Mirağa Dadaş
2.02K subscribers
580 photos
433 videos
9 files
294 links
Download Telegram
1) Mötəbər hədislərdə Peyğəmbərimiz (s) buyurmuşdur: “Dörd şey peyğəmbərlərin sünnətlərindəndir: xoş ətir, həyat yoldaşı ilə yaxınlıq, misvak (diş təmizləmə çubuğu) istifadə etmək və xına ilə rəngləmək” (Xisal, c. 1, s. 224, h. 84; Biharul-Ənvar, c. 76, s. 127, h. 9).

2) İmam Hüseyn (ə) və İmam Baqir (ə) xına istifadə edirdilər (Kafi, c. 6, s. 481, h. 5).


3) Əbu Səbah deyir ki, İmam Məhəmməd Baqirin (ə) əlində xına izini gördüm (Məkarimul-Əxlaq, s. 80).


4) Peyğəmbərin (s) saçlarını rəngləməsi:
Bir çox rəvayətlərdə Peyğəmbərimizin (s) saçlarını rənglədiyi qeyd olunur
( Mən la yəhzuruhul-fəqih, c. 1, s. 69, h. 277; İləluş şərayi, c. 1, s. 173, bab 138, h. 1).

5) Xınanın faydaları:
Bir hədisdə oxuyuruq: “Xına qoymaq on dörd faydaya malikdir: qulaqlardan küləyi çıxarır, gözləri təmizləyir və nuraniləşdirir, burunu yumşaldır, ağızı xoş ətirli edir, diş köklərini möhkəmləndirir, qoltuq altındakı pis qoxunu aradan qaldırır, şeytanın vəsvəsəsini azaldır, mələkləri sevindirir, möminləri sevindirir və kafirləri qəzəbləndirir, həm bəzəkdir, həm də xoş ətirdir, qəbir əzabından qurtuluş səbəbidir, Nəkir və Münkər ondan həya edərlər” (Xisal, c. 2, s. 270, h. 1; Məkarimul-Əxlaq, s. 78).

6) İmam Sadiq (ə) buyurmuşdur:
“Ağ saçlarınızı rəngləyin və düşmənlərə bənzəməyin” (Xisal, c. 2, s. 271, davamı h. 1; Biharul-Ənvar, c. 76, s. 98, h. 3).

7) İmam Hüseyn (ə) və qara rəng: Mötəbər rəvayətdə var ki, bir qrup İmam Hüseynin (ə) yanına gəldi və onun saçlarını qara rənglə rənglədiyini gördü. Səbəbini soruşdular. İmam Hüseyn (ə) əlini saqqalına qoydu və buyurdu: “Peyğəmbər (s) bir döyüşdə müsəlmanlara saçlarını qara rəngləməyi əmr etdi ki, düşmənlərə qalib gəlsinlər” (Kafi, c. 6, s. 481, h. 4).

8) İmam Rza (ə)
Həsən ibn Cəhm deyir ki, İmam Rzanın (ə) yanına gəldim və onun saqqalını qara rənglə rəngləmiş olduğunu gördüm. İmam Rza (ə) buyurdu: “Xına qoymaq böyük mükafata malikdir və kişinin baxımlı olması qadınlarının iffətini artırır. Bəzi qadınların iffətini itirməsinin səbəbi, ərlərinin onlar üçün bəzənməməsidir” (Kafi, c. 6, s. 480, h. 1;  Mən la yəhzuruhul-fəqih, c. 1, s. 69, h. 276).

9) Peyğəmbərin (s) ağ saç haqqında hədisi: Bir şəxs Peyğəmbərin (s) yanına gəldi və Peyğəmbər (s) onun saqqalında ağ saç gördü. Buyurdu: “İslamda saqqalda bir ağ saç tapılsa, Qiyamət günü üçün bir nur olar”. O şəxs bir müddət sonra saqqalını rəngləyərək gəldi. Peyğəmbər (s) buyurdu: “Həm nurdur, həm də İslam”. O şəxs yenidən saqqalını başqa rənglə boyayaraq gəldi. Peyğəmbər (s) buyurdu: həm nurdur, həm islamdır həm də iman. Bu iş sizi qadınlarınızın yanında sevimli edər və düşmənlərinizin ürəyinə qorxu salar” (Kafi, c. 6, s. 480, h. 4; Məkarimul-Əxlaq, s. 79).


