Xudahafiz Dost
3.11K subscribers
1.3K photos
312 videos
32 files
1.64K links
Şəhidlərin izi ilə...
Download Telegram
Xudahafiz Dost
Photo
Əliyev zindanında şəhid olan daha bir dindar

Vətən xainlərinin, şiə olduğu üçün "Vətənə xəyanət ittihamı" ilə həbs etdiyi Yaqublu Muxtar Camal oğlu Yanvar ayının 10-da cəzaçəkmə müəssisəsində müəmmalı şəkildə dünyasını dəyişib.
O, həbs olunandan sonra saxlanıldığı yerin yararsızlığı və işgəncələr səbəbindən ağır xəstəliklərə tutulub. Tibbi dispanserdə saxlanılmalı olduğu halda ağır şəraitli cəzaçəkmə müəssisəsinə göndərilib və orda da uzun müddət karsda saxlanılıb. Yanvar ayının 10-da Muxtar Yaqublu barədə onun daxili orqanlarının öz fəaliyyətini itirməsi səbəbilə sübh namazını qılarkən dünyasını dəyişdiyi xəbəri verilib.

Qeyd edək ki, 1966-cı ildə Cəlilabad rayonunda dünyaya gələn Şəhid Muxtar Yaqublu 2016-cı ildəki məhkəməsində əməlindən peşman olub-olmaması barədə verilən suala "dini fəaliyyətimə görə həbs olunduğum üçün heç bir şeydən peşman deyiləm" şəklində cavab verib. Zindanda ona qarşı olan bu qərəzli rəftarın səbəbi də Muxtar Yaqublunun heç bir formada onlara boyun əyməməsi olub. Məhkəməsində Şəhid Muxtar Yaqubluya onunla birgə həbs edilənlərdən daha artıq cəza istənilmiş və yaratdığı dəstənin başçısı ünvanında 16 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Muxtar Yaqublu dindar ailədə böyüyüb, kiçik yaşlarından ibadət əhli olub, gözəl səsə malik olduğu üçün İmam Hüseyn (ə) məclislərində növhə və rövzələr deyib, məscidin müəzzini kimi fəaliyyət göstərib.

💐 t.iss.one/xudahafiz_dost
10 yanvar 2025-ci il İmam Hüseyn (ə) aşiqi olan Muxtar Camal oğlu zalım hakimiyyətin həbsxanasında 8 il zülm görəndən sonra sübh namazında alnı möhürdə şəhadətə yetişib. 😔🌹

💐 t.iss.one/xudahafiz_dost
Şəhid Mustafa Çamran İmam Musa Sədrin yaxın dostu və Hizbullahın qurulmasında müstəsna rolu olan şəxslərdəndir. O alim idi və Amerikada NASA-nın yüksək vəzifələrindən biri olmaq üzrə ikən Allahın rizayəti yolunda vətəninə qayıtmış və cihadda iştirak etmişdi. Şəhid alman, fransız, ingilis, ərəb və türkcə danışa bilirdi. Çamran həm də yazıçı idi. "Biz və Allah", "Ruhun irfanla yüksəlişi" kimi əxlaqi əsərləri ilə yanaşı öz fizika sahəsi üzrə ingilis dilində elmi kitablar da yazırdı. 🌹

Şəhid Mustafa Çəmran 🕊️

💐 t.iss.one/xudahafiz_dost
Forwarded from PDF Kitabxana
Lal-Baxışlar.pdf
910.5 KB
Lal Baxışlar

Müəllif: Leyla Nəzəri

Ərdəbilli Şəhid Əli Seyfinin həyatı

PDF Kitabxana
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şəhid Seyyid Həsən Nəsrullahın səsini eşidəndə 😢🌹

💐 t.iss.one/xudahafiz_dost
🌺 İmam Musa Sədr universitet bitirmiş ilk ruhani olmuşdur. O şiə olmasına baxmayaraq həm sünnülər, həm də xristianlar tərəfindən çox sevilirdi. İmam Sədr həm də yeganə ruhani idi ki, kilsədə xütbə oxuyurdu. 🌷

Şəhid Musa Sədr 🕊️

💐 t.iss.one/xudahafiz_dost
🌸 Şəhid Muğniyə 46 illik ömürü məhdud sayda insanla kontaktda olaraq yaşamış və daim Hacı Rizvan adından istifadə etmişdir. 2006-cı ildəki qələbədən sonra İraq və Fələstindəki müqavimət ordularını vahid cəbhədə birləşdirməyə çalışan Şəhid İmad Muğniyə 2008-ci ildə ordu rəhbərləri ilə belə görüşlərinin birindən ayrılarkən bombalı hücuma məruz qalmış və şəhadətə çatmışdır. 🌺

Şəhid İmad Muğniyə 🕊️

💐 t.iss.one/xudahafiz_dost
🌺 Bu gün 15 yanvar izzətlə yaşayıb izzətlə dünyadan köçən şəhid Səbuhi Səlimovun doğum günüdür. Allah rəhmət eləsin, Allah maqımını uca eləsin. 🌹

