Dalğa
4.28K subscribers
16.6K photos
12K videos
263 files
15.4K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
MBH AğaƏli Yahyayevin həbsi ilə bağlı bəyanat yaydı.
Ölkədə məhdudlaşan hüquq və azadlıqların əhatə etdiyi insanların fundamental hüquqlarının belə pozulması artıq heç kəsə gizlin olmayan həqiqətdir. Ağır cəza mühiti ölkədə bütün normal həyat tərzini əsarətinə alaraq əzməkdə davam edir. Vətəndaşının sevgi və dəstəyi ilə möhkəmlənməli olan idarəçilik hər ötən gün xalqın etiraz və narahatlıq hədəfidir. Qanunsuzluq və özbaşnalıqlara etiraza baxmayaraq bu tendensiya durmadan artmaqla davam edir və buna qarşı qalxan isə sərt cəza alaraq təzyiq və həbslərə məruz qalır.
Ötən gün MBH-nin idarə heyətinin üzvü AğaƏli Yahyayevin həbsi qeyd olunan zülm və haqsızlığın növbəti təzahürüdür. Yaranan gündən hakimiyyətin hədəfində olan MBH 2023-cü ilin geniş reperesiya dalğasında saxlanılan inanclıların həbsinə öz haqlı etirazını bildirərək qanunsuz təmizləmə siyasətini tənqid edib. Buna görə də neçə-neçə hərəkat üzvü də daxil olmaqla MBH-çilər həbs və işgəncələr yaşamaqdadır.
Biz hərəkat olaraq hakimiyyətin qondarma narkotik ittihamı ilə gerçəkləşdirdiyi həbsləri kəskin pisləyir, Ağa-Əli Yahyayev də daxil olmaqla bütün günahsız məhbusların azadlığını tələb edirik.
Heç kəsə sirr deyil ki, AğaƏli Yahyayev növbəti həbsini də məhz siyasi düşüncə, əqidə və hərəkat fəalı olaraq yaşayır. Ən gülünc tərəf isə inanclı şəxsin narkotik ittihamı ilə işgəncəyə məruz qalaraq zorla bu ittihamı ona qəbul etdirməkdir. Şübhəsiz, bütün bu qurama ittihamlar hakimiyyətin növbəti təzyiq mexanizmidir.
Biz qətiyyətlə bütün bu halları pisləyir və bir daha hakimiyyətdən həbsləri dayandırmağı və günahsız şəxslərin azadlığını tələb edirik
.

Müsəlman Birliyi Hərəkatı.
🔰Məzlum, Məhbus dindar qardaşlara Ərbəində dəstək olun !
🔰Bakı Ağır Cinayətlər Məhkəməsi

Maarif Əliyev
4 sentyabr saat 11:00

Mahmudov Kamil
4 sentyabr saat 16:30
🔰Mövludun mübarək!
Mücahid Alim❤️
⭕️ #REPRESSİYA ⭕️🇦🇿⭕️#İŞGƏNCƏ ⭕️

Ceyhun Balaşova belini sındırmaq üçün...
İŞGƏNCƏ

Narkotik ittihamı ilə şərlənib həbs edilən Beyləqan sakini Ceyhun Balaşovu müalicə aldığı Bakı Sağlamlıq Mərkəzindən evinə yola salıblar. "Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, onun vəziyyəti ağır olaraq qalır. Ceyhun Balaşovun xanımı agentliyimizə açıqlamasında bildirib ki, o, hələ də yeriyə bilmir:

"Ceyhuna dəhşətli işgəncələr veriblər. Onun bədənində işgəncə izləri, işgəncədən yaranmış yaralar hələ də qalır. Ən iri yarası belindədir. Belini aparatla sındırmaq istəyirmişlər.

Ceyhuna bütün növ işgəncə veriblər. Başına o qədər təpik vurublar ki, başında şişlər əmələ gəlib.

"Tokla" işgəncə veriblər. Dəfələrlə 5-6 adam üstünə düşüb özündəngedənə qədər döyüblər. Ayıldıb yenidən döyürmüşlər."

