Ayətullah Xamenei
3.28K subscribers
2.32K photos
647 videos
88 files
2.3K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
Müasir istismar siyasəti nədir

🔰 "Bu gün imperializmin siyasəti modern siyasətdir. Bu neçə əsrlər davam etmiş qədim siyasətdən fərqlənir. Modern siyasət nədir? Müasir istismar siyasəti budur ki, bu siyasət sayəsində düşmənin nəzərdə tutduğu adamlar özləri də bilmədən ona kömək etsinlər. Düşmən sizin imanınızı öz istəkləri qarşısında maneə görür. Bu maneəni aradan qaldırmaq istəyir. Öz aramızdan adamlar tapılır ki, bu divardan dəliklər açsınlar. Onlar bizdən olsa da düşmənə işləyir. Düşmən onlara sərmayə yatırır".


© İmam Xamenei 🗓️ 2006
📚 "Düşmən nüfuzu"


#düşmənşünaslıq

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Media is too big
VIEW IN TELEGRAM
Xanım Fatimeyi Zəhranın (s.ə.) uca məqamı

© İmam Xamenei

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
🔻 "Şəhid Süleymani müqavimətin beynəlxalq simasıdır".

© İmam Xamenei
🗓️ 03.01.2020.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Müttəqilər səy edib günahın yaratdığı boşluğu doldurarlar

🔰 Müttəqi insan günah edəndə, tez Allahı yada salıb, tövbə edər və səy göstərər ki, o günahı təlafi etsin. Onu təlafi etmək üçün də, Allahdan yardım umar.

وَالَّذِینَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَکَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ

Yenə o kəslər ki, bir günah işlədikləri zaman, yaxud özlərinə zülm etdikdə, Allahı yada salarlar və günahlarının bağışlanmasını istəyərlər. (Ali-İmran sürəsi 135-ci ayə)


© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü"


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Ali Rəhbər İmam Seyid Əli Xamenei, bu gün səhər Qum şəhər sakinlərinin şah rejiminə qarşı qiyamının ildönümü münasibətilə televiziya vasitəsilə çıxış edib.

🗓️ 08.01.2021.

👇👇👇
Ali Rəhbər çıxışının əvvəlində İran və İraq xalqlarına şəhid general Qasim Süleymani və Əbu Mehdi Mühəndisin, eləcə də digər şəhidlərin şəhadətinin ildönümündə göstərdikləri möhtəşəm iştiraklarına görə təşəkkür edib.

Ali Rəhbər sözünün davamında bildirib:

"Həmçinin Kirman şəhərində şəhid Süleymaninin dəfn mərasimində şəhid olan şəxslərin, eləcə də Tehranda baş verən çox acı təyyarə qəzasının şəhidlərinin xatirəsini anmağı özümə lazım bilirəm. Həqiqətən çox acı bir hadisə idi. Ölkə rəsmilərini də əzadar etdi. Ümid edirik Allah həm Kirmanda şəhid olanları və həm də Tehranda şəhid olan şəxsləri öz lütf və mərhəmətində qərar versin. Onların ailələrinə səbr və təskinlik diləyirik. Əlbətdə məsul şəxslərin də görəcəyi işlər var ki, onlara göstəriş verilib".

Nüvə alimi şəhid Fəxrizadənin şəhadətinin 40 günlüyü və rəbbani alim Ayətullah Misbah Yəzdinin vəfatını xatırladan Ayətullah Xamenei bildirib ki, biz son günlər iki elmi şəxsiyyəti itirimişik. "Onlardan biri şəhid Fəxrizadə və digəri cənab Ayətullah Misbah Yəzdi idi. Hər ikisi öz sahəsində qabaqcıl elmi şəxsiyyətlər idilər. Hər ikisindən çox dəyərli miras qalıb. İnşallah onların işləri daha güclü və daha yaxşı formada davam etdiriləcək."

«19 Dey Qiyamı» möhtəva və məzmun baxımından qorunmalıdır deyən Ayətullah Xamenei bildirib ki, hadisənin diri saxlanılması bizə lazım və vacibdir.

