بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hizbullah pilotsuzu İsrail səmalarında - Sionist rejimin "təhlükəsizlik" mifi yenidən sındı

Livanın Əl-Əxbar qəzeti, Hizbullaha aid PUA-ın işğal edilmiş Fələstin ərazilərində kəşfiyyat apardığını xəbər verir.
Ardı 👇

t.iss.one/iswnews_az
⬆️⬆️⬆️
Oktyabrın 25-i sionist rejim ordusu 5 günlük müddətdə, "Ölümcül ox" adını verdiyi hərbi təlimlərə start verdi. Təlimlərin əsas məqsədi gələcəkdə İsrailin şimal hissəsində döyüşlər zamanı təhlükəsizliyi təmin etmək idi. Komandanlıq təlimin 2-ci günü, ölkənin hava sahəsində maksimum təhlükəsizliyi təmin edərək, hər növ pilotsuzların girişinə maneə yaratmaq göstərişi vermişdi. Çünki həmin gün təlimdə əsas missiya havanı hər hansı təhlükədən qorumaq tapşırığı idi. Hizbullah bu barədə kəşfiyyat məlumatlarını ələ keçirir və həmin gün öz pilotsuzunu sınaqdan keçirmək qərarına gəlir. Təlimin 2-ci günü Hizbullah pilotsuzu sionist rejimin işğal etdiyi Fələstin ərazisində, Əl-Cəlil məntəqəsinin hava sahəsinə daxil olur. Təlim gedən ərazidə əməliyyat tapşırığını yerinə yetirən PUA, kəşfiyyat məlumatlarını toplayaraq təhlükəsiz şəkildə hərbi bazaya geri dönür. İsrailin hava hücumundan müdafiə sahəsi hazırlığın pik vəziyyətində olduğu halda, Hizbullah PUA-ı asanlıqla kəşfiyyat işləri aparır. "Əl-Mənar" televiziya kanalının "Əsrarut təhriri sani" proqramında, PUA-ın qondarma İsrail rejiminin hava sahəsində apardığı çəkiliş kadrları ictimaiyyətə nümayiş edildi. Hal hazırda yuxarıda sizə həmin kadrları təqdim edirik.

#Hizbullah
#israil

İslam Dünyası Xəbərləri
:https://t.iss.one/iswnews_az
Dünən işğalçı israil rejimi tərəfindən şəhid edilən 14 yaşlı Fələstinli Əli əbu Ulya, bu gün dəfn edilib.
#uşaq_qatili
#israil

İslam Dünyası Xəbərləri
https://t.iss.one/iswnews_az
🇾🇪 #Yəmən xəbərləri
05/12/2020

1. Mərib

- Səudiyyə koalisiyasına aid digər bir hərbi karvan əl-Vadiyə sərhədinə doğru arxaya çəkildilər.
- Səudiyyə koalisiyasının qırıcıları 5 dəfə Mədğəl və Məczər, 1 dəfə isə əl-Əbdiyyə məntəqəsini bombardman edib.
- Rəğvan bölgəsində heç bir dəyişiklik yoxdur, sadəcə pərakəndə qarşıdurmalar yaşanır.

2. Əl-Covf

Səudiyyə qırıcıları əl-Əşqə məntəqəsində yerləşən Həzm və əş-Şəfdə yerləşən əl-Xəncər bazasını 4 dəfə bombardman edib.

3. Səna
Səudiyyə koalisiyası Səna hava limanını bombardman edib

4. Sədə
Səudiyyə koailisiyası Sədədə əl-Hazir bazasını 3 dəfə, Baqim məntəqəsini isə 4 dəfə bombardman edib.

5. Əl-Hudeydə

- Son 24 saat ərzində Səudiyyə koalisiyası bu məntəqədə 78 dəfə atəşkəsi pozub.

- Ənsarullah pilotsuz təyyarələri Səudiyyə Ərəbistanının cənub hissəsinə hücum edib və Səudiyyəyə tabe olan bəzi medialar isə bu PUA-lardan birinin vurulduğunu iddia edir.

