Ayətullah Xamenei
3.21K subscribers
2.41K photos
669 videos
88 files
2.41K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
Şimr və Yezidə lənət oxumağın əsl mənası nədir

🔸 Biz Şimrə ona görə lənət oxuyuruq ki, Şimr olmağın və Şimrsayağı əməl etməyin kökünü kəsək. Biz Yezidə, İbn Ziyada ona görə lənət oxuyuruq ki, Tağut hakimiyyətlə, Yezidi hakimiyyətlə, eyş-işrət hakimiyyəti və möminə zülm edən hakimiyyətlə mübarizə aparaq.

© İmam Xamenei
🗓️ 09.01.2008.

#Hüseyn_bütün_insanlıq_üçün
#Hər_yer_Hüseyniyyə
#Hər_şey_Hüseyn_üçün

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Tağut nədir

🔸 Qurani-Kərimdə Allahın hakimiyyətindən başqa, bütün hakimiyyətlər “tağut” adlanır. Allahın hakimiyyəti altında olmayan hər kəs tağutun hakimiyyəti altındadır. Tağut nə deməkdir? “Tağut” sözü “tüğyan” sözündən götürülüb “üsyan etmək” və “insan həyatının fitri və təbii dairəsindən kənarlaşmaq” mənasını daşıyır. Misal üçün, bütün insanların kamilliyə çatmaq üçün yaradıldığını fərz etsəniz, insanlığı kamillikdən məhrum edən kəs “tağut”dur. Fərz edin ki, insanlar ilahi qanunlar əsasında yaşamalıdır və bu, təbii, həmçinin, insan fitrətinə uyğun bir məsələdir. İnsanları qeyri-ilahi qanunlara sövq edən və onların qeyri-ilahi qanunlar əsasında yaşamasına şərait yaradan şəxs “tağut”dur. İnsan öz varlığını səmərəli bir mövqeyə yetirmək üçün davamlı şəkildə çalışmalıdır. Onu çalışmamaq, ciddi olmamaq, tənbəllik, süstlük və rahatçılıq ardınca olmağa təşviq edib rəğbətləndirən hər bir amil “tağut”dur.


© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü tezisi"


Teleqram: t.iss.one/AyetullahXamenei
FIRTINA VURMUŞ ÇADIRIN GÖZƏTÇİSİ

🔸 "Peyğəmbərin ölümündən sonra, əlli və ya altmış il ərzində İslam elə bir şəkildə dəyişdirildi ki, İslam dünyasında Peyğəmbərin (s) can parələri açıq şəkildə öldürüldü və əsir götürüldü. İmam Hüseyn (ə) bu fırtına vuran çadırı öz qanıyla qoruyan böyük bir sütuna bənzəyir."


© İmam Xamenei
🗓️ 12.03.2002.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Anı tanımaq düşmən nüfuzunu əngəlləmək yollarındandır

🔸 Özümüzü döyüş meydanında hiss etməliyik. Təsəvvür edin ki, meydandayıq, qarşımızda düşmən olduğunu görürük. Sıralarımızı möhkəmləndirmişik, savaşa hazırıq. Topxanalarımız düşmənə tuşlanıb. Bu zaman düşmən hiylə işlədir və mövqeyini dəyişir. Biz nə etməliyik? Biz deməməliyik ki, bu günə qədər hədəfimiz bu istiqamətdə olub, yenə də həmin istiqamətdə atəş açmalıyıq. Xeyr, baxmalıyıq ki, düşmən haradadır. Yaxşı ordu manevr imkanları böyük olan ordudur. Yaxşı ordu hərəkətdə olan ordudur. Yaxşı ordu düşmənin yerdəyişmələrini vaxtında dəyərləndirir, və lazım olan nöqtəyə atəş açır. Siyasət və ideologiya meydanı da belədir.