Qeyd edək ki, Ceyhun Balaşov Kürdəxanı təcridxanasında vəhşicəsinə döyülüb və bütün sağlamlığını itirib.
#dindarlariazadet
Arzu Abdulla Gulzaman
Azərbaycan xalqının maddi rifahının yaxşılaşdırılması, mənəvi və Ali dəyərlərin qorunması üçün Azərbaycana Allahı tanıyan və insanın (cəmiyyətin) dəyərini dərk edən idarə sistemi lazımdır.
Əks halda, heçnə heç vaxt düzəlməyəcək.
Hüseynçi olmaq üçün bir addım

18 Səfər: Otuz səkkizinci addım

Qəm-qüssədən qurtuluş yolu


Su ilə dolu qabı boşaltmaq istədikdə, aşağı əyirsən. İnsanın qəlbi də belədir. Bəzən qəm-qüssə ilə dolur. Quran buyurur ki, nə vaxt qəlbin qəm-qüssə ilə dolsa, əyil, alnını torpağa qoy, səcdə et və Allahı zikr et! Bu sənin yüngülləşməyinə səbəb olacaq. (Şeyx Rəcəbəli Xəyyat)


Allah-Taala buyurur:

"(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə birlikdə ol!" ("Hicr" / 97-98.)

#qırxaddım  #hüseynçi #məhərrəmlik
Evliliyi özümüz problemə çevirmişik!

Ustadlardan biri deyir ki, bir nəfər evlənməyin problem olmasından mənə şikayət etdi. Ona dedim ki, evlənmək üçün nəzərdə tutduğun qız var? Dedi ki, bəli. Dedim, hal-hazırda sənin dolanışığını kim təmin edir? Dedi: Atamın əlinə baxıram, özüm işsizəm. Dedim ki, bəs o qız necə dolanır? Dedi ki, atası dolandırır. Dedim: Bir otaq evinizdə təşkil elə, izdivac əqdi oxuyub evlənin. Yenə də sənə baxan atan və qıza baxan atası sizdən öz maddi yardımını əsirgəməsin. İş tapana qədər bu cür idarə edin.

P.S. Bəli, insanlar var ki, evlənmədikləri halda harama düşürlər. Evliliyi də özümüz problemə çeviririk. Nəzərdə tuturuq ki, bahalı restoranda toy olsun, tərəf ev, maşın alsın, yaxşı maaşlı işi olsun, qız tərəfi bütün cehiz əşyalarını hazır eləsin... Olsun, amma, zərurət meydana çıxanda bunlar nəzərə alınmır.
وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!

Təkvir-29
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔰Zalımın zülmünə yardım etmək üçün Şüreyh qazilər tələb olunur.

🔅Tələblər

1.Yaltaqlıq faizi 72dən çox olmalıdır

2.Siqaret belə çəkməyən dindarları narkobaron kimi tanıtmalıdır.

3.Zəngəzur fitnəsi zamanı Ləbbeyk Ya Zalım şüarı verməlidir.
🔰46 yaşlı cavan kişi oturaq halda namaz qılır😢

Ceyhun Balaşov

🩸Sərbəst şəkildə hərəkət edə bilmir.
Dalğa
🔰46 yaşlı cavan kişi oturaq halda namaz qılır😢 Ceyhun Balaşov 🩸Sərbəst şəkildə hərəkət edə bilmir.
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!

Ali-İmran/160
🔰Saray mollaların əmmamələrini başlarından vurub salın.

İmam Xomeyni

🔅Bizdə saray mollalarının əmmalari olmasa da, onların bu çirkin işlərinə görə onları rüsvay etmək hər bir möminə vacibdir

Bundan əlavə:
🟠Saray mollaları Şeytani idarəetmə sistemini dəstəklədikləri üçün həm Qurana və Məsumların sünnəsinə qarşı çıxmış sayılırlar,həm də İslam düşmənləri olan Amerika və İsrailin İslam əleyhinə qurduqları çirkin oyunlararda aparıcı oyunçu rolunu ifa etmiş olurlar.

Buna görə də:

🟧Saray mollalarına iqtida etmək haramdır .

🟪Saray mollalarına kəbin kəsdirmək haramdır.

⬛️Saray mollalarına meyyit namazı qıldırmaq haramdır.
Bir məhbus qardaşın başına gələn təsirli hal.

Zatı pak nütfədən yoğrulmuş kəslər bu mənzərəni görəndə qəblərinə bir aramlıq dolar, amma zatında nöqsan olan kəslərin isə bu mənzərədən qarınlarına sancı dolar.

