Dalğa
4.28K subscribers
16.6K photos
12K videos
263 files
15.4K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔰Allahu Əkbər

♦️Yəmən millətinin şüarı: Bizim üçün fərqi yoxdur, dünya müharibəsi başlasın.


https://t.iss.one/dalgaa
🔰ABŞ yalvarır

♦️ABŞ İran və Omanla sıx təmasdadır və Husilərin əks-hücumunun qarşısını almağa çalışır.

▪️ Onlar iddia edirlər ki, bu səy ABŞ-ın getdikcə pisləşən hərbi çəkindirmə qabiliyyətinin yenidən yüksəldiyini göstərmək üçün edilib, lakin artıq gecdir.



https://t.iss.one/dalgaa
🔴 Yəmənin bombalanmasına cavab olaraq İraqdakı Ən-Nəcbə hərəkatı:

♦️ Qoy Amerika və onun ardınca gedənlər bilsinlər ki, hər tərəfdən İslam müqavimətinin hədəfindədirlər.

Amerikanın maraqları və koalisiya ölkələri bu gündən təhlükəsiz olmayacaq.

Biz İslami Müqavimət üzvləri Ənsarullah hərəkatındakı qardaşlarımızla əl-ələ verərək koalisiya ölkələrinə nəzarət edəcəyik.



https://t.iss.one/dalgaa
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔰Bura çoxluq təşkil edən Əli İbn Əbi Talib şiələrinin əzadarlıq və dini mərasimlərin icrası ilə bağlı hər cür məhdudiyyətlə üzləşdiyi bir diyar olan Azərbaycan Respublikasıdır. Bununla belə, dağ yəhudiləri (Dagh Jodi) adlanan bir neçə min nəfərdən ibarət azlıq öz dini ayinlərini reklam etməkdə və icra etməkdə sərbəstdir.



https://t.iss.one/dalgaa
🗣 HƏMAS rəsmisi Xalid Məşəl:

“İsrailin cinayətdən sonra cinayət törətməsinin üç səbəbi var:
1- Onlar şokdadırlar.
2- Güclü tərəfdarları var.
3- Bütün dəstəyə baxmayaraq, çaşqındırlar”.


https://t.iss.one/dalgaa
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔰Misirli qadın paytaxt Qahirədə təkbaşına işğalçı İsrailə etiraz edib.


https://t.iss.one/dalgaa
‼️‼️Yəməndə Amerika böyük itkiləri ört basdır etmək üçün itirilən texnikaların qəza şəklində bir bir açıqlayır:

Son 24 saatda Pentaqon Kaliforniyanın cənubunda Amerika helikopterinin qəzaya uğradığını açıqlayıb.

F/A-18E/F qırıcısı yəqin ki, Yəmənin qərbində dənizə düşüb.

Bir MQ-1 Predator PUA ümumiyyətlə itib.

ABŞ guya qəza nəticəsində 4 pilotunun həlak olduğunu da bəyan edib.

Yəqin ki, bir gəmi də zədələnib. Bunun sübutu ABŞ-a aid şübhəli təyyarənin aidiyyəti olmayan bölgədə qəzaya uğraması ilə bağlı xəbərdir.


https://t.iss.one/dalgaa
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇸 Müharibə başlayandan bəri Avropada Qəzzaya dəstək üçün 6000-dən çox nümayiş keçirilib.



https://t.iss.one/dalgaa
🌙Rəcəb.

Sizlər (gənc və yeniyetmələr) də insanlığın baharının təcəssümüsünüz, belə ki ömrünüzün baharını yaşayırsınız; bu mənəviyyat baharından bacardığınız qədər istifadə edin. Allahı xatırlamaq, Allahın adını dilə gətirmək, bu ay üçün tövsiyə olunmuş dualar, onların məzmununa diqqət yetirmək, Quran oxumaq, vaxtın başlanğıcında namaz qılmaq, günahdan çəkinmək, gözəl əxlaq – bütün bunlar bu ayın (Rəcəb) bizim hamımız üçün yaratdığı böyük fürsətlərdir.

