Dalğa
4.66K subscribers
16.6K photos
12.1K videos
267 files
15.5K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
⭕️ #REPRESSİYA ⭕️🇦🇿

⛔️Narkotiklə şərlənən Yavər İsmayılzadəyə hökm oxundu

📲Keçmiş Gəncə məhbusu Yavər İsmayılzadənin məhkəmə prosesi başa çatıb. “Məlumat” İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə onun ittiham edildiyi maddəyə dəyişiklik edilib. Beləki, CM-nin 234.4.3 maddəsi ilə ittiham olunan Yavər İsmayılzadənin istintaq və məhkəmə araşdırmasında bu ittiham sübut olunmadığı üçün 234.4.3 maddəsi 234.1-1-ə tövsif olunub. Bu maddə ilə 3 il müddətinə həbs cəzası haqqında hökm çıxarılıb. 2 il 6 ay isə ilk həbsindən qalan cəza müddəti də əlavə edilib. Beləliklə, 21 noyabr tarixində keçirilən son məhkəmə prosesində Yavər İsmayılzadə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

📌Qeyd edək ki, Yavər İsmayılzadə  2018-ci ilin 3 iyul tarixində Yunis Səfərovun Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevi cəzalandırmasından sonra həbs edilən yüzə yaxın vətəndaşdan biridir. O, ilk həbsində 9 il müddətinə azadlıqdan məhrum edilsə də, apelyyasiya məhkəməsində cəza müddəti 5 ilə endirilmişdi.

🕤2022-ci il mayın 27-də İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzaladı. Yavər İsmayılzadə ilə yanaşı 19 Gəncə məhbusu bu sərəncamla azadlığa çıxıb.

#İslamofobiya #şiəfobiya #aparteid
#azadet
😡17👍1😢1
⭕️ #REPRESSİYA ⭕️🇦🇿

⛔️Narkotiklə şərlənən Murad Abdullayeva hökm oxundu

📲Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir dindarın məhkəmə prosesi yekunlaşıb. Məlumat İnformasiya Agentliyinin xəbərinə əsasən, 2023-cü ilin mart ayında oğurlanan Murad Abdullayev 3 il müddətinə azadlıqdan mərhum edilib.

📌Qeyd edək ki, Murad Abdullayev mart ayının ilk ongünlüyündə oğurlanan 33 dindardan biridir. O, ARCM-nin 234.4.3 maddəsi ilə ittiham olunsa da, ittiham sübutunu tapmadığı üçün 234.1-1-ə tövsif olunub.


#ədaləttələbedirik #islamofobiya #şiəfobiya #aparteid #azadet
😡11😢10👍1
⭕️ #REPRESSİYA ⭕️🇦🇿

⛔️Narkotiklə şərlənən #MBH üzvü Kamil Mahmudova #hökm #oxundu

📲Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Kamil Mahmudova hökm oxunub. "Məlumat" İnformasiya Agentliyi xəbər verir ki, Kamil Mahmudov 4 il 3 ay müddətinə azadlıqdan mərhum edilib.

📌Qeyd edək ki, bu Kamil Mahmudovun ikinci həbsidir. O, 2021-ci ilin 21 iyun tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Kamil Mahmudov haqqında 3 il şərti cəza hökmü #çıxarılıb.

🔖Kamil Mahmudov 2020-ci il iyulun 14-də #Azərbaycan #Ordusuna #dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən
saxlanılıb. Aksiyaçılar Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi çağırış edirdilər. Lakin hökumət qüvvələri aksiyaçıların parlament binasına daxil olub vəhşilik törətdiyini iddia edirdi.


#ədaləttələbedirik #islamofobiya #şiəfobiya #aparteid #azadet #dindarlariazadet
🤬11
Narkotik ittihamı ilə şərlənən dindarların məhkəmə elanı


"Məlumat" İnformasiya Agentliyi narkotik ittihamı ilə şərlənib həbs edilən dindarların məhkəmə elanını təqdim edir:

Ağalar Ağayev
29 noyabr saat 14:30
(Bakı Ağır Cinayətlər Məhkəməsi)

Mirtofiq Huseynov
29 noyabr saat 17.30
(Bakı Ağır Cinayətlər Məhkəməsi)

Camir Ağayev
29 noyabr saat 16:09
(Bakı Ağır Cinayətlər Məhkəməsi)

Nicat Əliyev
29 noyabr saat 10:15
(Bakı Apellyasiya Məhkəməsi)

Sərvər Əliyev
29 noyabr saat 15:30
(Bakı Ağır Cinayətlər Məhkəməsi)

Rövşən Əliyev
29 noyabr saat 11:30
(Bakı Ağır Cinayətlər Məhkəməsi)

Cahangir Seyidov
29 noyabr saat 16:00
(Sumqayıt Ağır Cinayətlər Məhkəməsi)

#Repressiya #Azadet #aparteid #İslamofobiya #şiəfobiya #antişiə



https://t.iss.one/dalgaa
🙏7
⭕️ #REPRESSİYA ⭕️🇦🇿

⛔️Narkotiklə şərlənən Sərvər Əliyev azadlıqdan məhrum edildi

📲2023-cü ilin 10 aprel tarixində həbs edilən Sərvər Əliyevin məhkəməsi yekunlaşıb. "Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Sərvər Əliyev 3 il müddətinə azadlıqdan mərhum edilib.

