Dalğa
4.25K subscribers
16.7K photos
12.3K videos
264 files
16.1K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇
🆔 @payam_ziabot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎞 İranda İslam İnqilabının Zəfər günü iştirak edən insanların sayı 21 milyonı ötüb

🆔 @az_ziaossalehin_ir
⚫️ Yeni Xəbər: Türkiyədə zəlzələdə 105 min ölü və yaralı var

⚫️ Öldürülənlər: 24 min 617 nəfər

Yaralı: 80 min 278 nəfər


🆔 @az_ziaossalehin_ir
Azərbaycanın nəcib xalqına xüsusi təşəkkürümü bildirirəm
Ayətullah Seyid Həsən Ameli
🔹 Azərbaycanın nəcib xalqına xüsusi təşəkkürümü bildirirəm

🎙 Ayətullah Seyid Həsən Ameli

📌 Cümə namazı xütbələri - 2023-02-10

🆔 @az_ziaossalehin_ir
Dalğa
Ayətullah Seyid Həsən Ameli – Azərbaycanın nəcib xalqına xüsusi təşəkkürümü bildirirəm
🔹 Ayətullah Seyid Həsən Ameli cümə namazı xütbələrində Azərbaycan xalqına minnətdarlığını bildirib

🔻 Hörmətli Azərbaycan xalqına xüsusi təşəkkürümü bildirirəm. Allah bilir ki, bu həftə mənə nə qədər zəng vurub və mesajlar göndəriblər. Onların mesajı yalnız bir söz idi: "Azərbaycanda son vaxtlarda İran əleyhinə qarayaxma kampaniyalarına Azərbaycan xalqını şərik bilməyin. Bunu edənlər xüsusi bir kütlədir, Azərbaycan xalqını onların cərgəsinə qoymayın. Azərbaycan xalqının şəni-ləyaqəti çoxdur və Həzrəti Zəhranın (ə) övladına xəyanət etməzlər. Onlar bildirdi ki, İrana, İslama və din böyükləri əleyhinə təbliğat aparanları və onların arxasında duranları yaxşı tanıyırıq."
O, açıqladı: Məndən xahiş etdilər ki, tribunamdan istifadə edərək (farsca) bir şerin bu hissəsini oxuyam:
''Hər kim Əli övladları ilə düşmənçilik etsə aqibəti bərbad olar"
Bu, “Nəsim Şimal”ın Rusiya imperatoru I Nikolayın İmam Rzanın (ə) hərəminə topla hücumu zamanı oxunan qəsidəsindən bir hissədir və mən də Hafizdən əlavə edirəm ki:
"Bu, təcrübəli bir qaydadır və bu dünyada dəyişməz bir ənənədir.Dünyaya ən dərin və ən nəcib baxışı olan tövhidçilərə qarşı duran hər kəs, mütləq bədbəxtliyə düçar olar."

Ayətullah Ameli əlavə edib: "Mən də öz növbəmdə Azərbaycan xalqına deyirəm ki, bizim sizinlə olan qardaşlığımız heç bir qayçı ilə kəsilə bilməz. Bizim birliyimiz heç bir yad qüvvənin səyi ilə məhv edilə bilməz. Biz bir ömür beynəlxalq forumlarda sizin ərazi bütövlüyünüzü müdafiə edirik və edəcəyik. İran əleyhinə olanlara deyin ki, hətta bir dənə nümunə tapa bilməzlər ki, İran Azərbaycanın ərazi bütövlüyünün lehinə səs verməmiş olsun. Bizə heç nə lazım deyil, İran çox böyük ölkədir. Ona görə də bizim Azərbaycan üçün etdiyimiz dini, insani vəzifəmiz və qonşuluq haqqını yerinə yetirməkdir."
Sonda isə mən gözəl bir farsca şerdən bu hissəni oxumaq istəyirəm:
"Allah bir kəsin abrını aparmaq istəsə, Onda başqalarına qarşı töhmət, eyb axtarmaq hissini qaldırar"

©️ Cümə namazı xütbələri - 2023-02-10

🆔 @az_ziaossalehin_ir
📸 Təbyin cihadı. 7

Əgər “Aydınlaşdırma cihadı” olmasa, ölü durub mürdəşiri, yuyar...
(əlsiz-ayaqsız bir adam güclü, bacarıqlıya ağalıq etmək istəyər)


┈┄┅═✾• #Təbyin_Cihadı •✾═┅┄┈

🆔 @az_ziaossalehin_ir
🚨 Daha bir ruhani saxlanıldı

📸 Ruhani Seyid Əli Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

#Azərbaycan

🆔 @az_ziaossalehin_ir
📝 Biz bunu təcrübə etmişik!

🔻 Bəni-İsraildə dindar abid var idi. gecə #yuxu gördü, yuxuda dedilər; "Sən səksən il yaşaycaqsan, qırx il rifah içində, qırx il də sıxıntı içində, İlk olaraq hansını istəyirsən?
Qırx il yaxşı həyat, yoxsa qırx il təzyiq?"