©İmam Seyyid Əli Xamenei



https://t.iss.one/dalgaa
🟥 “Əgər Zəngəzur istiqamətində 6 aya sülh olmazsa, müharibə olacaq”.

- Stratfor agentliyi

📌Yenə başladılar


https://t.iss.one/dalgaa
🔰Rəcəb ayı mübarək olsun!

♦️Seyyid Əli Xamenei və
Həzrət Ayətullah Sistaninin dəftərxanasının verdiyi məlumata əsasən, bu gün, axşam saatlarında Rəcəb ayının hilalı adi gözlə görünmüşdür. Odur ki, sabah (13 Yanvar 2024-cü il, şənbə günü) Rəcəb ayının 1-ci günüdür.


https://t.iss.one/dalgaa
🔰Cavab gecikmədi

🚨🇾🇪 Ədənin (Yəmənin) cənub-şərqində gəmi ilə bağlı təhlükəsizlik hadisəsi baş verib

🇬🇧Britaniya Dəniz Ticarət Təşkilatı Ədənin 90 mil cənub-şərqində insident xəbərləri aldığını açıqlayıb.


https://t.iss.one/dalgaa
🔰Qəzzada şiddətli toqquşmalar və bombardmanlar davam edir.

♦️Hizbullahın şimaldakı hücumları ATGM və MLRA atəşi ilə davam edir. Kamikadze PUA və qanadlı raket hücumları Elyat yaxınlığında İraq İslam Müqaviməti tərəfindən həyata keçirilib.

♦️Yəməndə sükut hökm sürür, amma bu, fırtına öncəsi sakitlikdir. Husilərin rəhbərlik etdiyi Yəmən ordusunun əks hücumu qaçılmazdır.


https://t.iss.one/dalgaa
🔴Bab əl-Məndəb boğazına gedən gəmilər öz gəmilərinin adını identifikasiya cihazlarında və izləmə proqramında “İsraillə heç bir əlaqəsi yoxdur” ifadəsi ilə yayımlayırlar.


https://t.iss.one/dalgaa
🔶️Rəcəb ayın ilk gününün əməlləri və ay ərzində tövsiyə olunan müştərək əməllər.

🔊Paylaşaq ki, hamı faydalansın!


https://t.iss.one/dalgaa
🔰Apellyasiya Məhkəməsi Etibar İsmayılovun qərarını qüvvədə saxlayıb

♦️Yanvarın 11-də Bakı Apellyasiya Məhkəməsi MBH üzvü, keçmiş Qarabağ qazisi, inanclı Etibar İsmayılovun şikayətinə baxıb.

Etibar İsmayılov noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində çıxarılan 9 il 9 ay müddətinə cəza qərarından şikayət edərək apelliyasiya məhkəməsinə müraciət etmişdi. Apellyasiya Məhkəməsi onun şikayətə baxsa da, birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Etibar İsmayılov 2023-cü ildə Azərbaycanda kütləvi həbslər dalğası çərçivəsində saxlanılıb. Ekspertlər bu həbsləri İran-Azərbaycan arasında gərginliklə əlaqələndirsələr də, dini mütəxəssislər həbslər arxasında ölkədə şiəliyə qarşı reperessiyanın dayandığı qənaətindədirlər.



