This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycanda bəhailiyin yayılması
Təzyiqlərə baxmayaraq, yeni din inkişaf etməkdə davam edir. 1850-ci illərdən başlayaraq Bakıda, Balaxanıda, Bərdədə, Şəkidə və Qarabağda icmalar formalaşır. Babi, daha sonra isə Bəhai qrupları, həmçinin Tiflisdə, Batumidə və Qərbi Azərbaycanda (indiki Ermənistan) da yaranmağa başlayır. Lakin Bakıda daha böyük sayda bəhailər vardı, hətta 1860-cı ildə icma dövlət tərəfindən tanınır. Onun fəaliyyətlərinin leqallaşmasında Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir İsmayılzadə mühüm rol oynayır...
Mənbə; Azərbaycan Bəhai İcmasının rəsmi saytı
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#bakı
#bab
#mikayıl_müşfiq
#bəhai

❤6😢1😡1
Media is too big
VIEW IN TELEGRAM
Alma Qulaq Dağı
"Nadir Şah osmanlılarla müharibələrin birində qoşuna demişdi: "Hər kim Osmanlı ordusundan bir burun-qulaq gətirsə mükafat alacaq". Elə də elədilər. 48 kilometr yol getdikdən sonra bir dağın yanına çatanda Nadir Şah göstəriş verdi ki, bundan sonra qulaq almayın. Həmin dağın adı bu hadisədən sonra Alma Qulaq dağı adlandı."
Məhəmməd Hüseyn Quddusi, "Nadir-Namə"
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iran
#osmanlı
#türkiyə
#nadir_şah

❤15
Media is too big
VIEW IN TELEGRAM
Hacıların, dindarların Azərbaycan xalqına xidməti
Azərbaycanda ilk dəfə qocalar və imkansızlar üçün sığınacaq tikdirən şəxs, xeyriyəçi Hacı Hacıağa olmuşdur
Bakı milyonçusu Hacı Hacıağa Dadaşov güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görüb, orada nə üçün oturduğunu soruşur. Qoca, evsiz olduğunu deyir. Bundan təsirlənən Hacı, Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir. Bakıda bir neçə uşaq evini açan Hacı bu evlərin ərzaq təminatını, təhsil xərclərini də ödəyirmiş. Ancaq heç kim bu işlərin kim tərəfindən həyata keçrildiyini bilmirdi. Çünki Hacı öz adının çıxmasını istəmirdi. Hacı öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb tikdirib. Bakıdakı Nizami muzeyini də məhz Hacıağa Dadaşov tikdirib.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#bakı
#bilgəh
#hacıağa_dadaşov
#milyonçu

❤18👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mən Məhəmməd Füzuliyəm;
Məhərrəm ayına və İmam Hüseyn əzasına bir ömür hörmət göstərmişəm.
Mahi-Muhərrəm oldu məsərrət (şadlıq) haramdır
Matəm bu gün şəriətə bir ehtiramdır
Bu əza ayında şadlıq edənlərə demək istəyirəm ki;
Şad olmasın bu vaqiədən şad olan könül.
Bir dəm məlali-qüssədən azad olan könül.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iraq
#füzuli
#şeir
#milli_kimlik

❤13
Media is too big
VIEW IN TELEGRAM
Mən Seyyid Əzim Şirvaniyəm. Azərbaycan yurdunun Əhli-Beyt şairiyəm. Bu gözəl yurdun çörəyini yeyib dəyərlərinə dil uzadanlara demək istəyirəm ki,
Seyyida, kim ki, hurər Şiri-Xuda naibinə,
Sən onun lənət oxu ruhuna, həm qalibinə,
Qəzəbi-iyzəd onun hazirinə, qaibinə,
Baxma dəhrin bu sifət xasirinə, xaininə,
Al qələm, yaz oların həcvinə əs'ar bu gun.
Muhərrəm ayı gələndə əza saxlayanlara, ağlayanlara məsxərə edənlərə isə demək istəyirəm ki,
Kim deyər ağlama sən Kərbübəla sərvərinə?
Canımız cümlə fəda olsun onun Əkbərinə,
Ağladı ərzü səma təşnə ölən Əsğərinə,
Onu inkar edənin zatına lənət, Hadi!
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şirvan
#seyyid_əzim_şirvani