<İslam Dünyası Xəbərləri>
https://t.iss.one/iswnews_az
🇾🇪 #Yəmən
05/12/2020

Ənsarullahın Səudiyyəyə aid Tədavin bazasına raket hücumu

"İslam Dünyası Xəbərləri" agentliyinin verdiyi xəbərə görə, Ənsarullah dünən axşam Tədavin bazasına raket zərbələri endirib.
Məribin şimalında yerləşən Tədavin bazası son günlərdə artıq neçənci dəfədir ki, raket atəşinə tutulur. Tədavinə hücum zamanı Səudiyyə koalisiyası ciddi zərər görüb. Bu hücumların sadəcə birində 7 Səudiyyəli zabit ölmüşdür.

< İslam Dünyası Xəbərləri >
https://t.iss.one/iswnews_az
İslam Dünyası Xəbərləri
Photo
🇦🇫 #Əfqanıstan xəbərləri

04/12/2020

1. Ərzqan
Əfqanıstan ordusu Talibanın Dəhravud rayonuna etdiyi hücumun qarşısını alıb və bu rayonun Talibanın nəzarətində olan hissəsini azad edib. Əfqanıstan ordusunu hava qüvvələri Dəhravud rayonu ətrafında olan Talibana məxsus hədəfləri bombardman edib. Hücum zamanı 19 talibançı öldürülüb, 11 nəfər isə yaralanıb. (Yuxarıdakı şəkil)

2. Qəndəhar
Əfqanıstan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Əfqanıstan ordusu və Taliban arasında Pəncvayi rayonunda baş verən qarşıdurmada 27 talibançı öldürülüb və 8 nəfər yaralanıb.
Ərğəstan rayonunda yerləşən hərbi bazanın yaxınlığında maşın partladılıb və nəticə 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

3. Həlmənd
Amerika qırıcıları Talibanın Həlmənd məntəqəsində olan hədəflərini bombardman edib və Taliban bu hücumun sülh razılaşmasının ziddinə olduğunu bildirib.

4. Nənqərhar
İŞİD-in Nənqərhar vilayəti üçün vali təyin etdiyi Hidayətullah adlı şəxs, Əfqanıstanın təhlükəsizlik orqanının keçirdiyi əməliyyat nəticəsində Çəprəhar rayonunda öldürülüb, 2 silahdaşı isə həbs edilib.

5. 🇵🇰 #Pakistan
Ravləpəndi terminalına gedən yolda bomba quraşdırılmış maşın partladılıb. Partlayış nəticəsində 1 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

6. 🇧🇪 #Belçika

Belçika gələn ilə qədər ordusunu Əfqanıstandan çıxaracağını xəbər verir. Hazırda Əfqanıstan ərazisində 79 Belçika hərbiçisi mövcuddur.

< İslam Dünyası Xəbərləri >

📲 https://t.iss.one/iswnews_az
İmam Xameneinin (r) səhhətilə bağlı yayılan şayiələrə dair HƏQİQƏT 👇
İmam Xameneinin (r) səhhətilə bağlı yayılan şayiələrə dair HƏQİQƏT

#paylaş

Amerikanın həftəlik Newsweek dərgisi dünən bir ərəb hesabından İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin (r) fiziki vəziyyətinin yaxşı olmadığına, buna görə də hakimiyyətdən imtina etdiyini saxta məlumat yayıb.

Giperssilka İran KİV-ə istinadən xəbər verir ki, bu xəbərin yalan olduğunu bilən Newsweek bir Twitter hesabından sitat gətirərək bir neçə saat sonra öz Twitter hesabında bu iddiasını təsdiq edə bilməyəcəyini yazıb. “Newsweek”in sitat gətirdiyi saxta xəbərləri dərc etdiyi səhifə Londonda yaşayan və İranda separatizmin tərəfdarı olan şəxsə məxsusdur. Bəzi mənbələr onun Səudiyyə Ərəbistanındakı Ali-Səudla əlaqəsi olduğunu söyləyir. Buna görə bütün məsələ bir Səudiyyə proyekti kimi görünür və bu səbəbdən Newsweek, yəqin ki, bu şayiənin arxasında Səudiyyə dollarlarını görməməzlikdən gəlmək istəməyib və bir Twitter hesabına istinad edərək bu məlumatın doğruluğundan məsul olmadığını söyləmək istəyib. 

