🔺Sionist rejimin Qəzzanı bombalamasının ilk görüntüsü

🔺Sionist mənbələr Həmas qərargahlarından birinin 5 raketlə hədəf alındığını bildirirlər.

<İslam Dünyası Xəbərləri>
https://t.iss.one/iswnews_az
Qəzza zolağında yeni bir partlayış səsi eşidildi.

Qəzza zolağının Tafah bölgəsində də partlayış səsi eşidildi. Medianın verdiyi məlumata görə, partlayışa pilotsuz təyyarədən atılan raket səbəb olub və bölgəyə qırıcıdan üç raket atılıb.
İbrani mənbələr İsrailin Qəzzanın cənubundakı Deyr əl-Belci bölgəsinə artilleriya və hava zərbələri endirdiyini bildirir.

<İslam Dünyası Xəbərləri>
📲https://t.iss.one/iswnews_az
Bu gecə indiyə qədər İsrail qırıcıları, artilleriyaları və PUA-larının hədəf aldığı ərazilər:

Deyr əl-Balah (Qəzzanın mərkəzi)
Deyr əl-Bəlci (Qəzzanın cənubu)
Əl-Bəric (Qəzzanın mərkəzi)
Əl-Fəttah (Qəzzanın şimalı)

<İslam Dünyası Xəbərləri>
📲https://t.iss.one/iswnews_az
#Təcili #Qəzza

Qəzzanın şərqindəki Əl-Durra Uşaq Xəstəxanası hədəf alındı. İçərilərində uşaqlar da olmaqla çox sayda ölən və yaralıların olduğu bildirilir.

<İslam Dünyası Xəbərləri>
📲https://t.iss.one/iswnews_az
#Əlavə | Fələstinli mənbələr, bu axşamki hücum nəticəsində Əl-Tafah bölgəsindəki Qəzza Sosial İnkişaf Nazirliyinə aid əlillərin reabilitasiya mərkəzinə ciddi ziyan dəydiyini bildirdi.

<İslam Dünyası Xəbərləri>
📲 https://t.iss.one/iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎥 #Qəzza
Sivil ərazilərin hədəfə alındığını isbat edən aydın görüntülər

Bu gecəki hücum, Sionist rejimin Qəzzaya son bir ildəki ən böyük hücumlarından biri idi.

<İslam Dünyası Xəbərləri>
📲 https://t.iss.one/iswnews_az
🇵🇸 #Fələstin #Qəzza

Həmas sözçüsü Hazem Qasim:

İşğalçı İsrail ordusunun Qəzza zolağına qarşı vəhşi təcavüzü, mülki əhalini dəhşətə gətirən döyüş təyyarələrinin bombardmanı və raketlər, uşaq xəstəxanasını və xüsusi ehtiyacı olan insanlar üçün reabilitasiya mərkəzini hədəf aldı.

Bu cinayət xalqımızın iradəsini qırmayacaq, əksinə qanuni hüquqlarımıza riayət etmək və onlar üçün mübarizə aparmaq israrımızı artıracaqdır.

"İslam dünyası xəbərləri"
📲https://t.iss.one/iswnews_az
🇮🇷 #İran

Hələ də Pay2key iranlı hakerlər qrupunun qarşısı alına bilinməyib.

İranlı hakerlər Sionist rejimin bir kiber təhlükəsizlik şirkətinin sistemlərinə hücum edirlər.

İran haker qrupu İsrailin müdafiə sistemlərindəki zəifliklərin aşkarlanması üçün, İsrail müdafiə şirkətlərinə xidmət edən bir kiber təhlükəsizlik şəbəkəsinə hücum etdi.
İsrail mediasının yazdığına görə, hücumu 24 dekabr Cümə axşamı səhəri, Pay2Key adlı qrup həyata keçirdi. Hakerlər bu kiber əməliyyatla Porentax adlı İsrail şirkətinin sistemlərinə sızmağa müvəffəq oldular.

Mənbə: Euronews

"İslam dünyası xəbərləri"
📲https://t.iss.one/iswnews_az
🔴 #Əfqanıstan

Kabildə ardıcıl partlayışlar

Kabilin müxtəlif yerlərində üç saatdan az müddətdə baş verən dörd partlayış nəticəsində, iki təhlükəsizlik qüvvəsi öldü və altı nəfər yaralandı.

"İslam dünyası xəbərləri"
📲https://t.iss.one/iswnews_az
🔴 #Yəmənin blokadası davam edir...

Yəmən Xarici İşlər Naziri:

Təcavüzkarlar yanacaq tankerlərinin Əl-Hudeydə limanına girməsinə icazə vermirlər.

Yəmən Xarici İşlər Naziri, BMT-nin Yəmən və beynəlxalq ictimaiyyət üzrə xüsusi nümayəndəsi Griffiti, neft tankerlərinin Əl-Hudeydə limanına girməsi üçün əllərindən gələni etməyə çağırdı.

"İslam dünyası xəbərləri"
📲https://t.iss.one/iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 🇺🇸 #Amerika

Amerikanın həmişə başqa ölkələrdə insanları öldürmək üçün pulu var, amma ...

Görkəmli Amerika jurnalisti Mehdi Hassan: Amerikanın həmişə başqa ölkələrdə insanları öldürmək üçün pulu var, ancaq öz xalqını xilas etmək üçün pulu yoxdur!

Keçmiş ABŞ İş Katibi Robert Reich:
Hökumət bir illik hərbi büdcəyə 740 milyard dollar ayırdığı zaman, insanlar yaxın 3-4 ayda 600 dollarla necə sağ qala bilər?

