Dalğa
4.69K subscribers
16.6K photos
12.1K videos
267 files
15.5K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Amerikalıların Türkiyədə törətdiyi vəhşiliklər;

28.06.1955
Bir amerikalı Türkiyədə otelin işçisinə təcavüz edir.

18.03.1959
Bill adlı amerikalı Türkiyədə 15 yaşlı qızı zorlayır.

14.09.1959
Amerikalı çavuşun fahişəxana işlətdiyi ortaya çıxır.

15.04.1961.
Calvin Hubert adlı amerikalı hərbçi türk hərbçisini otluqda yatdığı üçün maşını ilə əzir. Cəza almır.

18.04.1961
Amerikalı hərbçi 2 türkiyəli uşağı maşını ilə əzir. Cəza almır.

15.06.1961
Amerikalı hərbçinin azyaşlı qızları fahişəxanasında işlətdiyi ortaya çıxır.

21.10.1962
Sendika Başkanı Canan Bıçakçı İncirlikdə çalışan türklərə amerikalı hərbçilərin müxtəlif zülmlər etdiyini ortaya çıxarır.

11.08.1963
İzmirdəki Amerika bazasında xidmət edən hərbçilərin kazarmada qrup şəklində böyük bir əxlaqsız parti təşkil etdikləri ortaya çıxır. Pəncərələrin açıq olması səbəbindən xalq azyaşlı qızların necə cinsi istismara məruz qalmasını izləməli olur. Polisə şikayət edilir və polisin raportunda 15 azyaşlı türk qızının həmin partidə istismar olunduğu göstərilir.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#türkiyə
#amerika
#usa
#america
11😱1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
19👏6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycanda bəhailiyin yayılması

Təzyiqlərə baxmayaraq, yeni din inkişaf etməkdə davam edir. 1850-ci illərdən başlayaraq Bakıda, Balaxanıda, Bərdədə, Şəkidə və Qarabağda icmalar formalaşır. Babi, daha sonra isə Bəhai qrupları, həmçinin Tiflisdə, Batumidə və Qərbi Azərbaycanda (indiki Ermənistan) da yaranmağa başlayır. Lakin Bakıda daha böyük sayda bəhailər vardı, hətta 1860-cı ildə icma dövlət tərəfindən tanınır. Onun fəaliyyətlərinin leqallaşmasında Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir İsmayılzadə mühüm rol oynayır...

Mənbə; Azərbaycan Bəhai İcmasının rəsmi saytı

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#bakı
#bab
#mikayıl_müşfiq
#bəhai
6😢1😡1
Media is too big
VIEW IN TELEGRAM
Alma Qulaq Dağı

"Nadir Şah osmanlılarla müharibələrin birində qoşuna demişdi: "Hər kim Osmanlı ordusundan bir burun-qulaq gətirsə mükafat alacaq". Elə də elədilər. 48 kilometr yol getdikdən sonra bir dağın yanına çatanda Nadir Şah göstəriş verdi ki, bundan sonra qulaq almayın. Həmin dağın adı bu hadisədən sonra Alma Qulaq dağı adlandı."

Məhəmməd Hüseyn Quddusi, "Nadir-Namə"

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iran
#osmanlı
#türkiyə
#nadir_şah
15
Media is too big
VIEW IN TELEGRAM
Hacıların, dindarların Azərbaycan xalqına xidməti

Azərbaycanda ilk dəfə qocalar və imkansızlar üçün sığınacaq tikdirən şəxs, xeyriyəçi Hacı Hacıağa olmuşdur

Bakı milyonçusu Hacı Hacıağa Dadaşov güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görüb, orada nə üçün oturduğunu soruşur. Qoca, evsiz olduğunu deyir. Bundan təsirlənən Hacı, Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir. Bakıda bir neçə uşaq evini açan Hacı bu evlərin ərzaq təminatını, təhsil xərclərini də ödəyirmiş. Ancaq heç kim bu işlərin kim tərəfindən həyata keçrildiyini bilmirdi. Çünki Hacı öz adının çıxmasını istəmirdi. Hacı öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb tikdirib. Bakıdakı Nizami muzeyini də məhz Hacıağa Dadaşov tikdirib.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#bakı
#bilgəh
#hacıağa_dadaşov
#milyonçu
#azərbaycan
18👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mən Məhəmməd Füzuliyəm;

Məhərrəm ayına və İmam Hüseyn əzasına bir ömür hörmət göstərmişəm.

