Ayətullah Xamenei
3.21K subscribers
2.41K photos
669 videos
88 files
2.41K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
Tağutların əql və düşüncənin qarşısını alması

🔸 İbn Abbasa: “Quran oxuma” – deyildikdə, cavab verdi: “Axı necə Quran oxumayım?” Ona dedilər: “Onda oxuyursansa, heç olmasa, təfsir etmə.” Dedi: “Müaviyə, necə ola bilər, Quran oxuyum, amma təfsir etməyim? Sən nə danışırsan?” Müaviyə özünün yaxşı danışmadığını gördükdə dedi: “Eybi yox, təfsir et, amma camaata öz tayfan – Əlinin vasitəsilə deyilən təfsiri söyləmə.” O, camaatın Quranı anlamasını istəmirdi. İnsanların düşünməsi hər şeyi alt-üst edə bilərdi, onların az düşünməsi Müaviyənin xeyrinə idi.


© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü"


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
📜 İmam Xameneinin 13-cü prezidentin təsdiqi mərasimində etdiyi çıxış və təsdiqnamənin mətni.

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Şayiə yaymaq düşmənin nüfuz yollarındandır

🔸 Düşmənin cəmiyyətimizə nüfuz etmək üçün üz tutduğu yollardan biri şayiə yaymaqdır. İnqilab başlayandan bu günə qədər bacardıqları qədər şayiə yayıblar. Məqsədləri xalqın qəlbini titrətmək, onları ümidsizləşdirməkdir. Bir xalq ümidlə irəli gedə bilər. Cəbhədəki döyüşçü yalnız ümidlə vuruşa bilər. Əgər ondan ümidi alsaq hər şeyi almış oluruq. Düşmənin müxtəlif yollarla həyata keçirdiyi təbliğata diqqət yetirin. Onların təbliğatından belə təsəvvür yaranır ki, İranda bütün sahələrdə süqut yaşanır. Bütün ümidləri qırmaq istəyirlər. Lənət olsun belə xəbis düşmənə! İnqilab bu xalqı gəncləşdirib. Xalqımız iman və mədəniyyətlə irəli gedib. Ötən illərdə saysız problemlər aradan qaldırılıb, arxada qalıb. Ümidsizliyə yer varmı?!


© İmam Xamenei
📚 "Düşmən nüfuzu"


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
🔸 “Yer kürəsində yalnız iki dəfə atom silahından istifadə olunub. Hər ikisində də bunu Yapon xalqına qarşı Amerika tətbiq edib. Bu cinayətlərinə rəğmən, bu gün onlar nüvə silahına qarşı mübarizə məsələsində dünyada söz sahibi olduqlarını deyirlər”.

© İmam Xamenei
🗓️ 20.11.2013.

#Hiroşima_günü

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İmamların (ə) həyatı barədə yanlış bilinən məqam

🔸 İmam Sәccaddan (ә) İmam Əsgәriyә (ә) qәdәrki sәkkiz imamın yalnız din hökmlәri, din tәlimlәri ilә mәşğul olduqlarını vә dövrlәrinә uyğun siyasi mübarizә aparmadıqlarını düşünәn adam yәqin ki Kafi kitabının onların hәyatına dair rәvayәtlәrini araşdırmamışdır. Onların hәyatlarında mübarizә amili aydın görünür. Ümumiyyәtlә İslamda imamәtin mәnası vә Şiәnin imamәtә dair fәlsәfәsi bundan qeyrisi ilә әsla uyğun gәlmir. Bizdә imamların mübarizәsinә dair aydın dәlil olmasaydı belә, әn azı bundan xәbәrimizin olmadığını, uyğun mәlumatların bizә çatmadığını, onların isә mübarizә apardıqlarını düşünmәli idik.