❤12
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mən Mirzə Ələkbər Sabirəm. Özümə və sizlərə hər il Məhərrəm ayında Peyğəmbər övladı İmam Hüseynə əza saxlamağı tövsiyə edirəm.
Sabira, hər il əza saxla Əliəkbərə sən,
Kərbəladə gedib ağla o şəhi-davərə sən,
Gəl, qiyamətdə bu cəm ilə səfi-məhşərə sən,
Qalma həsrət iki dünyadə bu Mövla üzünə.
İslamda Məhərrəm ayı, əzadarlıq yoxdur deyənlərə də demək istəyirəm ki,
İslam o deyilmi ki, cigər-guşeyi Zəhra
Baş verdi yolunda, susuz al-qan arasında...
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şamaxı
#mirzə_ələkbər_sabir

❤8👍2
Media is too big
VIEW IN TELEGRAM
Mən Molla Pənah Vaqifəm, eşq şairiyəm. Mənim aşiq olduğum o şəxsin kim olduğunu bilirsinizmi?!
Vaqifəm, hər dəm dilimdə əzbərim dost adıdır,
Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır,
Gözlərindən əl'əman kim, canımın cəlladıdır,
Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır,
Sanmayın, Sənan kimi azmış firəngi sevmişəm.
Sizə deyimmi Azərbaycandakı ən gözəl camaat kimdir?
Ey xoş onlar kim, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyəl-Mürtəzanı sevdilər,
Sidqü-ixlas ilə pənc, Ali-əbanı sevdilər, Çahardah məsumitək müşkülgüşanı sevdilər,
Dəxi, onlardan gözəl, yaxşı cəmaət görmədim!
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#aşura
#molla_pənah_vaqif
#məhərrəm

Mən, 14 yaşında qiyam bayrağını qaldıraraq məzlumların hamisi olan Heydər oğlu İsmayılam.
Bütün ömrümü Əhli-beyt əleyhimussəlama fəda edərək özümü bu bitməz-tükənməz dəryaya qərq etmişəm.
Şahı ər deyibən girdik bu yоla,
Hüseyniyüz, bu gün dövranımızdır.
Biz imam qullarıyuz sadiqanə,
Şəhidlik, qazilik nişanımızdır.
Yоlumuz incədir, incədən-incə
Bu yоlda baş verək, ərkanımızdır.
Xətaiyəm, məvali, sirri-Heydər,
Şahı həqq bilməyən düşmanımızdır.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#səfəvi
#şah_ismayıl_xətai

❤17
Media is too big
VIEW IN TELEGRAM
Nadir şahın dövründə İran hökümətindən Osmanlı hökümətinə 22 məktub yazılmışdır. Bunlardan 20-i fars dilində, 1-i Osmanlı türkcəsində və 1 məktub da ərəb dilindədir. Bu məktublar Türkiyə Dövlət Arxivləri Baş İdarəsində (Osmanlı bölməsində) saxlanılır.
Nadir şahın Osmanlı türkcəsində yazdığı bu məktubun maraqlı məqamı onun Qafqaz məsələsi üzərində vurğu edərək Osmanlı sultanına güc nümayiş etdirməsidir: “İranın pis vəziyyətdə olduğu dövrdə Qafqaz rusların əlinə keçmişdi və mən onu geri aldım, çünki şübhəsiz ki, Qafqaz İranın qədim torpaqlarının bir hissəsidir”.
Bu məktubun digər bir məqamı isə Nadir şahın özünü İran şahı hesab etməsidir...
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#əfşar

