Dalğa
4.66K subscribers
16.6K photos
12K videos
266 files
15.4K links
♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir.

♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər.


🔹 Adminlə Əlaqə
👇

🆔 @payam_ziabot
Download Telegram
😁 Gülməlidir

Çox gülməlidir ki, Allahla bir saat xəlvətə çəkilib raz-niyaz etməyim yorucudur, amma 90 dəqiqəlik futbol oyununu izləmək maraqlı.

🎞️ Çox gülməlidir ki, 1 saat ibadət məni üzür, amma 2-3 saatlıq filmlərə baxanda vaxtın nə zaman ötdüyündən xəbərsiz oluram.

💵 Çox gülməlidir ki, Allah yolunda 100 dollar xərcləmək mənə ağır gəlir, amma bu pulla bazara girəndə istədiklərimi almağa pul az gəlir.

🤲 Çox gülməlidir ki, dua etmək istəyəndə söz tapa bilmirəm, dostlarımla oturanda sözümüz qurtarmır.

🐟 Çox gülməlidir ki, dua və münacat azca uzun çəkəndə yerimdə qurcalanıb darıxıram, amma balıq tutanda saatlarla oturub, tilova baxır, həvəslə balıq yolu gözləyirəm.

📖 Çox gülməlidir ki, bir səhifə Quran oxumaq məni yorur, amma qalın romanı oxuyub başa çatdırmamış gözümə yuxu getmir.

🥅 Çox gülməlidir ki, futbol meydançası və ya konsert salonunda qabaq sıraya qaçıram, amma namazda hamıdan arxada dayanmağa üstünlük verirəm.

📺 Çox gülməlidir ki, Allah və Peyğəmbərin (s) buyuruqları məndə şübhə yaradır, televiziyada deyilən və qəzetdə yazılanlara söz sahiblərindən artıq inanıram.

🥲 Çox gülməlidir ki, tanımadığım, əmin olmadığım adama qapı açmıram, inam və saleh əməlsiz Behiştə daxil olacağımı düşünürəm.

📜 Çox gülməlidir ki, Peyğəmbər (s) hədisi eşidəndə onu ikinci bir şəxsə danışmaq yadıma düşmür, amma bir lətifə eşidəndə kimi görürəmsə, həmin lətifəni tələsik təkrarlayıram.

🙂 Çox gülməlidir, elə deyilmi?

🆔 @az_ziaossalehin_ir
🤔 Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır?

💡 İslahına ümid olmayan kafirlərə Qiyamət gününədək möhlət verilir...

✍🏻 Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. “Haqqə” surəsinin 44-45-ci ayələrində buyurulur: “Əgər Peyğəmbər (s) bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq.”

💭 Möminlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. Günahkarlara isə əvvəlcə möhlət verilir, möhlət başa çatdıqdan sonra onlar əzaba düçar olurlar. (“Kəhf”, 59.) İslahına ümid olmayan kafirlərə Qiyamət gününədək möhlət verilir ki, günahlarını daha da artırsınlar. (“Ali-İmran”, 178.)

😎 Əgər eynəyinizin şüşəsinə bir damla çay sıçrasa, onu dərhal silirsiniz. Bu çay damlası paltarınıza düşsə, səbr edir, evdə paltarınızı dəyişirsiniz. Amma bu damla döşəməyə sərdiyiniz xalının üzərinə düşsə xalını yumaq qalır novruz bayramına.

✍🏻 Allah da hər kəslə onun şəffaflığına uyğun rəftar edir.

🆔 @az_ziaossalehin_ir
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 İşğalçı israil Ordusu Zabitlər Kollecində yanğın

Sionist Kanal 11 televiziyası sionist ordusuna bağlı "Zabitlər Kolleci 1"-nin yeməkxanasında yanğın baş verməsi barədə xəbər verib.

Bu gün səhər saatlarında işğal olunmuş ərazilərin şimalında ağac zavodunda yanğın baş verib.

Yanğın o qədər geniş yayılıb ki, yanğınsöndürənlər onun yaxınlıqdakı evlərə keçməsinin qarşısını almaq üçün saatlarla çalışıblar.

🆔 @az_ziaossalehin_ir
✍🏻 “ĞƏYRİL-MƏĞZUBİ ƏLƏYHİM VƏLƏZ-ZALİN”

💡 Həmdlə başlanan surə yardım diləmək və dua ilə tamamlanır

✍🏻 İnadkarlıq edib həlak olan, qəzəbə düçar olmuş fironların yoluna yox! (“Qəsəs” surəsi, ayə 40)

☝🏼 Allah dostlarına qarşı inadkarlıq etdiklərindən qəzəbə düçar olub, yerə batan daş qəlbli sərmayədarlar və qarunların yoluna yox! (“Qəsəs” surəsi, ayə 81.)

💭 Allahın qəzəbinə gəlmiş dünyapərəst və əməlsiz alimlərin yoluna yox! (“Səf” surəsi, ayə 3.)

