Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)
13.4K subscribers
1.93K photos
1.32K videos
168 files
4.06K links
Bu kanalda:
🟢 Orxan Məmmədovun fərqli təhlilləri ilə tanış olacaqsınız
🟢Dünyada baş verən maraqlı hadisələrdən xəbərdar olacaqsınız
🟢📙 Fərdi inkişafa kömək edəcək kitablarla (audio və PDF) tanış olacaqsınız

https://t.iss.one/orxan_mamedov_rus
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Təcili #paylaş

Seyyid Həsən Nəsrullah:
Bu il İslam dünyasının müxtəlif ölkələrindən olan bir qrup alim, dini şəxsiyyətlər və alimlər çox gözəl fikirə və ideyaya dəvət etdilər.
Bu fikir bizim Livandakı qardaşlarımıza da təqdim edildi, onlar tərəfindən də qəbul olundu və dəstəkləndi.
Bu proqramın adı belədir: Qəlblərin birliyi.
Bu proqram Nimeyi Şaban gecəsi ( 8 aprel) Məkkə vaxtı ilə 18:30-da (Bakı: 19:30) başlayır.
Ona görə ki, bütün ölkələrdə proqram eyni anda icra edilməlidir. Bu saatda (kütləvi olaraq) İmam Məhdinin (ə.c) salamatçılığı üçün olan (Allahummə kunli...) və Səhifeyi Səccadiyyənin yeddinci duası (Ya mən tuhəllu bihi uqədul məkarih...) qiraət olunacaq. Bu proqram bir tərəfdən İmam Zamanın (əc) zühurunun təcili olması və digər tərəfdən də bəlaların bəşəriyyətdən uzaqlaşması niyyəti ilə icra olunur.
Mən də öz adımdan hər kəsi kamil şəkildə bu proqramda iştirak etməyə dəvət edirəm.
Təbii ki, bu proqram evdə icra olunsun, ümumi yerlərdə olmasın.
#ThePromisedSaviour

👉 t.iss.one/ekremhacizade
#TƏCİLİ
Azərbaycanda rayonların birində, məhərrəm ayı girəndən bu günədək evində əzadarlıq məclisləri təşkil edən bir möminə xanım, evinə qayıdarkən bir neçə naməlum "kişi" tərəfindən küçədə amansızcasına döyülüb.
İnşallah sabah bu hadisə ilə bağlı daha ətraflı məlumat vermək üçün səs yazısı atacam.

t.iss.one/ekremhacizade
Forwarded from ƏLƏVİYYUN AZƏRBAYCAN
#Təcili
#Əhəmiyyətli

Əziz İzləyicilər bu gecə İranın Əsəd bazasına etdiyi raket hücumunun və Amerikalı əsgər və komandirlərin acı etiraflarının videosunu yerləşdirəcəyik.

Bu günə qədər görmədiyiniz goruntuləri yalnız bu kanalda görəcəksiniz)))

Kanala abunə olmaq üçün dostlarınızı xəbərdar edin.

@AzShia
#Təcili
*Deyerler.orgMaidə.az saytlarının fəaliyyətinin dayandırılması ilə bağlı məlumat əldə etmişik.*

Xüsusi mənbələrimiz hər iki saytın bağlandığını iddia edir.

Qeyd edək ki, Deyerler.org -un baş redaktoru Hacı İlqar İbrahimoğlu, Maide.az -ın isə Şeyx Sərdar Hacıhəsənlidir.
Məlumat rəsmi şəkildə təsdiqlənməyib.

*"İslam Dünyası Xəbərləri"*
https://t.iss.one/iswnews_az/7973
#Təcili

Talış zondasında terrorçu vəhhabi təhlükəsi olduqca ciddidir. Bu mövzu fonunda Lənkəran şəhəri Aşağı Nüvədi kəndində yaranmış bir problemlə bağlı redaksiyamıza kənd sakinlərindən daxil olan bir məktubu sizə təqdim edirik - "Sünni-şiə arasında müharibə salmaq istəyirlər"