Qum şəhərində baş verən «19 Dey Qiyamı»nın dini və ABŞ-a zidd bir qiyam olduğunu və həyəcandan irəli gələn bir qiyam olmadığını qeyd edən Ayətullah Xamenei bildirib ki, Qum qiyamı həmasə yaradan bir qiyam idi. "Qum qiyamı Qum şəhəri ilə kifayətlənmədi, Təbriz, Kirman, Şiraz, Məşhəd, Tehran və digər şəhərlərə də keçdi və beləcə yavaş yavaş ümimi bir qiyama çevrildi. Bu qiyamın rəhbəri böyük ruhani, təqlid mərcəyi və dini mərifət prinsiplərini yayan mərhum İmam Xomeyni (rə) idi. İlk gündən də xalqı dinə dəvət etdi. Bu qiyam həm dini və həmdə ABŞ-a zidd bir qiyam idi. «19 Dey Qiyamı» böyük bütə - Amerikaya - vurulan ilk İbrahim baltası idi. Ondan sonra da davam etdi və bu gün Amerikanın vəziyyətini görürsüz. Demokratiya rüsvayçılığı, seçki rüsvayçılığı və insan haqları rüsvayçığını görürsüz. Hər neçə gündən bir heç bir günahı olmayan , heç nədə ittiham olunmayan bir qaradərilini öldürürlər. Öldürən şəxs , qatil də cəzalanmır. İddia etdikləri dəyərlərini də bu gün hətta dostları belə ələ salır. Amerikanın iqtisadiyyatı da sözün həqiqi mənasında iflic olub. On milyonlarla işsiz, ac və evsiz şəxs. Bu Amerikanın bugünki durumudur. Qəribə budur ki, bəziləri hələ də belə bir durumda olan Amerikanı özlərinə qiblə və ümid yeri bilir. "

Ayətullah Xamenei bildirib ki, bu gün kütləvi informasiya vasitələrinin çoxalması ilə hadisələrin məzmununu dəyişdirmək və səhv yozmalara yol açmaqla qərəzli rəvayətçilər ortaya çıxır.
"Bu gün casusluq orqanlarının ən önəmli işlərindən biri budur. Dünyanın önəmli hadisələrini izləyir, öz istəklərini bir hadisənin təhlilində tanınmış şəxslərin , eləcədə başqalarının qələm və dili ilə məqalə və analiz formasında çatdırırlar. Son vaxtlar bir kitab oxudum ki, kitabın müəllifi Amerikalı idi . Bu kitab ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyanın qabaqcıl mətbuat və jurnallarına nüfuzundan bəhs edir. Mərkəzi Kəşfiyyat İdarəsi bununla özünün səhv və yalnış təhlil və təfsirini dünya ictimaiyyətinə çatdırır. Bu, həmişə mövcud olan bir təhlükədir."

Çıxışının davamında Ayətullah Xamenei bildirib ki, İran İslam Respublikası və ABŞ-ın başçılığı ilə hegemonlar cəbhəsi arasında çox təkrarlanan məsələrdən biri sanskiyalar , digəri İranın regionda iştirakı və İranın müdafiə və raket gücü məsələsidir.

"Qərb cəbhəsi İran xalqına tətbiq etdiyi xəbis addıma yəni sanksiyalara son qoymaldır və təcili dayandırmalıdır. Onların bu addımı xəbis və xaincəsinə bir addımdır. İran xalqı ilə səbəbsiz və böyük düşmənçilikdir."

Sanksiyaların tədriclə təsirsiz olduğunu vurğulayan Ali Rəhbər bildirib ki, İran öz iqtisadiyatını elə proqramlaşdırmalıdır ki, sanksiyalar problem yaratmasın.
👇
İran parlamentinin uranı 20 faiz zəngiləşdirilməsi və Hərtərəfli Birgfə Fəaliyyət Planına dair öhdəliklərin ləğvinə dair layihəsini düzgün və doğru qərar adlandıran Ali Rəhbər bildirib ki, əgər onlar öz öhdəliklərinə qayıdarsa bizdə öhdəliklərimizə qayıdacayıq. "Bizim Amerikanın Hərtərəfli Bİrgə Fəaliyyət Planına qayıtmasına heç bir israrımız yoxdur və tələsmirik. Bizim istəyimiz budur ki, sanksiyaları götürsünlər. Əgər sanksiyalar götürülərsə ABŞ-ın bu plana qayıtmasının anlamı olacaq lakin əgər sanksiyalar götürülməzsə ABŞ-ın plana qayıtması mümkündür bizim ziyanımıza olsun".

İranın regiondakı iştirakının zərurətindən danışan Ali Rəhbər bildirib: "Dostlarımızın güclənməsi üçün regionda iştirak etməyə borcluyuq. Bizim regionda iştirakımız dostlarımızın və havadarlarımızın güclənməsi anlamındadır. Bizim regionda iştirakımız sabitlik yaradır, gərginliyi aradan qaldırır. Bunun ən bariz nümunəsi İŞİD təhlükəsinin zərərsizləşdirilməsidir. İranın regionda iştirakı var və olmalıdır."

İranın müdafiə gücünün artmasının düşmənin cürətini zəiflətdiyini deyən Ayətullah Xamenei bildirib ki, bu gün İranın müdafiə gücü elə bir həddə çatıb ki, düşmənlər öz hesablamalarında bu gücü nəzərə almağa məcburdurlar.

Ali Rəhbər Ayətullah Xamenei ABŞ və İngilətərə istehsalı olan vaksinlərin İrana idxalını qadağan edərək bildirib ki, ABŞ və İngiltərə vaksinin İrana girişi qadağandır. "Əgər Amerikalılar vaksin düzəltməyi bacarsaydılar özlərinin durumu hazırkı vəziyyətdə olmazdı. Belə ki, bir neçə gün öncə 24 saat ərzində koronavirusdan 4 min nəfər həyatını itirib. Onlara etimad və inam yoxdur. Onlar bəzi vaxtlar digər xalqların üzərində sınaq etmək istəyirlər. Əlbətdə mən Fransaya da xoşbin deyiləm, çünki Fransa bundan öncə İrana yoluxmuş qanları idxal edib."