Qəzəbə düçar olanları tanımaq üçün həlak olmuş, Allahın qəzəbinə gəlmiş ümmətlər və insanların tarixini mütaliə etmək lazımdır. Məsələn, yəhud və Lut qövmü, zalım hökmdarların ardıcılları, münafiqlər və qatillər... (“Hicr” surəsi, ayə 74; “Hud” surəsi, ayə 59 və 60; “Fəth” surəsi, ayə 6; “Nisa” surəsi, ayə 93.)

🧎‍♂️ Namaz qılan şəxs qəzəbə düçar olanlara nifrətini bildirməklə yanaşı onlarla bir yolda olmamağı Allahdan istəyir. (“vələz-zallin”)

💭 Düşüncə və əməldə azanlar, ata-babalarının yersiz əqidələrini davam etdirənlər, şirkamiz düşüncələrə qapılanlar və azğınlıqda təəssübkeşlik edənlər “zal-lin” kəlməsinin canlı nümunələridir.

📖 “Həmd” surəsinə baxış buradaca sona çatır. Həmdlə başlanan surə yardım diləmək və dua ilə tamamlanır. Bu şəfabəxş surə Allah kitabının birinci surəsidir.

🆔 @az_ziaossalehin_ir
Media is too big
VIEW IN TELEGRAM
MBH - Müsəlman Birliyi Hərəkatının sədri müavini Elçin Qasımov mətbuat konfransı keçirib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🖋.•° İlahiyatçı Mansur Vəlişov dan "Hacı Tale" Bağırzadəyə dəstək.
Kaşki bütün Ruhanilər Hacı Tale Bağırzadəni ən azı sivil formada müdafiə edəydi.

🆔 @az_ziaossalehin_ir
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda etiraz aksiyası

Onlarla qeyrətli xanım bu gün (8 İyun) Hacı Tale Bağırzadənin Allahın müqəddəs adının təhqir olunmasına etiraz olaraq Bakının mərkəzində etiraz aksiyası keçiriblər, onlar həmdə Azərbaycanda Sionist yəhudilərin mövcudluğunun təhlükəsini xatırlayaraq şüarlar səsləndiriblər.

#Azərbaycan

🆔 @az_ziaossalehin_ir
🎞 Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gürcüstanın Marneuli şəhərinə səfəri ilə əlaqəli etiraz aksiyası keçirilib + VİDEO və FOTO

🔺“İslam Dünyası Xəbərləri” informasiya agentliyi İbrahim Müctəba Birliyinin facebook səhifəsinə istinadən xəbər verir ki, 8 iyun tarixində Marneuli şəhərinin mömin gəncləri Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bu şəhərə səfəri ilə əlaqəli etiraz aksiyası keçiriblər.

Səhifədə qeyd olunan məlumatı olduğu kimi təqdim edir:

İntiqam alan ALLAHIN adı ilə.

Bu gün Azərbaycan hakimiyyətinin Dini komitəsi Gürcüstanın Marneuli şəhərində səfərdə oldu. Səfər zamanı şəhərin mömin gəncləri qonaqları etiraz aksiyası ilə qarşılayıblar.
Onlar ” Dindarlara azadlıq” “Ruhaniyyətə azadlıq” “İslamafob siyasətə son”
“Gürcüstan möminləri oyaqdır, Azərbaycana dayaqdır” şüarları səsləndirib, nümayiş etdiriblər.

P.s: “Azərbaycan dindarları siz də bizi bağışlayın. Əlimizdən hələ ki yalnız bu gəldi”

#Gürcüstan
#Azərbaycan

🆔 @az_ziaossalehin_ir
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hacı Tale Bağırzadənin Allahı təhqir edənlərin cəzalandırılması tələbi ilə başlatdığı "Quru Ölüm Aclığı Etrazı" aksiyasına Moskva şəhərində dəstək konfransı!

🆔 @az_ziaossalehin_ir
🇬🇷 Yunanıstan səhvini başa düşdü!

🔻ABŞ tərəfindən oğurlanan İran nefti qaytarılacaq.

