Əfqanıstanın Hindistandakı səfirliyi bağlanıb

Əfqanıstanın Hindistandakı səfirliyi bir bəyanatda bildirib ki, maliyyə problemləri və ev sahibi hökumətin (Hindistan) dəstəyinin olmaması, o cümlədən Hindistanda yaşayan əfqan diplomatlar üçün vizaların uzadılmaması səbəbindən bu səfirliyin Yeni Dehlidəki bütün fəaliyyəti 1 Oktyabr Bazar günündən etibarən dayandırılıb.

Bəzi yerli KİV-lər Əfqanıstanın Hindistandakı səfirliyinin bağlanmasını belə şərh edirlər ki, Hindistan bu səfirlikdəki əvvəlki Əfqanıstan hökumətinin agentlərinə dəstək verməyərək, Talibanla yaxınlaşmaq və Əfqanıstan səfirliyinin fəaliyyətini bu qrupun işçilərinə ötürmək niyyətindədir.

#Hindistan
#Əfqanıstan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26616
Paktika əyalətində Talibanın cəbhə komandiri öldürülüb

Naməlum silahlı şəxslər Əfqanıstanın Paktika vilayətində yerləşən Omne şəhərinin Sepina Keli (Ağ qala) kəndində cəbhə komandirlərindən biri və Talibanın Paktika vilayətinin Omne şəhərində təhlükəsizlik komandanlıq departamentlərindən birinin direktoru Moləvi Xalidi qətlə yetiriblər.

Hələlik heç bir qruplaşma Moləvi Xalidin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməyib, lakin bu hücum çox güman ki, İŞİD əməliyyatçıları və ya Əfqanıstan Milli və İslam Hərəkatı və ya Əfqanıstanın Anonim Qüvvələri kimi digər anti-Taliban qrupları tərəfindən həyata keçirilib.

#Əfqanıstan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26622
Taliban xarici işlər naziri: Amerikanın Əfqanıstanda bazası olmayacaq

Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Britaniyanın BBC telekanalına müsahibəsində deyib ki, bu qruplaşmanın liderləri Əfqanıstanda heç bir ölkənin hərbi baza yaratmasına razı deyillər. Müttəqi daha sonra deyib ki, əgər Taliban bu bazaların yaradılmasına razılıq versə, o zaman 20 illik müharibənin məqsədi nə idi?

Yerli mənbələrin məlumatına görə, Taliban Doha razılaşmasında ABŞ-a Əfqanıstanda 7 hərbi baza yaratmağa icazə verib. Moskva formatının son iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələyə toxunaraq Amerika və NATO-nun Əfqanıstana qayıtmasını qəbuledilməz hesab etmişdir.

#Əfqanıstan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26629
Əhməd Məsudun partizanları Əfqanıstanın cənubuna yollanıblar

Əhməd Məsudun rəhbərlik etdiyi Əfqanıstan Milli Müqavimət Cəbhəsinin alt qruplarından olan “Müqavimət Cəbhəsinin Partizanları” silahlı dəstəsi Əfqanıstanın cənub əyalətlərində Taliban hökumətinə qarşı silahlı kampaniyalar aparmaq məqsədi ilə mövcud olduğunu elan edib.

Bu dəstə ordunun xüsusi təyinatlıları və Əfqanıstanın keçmiş hökumətinin kəşfiyyat bölməsindən ibarətdir və keçmiş Əfqanıstan ordusunun xüsusi təyinatlılarının komandirlərindən biri olan Fəzl Rəbi Rəhmani adlı şəxsin tabeliyindədir. Bu qrup Əhməd Məsudun komandanlığı altında olduğunu və Helmənd, Qəndəhar, Zabul və Meydan Vərdək əyalətlərində fəaliyyət göstərdiyini açıqlayıb. Müqavimət Cəbhəsinin partizanları Əfqanıstanın cənub əyalətlərində fəaliyyət göstərən Əhməd Məsudun rəhbərlik etdiyi ilk silahlı qrupdur.

#Əfqanıstan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26650
Əhməd Məsudun sionist rejimdən kömək istəməsi; Milli Müqavimət Cəbhəsi təkzib etdi!

Sionist rejimin Maariv agnetliyi Əhməd Məsudun bu rejimdən kömək istədiyini iddia edib. Əfqanıstan Milli Müqavimət Cəbhəsi bu iddianı təkzib edib.