BismilləhirRahmənirRahim

Lənkənanın Aşağı Nüvədi məscidini zəbt etməyə çalışan Əhli-sünnə qardaşlarımız deyil, vəhhabilərdir. Bunlar hətta tarix boyu Əhli-sünnənin belə alimlərini şəhid edən kəslərdir.
Bu gün isə "Əhli-sünnə" adı altında şiə-sünni arasında təfriqə salmağa çalışırlar. Guya ki, adı çəkilən kəndin məscidinə şiələr sünni qardaşlarımızı qoymurlar, onları təhqir edirlər və onlara zülm edirlər. Bununla da istəyirlər ki, sünni-şiə müharibəsi salsınlar. Ancaq biz həmişə sünni qradaşlarımızla bir məsciddə namaz qılıb, yoldaşlıq etmişik.
Ancaq bu ekstremist cərəyan
tərəfdarları Suriyada, İraqda etdiyi vəhşilikləri Azərbaycan xalqı arasında da törətmək istəyirlər. İnşallah nə sünni nə də şiə qardaşlarımız onların bu iyrənc planının qurbanına çevrilməyəcəklər.
Buradan sözümüz şiə və sünni qardaşlarımızadır: Bizim böyük alimlərimiz deyiblər ki, sünni-şiə qardaşdır və hər kim bu məsələdə ayrıseçkilik salırsa nə sünnidir nə də şiə, o İslam düşmənidir.
Bütün sünni və şiə qardaşlarımızdan istəyirik ki, gəlin Allahın evini bu lənətlənmiş zümrədən təmizləyək.

#Lənkəran

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/15943
⭕️ #Təcili ⭕️

Polis: "Başınızı kəsərik"

Fərəcovlar ailəsinin verdiyi məlumata görə, Binə qəsəbəsindəki məlum evin qarşısında bir neçə polis nəfəri dayanıb.
Qapının önündə dayanan polislər ailə üzvlərini bayıra çıxma icazə vermirlər və azyaşlı ailə üzvlərinə onların başını kəsəcəklərini deyərək təhdid edirlər.

#Azərbaycan

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/17185
#Təcili

Bir inanclı saxlanılıb

Divarına "Ya Hüseyn" şüarı yazıldığına görə polislər tərəfindən evinə basqın edilərək polis bölməsinə aparılan, təhqir və təhdid edilən Bakı şəhəri Binə qəsəbəsi sakini Seyyidə Şəhla Fərəcovanın yaşadığı küçənin girəcəyində PPX maşını və bir neçə polis nəfəri var.
Hazırda evində olan Şəhla Fərəcovanın onlarla qadın ziyarətçisi var.

Ailədən aldığımız son məlumata görə, ziyarətçilərə su gətirən Qəribov Elvin adlı inanclı gənc polislər tərəfindən saxlanılaraq PPX maşını ilə naməlum istiqamətə aparılıb.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/17196
#Təcili

*Qadınlar polislər tərəfindən ölümlə hədələnir*

Aldığımız məlumata görə Bakının binə qəsəbəsində divarına "Ya Hüseyn" yazılan evə qonaq gələn qadınların mağazadan ərzaq alınmasına polis nəfərləri tərəfindən icazə verilmir. Oradakı qadınlar buna etiraz edən zaman polislər tərəfindən təhqirlərə məruz qalır və öldürüləcəkləri ilə hələnirlər.

📌 *Paylaşın hər kəs bilsin*

*"İslam Dünyası Xəbərləri"*
https://t.iss.one/iswnews_az/17279
Forwarded from Aim-TV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Təcili

🎥 Seyyidə Şəhla Fərəcovanın yeni səs yazısını təqdim edirik

O, bu səs yazısında polis zorakılığına məzur qaldığını və onun evində qalan iki qadının həbs olunduğubu bildirir:

- Azərbaycan kişiləri haradadır?
- Polis deyir mən Allaham
- Polis deyir Hüseynin adını yerə yazın amma divara yazmayın.
- Mənim evimə gələn ərzaqın qarşısını alırlar.

📌 Paylaşın hər kəs xəbərdar olsun

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/17315
*DİQQƏT DİQQƏT* ❗️

*Hakimiyyətin dindarlar və Seyyidə Şəhla əleyhinə yeni hiyləsi - Yenə bayraq oyunu, yenə əzadarlıqdan sui-istifadə*

Əziz dostlar, mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə DTX və yerli Polis şöbələri bəzi məscidlərin axundlarına bildirib ki, Aşura günü məsciddən kənarda əzadarlıq yürüşünün təşkil olunmasına maneəçilik törədilməsin. Amma şərt olaraq bu yürüşlərdə yalnız Azərbaycan bayraqlarının dalğalandırılması və İmam Hüseyn (ə) bayraqlarının qətiyyətlə yolverilməz olması gəstərilib. Bəzi axundlara tapşırılıb ki, eyni zamanda dindarlara hakimiyyətin dinə müsbət münasibətindən danışsınlar. Bəzi məscidlərdə sosial şəbəkələrdə aktiv dindarlara tapşırılıb ki, həmin məscidlərdə təşkil olunan mərasimlərin videolarını paylaşaraq bu məclislərə icazə verdiyi üçün İlham Əliyevə təşəkkür ünvanlasınlar və Şəhla Fərəcovanın əleyhinə statuslar paylaşsınlar.