📌Qeyd edək ki, o, 234.4.3 maddəsi ilə şərlənsə də 234.1-1-ə tövsif olunub.



#islamofobiya #şiəfobiya #aparteid #Azərbaycan #azadet #dindarlariazadet #ədaləttələbedirik #adilmühakimə
🤬14💔6😡3
⭕️ #REPRESSİYA ⭕️🇦🇿

⛔️Narkotiklə şərlənən ruhani Ələddin İbişova hökm oxundu

📲Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Ələddin İbişovun məhkəməsi yekunlaşıb. "Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, ruhani Ələddin İbişov 3 il müddətinə azadlıqdan mərhum edilib.

📌Qeyd edək ki, ruhani Azərbaycanda şiə dindarların #kütləvi şəkildə narkotik ittihamı ilə #şərlənib həbs edilməsi çərçivəsində saxlanılmışdı.

#islamofobiya #şiəfobiya #aparteid #Azərbaycan #azadet #ruhani #tələbə
#dindarlariazadet
😡13😢5💔2
🔴 #REPRESSİYA 🔴

Narkotiklə şərlənən Mahmudağa Ağayevə hökm oxundu

📲Lənkəran Ağır Cinayətlər Məhkəməsində dindar Mahmudağa Ağayevin işi ilə bağlı son qərar bəlli olub.
Məlumat İnformasiya Agentliyinin verdiyi xəbərə görə, 5 dekabr tarixində keçirilən prosesdə Mahmudağa Ağayevin 5 il müddətinə azadlıqdan mərhum edilməsi ilə bağlı hökm oxunub.
Qeyd edək ki, Mahmudağa Ağayev Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində tutulub.


#islamafobiya #şiəfobiya #azadet #antişiə
🤬19
⭕️ #REPRESSİYA ⭕️🇦🇿

⚡️MBH üzvü Nicat Əliyevin apellyasiya məhkəməsi başa çatıb

📲13 dekabr tarixlində Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü Nicat Əliyevin yekun prosesi keçirilib. "Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, narkotik ittihamı ilə şərlənib həbs edilən Nicat Əliyevin həbs cəzası 5 ildən 4 ilə endirilib.

📌Qeyd edək ki, Nicat Əliyev Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində saxlanılmışdı.


#islamofobiya #şiəfobiya #aparteid #Apellyasiya #azadet #dindarlariazadet #ədaləttələbedirik #adilmühakimə
👍8🤬4
⭕️ #REPRESSİYA ⭕️

Narkotiklə şərlənən dindar Bəxtiyar Novruzova hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dindar Bəxtiyar Novruzovun məhkəmə prosesi başa çatıb.

Məlumat İnformasiya Agentliyinin verdiyi xəbərə görə, 15 dekabr tarixlərində keçirilən prosesdə ona hökm oxunub.

Bəxtiyar Novruzov 3 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, Bəxtiyar Novruzov Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində saxlanılmışdı.

#islamofobiya #şiəfobiya #aparteid #azadet
🤬20
⛔️ #REPRESSİYA ⛔️🇦🇿

🛑 Narkotik ittihamı ilə şərlənən Niyaməddin Hüseynova hökm oxundu

📲Şirvan sakini Niyaməddin Hüseynovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi 18 dekabrda başa çatıb.
"Məlumat" İnformasiya Agentliyi xəbər verir ki, şərlənən N.Hüseynov 3 il müddətinə azadlıqdan mərhum edilib.

✔️Qeyd edək ki, Niyaməddin Hüseynov 2023-cü ilin 9 aprel tarixində Bakı şəhərində Nizami rayon polisinin əməkdaşları tərəfindən oğurlanıb. Niyaməddin Hüseynovu ailəsi günlərlə onu axtarıb və bütün adiyyatı qurumlara müraciət edib. Bakıda kirayədə yaşayan və fəhlə işləyən Niyaməddini ailəsi aprelin sonlarında Şüvəlan təcridxanasından tapıb. Məlum olub ki, onu aprelin 9-da şam namazı sonrası Nefçilərdəki İmam Zaman (əf) məscidindən çıxanda iki nəfər onun qoluna girib və Niyaməddini 24-cü polis bölməsinə aparıb. Ailə üzvlərinin söylədiyinə görə, rəis deyib ki, bizim əməliyyatçılar səni 10 gün izləyiblər, heç bir şübhəli əmələ rast gəlməyiblər;
"molla deyilsən, ruhani deyilsən, amma bizlik deyil. Bizə göstəriş veriblər ki, səni ataq içəri. İki variantın var; ya "İran casusu, vətənə xəyanət", ya da "narkotik". Güya tanımadığın İran vətəndaşından satmaq niyyəti ilə aldığın narkotiki polis cibindən çıxarıb".