💐 t.iss.one/xudahafiz_dost
Hər sahədə düşmənin belini qıran Seyyid İslam Partiyasının binasında 72 nəfərlə birgə 53 yaşında terror qurbanı oldu. Partlayışdan əvvəl "sanki bura cənnət qoxur" demişdi. 🌺

Şəhid Muhəmməd Behişti 🕊️

💐 t.iss.one/xudahafiz_dost
🌸 İbrahim pəhləvan idi, ilin müəllimi idi, inqilabın fəallarından idi, müəzzin idi, çempion idi, ordu rəhbəri idi, amma onu İbrahim Hadi edən bu sadalananlar deyil, yalnız və yalnız Allah üçün xalisanə etdiyi əməlləridir. 💐

Şəhid İbrahim Hadi 🕊️

💐 t.iss.one/xudahafiz_dost
Yasin gördüyü xeyirxah işləri heç kimə bildirməzdi, hətta onun Suriyaya getməsindən heç kimin xəbəri olmadı və hərəmin müdafiəsi üçün başqa adla getdi. O, bayram üçün alış veriş etdikdə əlavə də meyvə və şirniyyat qutuları alardı. Yasinin dəfn günü meyvələri götürən sürücü izah edib ki, Yasin həmin meyvələri yoxsul bir ailəyə və bir neçə yetim uşağa göndərib. Dəfnindən bir neçə gün sonra bildik ki, Yasin öz kartını da kasıb bir ailəyə verib və hər ay o karta pul vurur. Lakin məbləğin çoxluğundan anlamaq olur ki, bəlkə də Yasinin bir aylıq maaşı idi. 🌹 🕊️

💐 t.iss.one/xudahafiz_dost
🌷18 yanvar şəhid Seyyid Nəvvab Səfəvinin şəhadətinin il dönümüdür. 🥀

💐 t.iss.one/xudahafiz_dost
Mənim qəlbimdə İslam İnqilabına olan marağın qığılcımları Nəvvab Səfəvinin vasitəsilə yaranmışdır və heç şübhəm yoxdur ki, ilk atəşi bizim qəlbimizdə mərhum Nəvvab yandırdı. 🌷🕊️

İMAM XAMENEİ ☝️ 🌹

💐 t.iss.one/xudahafiz_dost
İranın Buşehr şəhərində keçirilən Qəzzaya dəstək yürüşündə bir qrup iranlı, Azərbaycan zindanlarında şəhid edilən dindarları yad ediblər. 🌹

💐 t.iss.one/xudahafiz_dost
🌺 Mən təxminən on beş ya da on altı yaşımda idim ki, mərhum Nəvvab Səfəvi Məşhədə gəldi. Bu şəxs o qədər coşqulu, ixlaslı, sədaqətli, səmimi və eyni zamanda şücaətli, sözü birbaşa deyən və bəlağətli idi ki, məni tamamilə özünə heyran etdi. Mən siyasi məsələləri tam başa düşür və görürdüm, lakin  mərhum şəhid Nəvvab Səfəvi mənim üçün İslamın geniş, inqilabi və hərəkətverici yolunu ilk dəfə aydınladan qığılcım oldu. 🌸

İMAM XAMENEİ ☝️🌹

💐 t.iss.one/xudahafiz_dost
İnsan ruhunun həqiqi vətəni Allahdır. İnsan bu dünyada qəribdir. Ona görə də rahatlıq tapa bilmir, daim darıxır, çatdığı heç bir arzusu onu sonadək xoşbəxt etmir. 🌷

Şəhid Mürtəza Mütəhhəri 🕊️

💐 t.iss.one/xudahafiz_dost
🌸 Azad yaşamağı öyrəndiyimiz bir məktəbin şagirdləriyik. Düşməndən aman diləmirik. Haqqımızı azadlıq üçün nəzir edilmiş qanımızla geri alırıq! 🌺

Şəhid Cihad Muğniyə 🕊️

💐 t.iss.one/xudahafiz_dost
🌸 İstəyirəm heç kəs məni tanımasın.
Heç kəs mənim dərdlərimdən agah olmasın.
Heç kəsin  mənim gecə Allahla olan
razu‐niyazımdan  xəbəri olmasın.
Heç kəs mənim gecə ah‐nalə edərək
tökdüyüm  göz yaşlarımı görməsin
Heç kəs məni sevməsin.
Heç kəs mənə diqqət göstərməsin.
Allahdan başqa heç kimim olmasın.
Allahdan başqa heç kimlə
razu-niyaz etməyim.
Allahdan başqa munisim olmasın.
Allahdan başqa pənah
yerim olmasın. 🌹

Şəhid Mustafa Çəmran 🕊️

💐 t.iss.one/xudahafiz_dost
Mən nə edirəmsə, İmam Məhdinin (ə) zühuru üçün edirəm 🌹

Şəhid Cihad Muğniyə 🕊️

💐 t.iss.one/xudahafiz_dost