*Məqsəd nədir?*

Gedişat bunu göstərir ki, hakimiyyət bu hiyləsi ilə iki əsas məqsəd güdür:
Birinci mərhələdə bu mərasimlərin görüntülərini sosial şəbəkələrdə yayaraq guya Azərbaycan hakimiyyətinin dindarlarla problemi olmadığını təbliğ etmək, növbəti ikinci mərhələdə isə evinin divarından "Ya Hüseyn" yazısının silindiyi üçün polisə etiraz etdiyinə görə özü, ailəsi və qonaqları indiyədək polis təzyiqinə məruz qalan Seyyidə Şəhla Fərəcovanın haqq mübarizəsini qaralamaq.
Bununla da demək istəyirlər ki, hakimiyyətin Şəhla Fərəcova ilə problemi şəxsidir və dinə adiyyatı yoxdur.
Hətta bəzi hakimiyyət mollalarının sözlərindən göründüyü kimi bu məhərrəmlikdə əzadarlıq mərasimlərinə məhdudiyyətlə də olsa icazə verilməsini bəh-bəhlə qarşılanır. Digər tərəfdən dindar cildinə girən hakimiyyət trolları Şəhla xanım barədə çirkin yalanlar təbliğ edirlər.
Eyni zamanda Şəhla Fərəcova dünən və bugünkü səs yazısında bildirir ki, polislər onun barəsində plan hazırladıqlarını deyiblər. O, həmçinin bu səs yazısında bildirir ki, polislər onun evini əlindən almaq istəyir və bu işdə bəzi qonşuları da polislərlə əlbir olub (səs yazısı aşağıdakı linkdə).

*Hakimiyyətin bu çirkin addımının əsas səbəbi;*

Şəhla xanım öz addımı ilə hakimiyyətin dinə və dindarlara qarşı olan zülmlərini və riyakar siyasətini bütün dünyaya faş etdi. Bunun üçün cılız hakimiyyət Allahdan başqa bir köməyi olmayan bu əlil xanımdan intiqam almağı planlaşdırır.

*Əsas plan nədir?*

Hakimiyyət ikiüzlü siyasəti və təbliğatı vasitəsilə Seyyidə Şəhla xanımın məsələsini unutdurmağa can atır. Əgər bunu bacarsa, barəsində cızdığı istənilən çirkin planı həyata keçirə bilər. Hakimiyyət, onun haqq səsini batırmaq üçün bir neçə plan hazırlayıb: Qəsəbə sakinlərinin imzası ilə onu "arzuolunmaz şəxs" kimi yaşadığı ərazidən çıxartmaq, saxta ittihamlarla həbs etmək, məcburi olaraq ruhi diaponserə salmaq və s...

*Nə edək?*

Şəhla xanımı bacardığımız qədər tək buraxmayaq və unutmayaq ki, bu həqiqi Həzrət Zeynəb (s) davamçısının tək günahı İmam Hüseynin (ə) adını divarına yazmasıdır. Onu müdafiə etmək elə İmam Hüseyni, Aşuranı müdafiə etməkdir. Şəraitimizə uyğun olaraq Şəhla xanıma dəstək olmalı və onun haqq səsini əlimiz çatan bütün yerlərə çatdırmalıyıq. Bu yolla Seyyidə xanımı Yezid qoşununun mühasirəsindən xilas edə bilərik.

( *Şəhla xanımın müraciəti:* https://t.iss.one/iswnews_az/17638 )


🔸 *Paylaşaq və dəstək olaq*

t.iss.one/ekremhacizade
⭕️#Təcili⭕️

Qarabağ qazisi, inanclı Səbuhi Səlimov aclıq aksiyasının 50-ci günündə dünyasını dəyişib.

Məlumatı mərhumun yaxınları bildirib.

Allah rəhmət eləsin!

#Azərbaycan
#Səbuhi_Səlimov

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⭕️ #Təcili ⭕️

Nardaran hadisəsində həbs olunan Abbas Hüseyn:

🎙"Hər an ölüm təhlükəsi ilə üz-üzəyəm"


"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/28326