⛔️Niyaməddin Hüseynov 234. 4.3-cü maddə (külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı, istehsalı) ilə məhkəmə önünə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

#islamofobiya #şiəfobiya #aparteid #Azərbaycan #azadet
#dindarlariazadet #ədaləttələbedirik #adilmühakimə
🤬7👍3👎1
⭕️ #REPRESSİYA ⭕️

Şirvanlı dindarın ailəsi ilə əlaqəsinə bir aydır qadağa qoyulub

Şirvan sakini Cəmşid Bahəddin oğlu Hüseynov iki aya yaxındır oğurlanıb.

📲Məlumat İnformasiya Agentliyinə verilən xəbərə görə, onu Şirvan polisi oğurlayıb. Ailəsinə məlum olub ki, Şirvanda çox hörmətli inanclı kimi tanınan C. Hüseynov haqqında Azərbaycan CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham elan olunub. Onun haqqında 4 aylıq istintaq müddəti təyin edilib.
Yaxınlarının verdiyi xəbərə görə, Cəmşidin bir aydır ki ailəsi ilə telefon danışığına və görüşünə qadağa qoyulub.

Qeyd edək ki, Cəmşid Hüseynovun digər qardaşı, Bakıda kirayədə yaşayan Niyaməddin Hüseynov bu ilin mart ayında məsciddən namazdan çıxarkən Nizami polisi tərəfindən oğurlanıb. N. Hüseynov da 234.1-1 maddəsi ilə sərlənib və Oktyabrın əvvəlində Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan mərhum edilib.

#islamofobiya #şiəfobiya #aparteid #azadet 
😡20
⛔️ #REPRESSİYA ⛔️🇦🇿

⚡️Azərbaycanda dindar ovu yenidən qızışdı

📲Bir qədər əvvəl səngiyən bütün ölkəboyu dindarların oğurlanması prosesinə yenidən start verilib.

"Məlumat" İnformasiya Agentliyinə verilən xəbərə görə, Gəncə, Mingəçevir və Şəmkirdən birlikdə 31 nəfər dindarın oğurlanmasının ardınca, insan oğurluğu ölkənin cənub bölgəsində və Bakıda daha da geniş vüsət alıb.

🛑Şəkildə gördüyünüz Tağıyev Ehtiram Sədi oğlu Masallı sakinidir. Fəhləliklə ailəsini dolandıran bu kasıb dindarı da 10 yanvar tarixində narkotiklə #şərləyib həbs ediblər.


#islamofobiya #şiəfobiya #aparteid #azadet #antişiə
🤬16
🏴‍ Polislər Tale Bağırzadənin ailəsini Şəhidlər Xiyabanına buraxmadı

📲Bu barədə Məlumat İnformasiya Agentliyinə Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə danışıb.
O bildirib ki, 20 Yanvar Şəhidlərinin xatirəsini yad etmək üçün 7 uşaqla Şəhidlər Xiyabanına yola düşüblər. Lakin Elmlər Akademiyası metrosunun çıxışında özünü Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən mülki geyimli polislər onların qarşını kəsib, telefonlarını əllərindən alıb və metronun içindəki kiçik otağa salıblar. Ziyarətçiləri bir saatdan çox ayaq üstə saxlayıblar. Leyla İsmayılzadə dəfələrlə telefonu istəsə də, verməyiblər:

"Bizi çöldə Ağaəli Yəhyayevin həyat yoldaşı Şahanə xanım uşaqları ilə gözləyirdi. Dedim ki, telefonu verin, bacıya deyim ki, getsin, gözləməsin bu soyuqda, yanında uşaq var, telefonumu vermədilər. 10 dəqiqəyə çıxırsız deyib, bir saatdan çox saxladılar."

👧Uşaqlardan şəxsiyyət vəsiqəsi tələb ediblər və onların bəzilərinin adının portalda olmadığını bəhanə gətirib geri qayıtmalarını əmr ediblər:

"Mənə dedilər ki, uşaqların valideynlərinə deyin, gəlib aparsınlar. Dedim ki, uşağın birinin atasını Nardaran hadisəsində öldürmüsüz, birinin atasını əlil etmisiz, birinin də atasını narkotiklə şərləyib həbs etmisiniz. Belə deyəndə, bizi bir CİP -ə mindirib evimizə gətirdilər. Arxamızca bir maşın dolusu polis də bizi müşayiət edirdi. Onlar nə qədər çalışsalar da, bizim qan yaddaşımız olan 20 Yanvar hadisəsini unutdura bilməyəcəklər. Bizim uşaqlar hər il bu günü və digər əlamətdar günlərdə Şəhidlərimizi ziyarət edir. İndi də buna yasaq qoydular."

📌Qeyd edək ki, Leyla İsmayılzadə ilə birgə Nardaran şəhidi Rafael Bünyadovun oğlu, Nardaran hadisələrində güllələnərək əlil edilən Əbülfəz Bunyadovun oğlu, narkotik ittihamı ilə şərlənib həbs edilən MBH üzvü Mayıl Kərimovun oğlu da ziyarətçilərin arasında olub.

#islamofobiya #şiəfobiya #azadet
#dindarlarıazadet


https://t.iss.one/dalgaa
😢18😡12💔5👍21😁1