Dalğa
4.24K subscribers
16.5K photos
12K videos
262 files
15.4K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇
🆔 @payam_ziabot
Download Telegram
Forwarded from Hüseyni TV
Firon öz qövmünü alçaldıb idarə edirdi. Onlar da Firona itaət edirdilər. Həqiqətən onlar alçaq qövm idilər...

Zuxruf 54...

@huseyni_tv
Hər 40 gündən bir Allah insanı oyadır. Amma bəzən insanlar bu oyanmağa fikir vermirlər. Əgər bir insan oyanmasa yenə də öz həyatına davam edir. Kim bu oyanmaq anın tuta bilsə, o hər şeydən agah olur.
Müfəzzəl İmam Sadiqdən (ə) soruşdu: "Camaatı sizin vilayətinizə dəvət edimmi?" İmam (ə) buyurdu: "Xeyr! Allah bir bəndəyə xeyir vermək istədikdə onun üçün bir mələk müvəkkil edər. Mələk həmin şəxsin boynundan tutar və o, istəsə də, istəməsə də onu vilayətimizə daxil edər".
Bir evdə yanğın olduğu zaman sizi namaza və Allaha dua etməyə çağıran bir insanın dəvəti bir xain dəvətdir.

Əli Şəriəti
Bir cavan oğlan Universiteti bitirib evə qayıdır. Ancaq 3 dənə suala cavab tapa bilmir. Alimlərə sual versə də heç biri cavab verə bilmir. Valideynləri bir nəfər Din alimi gətirirlər ki, bəlkə sənin suallarına Din alimi cavab verə bildi.
Oğlan alimə deyir ki, siz mənim suallarıma cavab verə biləcəksinizmi? Heç bir alim cavab verə bilməyib.
Alim deyir İnşAllah cavab verməyə çalışaram, Allahın köməkliyi ilə..

*🧑🏻‍🦲Oğlan suallarını verməyə başlayır.*

1. Allah varmı? Əgər Allah varsa, mənə təsəvvür edin ki, Allah necədir?
2. Qismət varmı?
3. Şeytan da oddan yaranıb, cəhənnəm də oddan yaranıb. Bəs Allah düşünməyib ki, od odda necə yana bilər?

1) Oğlan suallarını bitirdikdən sonra alim oğlana sillə vurur.

🧑🏻‍🦲Oğlan alimə deyir ki, – niyə əsəbləşdiniz?

👳🏻‍♂Alim deyir: əsəbləşmədim, bu sillə sənin verdiyin suallarının cavabıdır.

🧑🏻‍🦲Oğlan başa düşmür. Deyir – bu necə ola bilər mənim suallarımın cavabı?

👳🏻‍♂Alim oğlandan soruşur: – üzün ağradı?

🧑🏻‍🦲Oğlan deyir: – bəli, ağradı.

👳🏻‍♂Alim soruşur: – indi mənə təsəvvür elə görüm ağrı necə olur?

🧑🏻‍🦲Oğlan deyir: – necə təsəvvür edim axı?!Hiss edirəm ki, ağrıyır.

👳🏻‍♂Alim deyir: – biz də Allahı təsəvvür edə bilmirik, yalnız hiss edirik ki, Allah var.

2)👳🏻‍♂ Alim ikinci sualına cavab olaraq oğlandan soruşur: – sən bilirdin ki, mən sənə sillə vuracam? Sənin qismətində var idi?

🧑🏻‍🦲Oğlan deyir: – yəqin ki, var idi deyə vurdunuz.

👳🏻‍♂Alim deyir: – xeyr, yox idi. Sən mənə sual verməsəydin, mən səni vurmayacaqdım. Qismət əməldən asılıdır.

3) 👳🏻‍♂Üçüncü suala gəlincə isə alim oğlandan soruşur: – mənim əlim nədəndir?

🧑🏻‍🦲Oğlan deyir: – ətdən.

👳🏻‍♂Alim soruşur: – bəs sənin sifətin nədəndir?

🧑🏻‍🦲Oğlan deyir: – ətdən.