✍️ SəhərAzəri- Röyters xəbər verir ki, Yunanıstan məhkəməsi bu ölkənin sahillərində İranın neftini daşıyan gəminin yükünü müsadirə etmək üçün ABŞ-a icazə verən hökmü bu gün ləğv edib.
SəhərAzəri-nin məlumatına əsasən, Röyters yazır ki, Yunanıstan sahillərində İran neftini daşıyan gəminin ABŞ tərəfindən saxlanılması və onun neft yükünün müsadirə edilməsi İranı qəzəbləndirdi və rəsmi Tehran qarşılıqlı olaraq Fars Körfəzində Yunanıstana aid olan 2 neftdaşıyan gəmini saxladı. İran bildirdi ki, Afinaya qarşı cəza tədbirləri görəcək.
Röytersin verdiyi məlumata görə, Yunanıstan məhkəməsi artıq ilkin hökmun ləğvinə qərar verib və bu, apelyasiya rəyi hesab olunduğundan onun dəyişdirilməsi çox çətin olacaq.
Röyters Yunanıstan məhkəməsinin bu qərarının hələ mediyaya açıqlanmadığını bildirib.
Yunanıstan rəhbərliyi iki həftə öncə İran bayrağı ilə Yunanıstanın Ubuyabi adası yaxınlığında hərəkət edən Lana neftdaşıyan gəmini 19 rus personalı ilə birlikdə saxladı. Yunanıstan məhkəməsinin ilkin qərarı əsasında Amerikaya bu gəminin neft yükünün bir hissəsini götürməsinə icazə verildi.
Yunanıstan hökumətinin ABŞ-ın tələbinə əsasən İran gəmisinin neftinin boşaldılması və başqa gəmiyə köçürülməsinə təşəbbüs göstərməsindən sonra mayın 27-də İslam İnqilabının Keşikçiləri Korpusu(Sepah) bildirdki ki, Fars körfəzi sularında Yunanıstana aid olan 2 neftdaşıyan gəmini qanunları pozduğuna görə saxlayıb.
İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 4 iyun İmam Xomeyninin(r.ə) rehlətinin ildönümü mərasimində etdiyi çıxışında Yunanıstan sahillərində İran gəmisinə qarşı qanunsuz hərəkəti oğurluq adlandırdı: “ İran neftini Yunanıstan sahillərində oğurlayırlar, ardınca İran İslam Respublikasının fədakar igidləri əvəzini çıxırlar və düşmənin neftdaşıyan gəmisini saxlayırlar. Amma onlar malik olduqları mediya imperiyası vasitəsi ilə İranı oğurluqda ittiham edirlər! Oğru kimdir? Oğru sizsiniz ki, bizim neftimizi oğurlamısınız, biz isə geri almışıq. Oğurluq malı geri almaq oğurluqdu?”,- deyə Aliməqam rəhbər buyurub.
İranın ABŞ-ın oğurluğu və Yunanıstanın bu oğurluqda əlbir olmasına qarşı böyük güc nümayiş etməsindən sonra görünür Yunanıstan bu hərəkətinin nəticələrindən vahiməyə düşərək İranın oğurlanmış neftinin qaytarılması qərarına gəlib.
İranın Yunanıstandakı səfiri Əhməd Nadiri də bu gün bir tvittdə Yunanıstan məhkəməsinin yeni qərarı barədə xəbəri təsdiqləyib və belə yazıb: Yunanıstanın apelyasiya məhkəməsi İran neftinin müsadirə edilməsinə dair özünün ilkin hökmünü ləğv edib və Allahın mərhəməti ilə neft yükü İrana qaytarılacaqdır.

🆔 @az_ziaossalehin_ir
🇮🇱İraq mediasının məlumatına görə, bu gecə Ərbildə Mossadın məxfi qərargahı kamikadze PUA-sı ilə hədəfə alınıb və Mossadın bir terror komandiri öldürülüb.
Əl-Məyadin müxbiri də hücum zamanı Mossadın terror bölməsinin komandiri olmuş "Elak Ron" adlı şəxsin öldüyünü dolayısı ilə təsdiqləyib.

🆔 @az_ziaossalehin_ir
✍️ Doktor Elnur Yusubov:
🔻Taleh Bagırzadə niyə dəstəklənməlidir?

1. Tam günahsızdır, saxta cinayət işi ilə həbs olunub! (Bunu inkar etmək mümkünsüzdür)
2. Dini camiyyənin daxilində ən demokratı, ən millisi və ən əqidəlisidir!
3. Ən dəhşətli işgəncələrdən üzü ağ çıxmagı bacaran siyasi məhbusdur!
4. Bir müsəlman ölkəsinin dini icmasına rəhbərlik edə biləcək yeganə şəxsdir!
Hökumət nə istəyir?
1.müxalif fikirli dini kəsimi lidersiz qoymaq!
2. "iran " damgası vurmaqla İran əlehdarlarının , ateistin, deistin...və Qərbin dəstəyini qazanmaq.
3. Dini kəsimin müxalifətdə cəmlənməsinin qarşısını almaq!
Müxalifət nə istəyir?
1.inanclı insanların görməməzlikdən gəlinməsinin qarşısını almaq.
2. İnanclı insanların öz rəhbərini seçməyə imkan vermək və konfliktli vəziyyətlərdə dialoq aparacaq şəxsin, dini rəhbərin aydın olması və demokratik olmasının vacibliyi!
Axmaq adamlar nə deyir?
Dindarları görməyin, eşitməyin, hamısı iran agentidir, "biz hüquqi dövlətik" , və s. Nagıllar, anekdotlar!
Agıllı adamlar nə edir?
Dini kəsimi demokratik sivil dünya ilə yaxınlaşdırır, İslamla Qərb arasında hüquqi əlaqə yaradır, qarşılıqlı hörmət yaradır. Bunu kim etməlidir? Əlbəttə Qərblə şərqin sərhəddi olan Azərbaycan! Azərbaycanda kim etməlidir? Əlbəttə Əli Ali Karimli (Əli Kərimli). Bu işlərə kim agız büzməlidir? Əlbəttə hakimiyyət yanlıları, müxalifət düşmənləri, millilikdən uzaq düşən ultraqərbçilər, ölkədə daima dini problemlərin olmasını istəyənlər....

🆔 @az_ziaossalehin_ir