Dalğa
4.66K subscribers
16.6K photos
12K videos
266 files
15.4K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
🔰Diqqət

Ceyhun Balaşov azadlığa buraxılır

Bu vəhdətin qələbəsidir
🔰Zeynəbçi olan və Zeynəbçi olmaq istəyən xanımların nəzərinə
Kimlərsə bilərəkdən ya bilməyərəkdən müqavimət cəbhəsinin arasına ixtilaf salmağa çalışır. Lakin, bilsinlər ki, buna imkan verməyəcəyik. Yağlı Xəbər yutub kanalının növbəti mövzusu bu haqda olacaq. Qaçırmayın...
İşgəncə ver ölüm həddinə çatdır, sonra azad elə.Bilirlər ki, orda Şəhid olsa, bu insanları təlatümə gətirəcək.
MBH üzvü olan Ceyhun Balaşov polis nəzarəti altında azadlığa buraxılıb.
Ceyhunu dünən mülki xəstəxana Penitensiar xidmətə təhvil verib.Səbəb isə budur ki,Ceyhunun vəziyyəti ağırdır.Yəni mülki xəstəxana Ceyhunun məsuliyyətini üzərindən atıb.
Vəziyyətinin ağır olduğunu bilən və "İmicini" qorumağa çalışan Kürdəxanı Rəisi və Rəislərin Rəisi Mirsaleh bəy də çalışıb onu azadlığa çıxmasına vəsilə oldu.
İlk öncə Elnur bəyə və Mirsaleh bəyə demək istəyirəm ki,öz imicinizi qorumağa çalışmayın.Sizin imicinizi müdafiə edən,islahatçı kimi xalqa təqdim edən bir xeyli aşiqləriniz var.Bundan tam əmin ola bilərsiniz.

"Həbsxanalarda həqiqətən də islahatlar gedir" - Bir Ata,bir oğul bu gedən "islahatlar" nəticəsində ölüm ayağındadır.Budur islahat?

Allah Ceyhun qardaşa şəfa versin.Ceyhun sözün əsl mənasında çox dəyərli insandır.Hər kəs onun üçün dua etsin.
İnsanı günahsız yerə həbs, edib sonra fiziki olaraq yararsız hala gətirərək, azadlıqa buraxaraq öz “imicini” qorumaqa çalışan İlham Əliyev Allah (c.c) sənə və sənin “əmrin yernə yetirənlərə” lənət etsin…!!!
🔰Ceyhun Balaşov Bakı Sağlamlıq mərkəzində qaldı. Biz dağılışdıq. Allah tükənməz qüdrətinə xatir, Şəhid İmamlarımıza xatir Ceyhun Balaşova şəfa versin.
Allah Həzrəti İsanın müqəddəs Kitabda deyilən möcüzəsini göstərsin.
Evə gələndə Ceyhun qardaşın xanımının xəstəxanaya boylanıb dolan gözləri ilə baxması ürəyimə tikan kimi sancıldı.
And olsun Allaha bu qədər ağrı ilə yaşamaq çox çətindir.
Ceyhun qardaşa dua edin.
Ceyhun Balaşovu məhkəmə qərarı ilə,polis nəzarəti altında azadlığa buraxdılar.
Amma əfsus ki,onun sərbəst gəzmək və özünü rahat idarə etmək qüvvəsi yoxdur.
Adam çox pis işgəncə görüb.Onkoloji xəstəlik ehtimalı verilir.Hal-hazırda Bakı sağlamlıq mərkəzindədir.
Biz bu azadlığı sivil mübarizənin nəticəsi kimi dəyərləndiririk.
Ceyhun Balaşovun ailəsi Beyləqandan Bakıya gəlib və hazırda Bakı sağlamlıq mərkəzində gözləyir. Ailəsi Ceyhunu görmək istəyir. Buna icazə vermirlər. Deyirlər ki,Beyləqandan polis gəlməlidir. Beyləqandan isə xəbər gəldi ki hələ polis çıxmayıb.
Bu ötür ötür oyununa bir cavab verən tapılacaq?
Bakı sağlamlıq mərkəzi əməkdaşları ailə üzvləri və bizlərə Ceyhunu görmək üçün süni maneələr yaratdılar.Düzdür adam reanimasiya şöbəsindədir.Lakin səhhəti ilə bağlı dolğun məlumatı belə, əsəbimizlə oynadıqdan sonra verdilər.
Hamı yeri üçün qorxur.Unudurlar ki,vəzifələri xalqa xidmətdir.
Dostlar! Ceyhun Balaşovun həyat yoldaşı və mən şəxsən bu barədə Abzas mediaya geniş müsahibə vermişik.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bəlkədə camaatı yalan və böhtanlar ilə şərləyib həbs edən, din donunda yalan danışan ermənidən də ermənidir...
Hədis: "Qiyamətdə nida olunar: "Hanı zalımlar? Hanı zalımlar və onlara kömək edənlər? Hanı zalımların qələminə mürəkkəb tökənlər? Hanı zalımların yüklərinin ağzını bağlayan? Hanı zalımlara qələm itiləyən? Kim dünyada zalımlara zərrə qədər kömək edərsə onları da onlarla birgə Cəbənnəmə daxil edin!"
Bu gün Gəncə məhbusu Mahir Əzizovun doğum günüdür. Günahsız yerə ailədə uzaq keçən 5 il. Günahsız yerə sevdiklərindən uzaq bayramlar, doğum günləri, Əziz günlər. Belə günlərdə əzizinin səndən uzağ olduğunu daha çox hiss edirsən. Mahirin uşaqları, ailəsi onu 6 ci ad günüdür ki onla bir yerdə olmaq üçün türməyə gedilər. Etmədiyi bir işə görə 20 il və 5 il Qobustan. Mənim sözüm bitib siz sadəcə bunu deyirəm yaşadığlarızı yaşamadan ölməyin.

Məhkəmələrə gələnlər Mahirin gülərüz, mehriban bir qardaş olduğun bilir. Ağrısını çətinliyini heç kəsə göstərməyən mehriban qardaş. Səmimi gözəl qəlbli qardaş səni təbrik edirəm. Rəbbim Ömrünü İlahi rənglə boyasın. Tez zamanda azadlıqda ailənlə bir süfrədə Əziz günlərizi qeyd edəsiz.
Fecabook xatırlatmalarına baxıram neçə ildi Mahiri burdan təbrik edirəm. Bu çox çətindi günahsız insanı zindanda təbrik etmək
İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir.
Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən?
O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et).
Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib.
Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir.
(Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8)

©
MBH üzvü Mahir Əzimov
24 avqust saat 10:00
Bakı Apellyasiya Məhkəməsi