👳🏻‍♂Alim deyir: – bax görürsən, mənim əlim ətdən və sənin sifətin ətdən olsa da bir birinə deyəndə ağrıtdı. Şeytan da oddan olmasına baxmayaraq, yenə də cəhənnəmin odunda yanacaq.

*Hidayət Sədası*
MƏHKƏMƏDƏN:
Prokurorun islama nifrəti fontan vurur

Prokuror Elvin Mirzəyev: Quma oxumağa gedənlərin hamısı quma batıb qalırlar.
8 ilə camaat professor olur sən 8 il İranda oxudun axırda molla oldun, Azərbaycana gəlib suvaqçılıq etdin dəə...

Ruslan Ağayev: Bu mənim günahım deyil. Azərbaycan hökuməti xaricdə dini təhsil alanların ölkəmizdə məclis aparmasını qadağan edib.

Mənim təhsil aldığım universitetdə dünyanın 110 ölkədən gələn tələbə təhsil alırdi. Hər il Xocalı soyqırımının, 20 Yanvar faciəsiin ildönümünü qeyd edirdik. İşğal altında olan torpaqlarımız haqqında o tələbələrə məlumat verirdim. Mən vətənimin həqiqətlərini 110 ölkənin nümayəndəsinə çatdırırdım.

Vəkil Zibeyda Sadigova : Prokurorun yanaşması göstərir ki, bu insanların həbs edilməsində əsas səbəb elə dindar olmaqlarıdı. Kərbəla ziyarətinə gedənləri narkotiklə şərləyib həbs ediblər edirlər.
İranda oxuduğuna görə siz vətəndaşa elə aşağılayıcı münasibət göstərə bilməzsiniz. Azərbaycandan dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərimiz geri dönüb burda müxtəlif sahələrdə çalışırlar. Onlara niyə görə İngiltərədə təhsil almısan sualını verə bilmərik.
İranda dini təhsil ucuz olduğuna görə Ruslan kimi imkansız ailələrin uşaqları ora üz tuturlar.
Müstəntiq dedi ki, haqqını halal et...

Keçmiş Nardaran məhbusu Şamil Abdullayev narkotik vasitələrin daşınması və satışı ilə bağlı saxta ittihamlarla həbs edilən dindarlardan biridir.

Şamilin məhkəmə prosesi keçirilib. O, hakim qarşısında çıxışında bildirib:

Hörmətli hakim! Orda oturan o ağsaqqal mənim atamdır, mən fəxr edirəm ki, bizə haram verməyib, hər nə alıbsa halal alıb bizi tərbiyə edib, haramdan uzaqlaşdırıb.
Mən atamla fəxr edirəm. Uşağım da mənimlə fəxr edəcək, çünki mən də evə haram loxma gətirməmişəm və gətirməyəcəyəm də. Narkotiklərdən gəlir əldə etmək qadağandır. Müstəntiq mənə dedi ki, bilirəm ki, günahsızsan, haqqını halal et səni həbs etmək əmri yuxarıdan verilib. Müstəntiqə dedim ki, mən səni bağışlasam da, Allah səni bağışlamaz. Mənim bağışlamağım vacib deyil. Xalqa böhtan atıb, haram yeməkləri evinizə, övladlarınıza aparırsınız. Haram yeyən əclaf sabah cəmiyyəti məhv edəcək və beləliklə də bu palçıqlı su günü-gündən daha da çirklənəcək.


#öldürməazadet
#dindarlariazadet
#mehbuslara_azadlıq
#zalım_sionist_hakimiyyətinə_son
#əliyev_rejiminə_son
#məhbus_məktubu
Ziya Tahirovun məhkəməsi təxirə salındı.

Avqust ayının 25-i Lənkəran ağır cinayətlər məhkəməsində Ziya Tahirovun məhkəməsi keçiriləcəkdi, lakin məhkəmə iclasını keçirəcək hakimin səhətində problem yarandığı üçün məhkəmə təxirə salınıb.

Növbəti məhkəmə iclasının keçiriləcəyi tarix açıqlanmayıb.


#öldürməazadet
#dindarlariazadet
#mehbuslara_azadlıq
#zalım_sionist_hakimiyyətinə_son
#əliyev_rejiminə_son
Qurani-Kərim:

«أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ اللَّهُ»

"Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” dediyinə görə öldürəcəksiniz?"
📚Ğafir surəsi, ayə 28.

