İslam Dünyası Xəbərləri
Photo
Yəmən-Son vəziyyət 30-Noyabr

Mərib qəbilələrinin ağsaqqallarının vasitəçiliyi ilə 14 Ənsarullah məhbusu Səudiyyə koalisiyasının həbsxanasından azad edilib.

1- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Ənsarullahın nəzarətində olan əraziləri 39 dəfə bombalayıb.
Bu hücumlara aşağıdakılar daxildir: Mərib şəhərində 13 dəfə Sirvah qəsəbəsi, 10 dəfə Əl-Cəvbə qəsəbəsi, 4 dəfə Mahliyyə qəsəbəsi və bir dəfə Rəğvan qəsəbəsi, Səna şəhəri 4 dəfə , Təiz şəhərində 3 dəfə Muqbinə qəsəbəsi, Səədə şəhərində 2 dəfə Baqim və Əl-Zahir qəsəbələri və Həccə şəhərində 2 dəfə Hərz qəsəbəsi.

2- Əl-Hudəydə:
- Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində bu şəhərdə 186 dəfə atəşkəs rejimini pozublar.
- Səudiyyə koalisiyasının pilotsuz təyyarələri bu şəhərdə yerləşən Əl-Cəbəliyyəni üç dəfə bombalayıblar.

3-Səədə:
Səudiyyə koalisiyasının Mənbih qəsəbəsinə artilleriya hücumları nəticəsində 1 nəfər şəhid olub, 14 nəfər yaralanıb.

4- Yəmən nicat hökumətinin əsirlərin dəyişdirilməsi komitəsinin rəhbəri “Əbdül Qədir Mürtəza” Mərib qəbilələrinin ağsaqqallarının vasitəçiliyi ilə əsirlərin mübadiləsində 14 Ənsarullah məhbusunun azad edildiyini elan etdi.
Həmçinin Ənsarullah liderinin göstərişi ilə Əl-Bayda şəhərinin Nicat hökumətinin həbsxanasında olan 31 nəfər aldadılmış şəxs bu şəhərin şeyxləri və ağsaqqallarının tələbi ilə həbsdən azad edilib.

#Yəmən🇾🇪
#Səudiyyə🇸🇦

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8961
İraqda Amerikanın lojistika karvanına hücum olunub

Babil şəhərində amerikalı terrorçuların lojistika karvanı dünən müqavimət qrupları tərəfindən hücuma məruz qalıb.

#ABŞ🇺🇲
#İraq🇮🇶

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8962
İraq parlament seçkilərinin yekun nəticələri

İraqın Ali Seçki Komissiyası yoxlamadan sonra parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Elan edilmiş yekun nəticələrə əsasən, deputat mandatları koalisiya və siyasi qruplar arasında aşağıdakı kimi bölüşdürülür:
1- 73 mandatla “Müqtəda əs-Sədr”in rəhbərlik etdiyi Sədr fraksiyası
2- 37 mandatla "Məhəmməd Əl-Halbousi"nin rəhbərlik etdiyi Üstünlük koalisiyası
3- 33 mandatla "Nuri Əl-Maliki"nin başçılıq etdiyi Hüquq Dövləti Koalisiyası
4- 31 mandatla “Məsud Barizaninin” başçılıq etdiyi İraq Kürdüstanı Demokratik Partiyası
5- 17 mandatla "Hadi Əl-Amiri"nin rəhbərlik etdiyi Əl-Fəth koalisiyası
6- 17 mandatla “Bafil Talibani”nin başçılıq etdiyi Kürdüstan Partiyasının Vətənpərvərlər Birliyi
7- 14 mandatla “Xəmis Əl-Xəncərin” başçılıq etdiyi Qətiyyət koalisiyası
8- 64 mandata malik digər partiyalar
9- 43 kreslo ilə müstəqil insanlar

#İraq🇮🇶

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8963
Səmir Cəəcəə: Biz Hizbullah ilə silahlı münaqişə axtarmırıq

Livanın Əl-Quvvat Partiyasının lideri partiyanın parlament seçkilərində qalib gələcəyini bildirərək, Hizbullah ilə silahlı münaqişəyə can atmadığını bildirib.

O, daha sonra Livanda parlament seçkiləri məsələsinə toxunaraq, seçkilərin keçiriləcəyi təqdirdə birinci onun partiyasının qalib gələcəyini və Hizbullahın əsas müttəfiqi olan Azad Vətənpərvərlik Hərəkatı partıyasının məğlub olacağını iddia edib.