#Əfqanıstan
#İşğalçı_İsrail_Rejimi

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26665
Orta Asiyada baş verən son hadisələr, 5 Oktyabr 2023

Çin hökumətinin dəvəti ilə Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Trans-Himalay Forumunun üçüncü iclasında iştirak etmək üçün iqtisadi nümayəndə heyətinə başçılıq edib.

#Əfqanıstan
#Hindistan
#Tacikistan
#Pakistan
#Özbəkistan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26709
Spin Buldak-Çaman sərhəd keçid məntəqəsində Taliban-Pakistan sərhədində 14-cü toqquşma + FOTO

Spin Buldak-Çaman sərhəd keçid məntəqəsində Pakistanın əsir mübadiləsi proqramının dayandırılmasından sonra Taliban silahlıları Pakistan sərhədçiləri ilə 14-cü dəfə toqquşub.

#Xəritə
#Əfqanıstan
#Pakistan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26727
Kabil valisi: İran və Pakistan israilsevər və israilsifətdilər!

Talibanın Kabil şəhərinin qubernatoru Moləvi Məhəmməd Qasim Xalid “Yaxşılıqlara Dəvət Və Pisliklərdən Çəkindirmə” toplantısında çıxışı zamanı İran və Pakistan hökumətlərini absurd və təhqiramiz ifadələrlə “israilsevər və israilsifət” adlandırıb.

#Əfqanıstan
#Pakistan
#İran

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/27028
Bəğlan əyalətində şiə məscidinə terror hücumu + FOTO

Əfqanıstanın Bəğlan əyalətinin mərkəzi Pul-Xomri şəhərinin ikinci rayonunda İmam Zaman (ə) məscidində cümə namazı zamanı baş verən partlayış nəticəsində 20 dindar şəhid olub, 50 nəfər yaralanıb.

İŞİD terror qruplaşması bu cinayəti törədən kamikadze Seyfullah Əl-Müvəhhid adlı şəxsin bəyanatını və şəklini dərc etməklə Pul-Xomri şəhərində şiə məscidinə edilən terror aktının məsuliyyətini öz üzərinə götürüb.

#Əfqanıstan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/27210
Əfqanıstanın Anonim Sepahyan Cəbhəsi Xoqiani şəhərində Taliban qubernatorunun öldürülməsini öz üzərinə götürüb + FOTO

Əfqanıstanın Anonim Sepahyan Cəbhəsinin əməliyyatları nəticəsində Nanqarhar əyalətinin Xoqiani şəhərində Talibanın yeni təyin olunmuş qubernatoru Molla Məhəmməd Sənqar kimi tanınan Seyid Nur Sanqari öldürülüb.

#Əfqanıstan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/27858
Əhməd Məsud qüvvələrinin komandanı Nuristanda öldürülüb + FOTO

Əfqanıstanın Nuristan əyalətinin Doab şəhərində yerləşən Bajqal vadisində Əhməd Məsud qüvvələri ilə Taliban hökumətinin kəşfiyyat departamentinin silahlı qüvvələri arasında baş verən qarşıdurmadan sonra 6 taliban yaraqlısı və Nuristan əyalətinin Doab şəhərində Əhməd Məsud qüvvələrinin komandiri Mohibullah öldürüldü.

#Əfqanıstan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/27896
İran və Əfqanıstan Talibanının Kəşfiyyat orqanları sərhədlərində birgə əməliyyat keçiriblər + FOTO

Yerli mətbuatın verdiyi məlumata görə, İran İslam Respublikası Kəşfiyyat Nazirliyi və Taliban Kəşfiyyat Təşkilatı qüvvələrinin birgə əməliyyatı nəticəsində İsrailin Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatının (Mossad) 3 üzvü Əfqanıstanın İranla olan sərhəd bölgəsində həbs edilib.

#İran
#Əfqanıstan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/28054
İŞİD-in “Xorasan Vilayəti” qolunun son üç aydakı cinayətləri; Şiələr yenə qətliam edilir + FOTO

Son üç ayda İŞİD-in “Xorasan Vilayəti” qolu Əfqanıstanda və Pakistanın puştunların yaşadığı hissəsində bir neçə əməliyyat keçirib. Xəbərin davamında bu əməliyyatlar haqqında ətraflı məlumat verilir.

#Pakistan
#Əfqanıstan

DAHA ƏTRAFLI⤵️
https://az.iswnews.com/28463