Şərlənərək həbs olunan Siyasət Baqirovun ailəsinin verdiyi məlumata əsasən, işgəncələr nəticəsində Siyasət Baqirov yüksək təzyiqə məruz qalıbdır, həmçinin qan şəkərinin yüksək olması səbəbindən ruhani üçün ciddi problemlər yaranıbdır.
Ceyhundan xəbər var.

Süni nəfəs aparatına qoşulma səbəbi ciyərində yığılan bəlğəmə görədir.Ağ ciyərdə bəlğəmin ifraz olmamasının səbəbi orqanın zədələnməsinə əsasəndir.Möhkəm "islahatların" getdiyi həbsxanalarda adamı belə xışlayırlar ki,hər kəsə ibrət olsun.
Ceyhun qardaşın yaddaşı da gedir-gəlir.Bunun səbəbi isə onun başına möhkəm zərbələrin dəyməsi,müəyyən sinir damarlarının qırılması ilə əlaqədardır.

İslahatlara davam cənablar.İşgəncələrlə məhv edin xalqın balalarını.
İddia edilir ki, müqavimət mediası sərt danışır. Ateistlər də Allahı Quranda sərt danışmaqda və insanları cəhənnəmlə hədələməkdə ittiham edir.
Orqan alveri davam edir.

“Komaya düşən 16 yaşlı qızımı “öldü” deyərək, morqa apardılar, orqanlarını çıxardılar”. Baş Prokurorluq qarşısında Nəsrullayevlər ailəsi etiraz edir.


https://youtu.be/HAK6QA87oFU?si=Mptm6O4FIhrpCY23
Həzrət Peyğəmbər (s):

"Kim zalım hökmdarı mədh etsə və təmənnasıına görə özünü onun qarşısında zəif göstərib alçaltsa, cəhənnəm oduna səfərdə ona yoldaş olacaq."

Ə'mali, Səduq, səh.347, hədis 1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xanım Zəhranın hicabına təzim❤️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
مَا لِلظَّالِم۪ينَ مِنْ حَم۪يمٍ وَلَا شَف۪يعٍ يُطَاعُ

O zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar! {“Möminin” surəsi, 40/18}

وَمَا لِلظَّالِم۪ينَ مِنْ نَص۪يرٍ

O zalımlara heç bir yardım edən olmayacaq! {“Həcc” surəsi, 22/71}
#Hakimiyyətin_son_hazırlığı : #AŞURA
9-cu hissə.