Belə bir halda elə dünən İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei cənab Höccətül-İslam vəl-Müslimin Hacı Yusif Əli Şükrini “Şəhidlər və Qazilər İşləri Vəqfi”ndə Ali Liderin nümayəndəsi təyin edib.

Giperssilka bildirir ki, məsələ ilə bağlı bir qədər İmam Xameneinin (r) ofisinin kiberməkan üzrə idarəsinin üzvü Mehdi Fəzaili açıqlama yayıb:
 pic.twitter.com/0ZxHIzNRYA

(@m_fazaeli) December 7, 2020
 

“Düşmənlərin gözlərin kor olmasın, Allahın lütfü və fədailərin mehriban duaları ilə Həzrət Ağa sağ-salamat fəaliyyətdədir və gündəlik planlanan cədvələ uyğun şəkildə işlərini həyata keçirir”, -

deyə M.Fəzaili açıqlamasında bildirir.                                            

Eyni zamanda dünən jurnalist və “Təsnim” xəbər agentliyinin redaksiya heyətinin üzvü Kian Abdullahi “Twitter”dəki bu şayiəyə cavab olaraq yazıb:

 

For @Newsweek ,having to cite unsubstantiated claims made by an unreliable twitter account to spread hoax news,means being left with little options to express its malevolent intentions,and disregarding all professional principles to present tendentious trash posing as journalism. pic.twitter.com/nL8nuuho7A

— Kian Abdollahi (@biman64) December 6, 2020

 

“Qərbin Ayətullah Xameneiyə (r) davamlı məğlubiyyəti və İranı istismar dövrünə qaytara bilməmələri onların psixologiyasını getdikcə korlayır. Neçənci dərəcəli bir hesabın (tvitter, - red.) yalanlarla dolu xəbərinə əsaslanan Newsweek kimi medianın melanxoliyası bu sıxıntının yeni əlamətlərindən biridir".

Qeyd edək ki, bu dezinformasiya Ali Məqamlı Rəhbərin səhhətilə bağlı Qərb KİV-lərinin son yalanıdır. Təəssüf ki, bir sıra Rusiya mənbələri və teleqram kanalları da bu tip məlumatları araşdırmadan tirajlayıblar.                     
Giperssilka

<İslam Dünyası Xəbərləri >

📲 https://t.iss.one/iswnews_az
Ərdəbil məscidlərində Qarabağ şəhidləri anıldı

👇
Ərdəbil məscidlərində Qarabağ şəhidləri anıldı

Ərdəbil məscidlərində Qarabağ şəhidləri anıldı - FOTO
5 dekabrda günortadan sonra Ərdəbilin Qüds məscidində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanlar üçün anım mərasimi keçirildi.

Giperssilka QH-nə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının qələbəsi və 27 il Ermənistanın işğalında qalmış Qarabağın azad edilməsinin ardınca İranın azərilər yaşayan bölgələrinin sakinləri öz azərbaycanlı qardaşları kimi sevinc və şadlığa qərq oldular.

Qarabağın işğaldan azad edilməsində hüseynçilik və şəhadəttələblik əhval-ruhiyyəsinin rolunu görməmək olmadığı kimi bu günlər İranın və Azərbaycan Respublikasının məscidlərində Qarabağ şəhidlərinə anım mərasimlərinin keçirilməsinin şahidiyik.

Ərdəbilin Əhli-beyt (ə) sevər və şəhid yetişdirən əhalisi dünən günortadan sonra səhiyyə protokollarına və ictimai məsafəyə riayət etməklə, Qarabağ şəhidlərinə anım mərasimi keçirdilər və İslam şəhidlərinin məqamını uca tutdular.

Mərasimdə höccətül-islam Əzizpur xütbə oxuyaraq Aşura məktəbinin xüsusiyyətləri və Azərbaycan Respublikasının son qələbələrində şəhadəttələblik əhval-ruhiyyəsinin rolundan danışdı.