10) İmam Hüseynin (ə) şəhadəti zamanı xına izləri: Mötəbər rəvayətlərdə qeyd olunur ki, İmam Hüseynin (ə) şəhadəti zamanı saqqalında xına izləri görünürdü (Kafi, cild-6, s. 483, h. 5 və 6).

Son 2 qeyd;

1-Bəzi insanların saçı vaxtından tez yəni 20-30 yaşlarında tökülür və ağarır. Adi insanlar üçün müstəhəb olan xına kimi şeylər o insanlara daha çox müstəhəb hesab olunur

2-Azərbaycan dilində sakın sözü yoxdur. Türkiyənin Azərbaycana "mədəniyyət" axını fəsadla müşayiət olunduğu üçün həmin axının önündə durmaq lazımdır. Məxsusən də fəsadla mübarizə aparan dindarlar gərək bu axının önündə dursunlar...

#ana_dili
Tufanul Əqsa sönməyəcək və qəsbkar rejim aradan gedəcək!

İMAM XAMENEİ 🌹
Amerika və sionistlərin işidir

Suriyada baş verənlərin Amerika və sionistlərin birgə planının məhsulu olduğuna heç bir şübhə olmamalıdır. Bəli, Suriyanın bir qonşu hökuməti bu sahədə açıq-aşkar rol oynayıb və indi də oynayır, bunu hamı görür. Amma əsas plan Amerika və sionist rejiminə aiddir.

İmam Xamenei
11.12.2024
Media is too big
VIEW IN TELEGRAM
Əvvəlcə nəfsinin tikanlı məftillərindən keç...

İmam Xamenei
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycanda təbliğ olunan İslam;

İslam sülh dinidir
İslam məhəbbət dinidir
İslam eşq dinidir

Həqiqi islam;
İslam məhəbbət və nifrət dinidir (Allah dostlarına məhəbbət, Allah düşmənlərinə nifrət)

#şübhələrə_cavab
#cihadi_təbyin
Bu axmaqlar öz əlləri ilə müqavimət cəbhəsini gücləndirir və genişləndirirlər.

İMAM XAMENEİ 🌹
İmam Xameneinin çıxışı zamanı arxasında yazılan ayə:

"Və Allah sənə şanlı bir zəfər bəxş etsin."

وَيَنْصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا

(Fəth surəsi, 3-cü ayə)

İMAM XAMENEİ 🌹
Mediada göstərilən Azərbaycan &
Həqiqətdə Azərbaycanın vəziyyəti

#həqiqi_azərbaycan
Bu gün önümüzdə olan mübarizə bizi Allah zikrinin möhkəm dayağına, ona ümidə və etimada hamıdan qabaq və həmişəkindən daha çox möhtac edir. Namaz bizə bu ümidi, etimadı və mənəvi qüvvəni bəxş edən çağlar bulaqdır. 💐

İMAM XAMENEİ 🌹
Biz bir qrup dövlətlərlə iş görürük ki, dünya əhalisinin yarısından çoxu bu ölkələrdə yaşayır. Biz onlarla siyasi, iqtisadi əlaqələr qururuq, get-gəl edirik. Bəziləri hayküy salır və hey deyir ki, cənab, biz hamı ilə küsülüyük və dava-dalaş halındayıq. Xeyr, bu doğru deyil, bizim hər kəslə münasibətlərimiz pis deyil, yox əgər deyirsə ki, biz hegemon dövlətlərin hegemonluğuna qarşıyıq, bu doğrudur. Biz indi də inqilabın əvvəlki illərindəki kimi, hegemoniyaya qarşıyıq, Amerikanın hegemoniyasına qarşıyıq!

İmam Xamenei
Dünyəvi sistemlərin hökmranlığındakı nöqsanların biri də qəflətdir. İnsanlar sahib olduqları və istifadə edə biləcəkləri dəyərlərdən qafildirlər. Bu məsələ bu gün dünyada xüsusi məna daşıyır. Digərləri Peyğəmbərin nəslindən birinin gələcəyini bilirlər, amma onu tanımırlar. Şiələr isə onu tanıyırlar. Onu adıyla, atasının və anasının adıyla, doğulduğu dəqiq tarixlə, əmr və göstərişləri ilə və insan cəmiyyətlərindəki varlığının əlamətləri ilə tanıyırlar. Onunla danışırlar, ondan istəyirlər və ona dərin ehtiramlarını ifadə edib təvəssül edirlər. Hər kəs xüsusi diqqət ayırmaqla, təvəssül etməklə, danışmaqla və öz dərin ehtiramını ifadə etməklə öz qəlbi ilə o müqəddəs varlıq arasında bir əlaqə yaratmalıdır. Hamı özünü hazır etməlidir və heç kəs deyə bilməz ki, Həzrət Məhdinin (ə.f) zühuru yaxın deyil. Bəlkə də bu İlahi lütf bu nəslin insanları üçün baş verdi...