İslam dini iki məzhəb – sünnü və şiə məzhəblərinə bölünən iki xətt üzərində genişlənir. Sünnü məzhəbi dörd qol- Şafei, Hənbəli, Hənəfi və Maliki, şiəlik isə Cəfəri olaraq dünyada əqidə məktəbini tərəfdarları arasında bölüşür. Yəni İslam beş məzhəbin düşüncələri arasında fəaliyyətdədir. Bu məzhəblər biri digərinin fikir və düşüncələrinə hörmətlə yanaşaraq fərqli fikirlərə malik olduğu məsələlərdə digər məzhəbin baxışlarını gözləyir. Şübhəsiz, bu birlik zamanla müxtəlif siyasətbazların oyununa çəkilərək müharibə həddinə qədər gələn gərginlik yaşayıb ki, bu özü ayrıca bir yazının mövzusudur. Lakin hadisələr incələndikcə bu ziddiyyətlər aradan qalxaraq bu gün Azərbaycanda olduğu kimi dünyanın hər yerində sünnü və şiə qardaş olaraq eyni dini rahatlıqla paylaşa bilir.
Əlbəttə bir zamanlar bu iki qardaş məzhəb arasında düşmənçilik alovlarını alışdıranlar bu gün də bu məsələdə bütün gücləri ilə İslamın parçalanması üçün durmadan çalışırlar. Lakin sünnü-şiə arasında yüz illərdir elmi disskusiya bu gün bir çox problemləri önləyib ki, bunun da başlıca səbəbi bu məzhəblərin qarşı-qarşıya qoyulma imkanının sıfra endirilməsidir. Heç təsadüfi deyildir ki, XX əsrin sonu XXI əsrin əvvəlindən İslam adına terror ləkəsi vurmağa çalışanlar, bu məsələdə tam fərqli əməli çəkinmədən icra edirlər. Bununla da İslamın bəşərin xilasında ən mükəmməl konsepsiyaya malik əqidə məktəbində vahimə və dəhşət formalaşdırmaqdadır. Bu addım onlara görə zamanla sosializm, kapitalizm, nasianalizm və sair məktəblərin tənəzzülə uğradığı halda İslamın bütün əks cəhdlərə baxmayaraq mövcudluğu və bu gün milyard yarımı ötən tərəfdarına malik aktiv həyat tərzini əhatə edən bir sistemə malik olması önləyici cəhd olaraq icra edilən məkrli plandır. Əlbəttə, bunu təkcə Qərbin formalaşdırdığı təkfirçi cərəyanın dünyada İslam adı altında formalaşdırdığı terror oyunu ilə yekunlaşdırmaq da düzgün olmazdı.
2023-cü ilin gəlişi ilə Danimarka, İsveçdə Quranın yandırılması da həmən fitnə törədən tərəflərin İslam dünyasında qıcıq yaradıb müsəlmanları xristianların canına salmaq kimi İslamı dağıdıcı bir din kimi göstərmək üçün planlı olaraq törədilirdi.
Bu da qeyd edilməlidir ki, İslamofob planlar ixtişaşın qızışdırlması üçün yalnız İslamın simasını eybəcərləşdirib dünyaya təqdim etməklə həqiqi İslamın təsirlərinin dünyaya verəcəyi töhfələri minimum həddə endirməyin yeganə yoludur. Ona görə də XX əsr İslamın qorxulu sima alması üçün Qərbin ideal modeli olan təkfirçilik siyasi baxışı hazırlanıb İslam adı ilə dünyaya təqdim edilməyə çalışıldı. Bu düşüncə güya İslam ideyaları kimi pak fikirləri qabartmağa çalışsa da, əslində Qərbin İslam simasına vurmaq istədiyi planlı zərbə idi. Medianın gücü, maddi dəstək və siyasi idarəçilik güya İslam adlı bu qruplaşmanı dünyaya həqiqi din gətirmək kimi idealar təbliğçisi kimi təqdim etsə də, əslində arxasında gizlənən məkr çox keçməyəcəkdi ki, bütün dünyada özünün kimliyini aşkar nümayiş etdirəcəkdi.
Sizlər bu qruplaşmaları müxtəlif adlarla tanıyırsız, Əl-Qaidə, Nusra, İŞİD və sair! Onlar hədəflərini dünyada İslamı hakim etmək kimi sözü gözəl fikirlərlə bəzəsələr də, zaman keçdikcə onların elə anti-islam düşüncəsi layihəsinin icrasına qalxdığı bəlli oldu. Unutmaq olmaz ki, belə təşkilatların başqa bir maraqları isə bu gün insanlıq naminə fəaliyyət göstərən, həqiqətən də dəyərlərin müdafiəsində olan qiymətli dini təşkilatların varlığına şübhə yaratmaqdır. Onların İslam adına ümumiləşdirilmiş irtica addımları mövcud olan həqiqi dini təşkilatların da beyinlərdə eyniləşdirərək “İslam adı altındadırsa təhlükəlidir” düşüncəsini cəmiyyətə hakim etsin.
Onların maraqlarının insanlıq, İslam olmaması üçün isə kiçik diqqət yetərlidir ki, bu cərəyanın məqsədi aydınlansın. Təsəvvür edək ki, Quran təhqirindən dinin bir çox müqəddəs dəyərlərinə qədər aşağılandığı, neçə-neçə on illiklərlə öz məzhəbləri, sünnü qardaşları Fələstində öldürüldüyü halda hələ siz bir təkfirçi qruplaşması tapa bilməzsiz ki, İslam təhqir olunanda etiraz səsini ucaltsın və ya Fələstinin qanlı müsibətində onların matənətini bölüşsünlər.