Əl-Quvvat partiyası sədri həmçinin iddia edib ki, Hizbullah və müttəfiqləri seçkiləri uduzmaq qorxusu ilə parlament seçkilərini təxirə salmağa çalışırlar.

#Livan🇱🇧

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8964
Ənsarullah Səudiyyə koalisiyasının 11-ci CH-4 pilotsuz təyyarəsini məhv etdi

Ənsarullah Səudiyyə Ərəbistanına məxsus CH-4 PUA-nı ölkənin şimalındakı Əmran şəhərində məhv edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin sözlərinə görə, pilotsuz uçan aparat bu səhər Əmran və Səədə şəhərləri arasındakı Əl-Əmşiyyə bölgəsinin səmasında Ənsarullahın hava hücumundan müdafiəsi tərəfindən müəyyən edilərək məhv edilib.
Bu, Yəmən müharibəsi zamanı Ənsarullah tərəfindən vurulan 11-ci CH-4-dür. CH-4 PUA-sı Çin istehsalıdır və Amerikanın MQ-9 PUA-sına bənzəyir, 250 kq bomba daşımaq və 40 saata qədər uçuş və 5000 km-ə qədər məsafə qət etmək qabiliyyətinə malikdir.

#Yəmən🇾🇪
#Səudiyyə🇸🇦

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8965
Amerika İraq torpaqlarında qalmağın yeni yolunu tapıb?

Bəzi KİV-lər xəbər verir ki, Vaşinqton İraq seçkilərindən öz döyüş qüvvələrinin İraq torpaqlarında qalması üçün siyasi pərdə yaratmaq və söz verdiyinin əksinə olaraq İraqda qalmaq üçün istifadə etmək niyyətindədir.

#ABŞ🇺🇲
#İraq🇮🇶

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8966
Yəmənin istefa vermiş höküməti naziri: Biz region ölkələri arasında müharibənin bitməsinə səbəb olacaq istənilən razılaşmanı alqışlayırıq

İstefa vermiş Yəmən hökumətinin xarici işlər naziri bu hökumətin muzdlularının Məribdəki vəziyyətinin yaxşı olduğunu iddia edərək, region ölkələri arasında istənilən razılaşmanı alqışladığını iddia edib.

#Yəmən🇾🇪
#Səudiyyə🇸🇦

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8967
İŞİD-in Samirrada terror partlayışı planı alt-üst oldu

İraq təhlükəsizlik mənbəsi bildirib ki, İŞİD ünsürləri Samirra şəhərində terror əməliyyatları keçirmək niyyətindəimişlər.
Bununla əlaqədar olaraq, Həşd-Şəbi Təşkilatının informasiya mərkəzi bu yaxınlarda bir İŞİD terrorçusunu məhv etdiyini və bu terror qruplaşmasının Samirra şəhərinin cənubunda 6 sığınacağını məhv etdiyini bildirib.

#İraq🇮🇶

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8968
Keçmiş İsrail rəsmisi: İranın nüvə zənginləşdirməsi məsələsini dayandırmaq mümkün deyil

İsrail kəşfiyyatının keçmiş rəhbəri Danny Citrinoviç müsahibəsində deyib ki, İsrail rəsmiləri hələ də İranda sıfır zənginləşdirməni nəzərdən keçirirlər və bu mümkün deyil.

#İşğalçı_İsrail_Rejimi🇮🇱
#İran🇮🇷

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8969
Forwarded from Yağlı Xəbər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyədə pantürkçülərin lideri üzdən iraq çıxıb.

Videonun tam versiyası👇👇👇

https://youtu.be/YxAfJnInj4s
Suriyada amerikalı terrorçuların lojistika karvanına hücum olunub

Suriyanın Həsəkə şəhərində amerikalı işğalçıların lojistika karvanı naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Bir neçə dəqiqə əvvəl Həsəkə şəhərinin Malikiyyə bölgəsində Amerika işğalçılarının lojistika karvanı yol kənarına yerləşdirilən bombanın hədəfi olub. İlkin məlumata görə, hücum zamanı ABŞ-a məxsus iki hərbi yük maşınına ciddi ziyan dəyib.

#Suriya🇸🇾
#ABŞ🇺🇲

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8971
Sionistlər fələstinlilərin Qüdsdə hücumlarının artmasından qorxurlar

Qüdsdə cihad əməliyyatı və 5 sionistin öldürülməsi və yaralanmasından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Təl-Əviv rejiminin təhlükəsizlik və hərbi qurumları hələ də təşviş içərisindədir.

Həmasın Qüdsdə ki, üzvlərindən olan və bir sionistin ölməsi və dördünün yaralanması ilə nəticələnən “Fadi Əbu Şəxidam”ın cihad əməliyyatından doqquz gün sonra sionist xəbər dairələri bu rejimin təhlükəsizlik və hərbi qurumlarının çaşqınlığı və qorxusundan xəbər verməkdə davam edir.

#Fələstin🇵🇸
#İşğalçı_İsrail_Rejimi🇮🇱

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8972
Qüdsdə cihad əməliyyatı zamanı şəhid Fadi Əbu Şəxidam-dan çəkilən foto

#Fələstin🇵🇸
#İşğalçı_İsrail_Rejimi🇮🇱

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8973
Forwarded from Fars Dili
İranlı twitter istifadəçisi Azərbaycan xalqına başsağlığı verib;

Azərbaycan ordusunun 14 hərbi qulluqçusunun şəhadəti münasibətilə azərbaycanlı qardaşlarıma və Azərbaycanın şəhidpərvər torpağına başsağlığı verirəm. Ümidvarıq ki, iki islam torpağı arasındakı xarici fitnə amillərinin aradan qalxması ilə vəhdətimiz daha da möhkəmlənəcək...

t.iss.one/fars_dili_az
Hizbullah fraksiyası: Parlament seçkiləri vaxtında keçirilməlidir

“Müqavimətə Sadiqlik” fraksiyasının üzvü Livanın “Əl-Quvvat Əl-Qaidə” partiyasının liderinin iddialarına cavab olaraq bildirib ki, Hizbullah parlament seçkilərinin vaxtında keçirilməsinin vacibliyini vurğulayıb.

#Livan🇱🇧

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8975
Sionist rejim Mərakeşi kamikadze pilotsuz uçan aparatla təchiz edir

Sionist rejim mediası bu rejimin Mərakeşlə bu ölkənin kamikadze pilotsuz uçan aparatlarla təchiz edilməsi üçün müqavilə imzaladığını bildirib.

#İşğalçı_İsrail_Rejimi🇮🇱
#Mərakeş🇲🇦

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8976
Livan sərhədində sionist rejimin nəhəng balonu

Sionist rejim Livanla 32-km fasiləsi olan şimal sərhədlərində havaya böyük bir balon göndərərək bildirib ki, bu balon havanı izləmək üçündür və hava məlumatları əldə etmək üçündür.

#İşğalçı_İsrail_Rejimi🇮🇱
#Livan🇱🇧

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8978?single
Əsirlikdə olan ən yaşlı fələstinli qadın azad edilib

Sionist rejim İordan çayının qərb sahilinin Beyt-Ləhm şəhərindən əsir götürülən ən yaşlı fələstinli qadını azad edib.

#Fələstin🇵🇸
#İşğalçı_İsrail_Rejimi🇮🇱

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8979
#Təcili ⭕️

İran İR - Əfqanıstan sərhədində silahlı toqquşma

Bu gün axşam saatlarında Hilmənd şəhərinin Şəğalək sərhəd bölgəsində İran İR sərhəd qüvvələri ilə Taliban arasında toqquşma baş verib.

Toqquşma, iranlı fermerlərin qaçaqmalçılıqla mübarizə məqsədi ilə tikilən təhlükəsizlik divarlarının keçməsi və Taliban qüvvələrinin onlara tərəf atəş açması ilə başlayıb.
Bu hadisədən sonra İran sərhədçiləri də həmçinin Taliban mövqelərini atəşə tutub və atışma bir saata yaxın davam edib.
Nəzərinizə çatdıraq ki, Talibanın İran İR-ın sərhədlərini pozması xəbərləri tamamilə yalandır.
Artıq gərginlik bitib və hər iki tərəfin nümayəndələri insidentin həlli üçün danışıqlar aparır.
Hər hansı itki barəsində rəsmi və dəqiq məlumat yoxdur.

#İran 🇮🇷
#Əfqanıstan 🇦🇫


"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8980