Zühura hazırlıq
1.11K subscribers
1.64K photos
1.03K videos
28 files
2.91K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
🇦🇫 #Əfqanıstan xəbərləri

04/12/2020

1. Ərzqan
Əfqanıstan ordusu Talibanın Dəhravud rayonuna etdiyi hücumun qarşısını alıb və bu rayonun Talibanın nəzarətində olan hissəsini azad edib. Əfqanıstan ordusunu hava qüvvələri Dəhravud rayonu ətrafında olan Talibana məxsus hədəfləri bombardman edib. Hücum zamanı 19 talibançı öldürülüb, 11 nəfər isə yaralanıb. (Yuxarıdakı şəkil)

2. Qəndəhar
Əfqanıstan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Əfqanıstan ordusu və Taliban arasında Pəncvayi rayonunda baş verən qarşıdurmada 27 talibançı öldürülüb və 8 nəfər yaralanıb.
Ərğəstan rayonunda yerləşən hərbi bazanın yaxınlığında maşın partladılıb və nəticə 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

3. Həlmənd
Amerika qırıcıları Talibanın Həlmənd məntəqəsində olan hədəflərini bombardman edib və Taliban bu hücumun sülh razılaşmasının ziddinə olduğunu bildirib.

4. Nənqərhar
İŞİD-in Nənqərhar vilayəti üçün vali təyin etdiyi Hidayətullah adlı şəxs, Əfqanıstanın təhlükəsizlik orqanının keçirdiyi əməliyyat nəticəsində Çəprəhar rayonunda öldürülüb, 2 silahdaşı isə həbs edilib.

5. 🇵🇰 #Pakistan
Ravləpəndi terminalına gedən yolda bomba quraşdırılmış maşın partladılıb. Partlayış nəticəsində 1 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

6. 🇧🇪 #Belçika

Belçika gələn ilə qədər ordusunu Əfqanıstandan çıxaracağını xəbər verir. Hazırda Əfqanıstan ərazisində 79 Belçika hərbiçisi mövcuddur.

< İslam Dünyası Xəbərləri >

📲 https://t.iss.one/iswnews_az
Molla Əbdül Ğəni Bəradər Qətərdə İsmayıl Həniyyə ilə görüşüb

Həniyyə, 12 günlük Qüds Qılıncı əməliyyatında Həmasa kömək etdiyi üçün Talibana təşəkkür edib.

#Fələstin🇵🇸
#Əfqanıstan🇦🇫
#Qətər🇶🇦

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/6202
Seyid Həsən Nəsrullah: Bayden Əfqanıstanda vətəndaş müharibəsi yaratmaq niyyətində idi

Livan Hizbullahının baş katibi:
Bayden, Taliban və (digər) Əfqanıstan qüvvələri arasındakı müharibə yolu ilə Əfqanıstanda vətəndaş müharibəsi yaratmaq istəyirdi.

O bildirib: Bayden, kiminsə yerinə mübarizə aparmağın Amerikanın işi olmadığını deyib. Bu sözüm onların əvəzinə mübarizə aparmağı gözləyənlərə bir mesajdır.

#Livan🇱🇧
#ABŞ🇺🇲
#Əfqanıstan🇦🇫

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/6237
#Təcili ⭕️

İran İR - Əfqanıstan sərhədində silahlı toqquşma

Bu gün axşam saatlarında Hilmənd şəhərinin Şəğalək sərhəd bölgəsində İran İR sərhəd qüvvələri ilə Taliban arasında toqquşma baş verib.

Toqquşma, iranlı fermerlərin qaçaqmalçılıqla mübarizə məqsədi ilə tikilən təhlükəsizlik divarlarının keçməsi və Taliban qüvvələrinin onlara tərəf atəş açması ilə başlayıb.
Bu hadisədən sonra İran sərhədçiləri də həmçinin Taliban mövqelərini atəşə tutub və atışma bir saata yaxın davam edib.
Nəzərinizə çatdıraq ki, Talibanın İran İR-ın sərhədlərini pozması xəbərləri tamamilə yalandır.
Artıq gərginlik bitib və hər iki tərəfin nümayəndələri insidentin həlli üçün danışıqlar aparır.
Hər hansı itki barəsində rəsmi və dəqiq məlumat yoxdur.

#İran 🇮🇷
#Əfqanıstan 🇦🇫


"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8980
Bu gün Hizbullah, Ənsarullah, Həşd-Şəbi, Fatimiyyun, Zeynəbiyyun və Hüseyniyyun qüvvələri ABŞ-ın bölgədəki sui-qəsdlərinə qarşı durmaq üçün çox yüksək imkanlara malikdirlər.

Sərdar Yədullah Cavani deyib: Hacı Qasim İslam dünyasından, xüsusən də İran ətrafındakı ölkələrdən bir qrup müqavimət qüvvələri təşkil edə bildi ki, bu beynəlxalq müqavimət orduları Amerikanın sui-qəsdləri və regiondakı fəaliyyətlərinə qarşı dura bilsinlər.

Sərdar Yədullah Cavani «Qum-Fərda» agentliyinin müxbirinə verdiyi müsahibədə Hacı Qasim Süleymaninin şəhadət günlərinə işarə edərək deyib: Hacı Qasim müqavimət yolunda getdiyi iki onillikdə düşmənlərin bütün plan və proqramlarını iflasa uğradıb.

Siyasi ekspert Hacı Qasimin terrorla mübarizənin bayraqdarı olduğunu vurğulayaraq deyib: Amerikalılar onun terrorçu olduğunu iddia edərək onu şəhid etdilər ki, bu, amerikalılar üçün əbədi rüsvayçılıq olacaq.

O, əlavə edib: Bu gün Hacı Qasimin yaratdığı müqavimət Aralıq dənizinin şərqindən Qırmızı və Ərəb dənizlərinə qədər tam hüquqlu, real və beynəlxalq İslam ordusudur.

İnqilab Keşikçiləri Korpusunun siyasi və təhlükəsizlik üzrə müavini bu günün Beynəlxalq İslam ordusunun müqavimət ordusu olduğuna işarə edərək deyib: Bu gün Hizbullah, Ənsarullah, Həşd-Şəbi, Fatimiyyun, Zeynəbiyyun və Hüseyniyyun qüvvələrinin ABŞ-ın bölgədəki sui-qəsdlərinə qarşı mübarizə aparmaq üçün çox yüksək imkanları var.

O bəyan etdi: Hacı Qasim İslam dünyasından, xüsusən də İran ətrafındakı ölkələrdən bir qrup müqavimət qüvvələrini təşkil edə və real şəkildə terrorla mübarizə apara bildi.

#İran🇮🇷
#Livan🇱🇧
#İraq🇮🇶
#Yəmən🇾🇪
#Pakistan🇵🇰
#Əfqanıstan🇦🇫
#Azərbaycan🇦🇿

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/9698
İranı təhdid edən Taliban komandiri vəzifəsindən uzaqlaşdırılıb

Taliban komandirlərindən biri və Paktiya valisi Əbdül Həmid Xorasani İran əleyhinə və Əfqanıstanın milli maraqlarına xələl gətirən açıqlamalarına görə vəzifəsindən uzaqlaşdırılıb.

Ardı var...

#İran
#Əfqanıstan

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az