🇺🇸Bayden dövlətinin birinci istefası; Ağ Evin mətbuat katibi istefa verib.

P.S: Mübarəkdir.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1285
🇮🇹🇮🇶İraqın Vatikandakı Səfiri: Papa Francis bu ilin mart ayının 5-8 - i İslam dünyasının böyük alimi Ayətullah Uzma Seyyid Sistani ilə görüşəcək.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1286
🇵🇸🇩🇿 Fələstinin Həmas və İslami Cihad Hərəkatları Əl-Cəzairli siyasi heyətin Aralıq Dənizi Danışıqları iclasından imtinasını müsbət dəyərləndiriblər.
Qeyd edək ki, həmin danışıqlarda Sionist Rejimə aid heyət də iştirak etmişdir.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1287
🇺🇸🇮🇷 İrana casusluqda ittiham edilən amerikalı kəşfiyyat zabiti

ABŞ Ədliyyə Nazirliyi, ABŞ Hərbi Hava Qüvvələrinin əks-kəşfiyyat zabiti olan Monica Witt-in İrana Pentaqonun casusluq şəbəkəsi haqqında geniş məlumat verdiyini açıqlayıb.
Məlumata görə, dörd nəfər iranlı kiber təhlükəsizlik əməliyyatlarında İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıqda günahlandırılıb və FBI tərəfindən təqib edilirlər.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1288
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇦🇮🇷Sami Əl-Murşid, Səudi 24 kanalının anti-İran siyasi tədqiqatçısı:
İranın nüvə danışıqları 15 ildir davam edir və bu müddətdə İran dəstəklədiyi qüvvələrini ərəb torpaqlarında genişləndirib; Zənnimcə, nüvə bombası İranın bölgədəki nüfuzunun genişlənməsidir və bu Tehranın qələbəsi deməkdir.


P.S: Düşmən Özü etiraf edir.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1290
🇮🇷İran Milli Ordusu quru qüvvələri Qəsr Şirin adlı məntəqədə Nəzaca Sürətli Reaksiya adlı hərbi manevr keçirib.

İranın qərbindəki Milli Ordunun Əməliyyat Komandiri Fərhad Arianfər, manevr barədə belə deyib:

Hazırlığın səviyyəsini yüksəltmək, döyüş qabiliyyətini artırmaq və İran İslam Respublikasının sərhədlərini qorumaq manevrin əsas məqsədlərindəndir.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1291
🇧🇭Ayətullah Uzma Şeyx İsa Qasim Bəhreyn Hərəkatının Rəhbəri Bəhreyn Xalq Hərəkatının (14-fevral-2011) 10-cu ildonümündə çıxış edərkən belə buyurub: "Bəhreyndə ki, xalq hərəkatı vəziyyət düzələnə qədər davam edəcək."
O həmçinin Ali-Xəlifə rejiminin sionist rejimlə münasibətlərini normallaşdırmasını tənqid edib.


"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1292
🇮🇷 Məşhur İranlı ziyalı və siyasi ekspert P.r Əliəkbər Raifupurun, İngiltərənin Azərbaycandakı səfiri Ceyms Şarpın Xudafərin körpüsünün yanından İrana istehza xarakterli salamı mövzusunda tviti:

"İranla sərhədin sıfır nöqtəsi olan Xudafətin körpüsündən İngiltərənin Azərbaycan Respublikasındakı Səlahiyyətli Səfiri Ceyms Şarpın mənalı tviti!
Əlbətdə ki, Azərbaycan Respublikasında hazırkı vəziyyət "qoca tülkü"nün düşündüyü kimi getməyəcək və heç zaman qeyrətli azərbaycanlılar əcdadlarının torpağında sionistlərin hökmranlıq etməsinə dözməyəcəklər."

# حسینیون
#Hüseyniyyun

"İslam Dünyası Xəbərləri"

https://t.iss.one/iswnews_az/1295?single
🇸🇾 #Suriya
İsrail qırıcıları Suriya ordusunun Dəməşqdəki mövqelərinə hücum etdi.
İsrail qırıcı təyyarələri bu gün səhər işğal altındakı Golan Təpələrinin yüksəkliyindən Dəməşqin qərbindəki mövqeləri hədəf aldı.