https://t.iss.one/dalgaa
Uzun, incə bir yolun növbəti axarında

Hər il yanvarın 13-də hərəkatımızın sizinlə bir hesabat görüşü olur. Sizə ötən bir ildə yaşanan hadisələr, problem və qayğılar, eyni halda müsbət nəticələrin sırasını bölüşərək bir yaş da böyüyən Müsəlman Birliyi Hərəkatının keçən fəaliyət səhifəsini çevirmək üçün qapınızı döyürük. 2023-cü ilin hərəkatın 8-ci ildönümü tarixindən kiçik toplantımız hakimiyyətin bu ilin hansı addımlarla davamına sanki eyham vururdu. Tədbirdən bir neçə gün sonra heç bir tutarlı əsasın tapılmamasına baxmayaraq hakimiyyət hərəkatın 8-ci ildönümündə iştirak edən 6 hərəkat üzvünü “azyaşlıları məcburi dini tədbirə gətirmək” itthamı ilə məhkəmə önünə çıxardı. Hər ailə başçısına iki min manat cərimə təyin olunaraq inzibati cəza qüvvəyə mindi. Biz hər vəchlə bunun hərəkatın ildönümü olması ilə bağlı sübut-dəlil qoysaqda olmadı. Görünür hakimin “Müsəlman Birliyi” adındakı müsəlman sözü dini məna kimi qıcığına səbəb olmuşdu deyə cəza tətbiq edildi.
Əlbəttə, bu ilin ilk günlərində artıq start verilən inanclıların, hərəkat nümayəndələrindən bir neçə nəfərin həbsi ilə eyni vaxta təsadüf etdiyindən bunun davamlı olma ehtimalı gözlənilən idi.
Bu hadisədən bir həftə sonra 20 yanvar, şəhidlərin anım günüdə hərəkatın şəhidləri ziyarət edən zamanı söylədiyi şüarlarda nədəsə vətənpərvərlik kimi deyil, dini şüar kimi qəbul edildi, elə hərəkatın ad günündə keçirilən bayram tədbiri kimi. Bu dəfə 4 hərəkat üzvü (Həsən Abbaszadə, Nizami Əhməd, İmran Məmmədli, Tərlan Seyidov), məhkəmə tərəfindən hər biri 30 sutka inzibati cəza almaqla yürüşün dini məzmunlu şüarlar söylənilməsi kimi hakimin növbəti sifarişli, sonradan sayı yüzlərcə olacaq təzyiq hökmünə fərman verildi. Yanvar ayının son günündə Elnur Cəfərov, Nicat Əliyev, Elşən Rəhimov və Azad Kərimovun həbsi bu fərmanin növbəti qurbanlarından idi.
Dalğa
Uzun, incə bir yolun növbəti axarında Hər il yanvarın 13-də hərəkatımızın sizinlə bir hesabat görüşü olur. Sizə ötən bir ildə yaşanan hadisələr, problem və qayğılar, eyni halda müsbət nəticələrin sırasını bölüşərək bir yaş da böyüyən Müsəlman Birliyi Hərəkatının…
Fevral ayı çoxsaylı həbs alovunun alışdığı bir dönəm, sonrakı aylarda bu, elə hərəkat üzvülərinin saxlanılma qərarları, saxta narkotik ittihamı, hakimiyyətə yaxın medianin “İran cəsusu” şousuna böyük dəstək verərək bir çox inanclılar kimi MBH ailəsinin də üzvülərini şərlədi. Etibar İsmayılov, Mayıl Kərimov, Ceyhun Balaşov, Rəşad Əliyev bu ayın həbs olunanlarından idi. Bu ayda Türkiyədə baş verən dağıdıcı zəlzələ hərəkatın diqqətindən kənar qalmadı. MBH ailəsi bütün gücü ilə maddi və mənəvi zəlzələ qurbanlarına dəstək nümayiş etdirdi.

Mart ayı da həbslər səngimədi. Bu ayda Elvin Quliyev, İsmayıl İsmayılov, Tural Vəliyev, Nizami Əhmədov, Alik Aslanov, Nicat Ağayev, Fədail Şükürov, Kamil Mahmudov, İlyas Qasımov, Yasin Əhmədov, Ələkbər Sadıqov da həbs olundular.

Aprel ayında Natiq Qasımov, Mehman Qarayev, Möhübbət Aslanov, Səbuhi Nəcəfov, İsfəndiyar Məmmədov saxlanıldı. Eyni halda Abbas Hüseynə qarşı təzyiqlər davam edərkən bu ayda o, daxili qaydaları kobud pozma bəhanəsi ilə 1 il müddətinə ciddi qapalı rejimə -Qobustana- göndərildi.