İmam Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hal-hazırda Azərbaycanda sosial şəbəkələrdə ən çox paylaşılan video budur. İnsanlar bunu gülmək üçün paylaşır. Müəllimə bu səs yazısında uşaqlardan qaz, hinduşka, şabalıd istəyir. Bu işi ilə müqəddəs müəllimlik peşəsini necə gözdən saldığını anlamır. Ya da anlayır...

Mənim diqqətimi çəkən başqa bir nüans isə müəllimənin "hinduşka versəz mutlu olaram" deməsidir. Baxın, Türkiyənin mədəniyyət axınına qapılanların hərəkətləri, davranışları, danışıq tərzləri ortadadır. Azərbaycanda ən iyrənc işlər "yıkılıyosun", "kiminle dans ettiğinin farkında deyilsin", "yapıyoruq" şəklində danışanlardan yayılır. Bu tərz danışan adamlar tək tiktokda yox, olduqları bütün sahələrdə insanlarda ikrah yaradırlar. Ana dilinə hörməti olmayan adamın topluma, özünə nə hörməti olacaq?!...

#ana_dili
Bütün İslam dünyasında olan əziz qardaşlar və bacılar! Təcrübələrdən dərs alaq. Bizim böyük ümmətimiz bu gün İslam oyanışı sayəsində əzəmətli qüdrətə malikdir. İslam ölkələrinin çoxlu problemlərinin həllinin açarı bu möhtəşəm toplumun iradəsində və birliyindədir. İslam dünyasının ən təcili problemi isə Fələstin problemidir.

İMAM XAMENİ 🌹
Media is too big
VIEW IN TELEGRAM
Öz ölkəmizdə şəhidlər xiyabanı olduğu halda niyə görə dindarlar başqa ölkələrdə ziyarətgahlara pul xərcləyir iradına cavab


#şübhələrə_cavab
#cihadi_təbyin
Siz müsəlman cavanların dünyada baş verənlər barədə məlumatı digərlərindən daha çox olmalıdır. Bu günün cavanı həm uzaq görəndir, həm də siyasətlə maraqlanır. Bunun üçün də tarix boyu baş verənlərlə bağlı qaranlıq yer qalmamalıdır. Mənim təklif etdiyim əlac yolu, kitab mütaliəsini artırmaq, tələbə cəmiyyətini düzgün və həqiqi mövzular üzərində müzakirələrə çəkməkdir. Təbii ki, özünütərbiyə, nəfsin saflaşdırılması və mənəvi məsələlər olduqca geniş mövzudur, bu əhəmiyyətli mövzuya öz yerində təkid olunmalıdır.

İMAM XAMENEİ 🌹
Adətən belə şeyləri yazan deyiləm, amma bu cür hallar artıq neçənci dəfədir təkrarlandığı üçün yazıram. Feysbukda və real həyatda bir çox insanlar peyda olub ki, əvvəlcə insanlarda hal-hazırda və ya haçansa bizim yanımızda olduqları görüntüsünü yaradırlar. Daha sonra isə İran əleyhinə separatist statuslar yazırlar, nalayiq rəftarlar edirlər. Bilməyinizi istəyirik ki, bu cür insanlarla bizim əlaqəmiz yoxdur. Məxsusən sosial şəbəkələrdə və real həyatda qeyri-şər'i üsullarla hansısa müqəddəs hədəfə çatmağı hədəfləyən insanların bizimlə hansısa əlaqə iddialarına qətiyyən inanmayın. Onlar sadəcə özlərini bizə nisbət verməklə sizdən söz almağa çalışırlar. Ümumiyyətlə şəriətə uyğun olsa belə rəftarları, sizdən söz aldıqlarını hiss etdiyiniz an onlardan uzaqlaşın.

Dahi yunan filosofu Əflatuna biri deyib ki, şorbaya çox yaxın durma, yanarsan. Əflatun da cavab verib ki, islanmışın yağışdan nə qorxusu )))