Bir dəfə bir tanımadığım şəxs zəng etmək üçün məndən telefonumu xahiş etdi. Danışıb qurtarandan sonra telefonu qaytaranda gözü ekranın fonunda olan şəkilə sataşdı. Soruşdu, qardaş bu şəkildəki kişi kimdir? Dedim bu kişini olduğu kimi sənə təsvir etməyə nə mənim ləyaqətim çatar, nə də sənin məni dinləyəcək qədər vaxtın.
Qayıdıb mənə dedi ki, qardaş, bilmirəm bu kişi kimdir, amma hər dəfə onun şəklini görəndə məni ağlamaq tutur, bilmirəm səbəbini.

Sözlərini bitirər-bitirməz gözlərindən yaş süzüldü.

Dedi ki özüm qədər soyuqqanlı ikinci birini tanımıram, doğma anamın vəfatında gözümdən bir gilə yaş gəlməyib.
Amma bu nə sirrdir görəsən?
Bu kişi kimdir axı?
Ağa-Əli Eldar Yahyayev in 39 yaşı var. 39 illik ömürünün 10 il 2 ayını zindanda keçirib.
İki övladı Ağaəlinin üzünə həsrət boyuyub.
Bu onun üçüncü həbsidir.
Səbəbi bilirsiniz nədir?
Çünki Ağaəli əsl insandır. Başqalarının ağrısını, acısını öz acısı kimi duyan və yardımına qaçan insandır.
Məhbus, Qazi, Şəhid ailələrinin daim yanında olmaq, onların harayına qaçmaq insanlıqdı.
Hazırda Azərbaycandakı repressiya təkcə dindarlara qarşı deyil, bütünlükdə xalqa və insanlığa qarşıdır

⭕️ #REPRESSİYA ⭕️

Ağaəli Yəhyayevə dəhşətli işgəncələr verilib

Bu barədə Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü keçmiş siyasi məhbus Ağaəli Yəhyayevin həyat yoldaşı Şahanə Həsənova danışıb.

Məlumat İnformasiya Agentliyinin verdiyi xəbərə görə, o, həyat yoldaşının Mehdiabad qəsəbəsində tutulduğunu bildirib. Ş. Həsənova deyib ki, onun həyat yoldaşına Mehdiabadda yerləşən polis idarəsində ağlasığmaz işgəncələr verilib:

"Ağaəli dediki məni Mehdiabad svetaforunda narkobiznes saxlayıb. Aparıblar Mehdiabad polis bölməsinə çox ağır işgəncələr ediblər. Dönə- dönə dedi ki, çox ağır şeylər oldu və ona görə bəzi şeylərə getməli oldum.
Deyiblər narkotiki boynuna almalısan getməlisən. Əmr yuxarıdan gəlib. İşgəncə edəndən sonra aparıblar Abşeron polis idarəsinə orda məhkəmə edib göndəriblər Kürdəxanıya"
Qeyd edək ki, Ağaəli Yəhyayev 31 avqust saat 19:30 radələrində evdən
çıxıb və ona zəng çatmayıb.
Onu oğurlayıb, işgəncə verib, narkotik ittihamı ilə (234.4.3) şərləyib həbs ediblər.

Bu Ağaəli Yəhyayevin üçüncü həbsidir. O, hicab aksiyasında və Nardaran işində şərlənərək həbs edilib.
39 yaşlı Ağaəli Yəhyayev ömrünün 10 il 2 ayını zindanda keçirib.
#dindarlariazadet
Bu şəxs,Kürdəxanı təcridxanasına ölümcül hala salınan,evə buraxılan Ceyhun Balaşovdur.O,sərbəst yeriyə bilmir.Kişinin belinə o qədər tok veriblər ki,izləri hələ də qalır.Danışır ki,"aparatı belimə yapışdıran kimi,tokun gücündən,ağrının şiddətindən huşum başımdan getdi.."
Bu işgəncələri vəzifəsindən sui-istifadə edərək xalqına edənlərə heç erməni də demək olmaz.Çünki erməni zülmü digər düşmən bildiyi başqa millətə etdi.Bunlar isə xalqın vergiləri ilə formalaşan büdcədən maaş alıb,öz xalqına zülm edirlər.
Hərçənd onlar bu xalqdan da ola bilməzlər.
Udduğunuz hava belə haramınız olsun!!