𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
25K subscribers
44.1K photos
31.7K videos
34 files
76K links
Bizi digər platformalarda izləyin:

İnstagram: instagram.com/ar_rad_info
YouTube: www.youtube.com/@ArRadTV
Tiktok: tiktok.com/@arradinfo
Fb: facebook.com/profile.php?id=100093907840111

Adminlə əlaqə: @Ar_rad_admin1
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Mir Cəfər Bağırov AzKP-nin 6 iyun 1937-ci ildə keçirilən 13-cü qurultayındakı çıxışı zamanı talış, tat və kürd dillərindən Azərbaycan dilinə keçid etməklə bağlı məsələ qaldırır. Nəticədə talış, tat və kürd dillərində fəaliyyət göstərən qəzetlər və məktəblər bağlanmağa başladı. Talışlar, tatlar və kürdlər isə azərbaycanlı (yəni türk) milli kimliyində birləşdirildi.

Mənbə: Исмаилов, Э. (2015). История «большого террора» в Азербайджане

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#türk
#kürd
#tat
#sovet
#SSRİ
🤔55🤬30😱5😡53👍1🔥1
Media is too big
VIEW IN TELEGRAM
Azəri kəlməsini ilk dəfə Stalin işlədib?!...

M.Ə. Rəsulzadənin nadir fotosu;

1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş bu unikal fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: "İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim".
Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Fotonun M.Ə.Rəsulzadənin arxivindən götürüldüyü ehtimal olunur.
Fotoda, həmçinin Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.

Diqqət çəkən bir başqa nüans isə möhürün içindəki yazılardır:

آذری تورك کنجلر برلکی استانبول ۱۹۲۶
Azəri Türk gənclər birliyi, İstanbul 1926

Beləliklə, azəri kəlməsinin Stalin tərəfindən ortaya atılması, xalqımıza ilk dəfə azəri deyənin Stalin olması iddiası yalan iddia olaraq tarixə qovuşur!

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#türk
#rəsulzadə
#SSRİ
#stalin
#azəri
80👍21👎2
Media is too big
VIEW IN TELEGRAM
Arif Yunus АЗЕРБАЙДЖАН В НАЧАЛЕ XXI ВЕКА: КОНФЛИКТЫ И ПОТЕНЦИАЛЬНЫЕ УГРОЗЫ kitabının 63-cü səhifəsində yazır ki, hələ SSRİ dağılmamışdan əvvəl, 12 Mart 1991-ci ildə İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu və prezident Ayaz Mütəllibov ilk rəsmi səfərini Tehrana etdi...

Еще до официального распада СССР, 12 марта 1991 г. Иран одним из первых признал Азербайджанскую Республику, а в середине августа 1991 г. президент Аяз Муталибов посетил Тегеран с первым официальным визитом.


#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#arif_yunus
#iran
#ssri
#sovet
#ayaz_mütəllibov
🔥45👍2812
Media is too big
VIEW IN TELEGRAM
Nərimanovun 1919-cu ilin iyulunda baş nazir Nəsib bəyə yazdığı məktub⬇️

Siz pantürkizm və panislamizm  ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar? İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz. İngiltərə müntəzəm olaraq sizi simasızlaşdırdı, bunu bilə-bilə siz Antantanın insanpərəstliyi və mədəniliyi barəsində müsəlman kütlələrinə nəğmələr oxumağa başladınız. Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz?

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#ingiltərə
#ssri
#rəsulzadə
#ADR
#nərimanov
👍8910🤔4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Azərbaycan tarixən müxtəlif millətlərin, dini etiqad sahiblərinin bir yerdə, mehriban qonşuluq şəraitində yaşadığı bətən olub. Müsəlman əhalinin əksər hissəsi şiə inanclı Hz.Əli, Hz.Hüseyn ardıcıllarıdır. Bu insanlara qayğı ilə, onların inanclarına həssaslıqla yanaşmaq lazımdır. Onlar Azərbaycan vətəndaşları, bu xalqın övladlarıdır."

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov

Mənbə: “Yeni Müsavat” qəzeti

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#İran
#milli_kimlik
#ssri
#ayaz_mütəllibov
152👍26🤔2