Ayətullah Xamenei İranda vaksinin istehsalını qürurverici adlandırıb və ölkə gücünə və elminə arxalanaraq İran vakisinin istehsalında rolu olan bütün şəxslərə təşəkkür edib.

© İmam Xamenei
🗓️ 08.01.2021.

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Bu gün casusluq orqanlarının ən önəmli işi

🔹 "Bu gün kütləvi informasiya vasitələrinin çoxalması ilə hadisələrin məzmununu dəyişdirmək və səhv yozmalara yol açmaqla qərəzli rəvayətçilər ortaya çıxır. Bu gün casusluq orqanlarının ən önəmli işlərindən biri budur. Dünyanın önəmli hadisələrini izləyir, öz istəklərini bir hadisənin təhlilində tanınmış şəxslərin, eləcədə başqalarının qələm və dili ilə məqalə və analiz formasında çatdırırlar".


© İmam Xamenei
🗓️ 08.01.2021.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Şiəlik adlı bir şey qalmayacaqdı...

🔰 "Əgər İmam Həsən (ə) vuruşsaydı, böyük ehtimalla bu döyüşdə Müaviyənin casusları tərəfindən satın alınan səhabələrinin əli ilə öldürüləcəkdi. Müaviyə də deyəcəkdi ki, mən öldürmədim, öz səhabələri öldürdülər. Sonra ona matəm də saxlayacaq və Əmirəlmömininin (ə) səhabələrini tar-mar edəcəkdi. Bundan sonra daha şiəlik adlı bir şey qalmayacaqdı ki, iyirmi ildən sonra Kufədə baş qaldırıb İmam Hüseyni (ə) oraya dəvət etsinlər. Ümumiyyətlə bir şey qalmazdı".


© İmam Xamenei
📚 "250 yaşlı insan"


Bu linkdən daxil olaraq kitabı yükləyə və mütaliə edə bilərsiniz:
https://dinikitabxana.com/2018/04/16/250-yasli-insan/

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
🔸 “Seçki biabırçılığı, hər neçə gündən bir, bir qaradərilinin qurban edildiyi insan hüquqları, ABŞ-ın iddia etdiyi dəyərlərin dünya, hətta ABŞ-ın öz dostlarının da məsxərə obyektinə çevrilmiş mahiyyətinin aşkara çıxması, iflic olmuş iqtisadiyyat, on milyonlarla işsiz, ac və evsiz-eşiksiz insan ABŞ-ın vəziyyətinin qarışıq olduğunu göstərir. Əlbəttə, bu, təəccüblü deyil. Təəccüblü olan odur ki, bir qrupun hələ də arzusu və qibləsi ABŞ-dır”.

© İmam Seyid Əli Xamenei
🗓️ 08.01.2021.

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Müasir istismar növü

🔰 "Amerika hətta Konqresdə büdcə ayırıb ki, ölkəmizin daxilindəki qüvvələri maliyyələşdirsin. Bu açıq modern istismar növüdür. Bu ona bənzəyir ki, müsabiqədə rəqibi bir yolla yerə oturdurlar. Məsələn, onu narkotikaya aludə edirlər. O narkotikaya aludə olandan sonra artıq hərəkət etməyə gücü qalmır. O artıq özü də bilmədən düşmənə işləyir. Hərəkət edə bilmirsə demək rəqibi qalib olacaq. Modern istismar belədir. Gənclər ayıq olmalıdır. Qızlarımız ayıq olmalıdır. Müəllim və müəllimələr, ata-analar çox diqqətli olmalıdır. İctimai fikri formalaşdıran insanlar diqqətli olmalıdır. Natiqlər, yazıçılar, sənət adamları ayıq olmalıdır".


© İmam Xamenei 🗓️ 2006
📚 "Düşmən nüfuzu"


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Atom İranı, yoxsa İslami İran⁉️

🔸 Onların qorxduqları və qorxmaları gərəkən Atom İranı deyil, İslami İrandır.

🔹 Hegemon güclərin sütünlarını eynilə zəlzələ kimi yıxan İslami İrandır.

🔻 İran xalqı isbat etmişdir ki, Amerikaya və super güclərə bel bağlamadan, hətta Amerika və dünya super gücləri ilə düşmən ikən, bir millət qalxıb inkişaf edə bilər. Bu bir dərsdir. Onlar bu dərsdən qorxur.

▪️ Onlar istəyir ki, millətlər və siyasi elitalar Amerikanın nüfuzu və köməyi olmadan inkişafın ola bilməyəcəyinə inansınlar.


© İmam Xamenei

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei