Omanlı tanınmış siyasi təhlilçi D.r Heydər bin Əli Əl-Lavati:

Atdığı hər raketin qiyməti 1 milyon dollar, uçuşunun hər saatı 6 min dollar və öz qiyməti 25 milyon dollar olan qırıcı, gündə 1 dollardan az pulla yaşayan günahsız insanları öldürür!!
Budur Yəmənin faciəsi!

#Səudiyyə🇸🇦
#Yəmən🇾🇪
#Oman🇴🇲

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8926
Livanda iqtisadi vəziyyətə qarşı geniş etirazlar

Livan xalqı həyat şəraitinin pisləşməsi və Livan lirəsinin dəyərdən düşməsi səbəbindən ölkənin müxtəlif bölgələrində geniş etiraz aksiyaları keçirib.

#Livan🇱🇧

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8927
Əfqanıstanın şimalında İŞİD-in fəaliyyətinin genişləndirilməsi

İslam Dünyası Xəbərləri agentliyinin cəbhə mənbələrinin məlumatına görə, Əfqanıstanın şimal bölgələrində İŞİD əməliyyatçılarının gizli fəaliyyəti artıb.

Bu yaxınlarda şimal şəhərlərindən üzləri bağlı silahlı şəxslərin Əhməd Məsudun rəhbərlik etdiyi Müqavimət Cəbhəsinin tərəfdarları olduqlarını və Talibana ağır hücumlar və şəhərlərin azad ediləcəyini vəd etdikləri videolar yayımlanır. Bu hərəkatların məqsədlərinin həyata keçirilməsini nəzərə alsaq, görünür, bu hallar media layihəsinə daha uyğundur və İŞİD-in Taliban müxalifətindən sui-istifadəsi Əfqanıstan xalqı üçün ağır nəticələr verə bilər.

#Əfqanıstan🇦🇫

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8930?single
İslam Dünyası Xəbərləri
Photo
Suriyadakı dəyişikliklər 29-Noyabr

Terrorçular İdlibdə Hantutin qəsəbəsinin kənarında Suriya ordusu qüvvələrinin toplaşdığı yeri hədəfə almaq üçün tank əleyhinə idarə olunan raketdən istifadə ediblər.

1- İdlib:
- Noyabrın 29-da Suriya ordusu İdlibin cənubundakı Qarqur kəndində yerləşən terrorçuların mövqelərini artilleriya ilə hədəfə alıb.
- Noyabrın 29-da Suriya ordusunun artilleriyası terrorçuların Kansafra, Əl-Raviha və Safuhan kəndlərindəki mövqelərini hədəfə alıb.

2- Homs:
- Noyabrın 29-da səhər saatlarında Suriya ordusunun iki üzvü Palmira şəhərində partlayıcı tələnin partlaması nəticəsində ağır yaralanıb. Partlayışın arxasında İŞİD əməliyyatçılarının olduğu bildirilir.

3- Deyr-Əzzur:
Noyabrın 29-da səhər saatlarında Suriya Demokratik Qüvvələrinin (SDQ) Əl-Bəsirə qəsəbəsində ki, qərargahı naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Hücumdan sonra SDQ qüvvələri ilə hücumçular arasında şiddətli atışmalar baş verib.

4- Rusiya qırıcılarının son 3 gündə İŞİD-in Homs, Deyr-Əzzur və Raqqa səhralarında səhralarında İŞİD-in sığınacaqlarına endirdiyi aviazərbələr nəticəsində azı 25 İŞİD üzvü öldürülüb və yaralanıb, onların 3 sığınacağı məhv edilib.

5- Noyabrın 29-da Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular 4-ü Hələb şəhərində, 4-ü isə İdlib şəhərində olmaqla İdlib bölgəsində 8 dəfə atəşkəs rejimini pozublar.

#Suriya🇸🇾

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8932
Səudiyyə koalisiyası cinayətləri davam edir

Səudiyyə koalisiyasının qırıcıları bu gün səhər saatlarında Sənaa beynəlxalq hava limanını, ordunun Sənaadakı 1-ci diviziyasının düşərgəsini və Sənadakı 21-Sentyabr adlı bağı dörd dəfə bombalayıb.

Koalisiya ikinci dəfədir ki, Səna şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirlərinin sığınacaqlarının bombalandığını iddia edir.

#Səudiyyə🇸🇦
#Yəmən🇾🇪
#İran🇮🇷

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8934
Rusiya və Çin nümayəndələri Vyanada ABŞ-ın İran üzrə nümayəndəsi ilə görüşüb

Rusiyanın Avstriyanın paytaxtı Vyanadakı nümayəndəsi çinli həmkarı ilə Nüvə danışıqları iclası çərçivəsində ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi ilə görüşdüyünü açıqlayıb.

