SOCAR
1.85K subscribers
5.87K photos
322 videos
730 links
SOCAR-ın rəsmi Telegram səhifəsi

https://t.iss.one/joinchat/AAAAAFIacsprG2K0gW_4BQ
Download Telegram
#SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Hökuməti arasında “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

⬇️⬇️⬇️

🔗 https://socar.az/az/post/socar-ve-uzbekneftegaz-konsorsiumu-ile-ozbekistan-hokumeti-arasinda-ustyurt-investisiya-bloklarinin-kesfiyyati-islenmesi-ve-hasilati-uzre-pay-bolgusu-sazisi-imzalanib
4
#SOCARlın Müşahidə Şurasının növbəti iclası keçirilib.

⬇️⬇️⬇️

🔗https://socar.az/az/post/socar-in-musahide-surasinin-novbeti-iclasi-kecirilib4628568245
🤡1🤝1
🗓️ SOCAR-da BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə neft-qaz sektorunun inkişaf dinamikası, hasilat proqnozları, investisiyalar və enerji keçidi çərçivəsində görülən işlər, o cümlədən bərpa olunan enerji və qaz ixracı infrastrukturu və digər sahələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

#SOCAR #BVF #EnerjiKeçidi #NeftQaz #İnvestisiya #BərpaolunanEnerji #Qazİxracı
#Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə #SOCAR əməkdaşları arasında təşkil olunan “Neftçi bir gün jurnalist olarsa” müsabiqəsinin qalibi Əsmər Orucova seçilib.
Müsabiqə çərçivəsində iştirakçılardan mobil telefonla çəkdikləri foto və həmin anı təsvir edən qısa mətnin təqdim edilməsi tələb olunmuşdu. Əsmər Orucova həm çəkdiyi foto, həm də hazırladığı mətndə peşəkar jurnalist yanaşmasına yaxın, aydın və emosional təsvirlə fərqlənərək münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.
Qalib olan həmkarlarımızı təqdim edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
🥇 Müsabiqənin qalibi – Əsmər Orucova
Baş ofisin Ətraf mühitin təhlili Departamenti ✍️👏

📸 “Maraqlı təsvir” nominasiyası üzrə qalib – İlham Kərimli
Təhlükəsizlik İdarəsi

🤳 “Kreativ məqalə” nominasiyası üzrə qalib – Elvin Mənsimov
Geofizika və Geologiya İdarəsi

📝 “Ən yaxşı məqalə” nominasiyası üzrə qalib – Gülnarə Həmidova
Geofizika və Geologiya İdarəsi
2
#UğuraGedənYol
📌 İlkin Hacıyev – “SOCAR Karbamid” zavodunun İstehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsində baş metroloqun müavini vəzifəsində çalışır.
🎓 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr və magistr təhsilini metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi üzrə alıb.
💼 2018-ci ildə “SOCAR Karbamid” zavodunda karyerasına usta olaraq başlayıb. Mühəndis və sahə rəisi müavini vəzifələrinədək yüksəlib.
Hazırda o, İstehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsində baş metroloqun müavini olaraq çalışır. 7 ildən artıq sənaye təcrübəsinə malikdir.
🔑 Özünüinkişaf, əzmkarlıq, bilik və davamlı inkişaf – İlkin Hacıyevin uğur formuludur.
“Daim yeni biliklərə yiyələnmək, mövcud bacarıqları inkişaf etdirmək və zəif tərəfləri gücləndirmək peşəkar inkişafın əsas şərtləridir.”
2👏1