May ayında Rövşən Əliyev, Namiq Əsgərov, Cavid Allahverdiyev, Elxan İsmayılov, Bəhruz Quliyev, Şamil AbdulAli, Elçin Zeynalov, Telman Rəşidov saxlanıldı.

İyul ayında Ceyhun Balaşovun işgəncəyə məruz qalması, nəticədə ağır vəziyyətdə ev dustaqlığına göndərilməsi ilin acı mənzərəsi sırasında yer alırdı.
Samir Piriyev, Şahin Qədirli, Rizvan Rəhimov, Samir Babayev, Mahir Əzimov, Mirtofiq Hüseynov, Həsən Abbaszadə, Vahid Əhmədov, Ağa-Əli Yəhyayev, Anar Əkbərov, Amal Əhmədli və Rüfət Qurbanov daxil olmaqla ilin sonuna qədər MBH ailəsindən həbs olunanların sayı 46-ya çatdı. Bu isə ümumi həbs olunanların sayının (26 noyabr 2015-ci ildə Nardaran olayı ilə bağlı həbsə alınanlar Tale Bağırzadə, Abbas Hüseyn, Cabbar Cabbarov, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Nardaran hadisəsindən sonra həbs olunanlar Firudin Zeynalov, Əhsən Nuruzadə, Razi Hümbətov, Şamil Həsənov, Elşən Abbasov) 56 nəfərə çatdırdı.
Əlbəttə, 2023-cü ildə Qəzza hadisəsi, ölkədə siyasi fiqurlar başda olmaqla media işçilərinə qarşı təzyiq və həbslər, onlarla ruhanilər daxil olmaqla yüzlərcə inanclının şərlənməsində eriraz bəyanatları, Novruz bayramı, 28 may Müstəqillik Günü, 8 noyabr Zəfər Bayramı, Ramazan, Qədir Xum, Məbəs, Qurban bayramlarında təbrik mesajları, Aşura, 20 yanvar matəm günü, Xocalı, 31 mart soyqırımı günündə hüznlə anım, Tovuz, Tərtər, Nardaran, Gəncə hadisələrinin ildönümündə ədalət çağırışı hərəkatın diqqətlə izlədiyi önəmli hadisələr sırasında idi. Müqəddəs dəyərlərə qarşı həqarətə, xüsusi olaraq Qurani Kərimə qarşı Qərbin çirkin aşağılama siyasəti, Azərbaycanda Qurban və Ramazan bayram namazlarına qarşı süni qadağa təbii olaraq hərəkatın etirazına səbəb olmuş, Hacı Şahin Həsənli, Hacı Səbuhi Səlimov və Hacı Fəramiz Abbasovun vəfatı, İranda terror hadisəsi, Türkiyədə zəlzələ qurbanları acılarını paylaşdığımız hüzn dolu olaylardan idi.

Ümumilikdə mövqeyində əks olunan ədalət çağırışı ilə yanaşı milli düşüncənin formalaşaraq inkişafına töhfə vermək hədəfi il boyu hərəkatın əsas proritet mövzusu olaraq qaldı. Şübhəsiz milli düşüncə məfkurəsi ümmətçilik prinsipimizdə əsas və önəmli tərəf olaraq fəaliyyət mexanizmimizin qayəsini təşkil edib və edəcəkdir.

Müsəlman Birliyi Hərəkatı sizinlə düz 9 il məhz bu amalla yola çıxdı. Bir çox çətin ağrılı, eyni halda şərəfli zamana hakimlik edərək bu gün sizin xidmətinizdə durmaq üçün çalışmış və Allahın lütf və yardımı ilə gələcəkdə də birlik və bərabərliyə ümidliyik.

Sizinlə... Müsəlman Birliyi Hərəkatı.