#Rusiya🇷🇺
#Çin🇨🇳
#ABŞ🇺🇲
#İran🇮🇷

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8935
Türkiyənin İzmir şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

#Türkiyə🇹🇷

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8936
Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralananlar var

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

#Azərbaycan🇦🇿

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8937
İslam Dünyası Xəbərləri
Photo
Nigeriya münaqişələrindən son xəbərlər 29-Noyabr

- Nigeriyanın şimal-şərqindəki yerli mənbələrə görə, naməlum silahlı şəxslər Kaduna və Zamfara şəhərlərində həyata keçirdikləri iki ayrı hücumda onlarla insanı öldürüb, kəndlərdə qadın, uşaq və əmlakları qarət ediblər.

- Zamfara şəhərinin Koşabava kəndinə naməlum şəxslərin hücumu nəticəsində 20 nəfər ölüb və yaralanıb, kənd sakinlərinin mal-qarası talan edilib. Silahlı şəxslər həmçinin kənddən 50 qadın və uşağı qaçıraraq kənddəki evlərin əksəriyyətini yandırıblar.

- Kaduna şəhərinin şimalındakı Fulani qəsəbəsində həyata keçirilən ikinci hücumda ən azı bir mülki şəxs həlak olub, ərazinin bütün mal-qarası naməlum silahlı şəxslər tərəfindən talan edilib.

Hələlik heç bir qruplaşma hücumlara görə məsuliyyəti üzərinə götürməyib. Amma İŞİD və Boko Haramın Nigeriyada bu cür hücumlar həyata keçirməkdə parlaq təcrübəsi var və çox güman ki, bu cinayətlər bu qruplar tərəfindən törədilib.

- Son günlər Nigeriyadakı İŞİD terrorçuları Brno şəhərinin Auno kəndində Nigeriya ordusunun mövqelərinə ağır hücumlar həyata keçirib və ərazidə qarşıdurmalar hələ ki, davam edir.

- Nigeriya ordusunun Brno şəhərində hava və quru əməliyyatları zamanı Nigeriya ordusunun iki üzvü öldürülüb, Boko Haram və İŞİD terrorçuları Anqanzayn-Qacirem bölgəsindəki ordu bazasına hücumu ordu qırıcılarının hava hücumları ilə dəf edilib.

- Nigeriya ordusu ölkənin şimal-şərqində əməliyyatların davam etdiyini açıqlayıb və xalqı hərbi əməliyyatlarda hərbçilərə dəstək verməyə çağırıb.

#Nigeriya🇳🇬

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8939
ABŞ mənbələri iddia edir: İran uranın 90% zənginləşdirilməsi üçün texniki hazırlıqlar təmin edib

ABŞ mənbələri bildiriblər ki, sionist rejim İranın uranın 90% zənginləşdirilməsi üçün texniki tənzimləmələr təmin etdiyi iddia edilən məlumatları paylaşıb.

#ABŞ🇺🇲
#İşğalçı_İsrail_Rejimi🇮🇱
#İran🇮🇷

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8944
🔴 #Təcili 🔴

Raqqanın şərqində yerləşən Cəbəl Əl-Buşrada Suriya ordusunun 17-ci diviziyasının toplaşdığı yerə İŞİD ünsürləri tərəfindən terror hücumu həyata keçirilib.

#Suriya🇸🇾

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8945
Ənsarullah Rəhbəri: Düşmənlər təfriqəçiliklə Yəmən xalqına hakim olmaq istəyirlər

Ənsarullah lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husi bazar ertəsi axşam Əl-Bəyda şəhərinin nümayəndə heyətini qəbul edib. O, həmin görüşdə deyib: “Düşmənlər fitnə və təfriqə salmaqla Yəmən xalqına hakim olmaq istəyirlər və təcavüzkar Səudiyyə-BƏƏ koalisiyası Əl-Hudəydədə vəhşi cinayətlər törətmiş, həmçinin işğalçı Səudiyyə-BƏƏ koalisiyası Əl-Bəyda şəhərini hədəfə almış və şəhərin əhalisi ağır ziyan və zərər görmüşdür."

#Yəmən🇾🇪
#Səudiyyə🇸🇦
#BƏƏ🇦🇪

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/8947
Forwarded from Yağlı Xəbər
Media is too big
VIEW IN TELEGRAM
Siz sabah Ermənistana güllə atsanız, Qarşınızda Turan qurduğunuz Qazaxıstan və Qırğızıstanı görəcəksiniz.

Videonun tam versiyası👇👇👇

https://youtu.be/YxAfJnInj4s