Suriya ordusundan verilən açıqlamaya görə, hücum yerli vaxtla 1: 18-də baş verdi və ordunum hava müdafiəsi sionist rejimin atdığı raketlərin çoxunu məhv etdiyini bildirib.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1296
#Yemen
Səudiyyə Ərəbistanına bağlı medialar Səudiyyə Ərəbistanının cənub sərhədində Ənsarullaha aid bir pilotsuz təyyarəsinin vurulduğunu iddia etdi.

''İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1297
🇾🇪🇸🇦🇦🇪Yəmən ordusu Səudiyyə və BƏƏ vətəndaşlarına xəbərdarlıq etdi:

Yəmən silahlı qüvvələri, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki vətəndaşlar və mülki şəxslər hava limanlarına və hərbi bazalara yaxınlaşmamaq barədə xəbərdarlıq etdilər.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1298
🇮🇶 🇹🇷 #İraq #Türkiyə
Şimali İraqda Türkiyənin "Qartal Pəncəsi 2" hərbi əməliyyatı sona çatdı
İslam Dünyası Xəbərləri
🇮🇶 🇹🇷 #İraq #Türkiyə Şimali İraqda Türkiyənin "Qartal Pəncəsi 2" hərbi əməliyyatı sona çatdı
# İraq # Türkiyə
Şimali İraqda Türk "Qartal Pəncəsi 2" hərbi əməliyyatının sona çatdı

Türkiyə Müdafiə Nazirliyi, Şimali İraqın Kürdlərin nəzarətində olan bölgələrindəki Gare Dağlarında "Qartal Pəncəsi 2" hərbi əməliyyatının bitdiyini açıqladı.

Türkiyə Müdafiə Naziri Hulusi Akar, Türkiyənin Şırnak vilayətindəki "Qartal Pəncəsi 2" əməliyyat otağını ziyarət etdikdən sonra qərargah rəisi və bir sıra türk komandirlərinin müşayiəti ilə bu bazar günü səhər əməliyyatın bitdiyini elan etdi.
Akar, əməliyyatda ölən və yaralanan əsgər sayını 4, PKK terrorçu sayını isə 40 nəfər olduğunu dedi.

Akar ayrıca Gare dağındakı bir mağarada 13 Türk mülki cəsədinin tapıldığını söylədi.

Keçən çərşənbə günü (10 fevral) Türkiyə öz qüvvələrini İraqın şimalında yerləşən Dohuk əyalətindəki Gare Dağlarına köçürdü və Müdafiə Nazirliyi PKK qrupuna qarşı "Qartal Pençesi 2" adlı bir əməliyyata başladı. Bu əməliyyatda PKK-ya bağlı 50 mərkəzin olduğu Silah anbarlarını və idarəetmə mərkəzlərini hədəf aldı.

PKK isə əməliyyatda 30-dan çox türk əsgərinin öldürüldüyünü də bildirərək, bir sıra türk əsgərlərinin Gare dağlarındakı Siani bölgəsində mühasirədə olduğunu və bunları qurtarmaq üçün Türkiyənin səylərinin bu günə qədər nəticəsiz qaldığını bildirmişdi.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1300
İslam Dünyası Xəbərləri
#Yemen Səudiyyə Ərəbistanına bağlı medialar Səudiyyə Ərəbistanının cənub sərhədində Ənsarullaha aid bir pilotsuz təyyarəsinin vurulduğunu iddia etdi. ''İslam Dünyası Xəbərləri" https://t.iss.one/iswnews_az/1297
Əlavə: Silahlı Qüvvələrin sözçüsü general Yahya Səri, etdiyi açıqlamada, iki ədəd Qasif 2k və Səmad 3 Ənsarullah pilotsuz təyyarələrinin Ciddə və Abha hava limanlarında Səudiyyə koalisiyası mövqelərinə hücum etdiklərini açıqladı.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1301
🇮🇶 #İraq
İraqın Yusifiyyə bölgəsində Amerikanın hərbi logistik karvanına hücum olub.
Hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1302
🇾🇪 #Yəmən #Təcili

