Zühura hazırlıq
1.11K subscribers
1.64K photos
1.03K videos
28 files
2.91K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
⬆️⬆️⬆️
Oktyabrın 25-i sionist rejim ordusu 5 günlük müddətdə, "Ölümcül ox" adını verdiyi hərbi təlimlərə start verdi. Təlimlərin əsas məqsədi gələcəkdə İsrailin şimal hissəsində döyüşlər zamanı təhlükəsizliyi təmin etmək idi. Komandanlıq təlimin 2-ci günü, ölkənin hava sahəsində maksimum təhlükəsizliyi təmin edərək, hər növ pilotsuzların girişinə maneə yaratmaq göstərişi vermişdi. Çünki həmin gün təlimdə əsas missiya havanı hər hansı təhlükədən qorumaq tapşırığı idi. Hizbullah bu barədə kəşfiyyat məlumatlarını ələ keçirir və həmin gün öz pilotsuzunu sınaqdan keçirmək qərarına gəlir. Təlimin 2-ci günü Hizbullah pilotsuzu sionist rejimin işğal etdiyi Fələstin ərazisində, Əl-Cəlil məntəqəsinin hava sahəsinə daxil olur. Təlim gedən ərazidə əməliyyat tapşırığını yerinə yetirən PUA, kəşfiyyat məlumatlarını toplayaraq təhlükəsiz şəkildə hərbi bazaya geri dönür. İsrailin hava hücumundan müdafiə sahəsi hazırlığın pik vəziyyətində olduğu halda, Hizbullah PUA-ı asanlıqla kəşfiyyat işləri aparır. "Əl-Mənar" televiziya kanalının "Əsrarut təhriri sani" proqramında, PUA-ın qondarma İsrail rejiminin hava sahəsində apardığı çəkiliş kadrları ictimaiyyətə nümayiş edildi. Hal hazırda yuxarıda sizə həmin kadrları təqdim edirik.

#Hizbullah
#israil

İslam Dünyası Xəbərləri
:https://t.iss.one/iswnews_az
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan İsrail rejiminin məğlubiyyətini qələbə bayramı kimi qeyd edir #İsrail_Terror_Rejimi