❤18
Media is too big
VIEW IN TELEGRAM
Mən Əliağa Vahidəm. Çoxları mənim Əhli-Beyt şairi olmağımdan xəbərsizdir.
Vahidəm, eşqi-məhəbbətlə cahandan getdim,
Heyf ki, bilmədilər mən nə təriqətdə idim...
Yaşadığım dövrdə sürgün olunmamaq üçün əqidəmi gizlətsəm də şeirlərimdə 12 imam yolu getdiyimi həmişə bildirmişəm.
Ver xəbər, badi-səba, Yaqubə, sonra Hacərə,
Ağlama İsmailə, ya Yusifi mahpeykərə,
Ölmək üçün zinət eylər Leyli oğlu Əkbərə,
Bir baxın eşqi-Hüseynə, Əkbərü-Leylasına.
Şimrü dun ilə Hüseyn eşqin düşüb sevdasına...
Rey havasına biri, biri bəla səhrasına...
Mənim həyatdakı ən böyük arzum isə İmam Hüseynin məhşər günü şəfaət edən zaman məni unutmamasıdır...
Kə'beyi-kuyin əgər olsaydı qismət Vahidə,
Cümleyi-hüzzar ilən ol paki türbət Vahidə,
Ruzi-məhşərdə fəramuş etmə rəhmət Vahidə,
Canını etdi fəda bu ümmətin xülyasına.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şair
#əliağa_vahid

Mən Abbasqulu Ağa Bakıxanovam. Xan nəslindənəm və Böyük Rusiya İmperiyasının generalıyam. Azərbaycanın ilk dəfə tarixini yazan da mənəm. Amma mənim həyatdakı yeganə fəxrim Əhli-Beytə olan bağlılığımdır. Bir ömür əza məclislərində İmam Hüseyni yad edib ağlamışam;
Hər dəm gəlir fəğanə dili-zarım, ağlaram,
Soldu xəzani zülm ilə gülzarım, ağlaram.
Hər məclisi-əzadə məni zari-binəva,
Ta var dilimdə qüvvəti-göftarım, ağlaram.
Mənim şeiriyyatda təxəllüsüm Qüdsidir. İmam Hüseyn matəmində yazdığım növhə və mərsiyyələrin əzadarı Ruhul-Əmin Cəbraildir;
Dutacaq məhvili-Qüdsidə əza Ruhil-Əmin,
Olacaq həşrə kimi nohəsəra ruyi-zəmin,
Saldılar ərşi səfadən yerə çün firqeyi-kin,
Zülm ilən şəmsi-müniri qəmərü əxtərimi.
Kərbəla saxlagilən nəşi Əli Əkbərimi...
Verirəm çünki əmanət sənə gül peykərimi...
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şair
#abbasqulu_ağa_bakıxanov

Mən xan qızı, xeyriyyəçi Xurşidbanu Natəvanam. Azərbaycan ədəbiyyatının nadir incilərindənəm. Xan qızı olsam da, özümü bir ömür Peyğəmbər qızı Həzrəti Fatiməyə kəniz, qulluqçu bilmişəm.
Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,
Bir-birə dəydi mərdü-zən, şurə gəlibdü xasuam.
Növhə edər bu Natəvan, ruzü-şəb ağlayar müdam,
Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsin.
Söylə Hüseynə ey səba Kərbübəlaya gəlməsin.
Gəlsə düşər bu dəştidə dərdi bəlaya gəlməsin.
Mərhum Seyyid Əzim Şirvani Natəvanın bu şeirinə nəzirə yazaraq belə cavab verir;
Söylə Hüseynə ey ərəb, Kərbü-bəlayə getdilər.
Fatiməni əcəb salıb dərdü-bəlayə getdilər.
Bir də Hüseynə söylə ki, ey Şahi-insü-can baba,
Siz gələsiz Mədinəyə eyləyərəm güman baba,
Əkbəri yollaram dedin, gəlmədi əl-əman baba,
Tərk eləyib Mədinəni dəştü-bəlayə getdilər.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şair
#xurşidbanu_natəvan