Xətib, Ali Məqamlı Rəhbərin “Qarabağ İslam torpağıdır” məşhur cümləsinə işarə edərək deyib: “İran İslam Respublikası həmişə işğalçılıq və təcavüzə qarşı olmuşdur. Qarabağ ərazilərinin azad olunması uğrunda gedən son döyüşlərdə biz müsəlman Azərbaycan xalqının yanında dayandıq və onlara dəstəyimizi bildirməklə öz dini vəzifəmizə əməl etdik.”

Sonda mərasim iştirakçıları şəhidlərin ruhuna Quran oxuyub və dualar etdilər, İslam şəhidlərinin yolunun davam edəcəyinə təkid etdilər.
Daha bir məclis Ərdəbil əyalətinin Fatimə-Zəhra (ə) Qərargahının təşəbbüsü ilə şəhərin Məhdiyyəsində şənbə günü keçirlib.
Mərasimdə höccətül-islam vəl-müslimin Nasiri Qarabağ müharibəsində şəhid olan Azərbaycan əsgərlərinin xatirəsini uca tutub, onların şəhadəti münasibətilə Azərbaycan xalqına başsağlığı verib və bu ölkənin torpaqlarının əsas hissəsinin 27 il Ermənistanın işğalda qalmasından sonra azad edilməsi münasibətilə təbrik edib.

Höccətül-islam Nasiri Azərbaycan xalqının dindarlıq və Əhli-beytə (ə) məhəbbətindən söz açaraq deyib: “İran İslam Respublikası birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasına hərtərəfli dəstək verdi, hərbi sahədə də bu ölkə hökumətinin və xalqının yanında oldu.”

Xətib son müharibədə Vəliyyi-fəqihin azərilər yaşayan şimal-qərb əyalətləri üzrə təmsilçilərinin və ölkə başçılarının Azərbaycana dəstəyini çox mühüm olduğunu vurğulayıb və bildirib ki, Ali Məqamlı Rəhbər “Qarabağ İslam torpağıdır” buyurduğu kimi biz həmişə və hər bir halda Azərbaycan xalqının yanında olacağıq.

Mərasimin sonunda iştirakçılar Qarabağ şəhidlərinin ruhuna Fatihə oxuyublar və dualar ediblər.

< İslam Dünyası Xəbərləri >
📲 https://t.iss.one/iswnews_az
Şiə alimi Səudiyyənin təhlükəsizlik orqanları tərəfindən oğurlandı

Ərəbistanın təhlükəsizlik orqanı, Əl-Əhza məntəqəsində Seyyid Haşim əl-Şəxsin evinə hücum edərək axtarış aparıb və sonradan sözü gedən şəxsi naməlum istiqamətə aparıblar.

Hadisə barədə Səudiyyə rejiminin müxalifləri, twitter hesablarında məlumat yayıblar.

< İslam Dünyası Xəbərləri >
📲 https://t.iss.one/iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Səudiyyə rejimi tərəfindən Qətif şəhərində şiələrin məscidi söküldü

Bugün sübh tezdən Səudiyyə rejiminin məmurları Qətifin Əz-Zarə məntəqəsini mühasirəyə aldı və bundan sonra İmam Hüseyn adına məscidi sökməyə başladılar.

Bu həmin məsciddir ki, Şeyx Nimr bu məsciddə çıxış edər və camaat namazı qılardı.

<İslam Dünyası Xəbərləri>
📲 https://t.iss.one/iswnews_az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Səudiyyədə disko kluba etiraza görə həbs və cərimə

Səudiyyə Ərəbistanı rejimi, mənzilinin yaxınlığında disco klub açıldığına görə etiraz videosu yayan Hizam Əl-Əhməriyə 4 il həbs və ağır cərimələr tətbiq edib. Sözü gedən video ictimaiyyətdə səs küyə səbəb olmuşdu. Hizamul Əhməri videoda bildirir: "budurmu ibn Salmanın şəriəti? Mən öz qızlarımı necə böyüdüm və necə tərbiyə edim?"

<İslam Dünyası Xəbərləri>
📲 https://t.iss.one/iswnews_az