Dedi: "Mənim vəfalı ailəm var, onunla məsləhətləşim, görüm o nə deyir?"
Oyandı, Ailəsinin yanına gedib dedi: "Mən belə yuxu görmüşəm, nə deyirsən?"
Qadın dedi: "Denən, mən ilk qırx ilin bərəkət içində olmasını istəyirəm."
Həmin gecədən, damdan-duvardan onun həyatına bərəkət yağırdı, elə bil ki toxunduğu hər şey qızıla çevrilirdi.

Arvadı ona deyirdi: "Filankəsin evi yoxdur, ona ev al. Kimin oğlu evlənmək istəyir, kimi qız ərə getmək istəmir və... arvadı ona əmr edirdi, oda bacardığı qədər kömək edirdi. O, qırx ildən sonra yuxu gördü.
Yuxusunda ona dedilər: "Allah sizdən təşəkkür etmək istəyir. İlk qırx ili sənə hər nə verdi, sən də başqalarının əlindən tutdun, ona görə də Allah ikinci qırx ili də sizi rifah içində olmağınızı istəyir."

↪️ Biz bunu təcrübə etmişik!
Ömrünün əvvəlində başqalarına maddi yardım edənlər ömürlərinin sonunda yaxşı və varlı yaşayırlar, amma həyatının əvvəlində var-dövləti olub kömək etməyənlər sonunda müflis olurlar, dilənçi olurlar.
Biz bunu təcrübə etmişik!

©️ Ayətullah Müctəhidi Tehrani (rəh)

✍️ Qeyd edək ki, Rəvayətlərdə var cəhənnəm odu səxavətli insanlara haram edilib.
İnşaAllah həyatda, müxtəlif yollarla səxavətli yaşamağa çalışaq.

🆔 @az_ziaossalehin_ir
Media is too big
VIEW IN TELEGRAM
Xoy şəhərinin zəlzələdən ən çox zərər çəkən ucqar Var kəndindən qısa reportaj

Daha ətraflı videodan izləyə bilərsiniz.

Nəzərinizə çatdıraq ki, videoçıxışı Azərbaycan hakimiyyətinin sionist mediası təfindən İran əleyhinə sui-istifadə edilən Qızılgül xanımın çadırında qonaq olduq və vəziyyəti ilə maraqlandıq. İnşallah çalışırıq ki, bu gün müsahibəni sizlərə təqdim edək.
Qısaca onu deyə bilərik ki, bu xanım müsahibəsi ilə düşmənin ağzına bir şillə vurdu.  😉

Kanalımızı izləmədə qalın Xoy şəhərində çadır düşərgələrində yaşayan əhalidən alınan müsahibələri tezliklə sizlərə təqdim edəcəyik.

#İran
#Xoy
#Huseyniyyun

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/23979
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎞 #İran İslam Respublikasının bayrağı inqilabın qələbəsinin 44-cü ildönümü münasibətilə Qazaxıstanın paytaxtında Ekspo binası üzərində.

🆔 @az_ziaossalehin_ir
🚨 Daha bir silahsız qaradərili Amerika polisi tərəfindən öldürülüb

🔻 ABŞ-ın "Raleigh" şəhərinin polisi 32 yaşlı "Darryl Williams"ın həbsinin şəkillərini yayımlayıb
Bu qaradərili vətəndaş zabitlər tərəfindən dəfələrlə Anestezik silahlardan istifadə etdikdən sonra ölüb.

Araşdırmalar göstərir ki, ötən il polislə təqsirləndirilən şəxslər arasında baş verən qarşıdurmada 1096 nəfər polis tərəfindən öldürülüb. Onlardan 1022 nəfəri kişi, 44 nəfəri qadındır. 389 nəfər ağ, 224 nəfər qaradərili idi. Bunlardan yalnız 23-ü silahsız, qalanları isə silahlı idi.

#ABŞ

🆔 @az_ziaossalehin_ir
Media is too big
VIEW IN TELEGRAM
🎞 ŞAH ÇIRAQ TERORU - AZƏRBAYCAN DİLİNDƏ TƏRCÜMƏ

🆔 @az_ziaossalehin_ir
🚨Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Marağalı Mirzə Hüseyn Kəriminin vəfatı münasibətilə başsağlığı verib.

🔻 Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Allahın adı ilə! Cənab Höccətül-İslam Ali-Haşim mərhum satirik şair Mirzə Hüseyn Kəriminin vəfatı münasibətilə Azərbaycanın sənət ictimaiyyətinə, əziz Marağa xalqına, xüsusilə, onun möhtərəm yaxınlarına başsağlığımı çatdırmağınızı xahiş edirəm. Mərhuma Allahdan rəhmət diləyirəm."

✍️ Seyid Əli Xamenei


📌 Qeyd edək ki, cümə axşamı 92 yaşında vəfat edən mərhum ustad Kərimi bu dünən Marağa şəhərinin Məqbərətüş-şüəra məqbərəsində dəfn olundu.

Görkəmli şair Kəriminin vəfatı münasibətilə bu dünən (12 fevral) Marağada Ali Rəhbər Ayətullah Xameneinin Marağa şəhərindəki nümayəndəsi höcətül-islam Puməhəmmədi tərəfindən ümumxalq hüzn günü elan olunub.

