Azərbaycan İslam İnqilabına Doğru
696 subscribers
4.73K photos
7.82K videos
122 files
2.74K links
Azərbaycanda gələcək hakimiyyət İslam olacaq!

Bizimlə əlaqə : @Elahana1
Download Telegram
Özbəkistanda hicab qadağası ləğv edildi
Özbəkistan prezidenti Şövkət Mirziyoyev yenilənmiş “Vicdan və dini təşkilatların azadlıqlarına dair” qanuna imza atıb.
Yenilənmiş qanuna əsasən, ictimai yerlərdə hicab və digər dini libasların geyilməsi qadağası ləğv edilir, həmçinin dini təşkilatların qeydiyyatı da sadələşdirilir.
🚨TƏCİLİ

Bu gün Bakıda Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 4-5 nəfər mülki geyimli şəxslər tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.


🆔 https://t.iss.one/Azerbaycan313
🇮🇷General Qaani, Suriyada "Fatimiyyun" briqadasının qərərgahını ziyarət edib.

🆔 https://t.iss.one/Azerbaycan313
Narkotikə qarşı mübarizə apan MBH üzvü narkotikdə ittiham olundu

İki gün öncə, iyulun 7-də mülki geyimlilər tərəfindən naməlum istiqamətə aparılan Ceyrənbatan qəsəbə sakini Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Hünbətov Razi Karlar oğlnunun saxlanıdığı yer məlum olub.

▶️ https://rakurs.tv/narkotik-qarsi-mubariz-apan-mbh-uzvu-narkotikd-ittiham-olundu.html

🆔 https://t.iss.one/Azerbaycan313
Müsəlman Birliyi Hərəkatnın
BƏYANATI:


"Azərbaycanın gələcəyini təhlükə altına qoyan narkomaniya bəlası ölkəmizdə bəlkə tariximizin bu günü qədər dəhşətli hal almamışdır. Artıq hər günün sadə xəbər başlıqlarına çevrilən tonlarla becərilən, gətirilən, istehsal edilən narkotik tərkibli məhsulların çeşidi kimi yayım trayektoriyası da böyüməkdədir. Şübhəsiz rəqabətsiz biznes məhsulu olan narkorik vasitələrin qazancının kimlərin cibinə axdığı da bəllidir. Dövlət büdcəsini talamaqla yanaşı xalqın genefondunu öldürməyə çalışan bu iyrənc məxluqlar maddi asılılıq, düşüncə tərzinin itirilməsi ilə ölkənin gələcəyini məhvə aparır.
Bu ünsürlərə, onların narkotika, korrupsiya, rüşvətxor simalarına etiraz edənlər isə hələ də təzyiq altında və həbslərdədir. İki gün öncə narkomaniya və korrupsiya hallarına etiraz edən Müsəlman Birliyi Hərəkatının fəal üzvü Razi Karlar oğlu Hümbətov bu gün elə özünün mübarizəsinə qalxdığı saxta narkotik vasitələrin iddihamı ilə saxlanılıb. Bu siyasətlə hara gedib çıxacaqlarını görəsən hakimiyyət başında olanlar düşünürmü? Bu nifrətin nəticəsi olaraq Azərbaycanın dinc həyatını təhdid və təhlükə ilə qarşı-qarşıya qoyduqları məgər bəlli deyilmi?
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq hakimiyyətdən belə əməllərə son verməyi və Razi Hümbətov başqda olmaqla şərləyib həbs etdiyi dəyərli Azərbaycan vətəndaşlarını azad etməyi tələb edirik.
Baş verənlər bir daha təsdiq edir ki, MBH-nin müstəqil təşkilat kimi formalaşması və hər zaman haqq-ədalətin yanında olması hakimiyyəti bərk narahat edir. Sivil mübarizəyə dözümsüz olan iqtidar idarəçiləri belə qondarma cinayət işləri açmaqla hər zaman iğtişaş axtardığını və mürtəce idarəetmə üsulundan heç bir vəchlə vaz keçə bilmədiyini nümayiş etdirir.
Bu repressiyalara dərhal son qoyulmalıdır. Vətən müharibəsində hamıya bir daha bəlli oldu ki, Azərbaycanımızda möhkəm, əqidəli və mömin bir gənclik formalaşır. Görünür bundan kimlərsə narahatdır.
Nümunəvi və layiqli oğulları narkotik ittihamıyla şərləmək hakimiyyətin özünü ifşa etməsidir.
Onsuz da bu ittihamların saxta və gülünc olması hamıya bəllidir.
Bir daha bildiririk ki, MBH öz sivil mübarizə yolundan heç vaxt dönməyəcək və hər zaman haqqın carçısı olacaq.

🆔 @Azerbaycan313
Azərbaycan İslam İnqilabına Doğru pinned «Müsəlman Birliyi Hərəkatnın BƏYANATI: "Azərbaycanın gələcəyini təhlükə altına qoyan narkomaniya bəlası ölkəmizdə bəlkə tariximizin bu günü qədər dəhşətli hal almamışdır. Artıq hər günün sadə xəbər başlıqlarına çevrilən tonlarla becərilən, gətirilən, istehsal…»