Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi iki əməkdaşını edam edib

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkə hərbi qüvvələrinin iki əməkdaşının vətənə xəyanət və bəzi böyük hərbi cinayətlər törətməkdə ittiham olunaraq edam edildiyini açıqlayıb.

#Səudiyyə

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/25971
Terrorçuların Latakiyanın şimalına dron hücumu; Beş suriyalı əsgər şəhid oldu

Təhrir Əş-Şam terror qruplaşmasının Latakiyanın şimalında yerləşən Əbu Əli yüksəkliyində Suriya ordusunun mövqelərinə dron hücumu nəticəsində azı 5 suriyalı əsgər şəhid olub. Çox güman ki, bu hücuma cavab olaraq yaxın günlərdə Rusiya qırıcıları ilə birlikdə Suriya ordusunun döyüşçüləri də Təhrir Əş-Şamın mövqelərinə hücumlar təşkil edəcək.

#Suriya

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/25974
Hərbi Məlumat: Məcid Qısa Məsafəli Müdafiə Sistemi

Məcid müdafiə sistemi yüksək hərəkət qabiliyyətinə malik passiv aşağı hündürlükdə qısa mənzilli raketdən müdafiə sistemidir (radar yoxdur). Bu sistem dron, qanadlı raketlər, helikopterlər və s. kimi aşağı hündürlükdə olan hava hədəflərini vurmaq üçündür. Məcid sistemi ilk dəfə 18 aprel 2021-ci ildə keçirilən İran İslam Respublikasına aid hərbi təlimdə nümayiş etdirildi və rəsmi olaraq 2021-cildəki Vilayət Müdafiəçisi hərbi təlimində istifadə edildi.

#Hərbi_Məlumat
#İnfoqrafik

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/25977
İslam Dünyası Xəbərləri
Majid_air_defense_system_AZ_Məcid_Qısa_Məsafəli_Müdafiə_Sistemi.jpg
İngilis, rus, ivrit və fars dillərində Məcid Hava Hücumundan Müdafiə Sisteminin posterləri

#Hərbi_Məlumat
#İnfoqrafik

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/25977
Türkiyə dronları Mənbic şəhərinin ətrafına hücum edib

Türkiyə ordusunun Hələb vilayətinin Mənbic şəhərinin cənub ətrafında avtomobilə dron hücumu nəticəsində ən azı 3 YPJ əsgəri həlak olub, ikisi isə yaralanıb.

#Türkiyə
#Suriya

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26011
Əl-Qaidə Mali ordusunun hava limanlarına və mövqelərinə hücum edib + FOTO və VİDEO

Əl-Qaidənin Sahil bölgəsindəki qolu olan Camaat Ən-Nüsrə Əl-İslam və Əl-Muslimin bu bölgədə, xüsusilə Mali və Burkina Faso ölkələrində hücumlarını artırıb.

#Xəritə
#Mali

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26015
Bağdadda İŞİD ünsürləri saxlanılıb

İraq Milli Kəşfiyyat Xidməti Bağdadda təhlükəli terrorçu dəstənin aşkarlandığını və onun üzvlərinin həbs edildiyini açıqlayıb. İŞİD terror qruplaşmasının ünsürləri olan bu komandanın üzvləri Bağdadda İmam Hüseyn (ə) mukəblərinə, polis mərkəzlərində, nəzarət-buraxılış məntəqələrində və bazarlarda kamikadze əməliyyatları keçirmək niyyətində olublar.

#İraq

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26030
İranın xarici işlər naziri: Türkiyənin Suriyadan çıxması üçün plan təqdim etdik

İran İslam Respublikasının xarici işlər naziri “Əl-Vifaq” qəzeti ilə söhbətində İranın region və beynəlxalq aləmdəki xarici siyasəti ilə bağlı son hadisələri müzakirə edib.

#İran
#Suriya
#Türkiyə

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26032
Azərbaycan ordusunun çox itkili həftəsi; Əsgərin ölümü ilə bağlı müxtəlif rəvayətlər

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sentyabrın 15-i cümə günü axşam saatlarında Bakının Sabunçu rayonu Binə qəsəbəsində insanlar son bir həftədə ikinci dəfə daha bir əsgərin cəsədini dəfn ediblər.

#Azərbaycan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26036
İranın müdafiə naziri: İraqla terrorçuların çıxarılması ilə bağlı razılaşmanın müddəti uzadılmayacaq

İranın Müdafiə və Silahlı Qüvvələrinə dəstək naziri bəyan edib ki, Kürdüstan bölgəsindən terrorçuların tərksilah edilməsi və çıxarılması üçün İran-İraq razılaşması uzadılmayacaq.

#İran
#İraq

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26039
Kvettada antiterror polisinin komandiri öldürülüb

Bəlucistan Azadlıq Ordusu (BLA) terror qruplaşması Pakistanın Kvetta şəhərində antiterror polis qüvvələrinin komandiri Səid Məhəmmədi şəhərin Jil Road bölgəsində qətlə yetirib.

Bu qruplaşma, bu şəxsin qətlinə görə məsuliyyəti öz üzərinə götürərkən bir bəyanat yayaraq, onun müxtəlif cinayətlərdə, o cümlədən Bəluc vətəndaşlarının evlərinə hücumlar, zorla yoxa çıxmaları, Bəluc vətəndaşlarının və gənclərin öldürülməsi kimi cinayətlərdə əli olduğunu bildirib.

#Pakistan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26042
Bu gün; ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing RC-135 kəşfiyyat təyyarəsi Suriya və Livanın qərbində uçuş həyata keçirib.

Vəzifələr: görüntüləmə, casusluq və siqnalın yönləndirilməsi daxil olmaqla kəşfiyyat missiyalarının yerinə yetirilməsi.

#Suriya
#Livan

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
Əmirabdollahian: Biz ruslara müharibədə istifadə etmək üçün heç bir dron verməmişik

İranın xarici işlər naziri bir qəzetlə söhbətində Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya İran dronlarının göndərilməsini təkzib edib.

#İran
#Rusiya
#Ukrayna

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26047
Hərbi Məlumat: Şahin anti-dron sistemi

Şahin anti-dron sistemi müdafiə qurğularının son mərhələsində yerləşən kiçik dronları və aşağı sürətli hədəfləri məhv etmək məqsədi daşıyan sistemdir. Bu sistem mühüm obyektlərin mühafizəsi, sərhəd təhlükəsizliyi və hava hücumundan müdafiə üçün Türkiyənin Aslesan şirkəti tərəfindən layihələndirilib və inşa edilib.

#Hərbi_Məlumat

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26054
HƏDKA İraqın qərbindəki qərargahını boşaltdı

İraqın Kürdüstan bölgəsindəki məlumatlı mənbə iddia edib ki, İran Kürdüstan Demokratik Partiyası (HƏDKA) Kuisanjaqdakı qərargahını boşaldıb.

#İran
#İraq

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26067
Türkiyə hərbi konvoyu İdlibə daxil olub

Sentyabrın 17-də Türkiyə ordusuna məxsus 15 maşın, o cümlədən logistika ləvazimatları daşıyan hərbi karvan Kəfər Lusin keçidi vasitəsilə Suriyanın İdlib vilayətinə daxil olub, daha sonra İdlibin cənub ətrafında yerləşən Cəbəl Əz-Zaviyə bölgəsində məskunlaşıb.

#Türkiyə
#Suriya

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/26070