idi. Tarixdə bu faciə açıq-aşkar qələmə alınmışdır və bu cinayət belə həyata keçirildi:

🔻Müaviyə özündən sonra oğlu Yezidi xəlifə təyin etmək istəyirdi. Amma imam Həsənlə (ə) imzaladığı “sülh müqaviləsi” ona mane olurdu. Buna görə də, xalqdan zorla beyət almaq və oğluna bu iş üçün yol açmaq məqsədilə İmamı (ə) qətlə yetirmək qərarına gəldi. O, hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızı Cödədən (imam Həsənin (ə) həyat yoldaşı) istifadə etməklə İmamı zəhərləyərək şəhadətə yetirdi. Belə ki, Müaviyə Cödəyə bir qabda zəhər göndərdi və vəd etdi ki, əgər ərini zəhərləsə, ona yüz min dirhəm verib, oğlu Yezidə arvad edəcək. Şeytani vəsvəsələr, pul və şöhrət Cödənin gözünü tutub qəlbini kor etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib, Müaviyənin çirkin təklifini qəbul etsin. Nəhayət, Cödə 50-ci hicri-qəməri ilinin Səfər ayının 28-də, İmamın (ə) oruc olduğu bir vaxtda süd içdiyi qaba zəhər töküb, iftar üçün o həzrətin hüzuruna gətirdi. Beləliklə, bütün ömrü boyu hiyləgər və xain kimi tanınan Müaviyənin ikiüzlü və nifaq törədən siması bir daha bu cinayətdə camaatın gözü önündə sərgiləndi.

🔻O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. İmam Həsənin (ə) yaxınları və şiələri o həzrəti öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, bir qrup Əməvi, Peyğəmbərin (s) zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı. Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: “Osman “Bəqi” qəbiristanlığının ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı?” (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.2, s.175.) Fitnəkar şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Bu kədərli hadisədən sonra imam Həsəni (ə) “Bəqi” qəbiristanlığında dəfn etdilər.

Allahın salam və salavatı olsun o həzrətin pak ruhuna!

📚(Mənbə: Məsum imamların həyatı”, Ustad Mehdi Pişvayi; “Məsum imamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan; “.)

#islam #az_ziaossalehin_ir #din #şiə #imamhəsən #imamlar #məsumlar
واحــد ترکی:ای قلبی یاره زینبیم
حاج مهدی رسولی
▪️ Ey Qəlbi yarə Zeynəbim...
İmam Həsən əleyhissalamın şəhadət münasibət ilə

🔊 Məddah : Hacı Mehdi Rəsuli

#Mərsiyə #imamhəsən #az_ziaossalehin_ir #mehdirəsuli #səfər #səfərayı


İmam Həsənin məzlumiyyəti

Əgər insan yaxşı diqqət etsə, o zaman anlayar ki, bir baxımdan İmam Həsənin məzlumiyyəti İmam Hüseynin məzlumiyyətindən daha böyükdür.

📗“Quranla tanışlıq”, c.9, səh. 42

#imamhüseyn #imamhəsən #məzlumiyyət
t.iss.one/az_ziaossalehin_ir ☫‌‌