Afrikada Taliban nümunəsinin təkrarlanmaq qorxusu var

Afrika mediaları və bəzi rəsmiləri Somali və Sahil bölgəsi də daxil olmaqla Afrikanın bəzi bölgələrində Taliban nümunəsinin təkrarlanmasından narahat olduqlarını bildiriblər.

#Mali
#Somali

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26958
Fələstin müqaviməti işğal olunmuş ərazilərin dərinliklərinə raket hücumu edib + FOTO və VİDEO

HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib əl-Qəssam Qəzza zolağında fələstinlilərin evlərinin bombalanmasına cavab olaraq işğal altındakı Qüds, Aşdod, Aşkelon və Təl-Əviv şəhərlərini kütləvi raket hücumları ilə hədəfə aldığını açıqlayıb.

#İşğalçı_İsrail_Rejimi
#Fələstin

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26969
Livandan Fələstinin işğal olunmuş şimalına raket hücumu; Hizbullah qaynaqları təkzib etdilər!

Livandan işğal olunmuş Fələstinin şimalına raket atılmasının ardınca işğal olunmuş Fələstinin şimalındakı Əl-Cəlil və bəzi digər bölgələrdə həyəcan sirenləri çalınıb. İndiyədək Livandan işğal olunmuş Fələstinin şimalında yerləşən Cəbəl əl-Şeyx və Əl-Cəlil əl-Ala istiqamətinə 12 raket atılıb.

Bu arada Əl-Məyadin kanalı Livanın təhlükəsizlik mənbələrinə istinadən Livanın cənubundan işğal altındakı Fələstinin şimalına raket hücumları ilə bağlı yayımlanan xəbərləri təkzib edib.

#İşğalçı_İsrail_Rejimi
#Livan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26976
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail Qəzza zolağını dəlicəsinə bombalamağı davam etdirir + VİDEO

Bu gün səhər sionist mediası İsrail ordusunun sözçüsünə istinadən bildirib ki, onların təyyarələri Qəzza zolağına qarşı 1000 tondan çox bomba və partlayıcıdan istifadə edib. Bu məlumat döyüşdə Fələstinin müqavimət hücumlarına cavab verməkdə İsrailin hava üstünlüyündə qırıcıların və təyyarələrin rolunu və hava limanları və hava bazalarının əhəmiyyətini göstərir. İndi hava bazaları, hava limanları məhv edilsə, bu üstünlük qorunacaqmı?

#İşğalçı_İsrail_Rejimi
#Fələstin

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26979
İsrailin hava hücumları 4 sionist əsirin həyatına son qoydu!

HƏMAS-ın hərbi qolu olan Kətaib əl-Qəssam bu gün Qəzza zolağının bombalanması nəticəsində həlak olan dörd İsrail əsgərindən birinin şəklini dərc edib. Öldürülən bu əsgər Kfar Sabast qəsəbəsindən olan 19 yaşlı Tumir Elon Nimrudi idi.

Bir neçə saat əvvəl Kətaib əl-Qəssamın sözçüsü Əbu Ubeydə İsrail rejimi ordusunun Qəzza zolağına vəhşi hava hücumları nəticəsində 4 sionist əsirin həlak olduğunu və müqavimət qüvvələrinin bir neçə üzvünün şəhid olduğunu açıqlayıb.

#Fələstin
#İşğalçı_İsrail_Rejimi

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26987
Livan və işğal olunmuş Fələstin sərhədində atışma + VİDEO

Yerli mənbələr Livan və işğal olunmuş Fələstin sərhədində silahlı qüvvələr və sionist rejim əsgərləri arasında atışma və toqquşmaların eşidildiyini bildiriblər. Sosial şəbəkələrdə yayımlanan videoda da İsrail əsgərlərinin naməlum silahlı qüvvələrlə döyüşdüyü görünür.

İvritdilli mənbələr İsrail ordusunun Hizbullahın müşahidə qülləsini və Livanın cənubundakı işğal olunmuş ərazilərə raket atıldığı yeri hədəf aldığını açıqlayıb. Livanın cənubundakı ərazilərin də İsrail ordusunun təyyarələri tərəfindən hədəfə alındığı bildirilir. Hələlik bu münaqişələrdə itkilər müəyyən edilməyib.

#İşğalçı_İsrail_Rejimi
#Livan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26990
HƏMAS-ın hərbi qolu olan Kətaib Əl-Qəssam işğal altındakı Aşkelon şəhərinə daha 80 raket atdığını açıqlayıb.

#İşğalçı_İsrail_Rejimi
#Fələstin

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
Fələstinin Səhiyyə Nazirliyi sionist rejimin bugünkü ağır hücumlarından sonra şəhidlərin sayının 560-a, yaralıların sayının isə 2900-ə çatdığını elan edib.

Bu nazirlik sionist rejim qırıcılarının tibb mərkəzlərinə hücumlarından sonra humanitar fəlakətin baş verməsi və dərman çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.

#İşğalçı_İsrail_Rejimi
#Fələstin

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
İvritdilli Jerusalem Post saytı, işğal altındakı Fələstinin şimalındakı Moşav Nitoa sakinlərinə təhlükəsizlik hadisəsi ehtimalı və silahlı şəxslərin içəri sızması səbəbi ilə dərhal evlərinə girmələri və növbəti xəbərdarlığa qədər çıxmamaları əmri verildiyini açıqladı.

İşğal altındakı Fələstinin şimalında baş verən silahlı qarşıdurma zamanı ən azı 3 İsrail əsgərinin yaralandığı bildirilir.

#İşğalçı_İsrail_Rejimi
#Livan

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
İsrail qırıcılarının Qəzza zolağına hücumları davam edir.

#İşğalçı_İsrail_Rejimi
#Fələstin

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yəmənin Səədə şəhəri əhalisinin Fəlıstin xalqına və Fələstin müqavimət qruplarına dəstək nümayişi və toplanışından video reportaj.

Bu yürüşdə Səədə xalqı sionist rejimin fələstinlilərə qarşı cinayətlərini pisləməklə yanaşı, İsrailə qarşı müharibədə istənilən birbaşa iştiraka hazır olduqlarını vurğulayıblar.

#Yəmən
#Fələstin

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
Sionist ordu təyyarələrinin Qəzza zolağındakı hədəflərə hücumlarının görüntüləri.

#İşğalçı_İsrail_Rejimi
#Fələstin

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hadi Amiri, Bədr İraq Ordusunun baş katibi: "Əgər Vaşinqton sionist rejim ilə Fələstin arasındakı döyüşə müdaxilə edərsə, biz Amerikanın bütün mövqelərini hədəfə alacağıq".

#İraq
#ABŞ
#Fələstin
#İşğalçı_İsrail_Rejimi

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 9 Oktyabr 2023

Fələstin qüvvələri ilə İsrail əsgərləri arasında toqquşmalar və döyüşlər ardıcıl üçüncü gündür ki, davam edir. Sionist rejim Ordusunun Qəzzə zolağı ətrafındakı bütün yaşayış məntəqələrini təmizləmək və geri almaq iddialarına baxmayaraq, döyüş meydanının xəritəsi çox dəyişməyib.

#Xəritə
#İşğalçı_İsrail_Rejimi
#Fələstin

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26996