© İmam Xamenei
📚 "Düşmən nüfuzu"


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
DÜŞÜNCƏ CİHADI 💻🖋
#Aşura_ibrətləri - 2

🔸"Cihadların biri də düşüncə cihadıdır. Düşmənin bizi qafil edib düşüncəmizi yayındırması və səhvə düçar etməsi mümkündür. Xalqın fikrinin aydınlığı yolunda çalışan, yayınmanın qarşısını alan və yanlış qavramaya mane olan hər bir kəs düşmənin qarşısında dayandığından, onun fəaliyyəti cihad adlanır; özü də bu indi mühüm sayılan bir cihaddır".

© İmam Xamenei

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İMAM HÜSEYNİN (ə) MƏNTİQİ

🔹 Hüseyn ibn Əlinin məntiqi haqqı müdafiə məntiqidir, zülmə, azğınlığa, imperializmə qarşı durmaq məntiqidir. İmam Hüseynin məntiqi budur. Bu gün dünyanın bu məntiqə ehtiyacı var; bu gün dünya küfr, imperializm və fəsadın hökmranlığına, zülmün hökumətinə şahidlik edir. İmam Hüseynin (ə) verdiyi mesajlar dünyanın qurtuluş mesajlarıdır. Möhtəşəm Ərbəin hərəkatı bu mesajları dünyaya yayır. Allahın lütf və köməyi ilə, bu hərəkat günbəgün daha da güclənməlidir.


© İmam Xamenei
🗓️ 18.09.2019.


Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
BU VƏZİFƏ HƏMİŞƏ TƏHLÜKƏLİDİR

🔸 Abdullah ibn Cәfәr, Mәhәmmәd ibn Hәnәfiyyә vә Abdullah ibn Abbas bunlar avam deyildilәr, hamısı dinşünas, alim vә ağıllı insanlar idilәr - İmam Hüseynә (ә) “ağa, tәhlükәlidir, getmәyin” dedikdә bildirmәk istәyirdilәr ki, vәzifәni yerinә yetirmәk üçün tәhlükә yarandıqda o vәzifә boyundan düşür. Onlar anlamırdılar ki, bu vәzifә tәhlükәyә görә boyundan düşәn vәzifә deyil. Bu vәzifә hәmişә tәhlükәlidir. Ola bilәrmi insan zahirәn elә iqtidarlı bir hakimiyyәtin әleyhinә qiyam etsin vә tәhlükә olmasın?! Mәgәr belә bir şey mümkündür?! Bu vәzifә hәmişә tәhlükәlidir.

© İmam Xamenei
📚 "250 yaşlı insan"


Bu linkədən daxil olaraq kitabı yükləyə və mütaliə edə bilərsiniz:
https://dinikitabxana.com/2018/04/16/250-yasli-insan/

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İslamı Seyiduş Şühədanın qiyamı qorudu 🏴

© İmam Ruhullah Xomeyni və İmam Xamenei

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
📸 İmam Xamenei, avqustun 15-i İmam Xomeyni adına Hüseyniyədə keçirilən əzadarlıq məclisinə qatılıb.

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Hüseyn, babası Məhəmməd peyğəmbərin (s) yolu ilə gedərək təkbaşına İslamı müdafiə etdi

🔸 İmam Hüseynin (Allahın salavatı və salamı olsun ona!) Kərbəladakı işləri əziz babası Həzrət Məhəmməd Peyğəmbərin (Allahın salavatı və​
salamı olsun ona və ailəsinə!) peyğəmbərliyi dövründə etdiyi işlə müqayisə oluna bilər. Necə ki Allah Rəsulu o zaman təkbaşına bütün dünyaya qarşı dayandı, Kərbəlada baş verən hadisə zamanı İmam Hüseyn də təkbaşına bütün dünyaya qarşı dayandı.


© İmam Xamenei
🗓️ 14.12.1996.

#Hər_yer_Hüseyniyyə
#Hər_şey_Hüseyn_üçün

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei