🌷Şəhid Seyyid Əli Əndərzqu kimdir?👇🏻
Seyyid Əli Əndərzqu (1939-1978) Pəhləvi rejiminə qarşı çıxan silahı bir mübariz, eləcədə İslami Hərəkatın heyət üzvü idi. O, İranın keçmiş şah rejimi əleyhinə ən çox fəaliyyət göstərən biri kimi tanınırdı.
Uşaqlıq və yeniyetməlik dövrü
Seyyid Əli Əndərzqu 1939-cu ildə dünyaya gəlibdir. Atası Seyyid Əsədullah bənnalıqla məşğul idi. Ancaq sonradan Tehrana gedərək Şuş meydanında ticarətlə məşğul olmağa başlamışdı. O, orta məktəbi bitirdikdən sonra ailəsinin maddi çətinlikləri səbəbindən təhsilini yarımçıq buraxıb, taxta emalatxanasında işləməyə məcbur olur. Buna rəğmən, gündəlik işini bitirdikdən sonra, Hərəndi məscidində fiqh və üsul dərslərini öyrənirdi. Əndərzqu yeniyetmə ikən, Nəvvab Səfəvi, habelə İslam Fədailəri Təşkilatı ilə tanış olmuş və bu tanışlıq onda yetərincə təsir qoymuşdu.
🔹Evliliyi
1964-cü ilin əvvəllərində 25 yaşında olan Əndərzqu, Mehdi İraqinin tanışlığı ilə Hacı Rza Xacə Əlinin evinə elçi gedir. Ancaq bu vüsal çox az çəkir və Həsən Əli Mənsurun qətlindən sonra onun özünə və həyat yoldaşına, eləcədə həyat yoldaşının ailəsinə təzyiqlər daha da artır və dəfələrlə dindirilməyə çağırılırlar. Bu səbəbdən dolayı, bu yenicə qurulmuş ailə həyatı çox uzun çəkmir.
O, sərgərdan və ailəsiz keçən 7 ildən sonra, nəhayət Çizər məscidinin imamı olan, höccətül-islam Musəvinin və Çizər Dini Elmi Hövzəsinin rəhbəri, höccətül-islam Seyyid Əli Əsğər Haşiminin vasitəçiliyi ilə cənab İzzətullah Sil Seh Purun qızına elçi gedir. Onun bu evlilikdən Seyyid Mehdi, Seyyid Mahmud, Seyyid Muhsin və Seyyid Mürətza adlarında 4 oğlu dünyaya gəlir.
🔸Əfqanistana qaçış👇🏻
1972-ci ildə SAVAK onun dostlarından birini həbsə atır və işgəncələrə məruz qoyur. Bu işgəncələrə tap gətirə bilməyən dostu onun əleyhinə etiraf edir və SAVAK ələ gətirdiyi məlumatlar əsasında onun yaşadığı yeri müəyyən edir. Ancaq, Əndərzqu Qum şəhərinə qaçmağa nail olur. Qumda ikən, orada olan digər mübariz qruplarla əlaqə yaradır və onlara maddi və silah yardımı göstərir. Ancaq, SAVAK onun Qumda yaşadığı yeri öyrəndikdən sonra, o, Məşhəd şəhərinə qaçır və dostu höccətül – islam Vaiz Təbəsi vasitəsiylə xanımı ilə birlikdə Zabul və Zahidan yolu üzərindən Əfqanistana qaçmağa nail olur. Əndərzqu orada 1 ay qaldıqdan sonra, Məşhəd şəhərinə qayıdaraq öz fəaliyyətlərinə yenidən başlayır.
🔹Suriya və Livana gedişi
İrana qayıtdıqdan sonra, Suriya və Livana yollanaraq, hərbi təlim görür. O, Livanda olarkən Ayətullah Xomeyninin Əl- Fəth Təşkilatında olan nümayəndəsi ilə əlaqə yaradaraq hərbi təlimlərə qoşulur. O, bu müddət ərzində ağır silahlardan istifadə etməyi öyrənir.
🔹Məhəmməd Rza Şah Pəhləviyə qarşı sui-qəsd planı
O, İrana qayıtdıqdan sonra altı aylıq bir plana uyğun olaraq, şahın sarayında olan bir şəxsin vasitəsiylə Məhəmməd Rza Şah Pəhləvinin gediş-gəlişini nəzarət altında saxlayır. O, Fələstindən partlayıcı maddə gətirməklə Məhəmməd Rza Şah Pəhləviyə sui qəsd təşkil etmək istəyirdi. Ancaq onun ölümü bu planı həyata keçirməyə imkan vermir.
1978-cii ilin Avqust ayının iyirmi dördündə,yəni Ramazan ayının 19-cu günü, oruc halında dostlarından birinin evinə gedərkən, SAVAK məmurları tərəfindən açılmış gülləyə tuş gəlir. O, hadisə yerini tərk edə bilməyəcəyini anladıqda, özü ilə gətirdiyi sənədləri udaraq və qana bulayaraq ortadan qaldırmağa səy göstərir. Məmurlar onun üzərində partlayıcı maddənin olmadığına əmin olduqdan sonra, ona yaxınlaşırlar. Daha sonra, onu bir xərəyin üzərinə qoyaraq aparmaq istəsələrdə, o, bədənini tərpədərək özünü su arxının içinə atır və oradaca dünyasını dəyişir. Ailəsinin onun ölümündən xəbəri yox idi. Ancaq 1979--cu ildə baş tutan İran İslam inbilabından sonra Seyyid Ruhullah Xomeyni vasitəsiylə onun ölümündən xəbərdar olurlar.
#şəhid #şəhadət #az_ziaossalehin_ir #ŞəhidSeyyidƏliƏndərzqu #ŞəhidƏndərzqu