Mahi-Muhərrəm oldu məsərrət (şadlıq) haramdır
Matəm bu gün şəriətə bir ehtiramdır

Bu əza ayında şadlıq edənlərə demək istəyirəm ki;

Şad olmasın bu vaqiədən şad olan könül.
Bir dəm məlali-qüssədən azad olan könül.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iraq
#füzuli
#şeir
#milli_kimlik
13
Media is too big
VIEW IN TELEGRAM
Mən Seyyid Əzim Şirvaniyəm. Azərbaycan yurdunun Əhli-Beyt şairiyəm. Bu gözəl yurdun çörəyini yeyib dəyərlərinə dil uzadanlara demək istəyirəm ki,

Seyyida, kim ki, hu‌rər Şiri-Xuda naibinə,
Sən onun lənət oxu ruhuna, həm qalibinə,
Qəzəbi-iyzəd onun hazirinə, qaibinə,
Baxma dəhrin bu sifət xasirinə, xaininə,
Al qələm, yaz oların həcvinə əs‌'ar bu gu‌n.

Muhərrəm ayı gələndə əza saxlayanlara, ağlayanlara məsxərə edənlərə isə demək istəyirəm ki,

Kim deyər ağlama sən Kərbübəla sərvərinə?
Canımız cümlə fəda olsun onun Əkbərinə,
Ağladı ərzü səma təşnə ölən Əsğərinə,
Onu inkar edənin zatına lənət, Hadi!

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şirvan
#seyyid_əzim_şirvani
#şeir
#milli_kimlik
12
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mən Mirzə Ələkbər Sabirəm. Özümə və sizlərə hər il Məhərrəm ayında Peyğəmbər övladı İmam Hüseynə əza saxlamağı tövsiyə edirəm.

Sabira, hər il əza saxla Əliəkbərə sən,
Kərbəladə gedib ağla o şəhi-davərə sən,
Gəl, qiyamətdə bu cəm ilə səfi-məhşərə sən,
Qalma həsrət iki dünyadə bu Mövla üzünə.

İslamda Məhərrəm ayı, əzadarlıq yoxdur deyənlərə də demək istəyirəm ki,

İslam o deyilmi ki, cigər-guşeyi Zəhra
Baş verdi yolunda, susuz al-qan arasında...

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şamaxı
#mirzə_ələkbər_sabir
#şeir
#milli_kimlik
8👍2
Media is too big
VIEW IN TELEGRAM
Mən Molla Pənah Vaqifəm, eşq şairiyəm. Mənim aşiq olduğum o şəxsin kim olduğunu bilirsinizmi?!

Vaqifəm, hər dəm dilimdə əzbərim dost adıdır,
Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır,
Gözlərindən əl'əman kim, canımın cəlladıdır,
Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır,
Sanmayın, Sənan kimi azmış firəngi sevmişəm.

Sizə deyimmi Azərbaycandakı ən gözəl camaat kimdir?

Ey xoş onlar kim, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyəl-Mürtəzanı sevdilər,
Sidqü-ixlas ilə pənc, Ali-əbanı sevdilər, Çahardah məsumitək müşkülgüşanı sevdilər,
Dəxi, onlardan gözəl, yaxşı cəmaət görmədim!

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#aşura
#molla_pənah_vaqif
#məhərrəm
#milli_kimlik
13