© İmam Xamenei
📚 "250 yaşlı insan"

#İmamların_yanlış_tanınması
#İmamları_düzgün_tanıyaq_tanıdaq

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İMPERİALİZMİ TANIMAĞIN ZƏRURƏTİ

🔹 İslam dövlətinin qarşı çıxdığı şey imperializmdir. İslam dövlətinin düşmənçi yanaşması yalnız imperializm sisteminə istiqamətlənib. Biz məhz imperializmin əleyhinəyik, imperializmə qarşı mübarizə aparırıq. “İstikbar” (imperializm sözünün fars dilindəki qarşılığıdır – red.) kəlməsi Qurandan götürülmüşdür; Firon kimilər, haqqa və həqiqətə qarşı çıxan bədxah qruplar haqqında işlədilir. İmperializm qədimdə də olub, bu gün də var. İmperializmin strukturu tarix boyu eyni olub, xüsusiyyətləri, işlətdiyi üsul və metodlar isə hər bir dövrdə fərqlənib. İmperializm sistemi bu gün də var. Dünya üzrə onun başında duran qüvvə isə Amerika Birləşmiş Ştatlarıdır. Biz imperializmi tanımalı, xüsusiyyətlərinə, fəaliyyət metodlarına və tendensiyalarına bələd olmalıyıq ki, onun qarşısında davranışlarımızı ağıl və tədbirlə tənzimləyə bilək.


© İmam Xamenei
🗓️ 20.11.2013.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Müaviyənin İslam cəmiyyətinə vurduğu ən böyük zərbə hansı idi

© İmam Xamenei
📚 "250 yaşlı insan"


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Media is too big
VIEW IN TELEGRAM
İmam Xameneinin, şəhid Möhsün Höccəcini ziyarət etməsi...

Bu gün şəhid Möhsün Höccəcinin şəhadət ildönümüdür. Allah məqamını uca eləsin 🤲🏻

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
🇦🇿 Azərbaycan Respublikasında, həmçinin 🇮🇷 İran və 🇮🇶 İraqda əhalinin böyük əksəriyyətinin Əhli-Beyt (ə) məktəbinin ardıcılları olmasını mühüm bir reallıq kimi qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi:
“Azərbaycandakı bu faydalı imkanın, əhalinin keçirdiyi möhtəşəm əzadarlıq mərasimlərinin dəyərini bilmək lazımdır, çünki bu şeylər bir ölkə və xalq olaraq sizin kimliyinizi qüvvətləndirir”.

İmam Xameneinin İlham Əliyevlə görüşündən
🗓️ 01.11.2017.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İMAM HÜSEYNİN MƏQSƏDİ

Bir qrup belә düşünür ki, Əbu Abdullahın (ә) mәqsәdi azğın Yezid rejimini devirmәk, bütün ictimai vә siyasi sahәlәrdә Peyğәmbәr (s) yolunun vә imamәtin icrası ilә İslam hökumәti qurmaq olmuşdur. Bu söz sәhv deyil, amma yarıgerçәkdir.

Bir qrup insan da düşünür ki, Əbu Abdullahın (ә) mәqsәdi hakimiyyәtә gәlmәk deyildi. Çünki o, Yezidi devirib hakimiyyәtә gәlә bilmәyәcәyini bilirdi. O ümumiyyәtlә şәhid olmaqdan ötrü qiyam etdi.

Bunda da hәqiqәtin bir hissәsi var, amma imamın mәqsәdi bu deyil. Demәli, nә demәk olar ki, bu qiyamda mәqsәd hakimiyyәtә gәlmәk olmuşdur, nә dә demәk olar ki, o, şәhid olmaq üçün qiyam etmişdir. Əslindә “mәqsәd hakimiyyәt idi” vә yaxud “mәqsәd şәhadәt idi” deyәn şәxslәr mәqsәdlә nәticәni sәhv salmışlar. Mәqsәd bunlar deyildi...

Mәqsәd İslam cәmiyyәtini düzgün xәttә qaytarmaqdan ibarәt idi. Nә zaman? Yolun dәyişildiyi, kimlәrinsә cәhalәtinin, zülmünün, istibdadının vә xәyanәtinin müsәlmanları yoldan çıxardığı vә şәraitin dә münasib olduğu zaman.

İmam Xamenei