❤16
Media is too big
VIEW IN TELEGRAM
Mən, Allahın lütf və bəxşişlərinə həmişə şükr etməyə çalışan Şah İsmayıl oğlu Şah Təhmasibəm.
Şahlıq etdiyim bu İslam məmləkətində həmişə müqəddəs İslam şəriətini hakim etməyə çalışmışam. Özümü böyük alimimiz Mühəqqiq Kərəkinin və onun kimi İslam alimlərinin, nökəri və naibi bilmiş, onların ölkədəki nüfuzunu öz nüfuzumdan üstün tutmuşam.
Mənim dövrümdə ölkədə rəhmətlik atamın yığışdırmağa imkan tapmadığı nə qədər günah yuvası var idisə, hamısını dağıtmışam. Mən yaşadığım müddət ərzində heç kim bu fikrə düşə bilməz, düşsə, etməyə cəsarət edə bilməzdi. Çünki bilərdilər ki, iti qılıncım və qəzəbim onların şah damarından yapışacaq. Allaha şükr edirəm ki, bu səadəti mənə layiq görmüşdür.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#səfəvi
#məhərrəm
#milli_kimlik
#şah_təhmasib

Mən Qasım Bəy Zakirəm. Xan nəslindənəm. Biz, xan nəsli olsaq da, özümüzü Əhli-Beyt qapısının nökəri görmüşük;
Dəxi Zakiri hesab et, səgi kuyi Kərbəladan (Kərbəla diyarının iti)
Bihəqqi fəqani-Zəhra, bihəqqi əzabi-Zeynəb
Mən bütün Azərbaycan xalqına tövsiyə edirəm ki, dədə-babalarımızdan bizə əmanət qalan bu Əhli-Beyt, İmam yolunda möhkəm dayansınlar, bu yoldan əl götürməsinlər...
Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindən; Ta kim, nəfəsin var.
Səflər dağıdan Heydəri-Kərrar ətəyindən; Qəmdən bizi qurtar.
Tut silsileyi-seyyidi-əbrar ətəyindən; Onlardı dəhü çar.
Həftadi-dü tən yavərü qəmxar ətəyindən; Xoşxülq, xoşətvar.
Hər xeyr tökülsə, tökülür var ətəyindən; Bil vazehü-aşkar.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#xanlıqlar
#məhərrəm
#milli_kimlik
#qasım_bəy_zakir

❤14
Media is too big
VIEW IN TELEGRAM
Allah Peyğəmbərinin (s) həyatında baş verən mühüm hadisələrdən biri Hilful-Füzul hadisəsidir ki, bizə haqqında çox az danışılıb. Hilful-Füzul nədir və nəyə görə İslam onu batil elan etmədi?
Allah Peyğəmbərinin (s) 20 yaşı (bəzilərinin dediyinə görə daha az) olanda Məkkədə bir nəfərə qarşı qolu zorlular, Məkkə varlıları zülm etdilər. Ticarət mallarını əlindən zorla aldılar. Bu şəxs Allaha şikayət etdi, insanlara şikayət etdi. Bu zaman Zübeyr İbn Əbdülmüttəlib (Peyğəmbərin əmisi) bir dəstə cavanı Əbdullah İbn Codanın evində yığdı və qərara aldılar ki, bir təşkilat yaratsınlar. Bunun adını Hilful-Füzul qoydular. Bunun neçə mənası var. Mənalarından biri "fəzilətli kişilərin birliyi" deməkdir. Bunlar hələ müsəlman deyildilər, hələ İslam dini nazil olmamışdı, hələ Allah Peyğəmbəri (s) öz nübuvvətini və risalətini elan etməmişdi.
Bunlar gəldilər bir təşkilat yaratdılar ki, bundan sonra Məkkədə hər hansı bir qolu zorlu, kiməsə zülm etsə, biz buna imkan verməyəcəyik və bunun qarşısını alacağıq dedilər.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#peyğəmbər
#məhərrəm
#milli_kimlik
#hilful_füzul