Görkəmli şair 92 illik həyatında müxtəlif dini və ictimai sahələrdə 350 min misra şeir yazıb, şeirləri 55 cild kitabda çap olunub.

Allah rəhmət eləsin!

🆔 @az_ziaossalehin_ir
⚡️🇦🇿 Hökumət Nardaran hadisəsi zamanı saxlanılan 8 nəfərə təzminat ödəyəcək

🔻🔻🔻🔻🔻
Dalğa
⚡️🇦🇿 Hökumət Nardaran hadisəsi zamanı saxlanılan 8 nəfərə təzminat ödəyəcək 🔻🔻🔻🔻🔻
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 3 yekun qərardadını elan edib. Qərardadların 2-si tərəflərin dostca anlaşmalarına, digəri isə hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən çıxarılıb. Bu işlərdə əsasən, işgəncəyə, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilmişdi. Bir işdə Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu iddia olunurdu.

Bu məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs edilmiş, daha sonra müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunmuşdular. Ərizəçilərin hamısı saxlanılan və həbsdə tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət etmişdilər. Onlar AİHM qarşısında iddia edirdilər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub.

Kommunikasiya zamanı hökumət ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib. Hökumət ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyi və ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını təklif edib. Ərizəçilər bu təklifi qəbul etməyiblər, bildiriblər ki, hökumət onların hüquqlarının pozulduğunu etiraf etsə də, Konvensiyanın öhdəliklərinə necə əməl edəcəyini və pozulmuş hüquqların nəticələrinin aradan qaldırlması üçün hansı tədbirləri görəcəyini aydın ifadə edə bilməyib. Ərizəçilər həmçinin, hökumətin təklif etdiyi mənəvi zərər əvəzinin məbləğinin çox az olduğunu ifadə ediblər.

Bununla belə AİHM işin araşdırılmasının davam etdirilməsi üçün əsaslar görməyib, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro ödəməlidir. Ərizəçiləri AİHM qarşısında vəkil və hüquqşunaslar Elçin Sadıqov, Nemət Kərimli, Yalçın İmanov və Şəhla Hümbətova təmsil edib.

#Nardaran
📌 Giperssilka

🆔 @az_ziaossalehin_ir
📸 Təbyin cihadı. 8

Əgər “Aydınlaşdırma cihadı” olmasa, öz gözündə dirəyi görməz, özgənin gözündə tükü görər...
(Yəni özündə böyük və çoxlu eyblər olarkən, başqalarında kiçik eybləri axtarar)


┈┄┅═✾• #Təbyin_Cihadı •✾═┅┄┈

🆔 @az_ziaossalehin_ir
⚡️⚡️Bəxtiyar Hacıyevin səhhəti ağır olaraq qalır - vəkil

🔻🔻🔻🔻🔻
Dalğa
⚡️⚡️Bəxtiyar Hacıyevin səhhəti ağır olaraq qalır - vəkil 🔻🔻🔻🔻🔻
🚨"Bəxtiyar Hacıyevin səhhəti çox pisdir".

🔻 Bu barədə Turan-a vəkil Aqil Layıc bazar ertəsi 1 saylı Bakı İstintaq Təcridxanasında fəalla görüşdükdən sonra bildirib.

Onun sözlərinə görə, Hacıyevin çəkisi 68,3 kq-a qədər azalıb, nəbzi dəqiqədə 68-dir, arterial təzyiqi isə stabil-aşağı olaraq qalır.

"Həkimlər ona məcburi olaraq sistem qoşmaq istəyiblər, amma o, qəti şəkildə imtina edib. Bəxtiyar huşunu itirənə qədər heç kimin onun orqanizminə müdaxilə etmək hüququna malik olmadığını deyib", deyə Layıc bildirib.

Bazar günü Ombudsman Aparatının nümayəndələri Müalicə Müəssisəsində Hacıyevə baş çəkiblər. Onlar arasında həkim və psixoloq da olub. Hacıyev onlara bildirib ki, azad edilənə qədər aclığı dayandırmayacaq.

Müdafiə tərəfi Hacıyevin ev dustaqlığına köçürülməsi haqqında yeni vəsatət verib.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

#Bəxtiyar_Hacıyev
#aclıq_aksiyası
📌 Giperssilka

🆔 @az_ziaossalehin_ir
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎞 Zəlzələdən sonra, 150 saat dağıntılar altında qalan Türkiyə vətəndaşı Əminə Xanım 150-ci saat ərzində xilasedicilərə təcili yardım maşınında deyib:

"Məni özəl xəstəxanaya aparmayın, həç bir pulum yoxdur..."


🆔 @az_ziaossalehin_ir
Media is too big
VIEW IN TELEGRAM
🎞 Xoyda zəlzələdən əziyyət çəkənlərlə düşərgədə görüş #2

🔹 "Sizə yardım olunurmu?"

🎙 Əkrəm Hacızadə

🆔 @az_ziaossalehin_ir