Ənsarullahın Marib səddinin ətrafında irəliləyir

Mərib əyalətindəki Ənsarullah əməliyyatı davam edir. Artıq Əz-Zur, Əl-Həməcra və Cəbəl Hamar bölgələri də Səudiyyə koalisiyasının işğalından azad edildi.
Bu bölgədə qarşıdurmalar davam edir, Tala əl-Həmra və Cəbəl Hamar ətrafındakı bölgələr qarşıdurmaların mərkəzindədir. Ənsarullah bu bölgələri tamamilə azad edilməsinə çalışır və Səudiyyə koalisiya qırıcıları Sərvanın şərq cəbhəsini şiddətli şəkildə bombalayırlar.

"İslam Dünyası Xəbərləri''
https://t.iss.one/iswnews_az/1303
🇱🇺#Hollandiya 🇹🇷 #Türkiyə
Hollandiya təhlükəsizlik orqanları Ərdoğanın bu ölkədə vəhabiliyin artmasındakı rolundan narahatdır.
İslam Dünyası Xəbərləri
🇱🇺#Hollandiya 🇹🇷 #Türkiyə Hollandiya təhlükəsizlik orqanları Ərdoğanın bu ölkədə vəhabiliyin artmasındakı rolundan narahatdır.
🇱🇺#Hollandiya 🇹🇷 #Türkiyə
Hollandiya təhlükəsizlik orqanları Ərdoğanın bu ölkədə vəhabiliyin artmasındakı rolundan narahatdır.


Niderland Krallığının Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinasiya mərkəzi (NCTV), türk əsilli Hollandiyalılar arasında sələfiliyin artmasından narahatdır. "HP / De Tijd" xəbər agentliyi bildirir ki, NCTV (Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinasiya mərkəzi), Türkiyə Prezidenti Ərdoğanın Hollandiyada məqsədyönlü şəkildə ekstremist İslamlaşma (vəhabiləşmə) strategiyası həyata keçirdiyini deyir.
NCTV bildirir ki, Ərdoğan Sələfi və bəzən cihadçı olan Türk-Holland təşkilatları ilə əlaqələrə xüsusi diqqət ayırır. Təhlükəsizlik xidməti bunun Hollandiyanın təhlükəsizliyini təsir edə biləcəyini düşünür.
Məsələn, məxfi hesabatda Türkiyə prezidentinin 2019-cu ildə Hollandiyanın Utrext şəhərində tramvayda baş vermiş terror hücumu arasında mümkün əlaqə müəyyən edilmişdir. Bu terror nəticəsində dörd nəfər öldürülmüşdür. (Red: Türk əsilli vahhabinin hücumu nəticəsində) Utrextdəki hücumdan bir gün əvvəl Ərdoğan Yeni Zelandiyanın Christchurch şəhərindəki məscidlərə edilən hücumlardan danışmışdı. Hətta Ərdoğan, bunu "Müsəlmanlar və Xristianlar arasında müharibə" olaraq qeyd etmişdir.
Xüsusilə Türk-Hollandiya gənclər təşkilatlarının İslamın ekstremist (sələfi-vəhabbilik) hərəkatları ilə əlaqəli olduğu deyilir.
Hesabat hələ analitik olaraq tamamlanmamışdır. Bu o deməkdir ki, təhlükəsizlik xidmətləri AIVD (Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) və MIVD (Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti), Xarici İşlər Nazirliyi, Sosial İşlər və Məşğulluq nazirlikləri hələ də bu barədə fikirlərini bildirməyiblər. Bu orqanlar hazırda hesabatı nəzərdən keçirlər. Daha sonra NCTV (Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinasiya mərkəzi), hazırlanmış hesabatın dərc edilməsinə və ya gizli qalmasına qərar verəcək.
NCTV (Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinasiya mərkəzi) bildirir ki, hesabatın əsaslı təhlili ildə üç dəfə yayımlanan təhlükəsizlik təhdidlərinin xülasəsində yayımlanır. Hesabatın növbəti hissəsinin mart ayının sonunda, aprel ayının əvvəlində yayımlaması gözlənilir.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/1305