Mirzə Ələkbər Sabirin Balaxanıda müəllim işlədiyini hər birimiz bilirik. Bəs onun hansı fənni tədris etməsi ilə maraqlamısınızmı? Bu barədə araşdırma apararkən çox maraqlı bir məlumat ortaya çıxır. Mirzə Ələkbər Sabir Balaxanıda fars dili və İslam şəriəti dərslərini tədris edib.
Mənbə; Hophopnamə, cild 1, səhifə 24
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şəriət
#məhərrəm
#milli_kimlik
#mirzə_ələkbər_sabir
Mənbə; Hophopnamə, cild 1, səhifə 24
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şəriət
#məhərrəm
#milli_kimlik
#mirzə_ələkbər_sabir
❤13
This media is not supported in your browser
VIEW IN TELEGRAM
1990-ci ilin Yanvar ayının 19-da günоrta saatlarında Lənkəran və Astara azadlıqsevər fəallarının təşəbbüsü ilə SSRİ-İran sərhədi açıldı. Bu şəkil həmin gün İran Astarası ilə bizim Astaranı ayıran körpünün üstündə çəkilib...
Öndəki şəxsin yaxasında İmam Xomeyninin şəkli var...
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#iran
#məhərrəm
#milli_kimlik
#astara

❤8
Media is too big
VIEW IN TELEGRAM
Şəhriyarın Türkiyə və Azərbaycan türklərinə müraciəti;
Türklərin qeyrəti Türkiyyədə, Qafqazda gərək,
Qaynasın indi ki, İslamda cəhad meydanıdır!
Kərbəla faciəsi təcdid olur İranda,
Qeyrətün qaynadı, bil ki, bu Hüseynin qanıdır.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#iran
#məhərrəm
#milli_kimlik
#şəhriyar
Türklərin qeyrəti Türkiyyədə, Qafqazda gərək,
Qaynasın indi ki, İslamda cəhad meydanıdır!
Kərbəla faciəsi təcdid olur İranda,
Qeyrətün qaynadı, bil ki, bu Hüseynin qanıdır.
#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#iran
#məhərrəm
#milli_kimlik
#şəhriyar
❤12
Media is too big
VIEW IN TELEGRAM
Bu gün Azərbaycan xalqının əcdadı, şahı və ulu babası olan Şah İsmayılın dünyaya gəldiyi gündür.
Salam olsun sənin dünyaya gəldiyin günə!
Azərbaycan xalqının kimliyinə tərif vermək istədikdə Azərbaycan Araşdırma Mərkəzi olaraq təklif edirik ki, bu cür tərif verək;
İmam Hüseynin (ə) qanı, Şah İsmayılın geni!
Bu videonu isə Şah ismayılın mövluduna təbrik şəklində ithaf edirik.
Şah İsmayıl Qafqazda məğlub etdiyi ordunun əsir düşmüş yaralı komandirinə yaxınlaşır və deyir:
Bilirəm məni tanımırsan, amma böyüklərin məni və babalarımı yaxşı tanıyır. Mən, din yolunda və sizin xəyanət xəncərinizlə şəhid olmuş Şeyxlərin oğluyam. Ağaların elə bilirdi ki, mən ömrümün axırına qədər gizlənəcəm və onlar zülm taxtlarında sonsuzadək oturacaqlar?
Get, Fərrux, Əlvənd və Murada, Cüneyd və Heydərin qanına kim bais olubsa ona de: Gəlirəm. Taxt-taclarına doya-doya otursunlar. Gözəl paltarlarına və təzim edən qullarına son dəfə baxsınlar. Gəlirəm ki, qəlbimdəki yanğı ilə onların fani həyatlarını külə çevirəm, taxtlarını və arzularını göyə sovuram. Gəlirəm ki, babalarımın dinini dirçəldim və Ali-Muhəmmədin düşmənlərinə qiyaməti xatırladım.

❤9