"İslam dünyası xəbərləri"
📲https://t.iss.one/iswnews_az
🔴 🇸🇾 #Suriya

Əl-Raqqaya hərbi texnika və Suriya ordusu qüvvələrinin gəlişi

Əl-Raqqa daxilində bəzi mənbələr, "Beşinci Briqada"-nın onlarla üzvündən ibarət olan Suriya ordusu və hərbi avadanlığının, Rusiyanın dəstəyi ilə Şərqi Hilli ətraf bölgələrinə göndərildiyini bildirdi.

Mənbələr əməliyyatın məqsədinin Rusiyanın logistik dəstəyi ilə, Safyan və Əl-Rasafa bölgələri ətrafındakı minaları təmizləmək olduğunu əlavə etdi.

"İslam dünyası xəbərləri"
📲https://t.iss.one/iswnews_az
#Təcili

Əl-Məyadin xəbər verir ki, Livan-Fələstin sərhədindəki Əl-Ədisa şəhərinin işğal olunmuş hissəsində, İsrail ordusuna aid patrul avtomobili partladılıb.

Məlumata görə, partlayış Sionist qüvvələr arasında itki ilə nəticələnib.

"İslam Dünyası Xəbərləri"
📲 https://t.iss.one/iswnews_az
"İslam dünyası xəbərləri" məlumat verir ki, "Əsaibu əhlil həqq" müqavimət qrupunun, İraqın baş nazirinə verdiyi möhlətdən sonra, nazirliklə müqavimət qrupu arasında danışıqlar baş tutub. Bu gün artıq bəzi rəsmilərin vasitəçiliyi ilə, Qasim Əl-Əərəci Həşdü Şəbiyə təhvil verildi.

"İslam Dünyası Xəbərləri"
📲 https://t.iss.one/iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇶 #İraq
İraqın Ziqar şəhərində şəhid Qasim Süleymani və Şəhid Əbu Məhdi Əl-Mühəndisin şəhadətinin il dönümü münasibətilə anım mərasimi təşkil olunub.

<İslam Dünyası Xəbərləri>
📲https://t.iss.one/iswnews_az
🇵🇸 #Fələstin 26 dekabr

1. Sionist rejimə aid olan "Məkan" adlı sayt belə yazır: Misirli nümayəndə heyəti, Qəzzədə yerləşən Misir səfirliyindəki hər şeyi boşaldıb bir gecədə, bir neçə yük maşını ilə Qahirəyə göndərdi. Altı nəfərlik nümayəndə heyəti çərşənbə günü axşam Rəfah sərhəd keçid məntəqəsindən Qəzza zolağına daxil olmuşdur.

2. Həmas, Fələstin müqavimətinin işğal altındakı Əsqəlan bölgələrinə raket hücumu başlatmasından sonra, qüvvələrinə sərhəd boyu gözətçi qüllələrini boşaltma əmri verib.

3. İsrailin Qəzzəyə etdiyi hava hücumları nəticəsində Deyr əl-Bələhın şərqindəki məscid, xəstəxana, məktəb, gözətçi qülləsi və müqavimət bazası bombalanıb.

4. Həmas hərəkatı vurğuladı: Müqavimət orduları heç vaxt bu davam edən mühasirəyə və düşmən hücumlarına susmayacaq. Hərəkatın sözçüsü dünən axşam İsrailin Qəzzə zolağına hücumuna toxunaraq dedi: "Sionist rejim Qəzzə infrastrukturuna zərbə vurmaq üçün belə bir genişmiqyaslı hücum planlaşdırmışdı və bu çətin pandemiya dövründə olan insanları getdikcə daha pis vəziyyətə salmaq üçün bir zərbə idi."

5. Ötən gecə 1306 fələstinli koronaya yoluxub və 21 nəfər ölüb.

6. Fələstin Müqavimət Komitələrinin sözçüsü, bu həftə Qəzzə zolağındakı müqavimət qruplarının ortaq şəkildə keçirəcəyi bir hərbi manevrdə Sionist rejiminə yeni sürprizlərlərin hazırlanmasını bildirdi. Bu manevr müqavimət qrupları arasındakı əməkdaşlığın və ortaq fəaliyyətlərin gücləndirilməsi və müharibə hazırlıqlarını davamlı olaraq yaxşılaşdırmaq səyləri çərçivəsində həyata keçiriləcək.

7. İsrail ordusunun sözçüsü Avixay Adraii, bu gün səhər Fələstin ilə Livan arasındakı sərhəddə baş verən partlayışa cavab olaraq, eşidilən partlayışların bu ordunun gündəlik əməliyyatlarının nəticəsi olduğunu söylədi.

8. Qəzzə zolağındakı Fələstin Müqavimətinin Birgə Əməliyyatlar Otağı "Gücümüz birliyimizdədir" yazısı yazılmış fotonu paylaşdı.

"İslam Dünyası Xəbərləri"
📲 https://t.iss.one/iswnews_az
🇮🇶#İraq #Təcili

İraqdkı Amerika işğalçılarının karvanına hücum

Babil vilayətində ABŞ hərbçilərinə məxsus bir logestik karvanı hədəf alındı.

Yeni qurulan müqavimət qrupu Qasim əl-Cəbbarin hücuma görə məsuliyyəti öz üzərinə götürdü.

"İslam Dünyası Xəbərləri"
📲 https://t.iss.one/iswnews_az
🇮🇶 #İraq #İddia

Əsaib Əhl ul-Həqq qrupunun lideri Qeys Xəzəlinin hazırda İranda olduğu iddia edilir.


"İslam Dünyası Xəbərləri"
📲 https://t.iss.one/iswnews_az